Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » ELM VƏ TEXNOLOGİYA

AzMİU-da İtaliya–Azərbaycan Dizayn Mərkəzinin açılışı olub

20 May 2019, 14:31 (GMT +4)

Bakı, 20 may, SalamNews.Mayın 20-də Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) İtaliya–Azərbaycan Dizayn Mərkəzinin açılış mərasimi olub.

SalamNews xəbər verir ki, mərasimdə təhsil naziri Ceyhun Bayramov, İtaliyanın Bakıdakı səfiri Auqusto Massarini, Milan Politexnik Universitetinin dizayn kafedrasının rəhbəri, professor Silvia Piardi, Dizayn Məktəbinin dekan müavini Françesko Zurlo, professor Mauro Сecenello, dosent Silvia Qrameqna iştirak ediblər.

Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova ötən ilin iyul ayında iki ölkə arasında bir çox sahədə əməkdaşlıq sənədlərinin, o cümlədən AzMİU ilə Milan Politexnik Universiteti arasında anlaşma memorandumunun imzalandığını xatırladıb. Rektor qeyd edib ki, həmin sənəddən irəli gələn məsələlərdən biri AzMİU-nun nəzdində İtaliya-Azərbaycan Dizayn Mərkəzinin yaradılması təşəbbüsü olub.

Professor Gülçöhrə Məmmədova mərkəzi yaratmaqda məqsədin ölkəmizdə dizayn ixtisası üzrə təhsil alan savadlı, bacarıqlı mütəxəssislər yetişdirmək, dizayn təhsilinin İtaliya dizayn təhsili səviyyəsinə yüksəlməsinə çalışmaq olduğunu vurğulayıb. Rektor AzMİU-da dizayn ixtisasını modernləşdirmək üçün təhsil proqramlarını da italyanların proqramına uyğunlaşdırmağın vacibliyini və bu istiqamətdə müəyyən işlər görüldüyünü bildirib.

Gülçöhrə Məmmədova bu il ilk dəfə olaraq dizayn ixtisası üzrə ingilisdilli tədrisin aparıldığını, bununla da ilkin addımlar atıldığını söyləyib.

Təhsil naziri Ceyhun Bayramov Azərbaycan Prezidenti İlham Əliyevin təhsilə daim xüsusi önəm verdiyini vurğulayıb. İtaliya–Azərbaycan Dizayn Mərkəzinin açılmasının təhsilə töhfə verəcəyini qeyd edən nazir bu münasibətlə AzMİU-nun kollektivini təbrik edib, uğurlar arzulayıb.

İtaliyanın Bakıdakı səfiri Auqusto Massarini öz ölkəsi ilə Azərbaycan arasında təhsil əlaqələrinin əhəmiyyətindən bəhs edib. Səfir yeni mərkəzin dizayn ixtisasında təhsil alan tələbələrin mütəxəssis kimi yetişməsində mühüm rolu olacağına əminliyini vurğulayıb.

Digər çıxış edənlər də mərkəzin təşkil olunmasını yüksək qiymətləndiriblər.

Sonra tədbir iştirakçıları dizayn ixtisasında təhsil alan tələbələrin italyan müəllimlərin rəhbərliyi altında keçirilən vorkşopda hazırladığı layihələrin təqdimatına baxıblar.

İtaliya-Azərbaycan Dizayn Mərkəzinin direktoru Könül Şirin qonaqları mərkəzin Sürətli Prototipləşdirmə Laboratoriyası, Maket studiyası və Ağac Emalatxanası ilə tanış edib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

AzMİU-nun rektoru prezident tərəfindən təltif edilib

AzMİU-nun adı növbəti dəfə beynəlxalq reytinq sistemində daxil edilib

AzMİU beynəlxalq əlaqələrini daha da genişləndirir

AzMİU-da “Obyektivdə Memarlıq” adlı fotosərgi açılıb

AzMİU-da beynəlxalq elmi konfrans öz işinə başlayıb

Milan Politexnik Universitetinin müəllimləri AzMİU tələbələri üçün vorkşop təşkil ediblər

AzMİU-da Leicester Universiteti tərəfindən kurslar keçirilir 

AzMİU ilə Daşkənd Memarlıq və İnşaat İnstitutu arasında Əməkdaşlıq müqaviləsi bağlanıb 

Ulu öndərin 96-cı ildönümü AzMİU Elmi Şurasının iclasında qeyd olunub

AzMİU-da “Ulu öndərə ehtiramla” adlı rəsm sərgisi açılıb

AzMİU-da Respublika elmi-praktiki konfrans öz işinə başlayıb

AzMİU-nun nümayəndə heyəti Sumqayıt Kimya Sənaye Parkında olub

İstanbul Texniki Universitetinin rektoruna AzMİU-nun fəxri doktoru adı verilib

AzMİU ilə İstanbul Texniki Universiteti arasında Niyyət Protokolu imzalanıb

AzMİU-da İnşaatçılar gününə həsr olunmuş bilik yarışı keçirilib

AzMİU-da Nəsiminin 650 illik yubileyinə həsr olunan tədbir keçirilib

AzMİU-nun rektoru əlaçı və zərbəçi tələbələri sevindirib

BP Azərbaycan şirkəti AzMİU-da seminar keçirib

Qətər Universitetinin tələbələri AzMİU-da olub

AzMİU-nun rektoru “British Council”un nümayəndələri ilə görüşüb

21 Avqust 2019, 17:53 (GMT +4)
Pekin ABŞ-ı Çinlə yaxşı münasibətlər qurmağa çağırır

21 Avqust 2019, 17:50 (GMT +4)
Sabah Sabunçu stansiyasının girişi istiqamətindəki keçiddən avtomobillərin hərəkəti dayandırılacaq

21 Avqust 2019, 17:49 (GMT +4)
İsrail İraqa hava zərbələri endirib - İraq rəsmisi

21 Avqust 2019, 17:44 (GMT +4)
ADU-nun Əlavə təhsil və təcrübə fakültəsinə qəbulun vaxtı uzadılıb

21 Avqust 2019, 17:30 (GMT +4)
“Neftçi”nin rəqibi Avropa Liqasında iştiraka görə 260 min avro qazanıb

21 Avqust 2019, 17:17 (GMT +4)
DYP Sabunçuda maarifləndirici tədbirlər keçirib (FOTO)

21 Avqust 2019, 17:10 (GMT +4)
Rusiya və Ukrayna dənizçilərin və məhbusların mübadiləsinə hazırlaşır

21 Avqust 2019, 17:05 (GMT +4)
Milli valyutada olan əmanətlər 24,7 faiz artıb

21 Avqust 2019, 17:02 (GMT +4)
Yəməndə vurulan hərbi pilotsuz təyyarənin ABŞ ordusuna məxsus olduğu təsdiqlənib

21 Avqust 2019, 16:51 (GMT +4)
Füzulidə daha bir mərmi tapılıb

21 Avqust 2019, 16:34 (GMT +4)
Direktorların işə qəbulu üzrə müsahibə mərhələsi başlayıb

21 Avqust 2019, 16:26 (GMT +4)
Zaxarova Rusiyanın G8-ə qayıdış ehtimalını şərh edib

21 Avqust 2019, 16:24 (GMT +4)
Poroşenko Ukraynanı tərk edib

21 Avqust 2019, 16:15 (GMT +4)
Fələstin hərəkatları əl-Əqsa məscidinin yandırılması ildönümündə müsəlmanlara çağırış ediblər

21 Avqust 2019, 16:03 (GMT +4)
ETSN: Sürücülərə maarifləndirici məlumatlar verilir

21 Avqust 2019, 15:57 (GMT +4)
Maduro Putinə ismarıc göndərib

21 Avqust 2019, 15:45 (GMT +4)
Azərbaycan gömrükçüləri şokoladın içində narkotik aşkarlayıblar (FOTO)

21 Avqust 2019, 15:32 (GMT +4)
KOBİA-nın dəstəyi ilə Abşeronda kombi istehsalı zavodu fəaliyyətə başlayıb

21 Avqust 2019, 15:30 (GMT +4)
"Roskomnadzor" Rusiyanın himnini təhqir edən iki saytı blok edib

21 Avqust 2019, 15:22 (GMT +4)
Ayətullah Xamenei Hindistanın Kəşmirlə bağlı siyasətinə münasibət bildirib

21 Avqust 2019, 15:01 (GMT +4)
Dəmiryolçular üçün sağlam və təhlükəsiz iş mühiti mövzusunda treninqlərə start verilib

21 Avqust 2019, 14:59 (GMT +4)
Maduro Venesuelanın ABŞ-la danışıqlar apardığını təsdiqləyib

21 Avqust 2019, 14:46 (GMT +4)
Şoyqu Rusiyanın qərb sərhəddinin gücləndirildiyini açıqlayıb

21 Avqust 2019, 14:38 (GMT +4)
Ərəb ölkələri milyardlarla dollarlıq qərb silahı ilə təhlükəsizliyi təmin edə bilməyəcək - Cavad Zərif

21 Avqust 2019, 14:30 (GMT +4)
Bakıda yeni liftlərin quraşdırılması davam edir

21 Avqust 2019, 14:10 (GMT +4)
MN: Təmas xəttində monitorinq insidentsiz başa çatıb

21 Avqust 2019, 13:59 (GMT +4)
İsmayıllı sakinindən tüfəng götürülüb

21 Avqust 2019, 13:50 (GMT +4)
Tramp "Apple"ı Çini tərk etməyə çağırıb

21 Avqust 2019, 13:33 (GMT +4)
Dəmir yollarında yeni yoldəyişənlər quraşdırılır

21 Avqust 2019, 13:22 (GMT +4)
PAŞA Sığorta «Zərif Əllərin Gücü» sosial layihəsini uğurla reallaşdırıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66
12