Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Vüsal Qasımlı startapçılarla görüşüb

23 May 2019, 12:39 (GMT +4)

Bakı, 23 may, SalamNews. Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru, iqtisad elmləri doktoru Vüsal Qasımlı İngiltərənin Newcastle Universiteti ilə birgə həyata keçirilən “Creative Spark” (Yaradıcı Qığılcım) layihəsinin “Big İDEA” adlı ideya və fikir yarışının ilkin mərhələsində iştirak şansı qazanan startapçılarla görüşüb.

Vüsal Qasımlı bildirib ki, son dövrlər aparılan islahat tədbirləri nəticəsində startap ekosistemi inkişaf etdirilir. Onun sözlərinə görə, Vergi Məcəlləsinə dəyişikliyə əsasən Azərbaycanda mikro və kiçik sahibkarlıq subyekti olan və hüquqi şəxs kimi fəaliyyət göstərən startaplar “Startap” şəhadətnaməsi aldığı tarixdən 3 il müddətinə vergidən azad olunur. Bundan başqa mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 faizi vergidən azad olunanlar siyahısına əlavə olunur.

Həmçinin KOB klaster şirkətinin mənfəəti - KOB klaster şirkətlərinin reyestrinə daxil edildiyi tarixdən 7 il müddətinə vergidən azad edilir. ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında 200.00 manatadək olan rezident müəssisənin təsisçisi və ya səhmdarları mənfəət vergisindən azad edilir.

 

İcraçı direktor Azərbaycanda startapların toxum, mələk və vençur investorlara çıxışına dəstək vermək üçün yaradılan EnterpriseAzerbaijan.com portalının fəaliyyətini misal göstərib. Əlavə edib ki, ölkədə startap ekosisteminin tərkib hissəsi kimi sənaye parkları, sənaye məhəllələri, aqro və texno parklar fəaliyyət göstərir. Çox sayda biznes inkubatorları yaradılıb.

 

Vüsal Qasımlı bildirib ki, İngiltərənin Newcastle Universiteti ilə həyata keçirilən “Creative Spark” (Yaradıcı Qığılcım) layihəsinin əsas məqsədi Azərbaycan startaplarının beynəlxalq səviyyədə tanınmasına dəstək göstərməkdən ibarətdir.

 

Qeyd edək ki, ümumilikdə müsabiqəyə 50-dən artıq layihə təqdim olunub və onlardan bir qismi “İdeation” və “Boot Camp”-a qatılmaq şansı qazanıblar. Britaniya Şurasının (British Council) təşəbbüsü ilə tələbə və gənc startapçılar arasında həyata keçirilən yarışmanın qaliblərini öz ideyalarını həyata keçirmək üçün £25.000-ə qədər pul mükafatı, Birləşmiş Krallığa səfərlər və professional biznes dəstəyi gözləyir. Müsabiqədə İİTKM-in EnterpriseAzerbaijan.com portalına layihə daxil edən startapçılar, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Mühəndislik Universiteti və Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri iştirak edir.

 


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Vüsal Qasımlı: “Koronavirusla mübarizə büdcə”si 1,1 milyard manatı ötür”

Vüsal Qasımlı: Xüsusi karantin pandemiyanın yayılma sürətini azaldır

Vüsal Qasımlı: Azərbaycanda fors-major halda əhalinin ərzaqla təminatı üçün kifayət qədər ehtiyat var

Vüsal Qasımlı: Manatın real effektiv məzənnəsi yüksəlir

Vüsal Qasımlı: Azərbaycanda ÜDM-in artımı son 5 ildə ilk dəfə 2 faizi ötüb

Vüsal Qasımlı: Azərbaycanda e-ticarətin artım sürəti ildə 2 dəfəyə yaxındır

Vüsal Qasımlı: Azərbaycan qlobal istedad rəqabətliliyi indeksində MDB-də liderdir

Vüsal Qasımlı: Azərbaycan MDB-də sosial göstəricilərə görə liderdir

Vüsal Qasımlı UNDP missiyasını qəbul edib 

Vüsal Qasımlı VİSA İnternational şirkətinin nümayəndə heyətini qəbul edib

Vüsal Qasımlı: Prezident İlham Əliyevin fəaliyyətinin son 1 ili köklü islahatlarla yadda qaldı

Vüsal Qasımlı: Martın 15-dək problemli krediti olanlara kompensasiyanın ödənilməsi ilə bağlı qaydalar təsdiqlənəcək

Vüsal Qasımlı İtaliyada beynəlxalq konfransda çıxış edib

Vüsal Qasımlı Parisdə “Avrasiya həftəsi” tədbirində çıxış edib

Vüsal Qasımlı ölkə başçısı tərəfindən təltif olunub

Vüsal Qasımlı "enterpriseazerbaijan.com" portalını Silikon Vadisində təqdim edib

Vüsal Qasımlı beynəlxalq donor və inkişaf qurumlarının rəhbərləri ilə görüşüb

Vüsal Qasımlı Asiya İnkişaf Bankının nümayəndə heyətini qəbul edib

Vüsal Qasımlı BP-nin nümayəndə heyətini qəbul edib

Vüsal Qasımlı: "2018-ci ildə yeni iqtisadi yüksəliş üçün əsaslar yaradılıb"

28 Mart 2020, 19:12 (GMT +4)
“Azərişıq” sosial izolyasiyada qalan vətəndaşlara dəstək verməyə daim hazırdır

28 Mart 2020, 18:51 (GMT +4)
Şaban ayının 4-ü həzrət Əbul-Fəzl Abbasın (ə) mövlud günüdür

28 Mart 2020, 17:40 (GMT +4)
Tədris digər dildə aparılan bölmə üzrə müsahibələr təxirə salınıb

28 Mart 2020, 17:36 (GMT +4)
Nazirlik: Birinci sinfə elektron qeydiyyata yenidən start verilir

28 Mart 2020, 17:15 (GMT +4)
Təhsil Nazirliyində vətəndaş qəbulu aprelin 20-dək dayandırılır

28 Mart 2020, 17:04 (GMT +4)
Mədəniyyət Nazirliyi televiziya kanallarına müraciət edib

28 Mart 2020, 16:52 (GMT +4)
Rusiyada gün ərzində 228 yeni koronavirusa yoluxma qeydə alınıb

28 Mart 2020, 16:34 (GMT +4)
Azərbaycan dənizçiləri "Evdə qal" aksiyasına qoşulublar

28 Mart 2020, 16:31 (GMT +4)
İspaniyada son sutkada koronavirusdan 832 nəfər həyatını itirib

28 Mart 2020, 16:23 (GMT +4)
DMX əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə müraciət edib

28 Mart 2020, 16:05 (GMT +4)
Şimali Makedoniya NATO-ya qoşulub

28 Mart 2020, 15:46 (GMT +4)
Prezident İlham Əliyev Bakıda “Yeni klinika”nın açılışında iştirak edib (FOTOLAR)

28 Mart 2020, 15:36 (GMT +4)
Ukraynada koronavirusa yoluxanların sayı 311-ə çatıb

28 Mart 2020, 15:29 (GMT +4)
ABŞ Suriya-İordaniya sərhədində koronavirus adı ilə silahlı birləşmələrə hərbi yardım göndərir – Rusiya

28 Mart 2020, 15:16 (GMT +4)
SOCAR prezidenti Heydər Əliyev adına Neft Emalı Zavodunda olub

28 Mart 2020, 15:02 (GMT +4)
ABŞ koronavirusla mübarizə üçün Azərbaycana 1.7 milyon dollar ayırıb

28 Mart 2020, 14:58 (GMT +4)
Sabah Bakıda 17 dərəcə isti gözlənilir

28 Mart 2020, 14:45 (GMT +4)
Azay Quliyev QHT-lərə və tərəfdaş qurumlara müraciət edib

28 Mart 2020, 14:38 (GMT +4)
AB-nin fəaliyyətsizliyi İtaliyanı qəzəbləndirir

28 Mart 2020, 14:32 (GMT +4)
Ailə TV tibb işçilərini təmənnasız TV və İnternetlə təmin edəcək

28 Mart 2020, 14:27 (GMT +4)
Gənclər Fondu Prezidentin təşəbbüsünə qoşulub

28 Mart 2020, 14:26 (GMT +4)
İranda 35 min koronavirus xəstəsindən 11, 679-u sağalıb

28 Mart 2020, 14:21 (GMT +4)
BP: D230 blokunda seysmik tədqiqat proqramı uğurla başa çatıb

28 Mart 2020, 14:15 (GMT +4)
AZAL Polşanın “LOT” aviaşirkətinin Azərbaycana çarter reysi ilə bağlı məlumatlara aydınlıq gətirib

28 Mart 2020, 14:09 (GMT +4)
Qubada ağac kəsilməsi ilə bağlı rəsmi açıqlama verilib

28 Mart 2020, 13:55 (GMT +4)
Rusiyada koronavirus şübhəsi ilə 166 min nəfər nəzarət altında saxlanılır

28 Mart 2020, 13:40 (GMT +4)
KOBİA-nın dəstəyi ilə onlayn supermarket yaradılıb

28 Mart 2020, 13:33 (GMT +4)
İran koronavirusla mübarizə məqsədilə ölkə büdcəsinin 20 faizi miqdarında pul ayırıb

28 Mart 2020, 13:20 (GMT +4)
ABŞ-da koronavirusa yoluxmuşların sayı 100 mini keçib

28 Mart 2020, 13:13 (GMT +4)
Çin Azərbaycana koronavirusla mübarizə üçün yardım təklif edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66