Mobil versiya RU AZ
_




QAFQAZ » RAMAZAN

Tbilisidə İmam Həsən (ə) mövludu qeyd olunub (FOTOLAR)

21 May 2019, 11:31 (GMT +4)

Bakı, 21 may, SalamNews. Tbilisi şəhərində Hz. İmam Həsənin (ə) təvəllüdü münasibəti ilə iftar zamanı tədbir keçirilib.

Gürcüstan Müsəlmanları İdarəsindən SalamNews-a verilən məlumata görə, tədbirdə Azərbaycan, İran İslam Respublikası (İİR) və Türkiyə Cümhuriyyətinin səfirləri və diplomatik korpus nümayəndələri, din xadimləri, dövlət rəsmiləri və şəhər dindarları iştirak edib.

Bütün Gürcüstan Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə keçirilən tədbir Məşədi Vidadi Qurbanovun Quran tilavəti ilə başlayıb. Sonra məclisin aparıcısı Kərbəlayi Pərviz Abdullayev əlamətdar günlər haqda açıqlama verərək çıxış üçün kürsüyə Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidovu dəvət edib.

O, öncə məsum Əhlibeyt imamların nəzərində orucun fəlsəfə və faydalarından, imamların Ramazan ayını necə yaşamalarından və tövsiyələrindən. Sonra bu Ramazan günlərində dünyada baş verən hadisələr, aclıq və insan qırğınlarından danışıb. O qeyd edib ki, “Ramazanın önəmli dərslərdindən biri də ictimai yardımlaşma, insanlara rəhmli davranış və sevgi göstərmək olsa da bu gün dünyada 820 milyon insan -yəni hər 9 insandan biri aclıq içində olsa da onlara lazımı yardım olunmur. Milyonlarla körpə aclıqla üzbəüzkən, 130 mindən çox Yəmənli uşaq aclığın törətdiyi fəsadlardan dolayı xəstəxanalara qaldırılaraq dünyalarını dəyişibdir. Çox dəhşətli haldır ki, Allah bu gün dünyaya 300 trilyon sərvət bəxş edib. Ancaq təəssüflə hər il 750 milyar dolar ərzaq israf olunub, 1,3 milyar ton ərzaq isə zibilə atılarkən yer üzünün bir çox güşələrində insanlar bir tikə çörəyə, təmiz suya möhtacdır. Rəhmət ayında oruclu halda Allahdan rəhm gözləyənlərin bəzisi Allahın bəndələrinə rəhmli davranmırlar. Bir sözlə təəssüflə qeyd etməliyik ki, dünyada oruc tutulsa da orucun məqsədi yetərincə yaşanmır”

Sonra məclisdə iştirak edən Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri Dursun Həsənov, İİR-ın ölkəmizdəki səlahiyyətli səfiri Cavad Qevam Şəhidi, Türkiyə Cümhuriyyəti Səfirliyinin din üzrə müşaviri Hacı Ehmed Erdem, Dini Məsələlər Üzrə Dövlət Agentliyinin nümayəndəsi Abay Paşayev və Gürcüstan Azərbaycanlılarının Ağsaqqallar Şurasının sədri Hacı İsak Novruzov mərasim iştirakçılarını salamlayıb, əziz və müqəddəs günlər münasibəti ilə təbrik, ürək sözləri və xoş arzularını çatdırıblar.

İftar süfrəsi ətrafında keçirilən mərasim Məşədi Səid Həsənin ifasında könülə oxşayan dini ilahilərlə davam edib. Sonda dünyaya və ölkəmizə sülh, bolluq-firavanlıq, ailələrə xöşbəxtlik və körpələrə sevinc arzu olunub. Bu ayda dua və ibadətlərin qəbul olunması üçün dualar edilib. Tədbir süfrə duası ilə sona çatıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Hacı Ramin İgidov yenidən Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi seçilib

Dünya mediası müsəlman ölkələrində baş verənləri ictimaiyyətə çatdırmırlar - Ramin İgidov

Hacı Ramin İgidov: Hər gün dünya müsəlmanları ilə bağlı aldığımız kədərli xəbərlərin sayı artıb

Ramazan bizi insanlığa qaytaran bir aydır - GMİ sədri Ramin İgidov

12 Avqust 2020, 19:47 (GMT +4)
KİV: Xarici İşlər Nazirinin iki müavini DTX-da istintaq altında, həbslər gözlənilir

12 Avqust 2020, 18:00 (GMT +4)
YAP İdarə Heyətinin videokonfrans formatında iclası keçirilib

12 Avqust 2020, 17:30 (GMT +4)
İsmayıllıda tarixi abidə tapılıb

12 Avqust 2020, 17:15 (GMT +4)
Hindistanda peyğəmbərin təhqir edilməsindən sonra şiddətli qarşıdurma baş verib (VİDEO)

12 Avqust 2020, 17:05 (GMT +4)
Azərbaycanda daha 202 nəfər COVID-19-dan sağalıb, 93 nəfər yoluxub

12 Avqust 2020, 16:56 (GMT +4)
ARPA onlayn keçiriləcək “Peşəkar Mühasib” təlim kurslarına qeydiyyat elan edir

12 Avqust 2020, 16:25 (GMT +4)
Şotlandiyada qatar relsdən çıxaraq aşıb, onlarla yaralı var

12 Avqust 2020, 16:15 (GMT +4)
İlham Zəkiyev AMADA-da komissiyanın sədri olub (FOTO)

12 Avqust 2020, 16:05 (GMT +4)
DİN: Ötən gün yol qəzalarında 5 nəfər ölüb

12 Avqust 2020, 15:51 (GMT +4)
Ruhani İrana qarşı silah embarqosunun uzadılması ilə bağlı xəbərdarlıq edib

12 Avqust 2020, 15:50 (GMT +4)
Azərbaycan Texniki Universiteti Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə əməkdaşlıq edəcək

12 Avqust 2020, 15:35 (GMT +4)
Prezident İlham Əliyev Bakıya gətirilmiş TX modelli yeni "London taksi"ləri ilə tanış olub

12 Avqust 2020, 15:20 (GMT +4)
PA rəsmisi Ermənistanın yeni Milli Təhlükəsizlik Strategiyasını şərh edib

12 Avqust 2020, 15:00 (GMT +4)
Mədəniyyət Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov işindən ayrılıb

12 Avqust 2020, 14:54 (GMT +4)
Əfqanıstanın Nəngərhar həbsxanasından 300 məhbus qaçıb

12 Avqust 2020, 14:50 (GMT +4)
AAYDA: Pirşağı qəsəbəsinin bütün küçələri təmir edilir

12 Avqust 2020, 14:30 (GMT +4)
Xızıda narkotik becərən şəxs saxlanılıb

12 Avqust 2020, 14:20 (GMT +4)
İranda son sutkada koronavirusdan 188 nəfərin ölümü qeydə alınıb

12 Avqust 2020, 14:01 (GMT +4)
Azərbaycanda orta aylıq əməkhaqqı 23% artıb

12 Avqust 2020, 13:43 (GMT +4)
“ABAD”a yeni sözçü təyin olunub

12 Avqust 2020, 13:34 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

12 Avqust 2020, 13:21 (GMT +4)
İsrail bir aya 429 fələstinlini həbs edib

12 Avqust 2020, 13:00 (GMT +4)
Türkiyənin geniş tərkibdə hərbi nümayəndə heyəti Azərbaycana gəlir

12 Avqust 2020, 12:50 (GMT +4)
DİM: Sabah 19197 abituriyent qəbul imtahanı verəcək

12 Avqust 2020, 12:30 (GMT +4)
İcra başçısı Mirhəsən Seyidov Tovuzda yaralanan zabiti ziyarət edib

12 Avqust 2020, 12:11 (GMT +4)
24 subartezian quyusunun qazılmasına 756 min manat ayrılıb

12 Avqust 2020, 11:57 (GMT +4)
Beynəlxalq Gənclər Gününə həsr olunmuş Onlayn Konfrans keçirilib (FOTO)

12 Avqust 2020, 11:52 (GMT +4)
Kərbəla ziyarətgahı məhərrəm ayına hazırlaşır (FOTO)

12 Avqust 2020, 11:45 (GMT +4)
Təhsil naziri Türkiyə səfiri ilə görüşüb

12 Avqust 2020, 11:30 (GMT +4)
"Azercell"in Rəqəmsal Tərəfdaşlığı ilə 7-ci “womENcourage” beynəlxalq virtual toplantısı keçiriləcək

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66