Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Azərbaycan Prezidenti İlham Əliyev UEFA Avropa Liqasının final oyununa baxıb

30 May 2019, 09:53 (GMT +4)

Bakı, 30 may, SalamNews. Mayın 29-da Bakı Olimpiya Stadionunda keçirilən UEFA Avropa Liqasının final qarşılaşmasının qalibi “Çelsi” komandası olub.

SalamNews xəbər verir ki, Londonun “Arsenal” və “Çelsi” komandaları arasında baş tutan maraqlı final oyununa Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri də baxıblar.

Azərbaycanın paytaxtında çoxdandır maraqla gözlənilən futbol yarışı uğurla baş tutdu.

Oyunu italiyalı referi Canluka Rokki idarə edib. Avropa Liqası tarixində ilk dəfə bu oyunda videonəzarət (VAR) sistemindən istifadə olunub. Bundan başqa, bu turnirdə ilk dəfə olaraq komandalar əlavə vaxt təyin olunacağı təqdirdə dördüncü əvəzetmədən istifadə etmək hüququ qazanıblar.

Final oyununun möhtəşəm açılış mərasimində ingiltərəli DJ, bəstəkar və remikser Conas Blu Bakı Olimpiya Stadionuna toplaşan azarkeşlərə unudulmaz anlar yaşatdı. O, möhtəşəm mərasimdə 150 yerli rəqqasla birlikdə səhnəyə çıxdı.

Şərq ilə Qərbin qovuşduğu Bakıda təşkil olunan bu möhtəşəm mərasimdə Conas Blunun bənzərsiz ifası azarkeşlərin coşqulu alqışları ilə qarşılandı.

Əsrarəngiz xüsusi effektlər “Odlar Yurdu” üzərində səmanı işıqlandırdığı zaman DJ Blu özünün ən böyük hitlərinin miksini ifa etdi. Bu, tamaşaçılara müsbət enerji verməklə final oyununda mübarizə aparacaq hər iki komandaya da ehtiramın ifadəsi oldu.

Mərasimin ən yadda qalan hissəsi Conas Blunun bənzərsiz ifasının sədaları altında “Çelsi” və “Arsenal” komandalarının nəhəng formalarının arenaya gətirilməsi oldu.

Açılış mərasimindən sonra turnirin kuboku arenaya gətirildi. Daha sonra “Arsenal” və “Çelsi” komandalarının futbolçuları meydana çıxdılar.

İki yüzdən çox ölkədə canlı yayımlanan final qarşılaşmasının birinci hissəsində bir neçə dəfə təhlükəli vəziyyət yaransa da, hesab açılmadı. İkinci hissəyə “Çelsi” daha fəal başladı. Bu fəallığın nəticəsində 49-cu dəqiqədə Oliviye Jiru öz komandasını 1:0 hesabı ilə önə keçirdi. Qarşılaşmanın 60-cı dəqiqəsində “Çelsi” hesabda üstünlüyünü artırdı. Budəfəki qolun müəllifi Pedro Rozdrigez oldu. Beş dəqiqə sonra “Arsenal”ın qapısına penalti təyin edildi. Penaltini dəqiq yerinə yetirən Eden Azar hesabı 3:0-a çatdırdı. “Arsenal” hesab arasındakı fərqi 69-cu dəqiqədə Aleks İvobinin möhtəşəm qolu ilə azaltmağa müvəffəq olsa da, iki dəqiqə sonra Eden Azarın vurduğu qolla “Çelsi” fərqi üç topa çıxardı: 4:1.

Maraqlı idman mübarizəsi şəraitində keçən qarşılaşma elə bu hesabla da başa çatdı.

Bununla da “Çelsi” komandası UEFA Avropa Liqasının 2018-2019-cu illər mövsümünün qalibi oldu.

Matçda dubl edən Eden Hazard final qarşılaşmasının ən yaxşı futbolçusu seçilib.

“Çelsi”nin fransalı hücumçusu Oliviye Jiru isə vurduğu qol sayəsində UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün ən məhsuldar futbolçusu olub. O, cari mövsümdə bu turnirdə 11 dəfə fərqlənib.

Final matçından sonra qaliblərin təntənəli mükafatlandırılması mərasimi keçirildi.

Qalib komandaya kuboku UEFA prezidenti Aleksandr Çeferin təqdim etdi.

Bununla da “Çelsi” 2012-2013-cü il mövsümündən sonra ikinci dəfə UEFA Avropa Liqasının qalibi adını qazandı. “Arsenal” isə ikinci dəfə UEFA Avropa Liqasının finalında məğlub oldu.

Qeyd edək ki, bu oyunla peşəkar futbolda 851-ci dəfə meydana çıxan “Arsenal”ın çexiyalı qapıçısı Petr Çex final görüşündən sonra karyerasını başa vurub.

Daha bir maraqlı məqam ondan ibarətdir ki, final qarşılaşması ilə əlaqədar tamaşaçı tutumu 70 min yerə çatdırılan Bakı Olimpiya Stadionu bu baxımdan UEFA Avropa Liqasının tarixində 20 illik rekordu yeniləyib. Bakı Olimpiya Stadionu bu göstərici üzrə UEFA Avropa Liqasının final matçına ev sahibliyi edən stadionlar arasında ən çox tamaşaçı tutumuna malik arena olub. Belə ki, 1999-cu ildə “Parma” və “Marsel” komandaları Moskvanın 62 min tamaşaçı tutumuna malik “Lujniki” stadionunda üz-üzə gəliblər.

Xatırladaq ki, 2017-ci il sentyabrın 20-də UEFA İcraiyyə Komitəsi futbol üzrə UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün final oyununun 2019-cu il mayın 29-da Bakı Olimpiya Stadionunda keçirilməsi haqqında qərar qəbul edib. UEFA Avropa Liqasının final qarşılaşmasının Bakıda keçirilməsi ilə əlaqədar Azərbaycan paytaxtında silsilə tədbirlər təşkil olunub. Belə ki, UEFA Avropa Liqasının zəngin irsinin təbliği məqsədilə Bakıda ötən il dekabrın 22-dən bu il yanvarın 7-dək “UEFA Avropa Liqası Muzeyi” fəaliyyət göstərib.

Bu mötəbər futbol turnirinin kubok səyahətinə martın 9-da Cenevrədə start verilib. Martın 22-23-də Sevilya, martın 29-30-da Berlin, aprelin 5-6-da London, aprelin 12-də Milan, aprelin 20-də Moskva, mayın 10-da Parisdə olan kubok mayın 19-da Gəncədə, 21-də isə Cocuq Mərcanlıda nümayiş olunduqdan sonra Bakıya gətirilib.

UEFA Avropa Liqasının final qarşılaşması çərçivəsində keçirilən tədbirlərdən biri də martın 3-də “Bakı 2019: Ulduzlar Finalı” adlı qarşılaşma olub. Həmin oyunda məşhur futbolçular Yeju Dudek, Maykl Essien, Anderson Luis de Souza (Deku), Hamit Altıntop, Nihat Kahveci, Andrey Arşavin, Revaz Arveladze, eləcə də yerli veteran futbolçulardan Nazim Süleymanov və UEFA Avropa Liqasının Bakıda keçirilən final oyununun səfiri Vəli Qasımovun iştirakı ilə “Bakı 2019: Ulduzlar Finalı”nda “Qərb Ulduzları” və “Şərq Ulduzları” komandaları qarşılaşıblar.

UEFA Avropa Liqasının final matçının Bakı Olimpiya Stadionunda keçirilməsi ilə bağlı qərar son illər sürətlə inkişaf edən Azərbaycan idmanının qazandığı növbəti uğurdur. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət idman siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam və inkişaf etdirilməsi nəticəsində bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Azərbaycanın son illərdə bir neçə mötəbər beynəlxalq idman yarışına - I Avropa, IV İslam Həmrəyliyi Oyunlarına, Formula 1 yarışına, 42-ci Ümumdünya Şahmat Olimpiadasına yüksək səviyyədə ev sahibliyi etməsi Azərbaycanın idman dövləti olduğunu bir daha bütün dünyaya nümayiş etdirdi. Təsadüfi deyil ki, bu gün ən mötəbər idman qurumları nüfuzlu beynəlxalq yarışlara ev sahibliyi hüququnu tərəddüd etmədən Azərbaycana verirlər. Belə ki, UEFA Avropa Liqasının final oyunu ilə yanaşı, 2020-ci ildə futbol üzrə Avropa çempionatının qrup mərhələsinin üç, dörddəbir final mərhələsinin bir oyununun, bu il iyulun 20-28-də Avropa Gənclərinin Yay Olimpiya Festivalının Bakıda keçirilməsi barədə qərarlar bunun göstəricisidir. İdmançılarımızın Olimpiada, dünya və Avropa, eyni zamanda, digər beynəlxalq idman tədbirlərində qazandıqları medalların sayının ilbəil artması dövlət səviyyəsində idman sahəsinə göstərilən diqqətin nəticəsidir. Təqdirəlayiq haldır ki, uşaqlar və gənclər arasında idmana böyük maraq var. Bütün bunlar digər sahələr kimi, Azərbaycan idmanının da inkişafının ən parlaq dövrünü yaşadığını nümayiş etdirir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Prezident İlham Əliyev Böyük Britaniya Baş Nazirinin Azərbaycan üzrə ticarət elçisini qəbul edib 

Prezident İlham Əliyev ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşavirini qəbul edib

Prezident İlham Əliyev Xocalı abidəsini ziyarət edib

İlham Əliyev: "Əminəm ki, bu ilin sonuna qədər Cənub Qaz Dəhlizi tam istismara veriləcək"

Çin lideri Azərbaycan Prezidenti İlham Əliyevə məktub göndərib

Prezident İlham Əliyev İqor Ponomaryovu təltif edib

Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib

İlham Əliyev Vatikanda Müqəddəs Taxt-Tacın dövlət katibi ilə görüşüb

Prezident İlham Əliyev Vatikanda Papa Fransisk ilə görüşüb

İlham Əliyev: Elektrik enerjisinin əlçatanlıq əmsalına görə Azərbaycan dünyada ikinci yerdədir

İlham Əliyev və Mehriban Əliyeva Romada Azərbaycan Mədəniyyət Mərkəzi üçün nəzərdə tutulan bina ilə tanış olublar (FOTO)

İlham Əliyev İtaliya Deputatlar Palatasının sədri ilə görüşüb

Prezident İlham Əliyev İtaliyanın ən iri şirkətlərinin rəhbərləri ilə işçi nahar edib

Prezident İlham Əliyev Romada naməlum əsgər abidəsini ziyarət edib (FOTOLAR)

Prezident İlham Əliyevin Romada rəsmi qarşılanma mərasimi olub (FOTO)

Elçin Quliyev: Sərhədçilər Prezident İlham Əliyevin tapşırıqlarını yüksək səviyyədə icra edirlər

Prezident İlham Əliyev Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədrini qəbul edib

İlham Əliyev Münhendə Beynəlxalq Böhran Qrupunun rəhbəri ilə görüşüb

Prezident İlham Əliyev Münxendə Əfqanıstan Prezidenti ilə görüşüb (FOTO)

Prezident İlham Əliyevin Avropa İttifaqının komissarı ilə görüşü olub

27 Fevral 2020, 12:48 (GMT +4)
İdlibin şərqində şiddətli döyüşlər gedir, Suriya Ordusu əyalətin cənubunda irəliləyib

27 Fevral 2020, 12:45 (GMT +4)
Tələbələrin köçürülməsinin nəticələri məlum olub

27 Fevral 2020, 12:34 (GMT +4)
Prezident İlham Əliyev Böyük Britaniya Baş Nazirinin Azərbaycan üzrə ticarət elçisini qəbul edib 

27 Fevral 2020, 12:26 (GMT +4)
Blumberq Rusiyanı prezident seçkilərində Sandersə kömək etməkdə ittiham edib

27 Fevral 2020, 12:16 (GMT +4)
Dövlət Reklam Agentliyi «myGov»a interqasiya edilib

27 Fevral 2020, 12:10 (GMT +4)
Narkoloji xəstələrin dövlət hesabına müalicə qaydaları müəyyənləşib

27 Fevral 2020, 11:51 (GMT +4)
Mədəniyyət və incəsənət biznesinə dair Forum təşkil olunub

27 Fevral 2020, 11:44 (GMT +4)
İranda koronavirusdan ölənlərin sayı 22-ə çatıb, yoluxanların 54-ü sağalıb

27 Fevral 2020, 11:39 (GMT +4)
“Azərişıq” ASC daha bir yenilik edib

27 Fevral 2020, 11:38 (GMT +4)
Maas ABŞ və Rusiyanı START 3-ü uzatmağa çağırıb

27 Fevral 2020, 11:30 (GMT +4)
İstanbulda Xocalı Soyqırımının ildönümnə həsr olunmuş panel təşkil edilib

27 Fevral 2020, 11:30 (GMT +4)
Livan da neft ölkələri ailəsinə qoşulub

27 Fevral 2020, 11:28 (GMT +4)
Azər Türk Bank öz biznesini qurmaq istəyənlərə yeni fürsət yaradıb

27 Fevral 2020, 11:21 (GMT +4)
Səhlənkarlıq edəndə nəticəsi ağır olur - Vaqif Əsədov

27 Fevral 2020, 11:20 (GMT +4)
Türkiyə və Rusiya nümayəndə heyətləri İdlibi müzakirə edib

27 Fevral 2020, 11:11 (GMT +4)
Azərbaycan tərəfi Gürcüstanda koronavirusun aşkarlanması ilə bağlı açıqlama verib

27 Fevral 2020, 11:03 (GMT +4)
ATU-da "Qarabağ: Əcdadlarımızın mirası" təqdim olunub

27 Fevral 2020, 11:01 (GMT +4)
Çindən kənarda yeni koronavirusa yoluxanların sayı 3000-ə yaxınlaşır 

27 Fevral 2020, 10:56 (GMT +4)
Tunis parlamenti yeni hökumətə müsbət rəy verib

27 Fevral 2020, 10:40 (GMT +4)
Sabah Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI iclası keçiriləcək

27 Fevral 2020, 10:39 (GMT +4)
Finlandiyada koronavirusa ilk yoluxma halı qeydə alınıb

27 Fevral 2020, 10:37 (GMT +4)
Gəncədə top mərmisi aşkarlanıb

27 Fevral 2020, 10:32 (GMT +4)
Rusiyanın Pyatiqorsk şəhərində Xocalı qətliamı anılıb

27 Fevral 2020, 10:11 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 26 dəfə pozub

27 Fevral 2020, 10:09 (GMT +4)
İran universitetlərində koronavirusa görə tətilin müddəti daha bir həftə uzadılıb

27 Fevral 2020, 10:08 (GMT +4)
İtaliyada yeni növ koronavirusa yoluxanların sayı 400-ə çatıb

27 Fevral 2020, 09:49 (GMT +4)
Azərbaycan nefti ucuzlaşıb

27 Fevral 2020, 09:40 (GMT +4)
Səudiyyə Ərəbistanı ümrə ziyarətini müvəqqəti olaraq dayandırıb

27 Fevral 2020, 09:39 (GMT +4)
Çində koronavirusdan ölənlərin sayı 2744-ə çatıb

27 Fevral 2020, 09:29 (GMT +4)
Bu gün “Bakı Metropoliteni”nin 6 yaşı tamam olur

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66