Mobil versiya RU AZ
_




DÜNYA » İQTİSADİYYAT

Mastercard “KIT BEATS” texnologiyasını təqdim edir

31 May 2019, 11:00 (GMT +4)

Bakı, 31 may, SalamNews. Fransız azarkeşlərin əksəriyyəti (50%) futbol qalibiyyətlərini qucaqlaşaraq, italyanlar atlanaraq (60%), almanlar qışqıraraq (44%), ingilislər nəzakətlə əl çalaraq (40%),  türklər isə məğlub tərəfin azarkeşləri ilə dalaşmaqla qeyd edirlər (19%).

Bu statistikanın əsasında indiyəcən avropalı azarkeşlərin emosional tipləri haqqında aparılmış ən geniş araşdırma dayanır. “Mastercard”ın sifarişi ilə keçirilmiş sorğuda 9 ölkədən 14,838 respondent iştirak edib.  

İsveçli azarkeşlərin 79%, alman azarkeşlərin isə 82%-i bildirib ki, sevimli komandalarının oyunu onların əhval-ruhiyyələrinə birbaşa təsir göstərir. Hər 5 türk respondentdən 3-ü isə matç zamanı dinə-imana gəldiyini və oyun zamanı komandalarının qalibiyyəti üçün dua etdiklərini etiraf edib.

Türk futbol azarkeşlərinin 91%-i düşünür ki, matçı stadiondan izləmək, meydançada futbol oynamaq qədər həyəcanlandırıcıdır. Portuqalların 58%, hollandların 52%, ispan azarkeşlərin isə 46%-i stadionda vəziyyət gərginləşən zaman ürək döyüntüləri ritminin artmasını təsdiq edirlər.

Futbolçular və azarkeşlər arasındakı emosional bağlılığı nəzərə alan “Mastercard” bu hissləri daha da gücləndirmək üçün yeni texnologiya tətbiq edib. “Kit Beats” adlı texnologiya vasitəsilə azarkeşlər sevimli futbolçularının real zamanda oyun vaxtı ürək döyüntülərini hiss edə biləcəklər. Bunun üçün hər iki tərəfin geyiminə xüsusi cihaz quraşdırılacaq.

 Bu ayın əvvəli UEFA Çempionlar Liqası yarımfinal oyununda sınaqdan keçirilmiş texnologiya maskot uşaqlar ilə onların valideynləri arasında birbaşa əlaqə yaradıb. Maskot təcrübəsi uşaqlara oyundan əvvəl öz sevimli futbolçuları ilə meydana daxil olmaq şansı verir. “Kit Beats”  texnologiyası isə həmin şanslı uşaqların valideynlərinə övladlarının qəhrəmanları ilə eyni stadionu paylaşarkən hiss etdikləri qiymətsiz həyəcanı ötürmək imkanı yaradıb.

“Mastercard”ın Avropa bazarlarında biznesin inkişafı və kommunikasiya üzrə baş vitse prezidenti Rouz Bomont bildirib ki, “Mastercard”ın əsas məqsədi azarkeşlərin həyəcanını ötürmək, həmçinin, stadionda oynayan futbolçularla eyni hissləri paylaşdıqlarını göstərməkdir: ”Emosiyaları necə ifadə etməyindən asılı olmayaraq, hər kəsin Madriddə baş tutacaq final oyunundan zövq alacağına ümid edirik. Bizim işimizin əsasında innovasiya dayanır və biz çalışırıq ki, innovasiyalar müştərilərimizin həyat səviyyəsini artırsın. Stadiondakı azarkeşlər oyunun ayrılmaz hissəsidir və “Kit Beats” azarkeşlərin oyun ərzində hisslərini futbolçulara ötürməkdə yardımçı olacaq.”

“Mastercard”ın və “The Lion”un əməkdaşlığı nəticəsində ərsəyə gəlmiş yeni texnologiyanın üzərində işlər 2018-ci ilin may ayından başlanılıb. “Kit Beats” ilk dəfə olaraq UEFA-nın Çempionlar liqasının yarımfinalında tətbiq olunub. Texnologiya ötürücü vasitəsilə əlaqələndirilmiş iki intelektual cihaz vasitəsilə işləyir. Ötürücü bir insanın ürəyindən çıxan siqnalları dərhal digər istifadəçinin ürəyinə ötürür. “Kit Beats” haqqında məlumatı aşağıdakı linkə daxil olaraq əldə edə bilərsiniz:

https://www.youtube.com/watch?v=cwDqjmSmtMQ

İdman psixologiyası üzrə mütəxəssis Brendli Buş bildirir ki, futbolu digər idman növlərindən fərqləndirən əsas cəhətlərdən biri azarkeşlərlə komandaları arasında yaranmış sıx əlaqədir. Bəzi azarkeşlər üçün futbol oyundan daha artıqdır.

Sorğuda iştirak etmiş respondentlərin 4-də 3-ü düşünür ki, azarkeşlər də komandanın oyunçular kimi əsas hissəsidir. Fransada belə düşünənlər respondentlərin 73%-ni təşkil edir.

Ümumi olaraq Avropada 39%, təkcə İtaliyada isə 68% azarkeş bildirir ki, eyni komandaya azarkeşlik edən həmfikirlərini ailə üzvləri kimi qəbul edir. Araşdırma zamanı əldə olunmuş nəticələr matç zamanı yaranan ortaq emosiyaların azarkeşlər arasında ictimai birlik hissini artırdığını deməyə əsas verir.  


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Erdem Çakar: Azərbaycan “Mastercard” üçün hər zaman vacib bazar olub

AtaBank yenidən Mastercard tərəfindən mükafatlandırılıb

“Mastercard”ın rəsmi tərəfdaşı olduğu IV Bankçılıq Forumu keçirilib

Palata və MasterCard jurnalistlər üçün təlim təşkil edib (FOTOLAR)

“Mastercard” kiber məkandakı konfliktlərdən zərərçəkmişlərə yardım edəcək

Mastercard audiobrendiqini təqdim edib

Avropa Komissiyası MasterCard-ı 570,6 milyon avro cərimələyib 

“Mastercard” loqotipini dəyişir

“Mastercard” və EPUL Azərbaycanda birgə kampaniyaya start veriblər

“Mastercard” Azərbaycanda rəqəmsal texnologiyaların tətbiqini genişləndirir

“Mastercard” Naxçıvanda növbəti kampaniyaya başlayıb

Mastercard «Bank Silk Way»-i mükafatlandırıb

“Mastercard” Azərbaycan banklarını mükafatlandırıb (FOTO)

Mastercard yeni kampaniyaya start verib

“Mastercard” istirahət üçün ən populyar şəhərlərin adlarını açıqlayıb

AMB və “Mastercard” Naxçıvanda rəqəmsal ödənişlərin istifadəsinin genişləndirilməsinə dair tədbirlərə başlayıb

“Mastercard” və “Bravo” supermarketlər şəbəkəsi yeni kampaniyaya başlayıblar

“Mastercard” və “Cahan” supermarketi Naxçıvanda birgə kampaniyaya başlayıb

"Mastercard" Azərbaycan üzrə yeni menecer təyin edib

“Mastercard”kart sahiblərini alış-veriş zamanı imza atmaq tələbindən azad edib

16 Dekabr 2019, 14:05 (GMT +4)
Diplomatik korpusun nümayəndələri “Sitrus vadisi” aqroturunda iştirak ediblər

16 Dekabr 2019, 13:56 (GMT +4)
İraqda yeni baş nazirin seçilməsi məsələsi dalana dirənib

16 Dekabr 2019, 13:48 (GMT +4)
Çin ABŞ-ın diplomatlarını qovmasına etiraz edib

16 Dekabr 2019, 13:30 (GMT +4)
MN: Dekabr ayının sonunadək Azərbaycan Ordusunda 200 mindən artıq ağac əkiləcək

16 Dekabr 2019, 13:17 (GMT +4)
Braziliya İsraildəki səfirliyi Qüdsə köçürəcək

16 Dekabr 2019, 13:00 (GMT +4)
Azərbaycanda “Kəlbəcər” adlı tanker istifadəyə veriləcək (FOTOLAR)

16 Dekabr 2019, 12:50 (GMT +4)
Tramp "Fox News"un impiçment barədə sorğusunun nəticələrini qeyri-dəqiq adlandırıb

16 Dekabr 2019, 12:40 (GMT +4)
AQTA apteklərdə “Foden” əmtəə nişanlı qida əlavəsinin saxtalaşdırıldığını aşkarlayıb

16 Dekabr 2019, 12:28 (GMT +4)
ABŞ Bağdaddakı səfirliyinə böyük hərbi qüvvə göndərib

16 Dekabr 2019, 12:16 (GMT +4)
Azərbaycan "Cyber ​​Shield-2019" təlimlərində təmsil olunacaq

16 Dekabr 2019, 12:00 (GMT +4)
Suriyanın gələcək üfüqündə ABŞ qüvvələrinə yer yoxdur - Bəşər Əsəd (VİDEO)

16 Dekabr 2019, 11:58 (GMT +4)
"Azərbaycan" adlı "RoPax" tipli gəmi-bərə istifadəyə veriləcək

16 Dekabr 2019, 11:48 (GMT +4)
ƏƏSMN: Bu il 107,7 min vətəndaşa peşəyönümü məsləhət xidməti göstərilib

16 Dekabr 2019, 11:47 (GMT +4)
Vladimir Zelenski bu gün Azərbaycana rəsmi səfərə gələcək

16 Dekabr 2019, 11:30 (GMT +4)
Neft yenidən ucuzlaşıb

16 Dekabr 2019, 11:27 (GMT +4)
Livanda bu gün yeni baş nazirin adının açıqlanacağı gözlənilir

16 Dekabr 2019, 11:22 (GMT +4)
Türkiyə tarixindən utanmır - Ərdoğan

16 Dekabr 2019, 10:52 (GMT +4)
İran körfəz ərəb dövlətlərini yeni anlaşma imzalamağa çağırıb

16 Dekabr 2019, 10:47 (GMT +4)
Sabahdan Cocuq Mərcanlı istiqamətində ilk dəfə olaraq marşrut xətti açılır

16 Dekabr 2019, 10:38 (GMT +4)
ABŞ iki Çin diplomatını casusluq cəhdinə görə ölkədən qovub 

16 Dekabr 2019, 10:21 (GMT +4)
Sudan Yəmənin qərbindəki hərbi qüvvələrini çıxarmağa başlayıb

16 Dekabr 2019, 10:17 (GMT +4)
Pentaqon Türkiyənin "İncirlik" bazasını bağlamaq təhdidlərinə cavab verib

16 Dekabr 2019, 10:06 (GMT +4)
DİM başqasının yerinə imtahan verənlərin 2 ilədək həbs edilməsini təklif edir

16 Dekabr 2019, 09:42 (GMT +4)
Özünüməşğulluqla bağlı suallar cavablandırılacaq

16 Dekabr 2019, 09:41 (GMT +4)
Türkiyə aviabazalarının bağlanması Ankaranın səlahiyyətindədir - Ərdoğan

16 Dekabr 2019, 09:38 (GMT +4)
İraqın sabiq baş naziri ABŞ-ın ölkə siyasətçilərinə sanksiya tətbiqini tənqid edib

16 Dekabr 2019, 09:37 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 21 dəfə pozub

16 Dekabr 2019, 09:11 (GMT +4)
Türkiyə parlamenti Liviya ilə müdafiə razılaşmasını müzakirə edəcək

16 Dekabr 2019, 09:00 (GMT +4)
Azərbaycanın 3 karateçisi İtaliyada medal qazanıb

15 Dekabr 2019, 12:00 (GMT +4)
Xalq rəssamı Səttar Bəhlulzadənin anadan olmasının 110 illiyi tamam olur

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66