Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Yevlax dəmiryolu qovşağında kompleks mülki müdafiə təlimi keçirilib

24 May 2019, 17:43 (GMT +4)

Bakı, 24 may, SalamNews. Müasir dövrdə dünyada və Azərbaycan Respublikasında tüğyan edən təbii fəlakətlər və texnogen qəzalar zamanı əhalinin mühafizəsini təşkil etmək, fövqəladə hallardan mühafizə sahəsində əhalinin hazırlığını təmin etmək mülki müdafiə orqanları qarşısında bir nömrəli vəzifə olduğundan, “Azərbaycan Dəmir Yolları” QSC-nin 2019-cu il üçün mülki müdafiə tədbirlər planına müvafiq olaraq, Yevlax dəmir yolu stansiyasının ərazisində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı Mülki Müdafiə orqan və qüvvələrinin idarə edilməsi” mövzusunda növbəti kompleks mülki müdafiə təlimi keçirilib.

Bununla əlaqədar olaraq, Yevlax dəmir yolu mülki müdafiə qovşağının rəhbər işçiləri, Fövqəladə Hallar Komissiyasının üzvləri, mülki müdafiə qüvvələrinin şəxsi heyəti, stansiya ərazisində yerləşən qeyri-dəmir yolu müəssisələrinin işçiləri təlimə cəlb olunub.

Təlimin keçirilməsində əsas məqsəd fövqəladə hallar zamanı qovşağın ərazisində yerləşən obyektlərin mülki müdafiə planlarının reallığını əks etdirmək, mövcud xəbərdarlıq sxemi əsasında mülki müdafiə qüvvələrinin çevik qaydada hazır vəziyyətə gətirilməsi, hadisə yerinə göndərilməsi, yaranmış vəziyyətin qiymətləndirilməsi, hadisə yerindən məlumatların toplanması, obyekt rəhbərinin, mülki müdafiə qüvvələrinin fasiləsiz və düzgün idarə olunması bacarığının təkmilləşdirilməsi, dəyəcək ziyanın müəyyən qədər azaldılmasının hərtərəfli dərindən təhlil edilməsi idi.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin rəhbərliyinin nəzarəti ilə təşkil olunan və həyata keçirilən təlimdə qovşağın obyekt rəhbərləri və Fövqəladə Hallar Komissiyasının üzvləri, mülki müdafiəqüvvələri iştirak ediblər.

Yevlax dəmir yolu qovşağının ərazisində keçirilən kompleks təlim həyəcan siqnalının verilməsi ilə başladı. Rəhbər işçilər qovşaq Mülki Müdafiə Qərargahı rəhbərinin yanında toplandılar. Qovşaq rəhbəri məlumat verdi ki, şərti olaraq səhər saatlarında baş verən zəlzələ nəticəsində iki yük vaqonu relsdən düşüb və aşıb, xəsarət alanlar var, dirəklərin yıxılması nəticəsində elektrik naqilindən düşən qığılcımdan yanğın baş verib, stansiyanın xidməti binalarının bəzi sahələrində uçqunlar olub, uçqunlar altında qalanlar, ölənlər və yanğından zərər çəkənlər və xəsarət alanlar var.

Təlim rəhbəri təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün mülki müdafiə qüvvələrinə müvafiq göstərişlər verib. Növbəti yarana biləcək vəziyyətdə təlim iştirakçılarının vəzifələri dəqiqləşdirilib. İctimai asayişi mühafizə manqası ərazini dərhal çəpərləyib və postlarda dayanaraq əraziyə kənar şəxslərin daxil olmaması üçün tədbirlər görüblər. Səsgücləndirici vasitəsi ilə 1-2 dəqiqə ərzində “Yanğın həyəcanı” siqnalı verilib. Kəşfiyyat manqaları müxtəlif istiqamətlərdən əraziyə daxil olaraq 3-4 yerdən nümunələr götürüb yoxladıqdan sonra manqa komandirinə, manqa komandirləri isə öz növbəsində nəticələri mülki müdafiə rəhbərinə məruzə ediblər. Müvəqqəti rabitə bərpa edilib.Yanğından mühafizə və xilasetmə manqaları əraziyə daxil olub, mövcud vasitələrlə yanğın ocaqları söndürülüb. Yaralılar ərazidən kənarlaşdırılıb, xilasetmə qrupu əraziyə daxil olub. Yaralılara ilkin tibbi yardım göstərilib və onlar xərəklə tibb məntəqəsinə aparılılıb.

Sonra bərpa manqası əraziyə yaxınlaşaraq bərpa işlərinə başlayıb. Bərpa işləri başa çatandan sonra ağırlaşdırıcı hal kimi sərnişin qatarında yanğının başlaması barədə şərti məlumat daxil olub. Xilasetmə manqaları dərhal sərnişinləri vaqondan təhlükəsiz əraziyə təxliyyə edib və yaralıları tibb məntəqəsinə çatdırıblar. Hər bir manqa komandiri mülki müdafiə rəhbərinə məruzə edib.

Təlimdən sonra keçirilən müşavirədə Fövqəladə hallar və mülki müdafiə işləri üzrə texniki müfəttiş İsa Xudiyev çıxış edərək stansiyada mülki müdafiə qüvvələrinin hazırlıq vəziyyətinin qənaətbəxş olduğunu bildirib və aktiv iştiraka görə hər kəsə minnətdarlıq edib.
Təlimdə Fövqəladə Hallar Nazirliyinin və “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları iştirak ediblər.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

“Azərbaycan Dəmir Yolları”: Dəmiryolunda texniki nasazlıq aradan qaldırılıb

Dəmiryolu stansiyasında bədbəxt hadisə nəticəsində post növbətçisi ölüb

Çinin Dəmiryolu İnşaatı Korporasiyası Azərbaycan bazarına dəvət olunub

Azərbaycanda iki dəmiryolu deposu tikilir

Ukrayna Rusiya ilə dəmiryolu əlaqəsini kəsir

FHN Dəmiryolu Vağzalında partlayıcı qurğu yerləşdirilməsi barədə məlumat yayıb 

Bakı-Tbilisi-Qars dəmiryolu xətti əhəmiyyətli layihədir - deputat

Dəmiryolu işçilərinin peşə bayramına həsr olunmuş tədbir keçirilib (FOTOLAR)

Bakı-Naxçıvan dəmiryolu çəkiləcək   

Ucar-Əlikənd mənzilində 9,5 km dəmiryolu əsaslı təmir olunur

Hindistanda dəmiryolu stansiyasında basırıq nəticəsində azı 22 nəfər ölüb

Dəmiryolu təsərrüfatlarına yaz baxışı keçiriləcək - QSC

Gəncədə dəmiryolunda ölümlə nəticələnən hadisə baş verib

Bakı-Tbilisi-Qars dəmiryolu ilə ildə 5 milyon ton yük daşınacaq - nazir

Bu il dəmiryolu ilə sərnişin daşınmasında 1,3 faiz artım olub - DSK

On ayda dəmiryolu ilə sərnişin daşınmasında cüzi artım olub - DSK

Ötən ay hava və dəmiryolu nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətləri ucuzlaşıb - DSK

Bakı-Pirşağı-Sumqayıt istiqamətində dairəvi dəmiryolunun əsaslı təmir işlərinə başlanılıb

Çin "TransXəzər" dəmiryolu marşrutundan istifadə etməkdə maraqlı olduğunu bəyan edib

Bakı dəmiryolu vağzalının binasında aparılan tikinti-yenidənqurma işləri davam edir - sədr

09 Dekabr 2019, 20:35 (GMT +4)
Bakıda «R-Pharm»ın yeni istehsal sahəsi açılıb

09 Dekabr 2019, 18:18 (GMT +4)
MN Azərbaycan-Türkiyə-Qətər birgə hərbi təlimlərinin keçirilməsi məsələsinə aydınlıq gətirib

09 Dekabr 2019, 17:49 (GMT +4)
Azercell “Ən yaxşı stend dizaynına görə” sertifikatla təltif edilib

09 Dekabr 2019, 17:44 (GMT +4)
Bin-Salman Səudiyyə hərbçisinin hücumuna görə Trampa başsağlığı verib

09 Dekabr 2019, 17:42 (GMT +4)
Azərbaycan fermerlərinin məhsulları Beynəlxalq yarmarkada nümayiş etdirilir

09 Dekabr 2019, 17:35 (GMT +4)
Fransa ATƏT Minsk Qrupundakı roluna sadiqdir - səfir

09 Dekabr 2019, 17:20 (GMT +4)
Açıq məkanda reklam sahəsindəki yeniliklərin müzakirəsi davam etdirilir

09 Dekabr 2019, 17:17 (GMT +4)
Naxçıvan Ali Məclisinə seçkilər təyin edilib

09 Dekabr 2019, 17:11 (GMT +4)
Rusiya dörd il müddətinə dünya idmanından uzaqlaşdırılıb

09 Dekabr 2019, 17:00 (GMT +4)
Bakıda «‎CaspiCandle» şam qalereyası fəaliyyətə başlayıb (FOTOLAR)

09 Dekabr 2019, 16:55 (GMT +4)
İraqda 9 nazir və 12 deputatın saxlanılma və istintaqa cəlb edilməsi haqda qərar çıxarılıb

09 Dekabr 2019, 16:53 (GMT +4)
İstanbulda Türkiyə və İran XİN rəhbərləri arasında görüş olub

09 Dekabr 2019, 16:40 (GMT +4)
Azərbaycan Prezidenti Vladimir Zelenskiyə başsağlığı verib

09 Dekabr 2019, 16:35 (GMT +4)
BP AzTU tələbələrinə iş təklif edəcək

09 Dekabr 2019, 16:30 (GMT +4)
Təhsil naziri payız semestrinin imtahan sessiyasının təşkili barədə əmr imzalayıb

09 Dekabr 2019, 16:27 (GMT +4)
Brüssel AB ölkələrini birlik olmağa çağırıb

09 Dekabr 2019, 16:18 (GMT +4)
Azərbaycanla Rusiya 3 sənəd imzalayıb

09 Dekabr 2019, 16:01 (GMT +4)
Xətai Sənət Mərkəzində “Fəsillər” adlı sərgi açılıb

09 Dekabr 2019, 15:57 (GMT +4)
Türkiyədə terror aktı nəticəsində 2 təhlükəsizlik əməkdaşı şəhid olub

09 Dekabr 2019, 15:37 (GMT +4)
İsrail partiyaları Knesset seçkilərini 3-cü dəfə keçirməklə bağlı razılaşıblar

09 Dekabr 2019, 15:34 (GMT +4)
FIFA referimiz Əliyar Ağayev UEFA-nın seminarında iştirak edəcək

09 Dekabr 2019, 15:27 (GMT +4)
Kreml: Putin və Zelenski arasındakı danışıqların vaxtına məhdudiyyət qoyulmayacaq

09 Dekabr 2019, 15:16 (GMT +4)
Xəzər dənizi üzrə Yüksək Səviyyəli İşçi Qrupunun iclası Rusiyada keçiriləcək

09 Dekabr 2019, 14:55 (GMT +4)
Qərb və bəzi ərəb ölkələri İsrail qanunsuzluğunu təşviq edir - Ərdoğan

09 Dekabr 2019, 14:50 (GMT +4)
Azərbaycan cüdoçuları Rusiyada bir dəst medal qazanıb

09 Dekabr 2019, 14:39 (GMT +4)
Rusiyalı nazir: Rusiya və Azərbaycan altıncı yol xəritəsi üzərində razılaşma əldə edib

09 Dekabr 2019, 14:35 (GMT +4)
Nazirliyin maliyyə dəstəyi ilə icra olunan sosial xidmət layihələrində 1600-ə yaxın şəxs çalışır

09 Dekabr 2019, 14:27 (GMT +4)
Səudiyyə Ərəbistanının Neft-qaz və Minerallar Universitetinin nümayəndələri BANM-də olublar

09 Dekabr 2019, 14:27 (GMT +4)
İraqlı qız 5 ildən sonra ona təcavüz edən İŞİD-çi ilə qarşılaşıb (VİDEO)

09 Dekabr 2019, 13:52 (GMT +4)
Yeni Zelandiyada vulkan püskürməsi nəticəsində 5 nəfər ölüb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66