Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Məhkəmə-hüquq islahatlarının əsas istiqamətləri sahibkarlarla müzakirə edilib

20 May 2019, 11:40 (GMT +4)

 

Balı, 20 may, SalamNews. Bu gün Bakıda “Məhkəmə-hüquq islahatlarının əsas istiqamətlərinin sahibkarlarla ictimai müzakirəsi” mövzusunda tədbir keçirilib.

SalamNews xəbər verir ki, müzakirələrdə Azərbaycanın birinci vitse-prezidentinin köməkçisi Gündüz Kərimov, Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər şöbəsinin sektor müdiri Vüsal İsayev, Ali Məhkəmənin səlahiyyətli şəxsləri və sahibkarlar iştirak ediblər.

Tədbiri giriş nitqi ilə açan Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev bildirib ki, “Məhkəmə hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 3 aprel 2019-cu il tarixli Fərmanı Azərbaycanın məhkəmə hüquq sistemində islahatların dərinləşdirilməsi məqsədi daşıyır. Çünki islahatlar davam edir və yeni iqtisadi formasiyaya keçid bu islahatların daha dərin aparılmasını zəruri edir.

“Xatırladım ki, Azərbaycanda hüquqi dövlət quruculuğu Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəldiyi ilk illərdən başlayıb və 1995-ci il 12 noyabrda müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edilib, ədalət mühakiməsinin qanunvericilik bazası formalaşdırılıb. Dövlət başçısının imzaladığı bu Fərman isə formalaşdırılmış məhkəmə-hüquq sistemininin daha da təkmilləşdirilməsi, səmərəliliyinin artırılması, ən mütərəqqi beynəlxalq təcrübənin tətbiqini nəzərdə tutur”, deyən ASK sədri Fərmanla Azərbaycanda sahibkarların şikayətlərinin daha çevik həll edilməsi, qərarların icrasının daha sürətli həyata keçirilməsi üçün özəl icra qurumunun yaradılmasının nəzərdə tutulduğunu qeyd edib. Eyni zamanda elektron məhkəmə sisteminin əhatə dairəsi genişləndiriləcək, məhkəmə işlərinə baxılmasında elektron resurslardan istifadənin səviyyəsi yüksələcək, elektron imzanın tətbiqi sahələri artırılacaqdır. Bununla yanaşı, vergi, gömrük, sosial sığorta ödənişləri üzrə ixtisaslaşmış məhkəmələrin, sahibkarlıq subyektləri ilə bağlı məhkəmə mübahisələri üzrə alternativ həll mexanizmlərinin - Arbitraj, Mediasiya institutlarının tətbiqi mübahisələrin həllində çevikliyi artıracaqdır. Nəticədə proseslərin müddətinin uzadılmasının qarşısı alınacaq və şikayətlərə baxılma müddətləri azalacaq. Hazırda məhkəmələrin iş yükü çoxdur və yeni altertaniv mexanizm və ixtisaslaşmış məhkəmələrin yaradılması bu iş yükünün azalması və daha qısa müddətdə, ixtisaslaşmış hakimlər tərəfindən baxılmasına imkan verəcək.

Sabit məhkəmə praktikasnın formalaşdırılması isə hüquq sisteminə inamın güclənməsinə səbəb olacaq.

M.Musayev qeyd edib ki, Fərmanda Azərbaycan Sahibkarlar Konfederasiyasına tövsiyyə edilmiş məsələlər də vardır və bununla bağlı sahibkarlardan, hüquqşünaslardan ibarət işçi qrup yaradılıb. Fərmanın icrası ilə bağlı Ədliyyə Nazirliyi yanında yaradılmış işçi qrupunda da Azərbaycan Sahibkarlar Konfederasiyası təmsil olunur.
O, Azərbaycan Sahibkarlar Konfederasiyasının bugünkü ictimai müzakirələrdə təkliflərdən ibarət təqdimatla çıxış edəcəyini qeyd edərək bütün iştirakçıları aktiv olmağa çağırdı.
Azərbaycanın birinci vitse-prezidentinin köməkçisi Gündüz Kərimov çıxışında bu müzakirələrin Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə aparıldığını bildirdi:

“Hesab edirik ki, ictimai müzakirələr fərmanın effektiv işləməsinə dəstək olacaq və belə müzakirələr bundan sonra da davam edəcək. Dövlət orqanları ilə sahibkarların münasibətlərinin institusionallaşması nəzərdə tutulur. 2019-cu ildə bir sıra islahatlar aparıldı və “Vergi Məcəlləsi”ndəki dəyişiklik növbəti addım üçün zəmin yaratdı. Növbəti addım isə məhkəmə-hüquq sistemində islahatların aparılmasıdır”, deyən G.Kərimov 2020-ci ildə “Rəqabət Məcəlləsi”nin qəbulunun da paket işlərinə daxil olduğunu qeyd etdi.
G.Kərimov mübahisələrin alternativ həll variantlarının yaradılmasının sahibkarlığın inkişafına kömək etmək məqsədi daşıdığını bildirdi.
Birinci vitse-prezidentin köməkçisi 6 mindən çox üzvü olan Azərbaycan Sahibkarlar Konfederasiyasının tərkibində Mediasiya Məktəbi kimi bir qurumun yaradılmasını təklif etdi. Yerli arbitraj məhkəmələrinin fəaliyyətə başlamasının ümumilikdə məhkəmələrin yükünü azaldacağını vurğuladı.

Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər şöbəsinin sektor müdiri Vüsal İsayev bildirdi ki, bu gün Azərbaycanda bütün sahələrdə islahatlar davam etdirilir.

“Son dövrlərdə həyata keçirilən islahatlar bunu deməyə əsas verir ki, məhkəmə-hüquq sistemində davam edən islahatların dəstəklənməsinə ehtiyac var. Həmçinin Fərmanın əsas məqsədi ədalət mühakiməsinin effektivliyinin təmin edilməsi, ədalət mühakiməsinə əlçatanlığın təmin edilməsidir”.

Tədbirdə çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyini İdarə Heyətinin sədri Orxan Məmmədov Agentliyin mühüm mandatlarından birinin də kiçik və orta biznes (KOB) subyektlərinin qanuni maraqlarının müdafiəsi olduğunu, bunun Agentliyin digər istiqamətlər üzrə fəaliyyətinin effektivliyinə birbaşa təsir etdiyini qeyd edib. “Ötən illər ərzində məhkəmə-hüquq sistemi sahəsində həyata keçirilən islahatlar məhkəmə institutunun möhkəmləndirilməsində əhəmiyyətli nəticələrlə müşayət edilib. Dövlət başçısının bu sahədəki müvafiq Fərmanında da qeyd edildiyi kimi ölkənin davamlı inkişafının təmin edilməsi istiqamətində bütün sahələrdə reallaşdırılan islahatlar məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanmasını və bu sahədə islahatların dərinləşdirilməsini zəruri edir. Bu baxımdan, “Məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi” barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanında əksini tapmış tədbirlər ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılmasına və bunun nəticəsi olaraq, ölkədə investisiya və biznes mühitinin yaxşılaşdırılmasına xidmət edəcək əhəmiyyətli məsələləri əhatə edir”.

Orxan Məmmədov Fərmanda qeyd edilən məsələlərin sahibkarların hüquqlarının qorunması, KOB subyektlərinin problemlərinin həlli baxımından əhəmiyyətini qeyd edib, hakimlərin sahibkarlıqla bağlı biliklərinin artırılmasına və bu sahədə Agentliyin təlim sisteminin potensialından istifadə imkanlarına, sahibkarlar üçün vahid məhkəmə təcrübəsi barədə maarifləndirici tədbirlərin keçirilməsinə, məhkəmə sistemində elektron kargüzarlığa keçidə, məhkəmə qərarlarının məzmununun sadələşdirilməsinə dair təkliflər səsləndirib.

Məlumat üçün: 1 aprel 2019-cu il tarixinə Azərbaycanda 996 min 296 sahibkarlıq subyekti fəaiyyət göstərir. Onlardan 133 min 541-i müəssisə və 862 min 755-i isə fərdi sahibkarlıq subyektidir. Azərbaycanda qeydiyyatda olan müəssisələrin 90.9%-i və ya 121 min 336-sı xüsusi müəssisələrdir.

 


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

İran Ordusu neft gəmilərinə edilən hücuma münasibət bildirib: Etsəydik açıq-aşkar elan edərdik

Vergilər Nazirliyi ötən ay 1.770 nəfərin əmək müqaviləsiz işə cəlb olunduğunu aşkarlayıb

Bərdə rayonunda avtomobildə 180 kiloqram yararsız ət aşkarlanıb

Göyçayda 167 kq ölü heyvan cəmdəyi aşkarlanıb

Azərbaycan gömrükçüləri mobil telefonlar və aksesuarlarını aşkar edib

Maştağa sakininin həyətindən 921 kq narkotik vasitə aşkarlanıb

Gəncədə əl qumbarası aşkarlanıb

Suriyada vaxtilə qruplaşmaların olduğu bölgədə 4 ton partlayıcı maddə aşkarlanıb (FOTO)

DGK: 7 680 ədəd "King" markalı siqaret aşkar edilib

İraqda 12 kütləvi məzarlıq aşkar edilib 

Gömrükçülər 4 min ədəd siqaret aşkarlayıblar

İmişlidə ölmüş vəziyyətdə kəsilən heyvan cəmdəyi aşkarlanıb

Suriya Ordusu qruplaşmaların olduğu bölgədə külli miqdarda silah aşkarlayıb (VİDEO)

Ağcabədidə ölmüş vəziyyətdə kəsilən heyvan cəmdəyi aşkarlanıb

Qazaxda satış məqsədi ilə daşınan ölü heyvan aşkarlanıb (FOTO)

Nərimanovda azyaşlılara tütün məmulatları satan köşklər aşkarlanıb

İsrail qüvvələrinin fələstinlilərin askiyasına atəş açması nəticəsində 60 nəfər yaralanıb

Alyaskada iki təyyarənin qəzaya uğraması nəticəsində 6 nəfər həlak olub

Bərdədə istifadəyə yararsız 270 kq ət aşkar edilib

AzMİU ilə Daşkənd Memarlıq və İnşaat İnstitutu arasında Əməkdaşlıq müqaviləsi bağlanıb 

17 İyun 2019, 20:17 (GMT +4)
Misirin sabiq prezidenti Məhəmməd Mursi vəfat edib

17 İyun 2019, 16:50 (GMT +4)
Azərbaycanın təbii qaz ixracı 2 dəfəyədək artıb

17 İyun 2019, 16:35 (GMT +4)
Kreml: Rusiya İranın öhdəliklərin yerinə yetirdyinə dair MAQATE-nin açıqlamasını əlində rəhbər tutur 

17 İyun 2019, 16:29 (GMT +4)
Beynəlxalq araşdırma mərkəzi İsrailin nüvə başlıqlarının sayını açıqlayıb

17 İyun 2019, 16:27 (GMT +4)
ABŞ Bakıda BMT-nin Ümumdünya Turizm Təşkilatına qayıdıb

17 İyun 2019, 15:59 (GMT +4)
Emin Ağalarov Azercell-in yeni brendini açıqlayacaq

17 İyun 2019, 15:53 (GMT +4)
İran Ordusu neft gəmilərinə edilən hücuma münasibət bildirib: Etsəydik açıq-aşkar elan edərdik

17 İyun 2019, 15:47 (GMT +4)
Xalq artisti Arif Məlikovun vəfatından 40 gün ötür

17 İyun 2019, 15:15 (GMT +4)
“Şahdəniz” qazı Avropaya çatdırılıb

17 İyun 2019, 15:11 (GMT +4)
Peskov: ABŞ Putinlə Tramp arasında danışıqlar üçün təkliflər hazırlamayıb

17 İyun 2019, 14:52 (GMT +4)
Azərbaycana idxal olunan avtomobillərin sayı açıqlanıb

17 İyun 2019, 14:40 (GMT +4)
Ankarada Egey bölgəsində əməkdaşlığa dair görüş keçiriləcək

17 İyun 2019, 14:24 (GMT +4)
ABŞ Ordusu husilər tərəfindən hərbi pilotsuz təyyarəsinin vurulduğunu təsdiqləyib

17 İyun 2019, 14:17 (GMT +4)
Sabah Bakıda 33 dərəcə isti olacaq

17 İyun 2019, 14:15 (GMT +4)
Bodrum sahillərində qeyri-qanuni miqrantları daşıyan qayıq batıb, ölənlər var

17 İyun 2019, 13:38 (GMT +4)
Amerika qoşunları Polşada altı mövqedə yerləşdiriləcək

17 İyun 2019, 13:29 (GMT +4)
İran nüvə sazişinin öhdəlikləri ilə bağlı Avropanın 10 gün möhləti qaldığını bildirib

17 İyun 2019, 13:01 (GMT +4)
Azərbaycan BMT-nin Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 110-cu sessiyasına ev sahibliyi edir

17 İyun 2019, 12:47 (GMT +4)
Baş Prokurorluq və DİN Ağstafada bazardakı silahlı insidentlə bağlı rəsmi məlumat yayıb

17 İyun 2019, 12:27 (GMT +4)
Döyüşlər nəticəsində dağılmış Tripoli hava limanının görüntüləri yayımlanıb (VİDEO)

17 İyun 2019, 12:13 (GMT +4)
ABŞ-da məzuniyyət gecəsində atışma baş verib, ölən var 

17 İyun 2019, 11:55 (GMT +4)
Milli Kitabxanada 10 yaşlı şairin kitablarının təqdimatı olub

17 İyun 2019, 11:37 (GMT +4)
İşğal edilən Colanda Trampın adına yeni qəsəbənin tikintisinə başlanılıb (VİDEO)

17 İyun 2019, 11:36 (GMT +4)
Dağıstanın rəhbəri Moskvada xəstəxanaya yerləşdirilib

17 İyun 2019, 11:22 (GMT +4)
İranla müharibə etmək istəmirik - ABŞ dövlət katibi

17 İyun 2019, 11:16 (GMT +4)
Ağdamda şəhid Səyyaf Məmmədovun xatirəsi anılıb

17 İyun 2019, 11:02 (GMT +4)
Türkiyədə İstanbul Böyükşəhər bələdiyyəsi sədirliyinə namizədlərin debatı keçirilib

17 İyun 2019, 10:43 (GMT +4)
Sudanın sabiq prezidentinin həbsindən sonra ilk görüntüləri yayımlanıb (VİDEO)

17 İyun 2019, 10:36 (GMT +4)
Bakı ilə Şarm-əş-Şeyx arasında birbaşa uçuşlar həyata keçiriləcək

17 İyun 2019, 10:17 (GMT +4)
Ankara S-400-lə bağlı ABŞ-ın tələblərini qəbul etməyəcək - Çavuşoğlu

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66
12