Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

İspaniya və Portuqaliyada yaşayan azərbaycanlıları əlaqələndirmə şuraları təsis edilib

21 May 2019, 09:00 (GMT +4)

Bakı, 21 may, SalamNews. Madriddə İspaniya və Portuqaliyada yaşayan azərbaycanlıları əlaqələndirmə şuralarının təsis yığıncağı keçirilib.

SalamNews xəbər verir ki, tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti, Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfiri Anar Məhərrəmov, İspaniyada və Portuqaliyada yaşayan həmvətənlərimiz, diaspor təşkilatlarının fəalları iştirak ediblər.

Yığıncağın əvvəlində Azərbaycanın dövlət himni səslənib.

Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfiri Anar Məhərrəmov Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyətini, habelə tədbirə toplaşmış həmvətənlərimizi salamlayıb. Səfir qeyd edib ki, Dövlət Komitəsi xaricdəki Azərbaycan diasporu ilə sıx əməkdaşlıq edir, onun daha sıx birləşməsi üçün səy göstərir. Madrid görüşünü bu səmərəli fəaliyyətin əyani nümunəsi hesab edən səfir diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin beynəlxalq aləmdə mövqelərinin daha da möhkəmlənməsi üçün həmvətənlərimizin sıx birliyinin mühüm rol oynamasını həmişə vurğulayır.

Fuad Muradov görüşdə Dövlət Komitəsi tərəfindən xaricdəki Azərbaycan diasporu ilə əlaqələrin nizamlanmasına və möhkəmlənməsinə, bütün dünya azərbaycanlılarının dəstəklənməsinə, milli birliyə yönəlmiş işlər barədə danışıb. F.Muradov qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Dövlət Komitəsinin sədri kimi onun qarşısında qoyulmuş vəzifələrdən biri ölkəmizin hüdudlarından kənarda yaşayan azərbaycanlılarla mütəmadi görüşlər keçirməkdən, xaricdəki Azərbaycan diasporunun mobillik və mütəşəkkillik səviyyəsini yüksəltməkdən ibarətdir.

F.Muradov son bir ildə Azərbaycan diasporu ilə keçirilmiş görüşlər, xalqımızın milli-mədəni irsinin təbliği, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üzrə görülmüş işlər, habelə Dövlət Komitəsinin qarşıdakı planları barədə məlumat verib.

Vurğulanıb ki, bizim xaricdəki icmaların daha səmərəli fəaliyyətinə nail olmaq məqsədilə bir sıra ölkələrdə əlaqələndirmə şuraları yaradılıb.

Görüşdə Azərbaycanın diaspor siyasətinə və Dövlət Komitəsinin son bir ildə görülmüş işlərə həsr edilmiş “Vətən uzaqda deyil” adlı promoçarx və videoçarx nümayiş etdirilib.

İspaniyada Azərbaycan diasporunun daha sıx birləşməsi və onun fəaliyyətinin gücləndirilməsi barədə ətraflı fikir mübadiləsi aparılıb.

Sonra əlaqələndirmə şuraları təsis edilib. Səsvermə yolu ilə Yaqut Novruzova və Kərim Kərimov İspaniyada, Orxan Abbasov isə Portuqaliyada əlaqələndirici seçilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov AZƏRTAC-a müsahibəsində diqqətə çatdırıb ki, Madriddə çox səmərəli görüş keçirilib. Nəticədə iki əlaqələndirmə şurası təsis edilib. Bu yeni qurumlar vasitəsilə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üzrə diasporların fəaliyyətinin səmərəsinin artırılmasına yönəlmiş layihələr, o cümlədən mədəni xarakterli layihələr həyata keçiriləcək. O qeyd edib ki, 2018-ci il iyul ayında Prezident İlham Əliyevin fərmanı ilə Azərbaycan Diasporuna Dəstək Fondu yaradılıb. Bu fakt bir daha onu göstərir ki, Vətən uzaqda deyil, bizim yanımızdadır.

İspaniya üzrə əlaqələndirici vəzifəsinə seçilmiş Yaqut Novruzova AZƏRTAC-ın xüsusi müxbiri ilə söhbətində ona göstərilmiş etimada görə hamıya təşəkkürünü bildirərək qeyd edib ki, o, öz missiyasını Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqəti İspaniyada yaymaqda görür. Y.Novruzova vurğulayıb ki, o, İspaniyada yaşayan həmvətənlərimizin sıx birləşməsi və inteqrasiyası üçün Azərbaycanın İspaniyadakı səfirliyi və Diasporla İş üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq şəraitində əlindən gələni edəcək.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

31 Mart 2020, 23:15 (GMT +4)
Mais Ağayev: Hazırda müharibənin açıq şəkildə getdiyini düşünmək lazımdır

31 Mart 2020, 18:01 (GMT +4)
AzTU tərəfindən daha 3000 manat ianə edilib

31 Mart 2020, 17:56 (GMT +4)
Daxili İşlər Nazirliyi əhaliyə müraciət edib

31 Mart 2020, 17:51 (GMT +4)
Azərbaycanla Rusiya arasında hava uçuşları və dəmiryol daşımaları dayandırılıb

31 Mart 2020, 17:48 (GMT +4)
Kreml Putin və Tramp arasında koronavirusla bağlı danışıqları konstruktiv adlandırıb

31 Mart 2020, 17:31 (GMT +4)
Səudiyyə Ərəbistanı husiləri danışıqlar üçün ər-Riyada dəvət edib

31 Mart 2020, 17:29 (GMT +4)
BŞBPİ paytaxt sakinlərinə müraciət edib

31 Mart 2020, 17:10 (GMT +4)
Qazaxıstan Rusiyadan yanacaq idxalına müvəqqəti olaraq qadağa qoyur

31 Mart 2020, 17:00 (GMT +4)
“Tibbi sığorta haqqında” qanuna dəyişiklik edilib

31 Mart 2020, 16:50 (GMT +4)
Lukaşenko prezident seçkilərini təxirə salmaq üçün səbəb olmadığını bildirib

31 Mart 2020, 16:48 (GMT +4)
Bakı metrosu bu gün saat 22.00-dan bağlanacaq

31 Mart 2020, 16:45 (GMT +4)
Azərbaycanda həqiqi hərbi xidmətə çağırışın müddəti uzadılıb

31 Mart 2020, 16:40 (GMT +4)
Dövlətin dəstək proqramının məbləği və istiqamətləri açıqlanıb

31 Mart 2020, 16:30 (GMT +4)
İqtisadiyyat Nazirliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb

31 Mart 2020, 16:23 (GMT +4)
Operativ Qərargah: 4602 nəfər karantinə alınıb

31 Mart 2020, 16:20 (GMT +4)
İraqda ABŞ qüvvələrinin olduğu qərargaha iki raket atılıb, havadan müdafiə cavab verib

31 Mart 2020, 16:15 (GMT +4)
BANM nüfuzlu qlobal distant təhsil proqramının lisenziyasını əldə edib

31 Mart 2020, 16:13 (GMT +4)
Azərbaycanda koronavirusa yoluxanların sayı 298-ə çatıb, 5 nəfər vəfat edib

31 Mart 2020, 16:12 (GMT +4)
İndoneziya xaricilər üçün ölkəyə girişi bağlayır

31 Mart 2020, 15:56 (GMT +4)
Rusiyada əcnəbilərin vizası 90 gün müddətinə uzadılacaq

31 Mart 2020, 15:54 (GMT +4)
Prezident İlham Əliyev İqtisadiyyat nazirini qəbul edib

31 Mart 2020, 15:45 (GMT +4)
Operativ Qərargah xarici ölkələrin Azərbaycandakı diplomatlarına müraciət edib

31 Mart 2020, 15:42 (GMT +4)
Rusiyada son sutka ərzində 500 koronavirusa yoluxma halı qeydə alınıb

31 Mart 2020, 15:42 (GMT +4)
Gənclər və İdman Nazirliyi gənclərə çağırış edib

31 Mart 2020, 15:39 (GMT +4)
Operativ Qərargah: Azərbaycanda koronvirusa yoluxma dinamikası gündəlik artmaqdadır

31 Mart 2020, 15:36 (GMT +4)
Koronavirusa görə İsrail polisi ilə radikal yəhudi qrupları arasında qarşıdurma baş verib (VİDEO)

31 Mart 2020, 15:18 (GMT +4)
Banklar xüsusi rejim dövründə fəaliyyət göstərəcək

31 Mart 2020, 14:55 (GMT +4)
AB Azərbaycanın işğal olunmuş ərazilərindəki "seçki"ləri tanımır

31 Mart 2020, 14:46 (GMT +4)
XİN: Azərbaycanın işğal olunmuş ərazilərində “seçkilərin” keçirilməsi heç bir hüquqi qüvvəyə malik deyil

31 Mart 2020, 14:35 (GMT +4)
"Azərkosmos” xüsusi gücləndirilmiş iş rejimində keçib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66