Türkiyə ABŞ mallarına rüsumları azaldıb22 May 2019, 13:15 (GMT +4) Bakı, 22 may, SalamNews. Türkiyənin Ticarət naziri Ruhsar Pekcan Türkiyə tərəfinin ABŞ-dan idxal edilən 22 növ mala qoyulan rüsumu iki dəfə azaltdığını bildirib.
SalamNews xəbər verir ki, bu barədə nazir "Twitter" hesabında yazıb.
Onun sözlərinə görə, bu addım ABŞ-ın Türkiyə poladına gömrük rüsumlarını 50 faizdən 25 faizədək azaltmaq qərarından sonra qəbul edilib.
"Qarşılıqlı əsasda, ABŞ-dan idxal olunan 22 növ mala tətbiq edilən əlavə rüsumları yarıya endirməyi qərara aldıq ... Bununla Amerika mallarına olan rüsumlar ümumilikdə 521,2 milyon dollardan 260,6 milyon dollara endiriləcək", nazir yazıb.
Nazir qeyd edib ki, Türkiyə Birləşmiş Ştatlarla ikitərəfli ticarətə mane olan bütün maneələri aradan qaldırmağa çalışacaq.
|