Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » RAMAZAN

Bakıda "Qüds Günü" və Qarabağ’ mövzusunda tədbir keçirilib

30 May 2019, 13:50 (GMT +4)

Bakı, 30 may, SalamNews.“İslam dünyası öz problemlərini özü həll etməli və beynəlxalq təşkilatlara ümid bağlamamalıdır”.

SalamNews  xəbər verir ki, bu fikirlər “Qüds Günü və Qarabağ” mövzusunda keçirilən tədbirdə səsləndirilib. Tədbirdə öncə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Ardınca tədbiri giriş nitqi ilə açan Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı Qarabağın işğalından danışıb. O, bildirib ki, Qüds və Qarabağ eyni dərdi və taleyi bölüşür. Çünki hər iki ərazi xristian dövlətləri tərəfindən işğala məruz qalan müsəlman ölkələrinə məxsusdur. Odur ki, həm Qarabağın, həm də Qüdsün azadlığı yalnız İslam dünyasının birliyindən keçir.
Ardınca tədbirdə çıxış edən Azərbaycan İslam Partiyasının sədr əvəzi, ruhani alim hacı İlham Əliyev münaqişələrin ciddiliyinə diqqət çəkib.

O, bildirib ki, İslam dünyası məsələnin mahiyyətini düzgün dərk edib anlamalıdır. AİP-in sədr əvəzi bildirib ki, “Qüds Günü”-nun elan olunmasından 40 il ötüb. Qüds Günü əqidə və din mübarizəsidir. Ruhani alim əlavə edib ki, 40 ildən sonra düşmənin iç üzü açılıb. Bu gün düşmən əslində İslam dini ilə mübarizə apardığını etiraf edir. Bu mübarizə həm də Qarabağda aparılır. Çünki Qarabağ da müsəlman torpağıdır. Hacı İlham Əliyev əlavə edib ki, düşmənin hədəfləri öncədən dərk edilməli və mübarizə bu hədəflərə uyğun aparılmalıdır.

Tədbirdə söz alan AİP-in keçmiş sədri Hacı Hacıağa Nuri bildirib ki, İşğalçılarla bərabər, işğalı, zülmü dəstəkləyənlərə qarşı da ölüm şüarları səsləndirilməli və bu şüarlar gələcək nəsillərə çatdırılmalıdır. Hacıağa Nuri ATƏT və digər beynəlxalq təşkilatlara ümid bağlamağın gərəksiz olduğunu diqqətə çatdırıb.

Tədbirdə söz alan Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının rəhbəri Rövşən Əhmədli bildirib ki, beynəlxalq təşkilatların Qarabağ adlı dərdi yoxdur. Qüds və Qarabağ müsəlman dünyasının dərdidir və bu problemlər milli birlik vasitəsi ilə həll edilməlidir.

DEVAMM sədri, ilahiyyatçı-filosof İlqar İbrahimoğlu da çıxışında İsrail rejiminin Fələstin torpaqlarının işğalı nəticəsində yarandığını dilə gətirib. O, bildirib ki, bu gün iqtisadi yanaşma ilə Fələstini vurmağa cəhd edirlər. Belə ki, işğalçı rejim “Yeni Fələstin” layihəsi yaratmağa çalışır. Bu layihə isə 6 milyon fələstinlinin öz doğma yurdlarına qayıtmaq hüququnu ləğv etməyə yönəlib.

Daha sonra tədbirdə çıxış edən AİP funksioneri, politoloq Akif Heydərli bildirib ki, hər bir müsəlman zülmə məruz qalan öz müsəlman qardaşına yardım etməlidir. Bu hədisin Peyğəmbərdən miras qaldığını xatırladan AİP funksioneri, müsəlman dünyasını müqavimətə səsləyib.

AİP Qadınlar Şurasının sədri Növrəstə İbrahimova isə çıxışında müsəlmanların və zülmə , haqsızlığa boyun əyməyən bütün insanların Qüdsə yürüş etməli olduğunu dilə gətirib. O, bildirib ki, heç bir dünya dövləti Qüds şəhərini işğalçı İsrailin paytaxtı kimi tanımır. Bu isə müqəddəs şəhərin işğala məruz qalmasının bariz nümunəsidir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Türkiyə işğal cəhdlərinə qarşı çıxmağa hazırdır - TBMM sədri

TBMM sədri Azərbaycana səfər edib

TBMM Xocalı soyqırımı ilə bağlı bəyanat yayıb

Türkiyənin iqtidar partiyası TBMM spikeri vəzifəsinə namizədinin adını açıqlayıb

TBMM sədri istefa verib

Binali Yıldırım TBMM-nin spikeri vəzifəsindən istefa edəcək

TBMM sədri Binəli Yıldırım və müdafiə naziri Hulusi Akar Azərbaycana gələcək

TBMM-də millət vəkillərinin andiçmə mərsimi keçirilir

“Qüds Günü və Qarabağ” mövzusunda dəyirmi masa keçirilib

TBMM spikeri: "Qarabağ bizim milli məsələmizdir"

TBMM Komissiyasında növbədənkənar seçkilərlə bağlı qərar təsdiqlənib

Azərbaycan prezidenti TBMM nümayəndə heyətini qəbul edib

Azərbaycan prezidenti TBMM nümayəndə heyətini qəbul edib

TBMM-nin sədri yenidən İsmayıl Kahraman seçilib

TBMM-yə yeni spiker seçilir

İraq və Suriyada hərbi əməliyyatların keçirilməsi üzrə qanun layihəsi TBMM-ə təqdim edilib  

Qarabağ hamımızın məsələsidir - TBMM sədri

TBMM-in xüsusi iclası Rəcəb Tayyib Ərdoğana etirazla başlayıb

TBMM-də iyulun 15-də keçiriləcək tədbirə müxalifət partiyaları dəvət edilməyib

TBMM Qətərdə türk hərbçilərinin yerləşdirilməsini təsdiqləyib  

20 İyul 2019, 13:20 (GMT +4)
Azercell jurnalistlərə 1875 dəqiqə hədiyyə edəcək

20 İyul 2019, 12:56 (GMT +4)
Anar Məmmədxanovun doğum tarixidir

20 İyul 2019, 12:53 (GMT +4)
ABŞ Maduro gedənə qədər sakitləşməyəcək - Con Bolton

20 İyul 2019, 12:41 (GMT +4)
General Haftarın ordusu Liviya paytaxtı istiqamətdə yeni irimiqyaslı hücuma başlayır

20 İyul 2019, 12:32 (GMT +4)
Bakıda ilk dəfə Nepal dövlətinin təşkilatçılığı bilik yarışması təşkil olunub

20 İyul 2019, 12:13 (GMT +4)
Britaniya neft gəmilərinə Hörmüzdən keçməməyi tövsiyə edib

20 İyul 2019, 12:05 (GMT +4)
Ukrayna naziri Zelenskinin yeni sərəncamı "sirk" adlandırıb

20 İyul 2019, 11:59 (GMT +4)
“Qarabağ-Aran Soğan İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyi təsis olunub

20 İyul 2019, 11:50 (GMT +4)
SalamNews-un əməkdaşı ADU tərəfindən mükafatlandırılıb (FOTOLAR)

20 İyul 2019, 11:39 (GMT +4)
NRYTN "Bakı-2019"la bağlı gücləndirilmiş iş rejiminə keçib

20 İyul 2019, 11:34 (GMT +4)
ABŞ Konqresində "Eksorsizm" ritualı keçirilib

20 İyul 2019, 11:30 (GMT +4)
ABŞ-ın Səudiyyəyə 500 hərbi qüvvə göndərməsi rəsmən təsdiqlənib

20 İyul 2019, 11:28 (GMT +4)
Azərbaycan nefti yenidən bahalaşıb

20 İyul 2019, 11:27 (GMT +4)
ARDNF-ın illik maliyyə hesabatlarının Prezidentə təqdim edilmə müddəti dəyişib

20 İyul 2019, 11:16 (GMT +4)
Direktor vəzifəsinə işə qəbul üzrə qeydiyyat artıq başa çatıb

20 İyul 2019, 11:12 (GMT +4)
Saakaşvili Ali Rada seçkilərində partiyasının namizədliyini geri çəkib

20 İyul 2019, 11:07 (GMT +4)
Türkiyədə qida zəhərlənməsindən 56 nəfər xəstəxanaya yerləşdirilib

20 İyul 2019, 11:07 (GMT +4)
Bakı yollarında "sarı zolaq" qadağası qüvvəyə minib

20 İyul 2019, 10:58 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 19 dəfə pozub

20 İyul 2019, 10:47 (GMT +4)
Bakıya daha 10 yeni metro vaqonu gətirilir

20 İyul 2019, 10:34 (GMT +4)
İsrail qüvvələri fələstinlilərin yürüşünə atəş açıb - Yüzdən çox yaralı var (VİDEO)

20 İyul 2019, 10:23 (GMT +4)
Tramp senatorlara Türkiyəni müzakirə etməyi təklif edib - KİV

20 İyul 2019, 10:08 (GMT +4)
İran Brtaniyanın bir neft gəmisini saxlayaraq Bəndər-Abbas sahilinə aparıb (FOTO)

20 İyul 2019, 10:00 (GMT +4)
Azərbaycan hərbçiləri Beynəlxalq Ordu Oyunları-2019-da iştirak edəcəklər

20 İyul 2019, 09:51 (GMT +4)
İran ABŞ hərbi gəmilərinin havadan yeni görüntülərini yayımlayıb (VİDEO)

20 İyul 2019, 09:00 (GMT +4)
Azərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olub

19 İyul 2019, 18:00 (GMT +4)
Hərbi Prokurorluqda əməliyyat müşavirəsi keçirilib

19 İyul 2019, 17:53 (GMT +4)
Aİİ-nun tələbələri Türkiyəyə “Yay məktəbi”nə yola düşüb

19 İyul 2019, 17:41 (GMT +4)
ABŞ İraqda İŞİD-ə qarşı döyüşən Haşd-Şabinin bir qərargahını vurub

19 İyul 2019, 17:34 (GMT +4)
Çində zavodda partlayış baş verib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66
12