Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

İradə İbrahimova: "Yalançı vətənpərvərlik göstərənlər haqsız yerə bizi ittiham edir"

14 May 2019, 17:32 (GMT +4)

Bakı, 14 may, SalamNews."Ekologiya və Təbii Sərvətlər Nazirliyi əziyyətlə yetişdirilən ağacların məhv edilməsinə qarşıdır və bütün vasitələrlə təbiətə belə qəddar münasibətin qarşısının almağa çalışırıq".

SalamNews xəbər verir ki, bunu nazirliyin mətbuat katibi İradə İbrahimova deyib.

O bildirib ki, nazirlik hər zaman ağacların kəsilməsinə və ya yaşıllıq sahəsinin bilərəkdən yox edilməsinə çalışanlara qarşı durub və duracaq: "Təəssüf ki, bəziləri bu məsələlərdə haqsız yerə, bizi ittiham edir, bir neçə il əvvəlki, köhnə məlumatları yayır, ETSN-ni günahlandırmağa, kollektivin gördüyü işlərə kölğə salmağa çalışır".

"Yalançı vətənpərvərlik göstərib, əsassız ittiham edirlər ki, guya biz ağac kəsənlərlə əlbirik. Bu ittihamlar heç bir məntiqə sığmır.

Biz, saglam və şəffaf fəaliyyətimizi davam etdiririk. Bir daha bildiririk ki, nazirlik ağacların kəsilməsinə, yaşıllıqlara qəddar münasibətə qarşıdır və əksinə, paytaxtda və regionlarda kütləvi surətdə ağac əkilməsində, yaşıllıq sahələrinin miqyasının genişləndirilməsində maraqlıdır"- deyə İ.İbrahimova qeyd edib.

Mətbuat katibi əlavə edib ki, təkcə son payız və yaz ağacəkmə kampaniyalarında 2 milyondan çox ağacın əkilməsi buna sübutdur: "Yaşıllıq altına düşən sahələrdə tikinti işlərinin aparılması bəzən ağacların kəsilməsi kimi arzuolunmaz hallar yaradır və bu, dərhal ETSN tərəfindən adekvat reaksiya ilə qarşılanır. Çox sevindiricidir ki, artıq belə vəziyyətlərdə ictimaiyyət də təpki göstərir, bizə dəstək verir, media orqanları məsələni diqqətdə saxlayır".


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

İradə İbrahimova: Azərbaycanda yeni bir rekorda imza atılacaq

İradə İbrahimova: Aksiyalara başladıq ki, balıqları məhv edənlər bilsin və qorxsun

İradə İbrahimova: Hər kəsi təbiətdə olarkən yanğın təhlükəsizliyi normalarına riayət etməyə çağırırıq

İradə İbrahimova: Qonur ayının götürülərək vəhşi təbiətə buraxılması istiqamətində tədbirlər görülür

İradə İbrahimova: Xəzər dənizini çirklənmədən qorumalıyıq

İradə İbrahimova: ETSN qınanılsa da bu məlumatın verilməsi vacibdir

İradə İbrahimova: “ETSN-nin internet saytının yeni versiyası hazırlanır”

Mağazalarda təklif olunan məhsulların 99 faizi "pinqvin" torbalarda qablaşdırılır - İradə İbrahimova

İradə İbrahimova: Xəzərdə nəsli kəsilməkdə olan balıqların azalmasının qarşısını almalıyıq

İradə İbrahimova: Əsas işimiz qayda-qanun yaratmaqdan ibarətdir

10 Dekabr 2019, 18:12 (GMT +4)
Gömrük Akademiyasında bank fəaliyyəti ilə bağlı seminar keçirilib

10 Dekabr 2019, 18:00 (GMT +4)
Rüstəm Qasımov Avropa çempionatında bürünc medal qazanıb

10 Dekabr 2019, 17:47 (GMT +4)
Pakistanın Azərbaycandakı səfirinin diplomatik missiyası başa çatıb

10 Dekabr 2019, 17:43 (GMT +4)
Türkiyə Rusiya ilə bölgədə sülhü təmin edəcəyinə ümid edir - Ərdoğan

10 Dekabr 2019, 17:33 (GMT +4)
İranın Hörmuzqan əyalətində 9 aya 56 ton narkotik maddə ələ keçirilib

10 Dekabr 2019, 17:26 (GMT +4)
AtaBank yenidən Mastercard tərəfindən mükafatlandırılıb

10 Dekabr 2019, 17:23 (GMT +4)
Lavrov Vaşinqtona işgüzar səfərə gedib

10 Dekabr 2019, 17:23 (GMT +4)
Azercell ilə dahi Nəsimininin irsindən zövq alın

10 Dekabr 2019, 17:17 (GMT +4)
"Azərişıq" dayanıqlı və keyfiyyətli elektrik enerjisi təchizatını daha da yaxşılaşdırır (FOTOLAR)

10 Dekabr 2019, 17:09 (GMT +4)
Nazirlər Kabinetinə yeni səlahiyyət verilib

10 Dekabr 2019, 16:51 (GMT +4)
Türkiyə Liviyaya qoşun göndərə bilər - Ərdoğan

10 Dekabr 2019, 16:36 (GMT +4)
Səudiyyə kralı körfəz ərəb dövlətlərini İrana qarşı bir olmağa çağırıb

10 Dekabr 2019, 16:30 (GMT +4)
Qərb ölkələrinin tarixində soyqırıma dair çox sayda faktlar var - Ərdoğan

10 Dekabr 2019, 16:27 (GMT +4)
Bakıda “İnformasiya təhlükəsizliyi” mövzusunda konfrans keçirilib

10 Dekabr 2019, 16:20 (GMT +4)
Putin: Lujkov parlaq və cəsarətli bir siyasətçi idi

10 Dekabr 2019, 16:15 (GMT +4)
“Bakcell”in stendi “Ən yaxşı korporativ üslub” sertifikatına layiq görülüb

10 Dekabr 2019, 16:05 (GMT +4)
Ceyhun Məmmədov: Regionun tibb müəssisələri arasında lider mövqe tutması üzərində işləyirik

10 Dekabr 2019, 16:00 (GMT +4)
“Kurikulum bələdçisi” kitabının təqdimat mərasimi keçirilib

10 Dekabr 2019, 15:53 (GMT +4)
Parisdə yeni etiraz aksiyası dalğası gözlənilir

10 Dekabr 2019, 15:42 (GMT +4)
Keniyada milli parkdan qaçan aslan brakonyeri öldürüb

10 Dekabr 2019, 15:37 (GMT +4)
 “Qala Sığorta” növbəti dəfə iri həcmli ödəniş həyata keçirib

10 Dekabr 2019, 15:30 (GMT +4)
Husilər Səudiyyə Ərəbistanın daha bir PUA-sını vurduqlarını elan ediblər

10 Dekabr 2019, 15:29 (GMT +4)
“Caspian European Club” “CEO Lunch Almaty” təşkil edib

10 Dekabr 2019, 15:26 (GMT +4)
“Azerbaijan Digital Hub” proqramı “İlin İnfrastruktur layihəsi” mükafatına layiq görülüb

10 Dekabr 2019, 15:25 (GMT +4)
Azərbaycan Prezidenti İlham Əliyev İordaniya Kralı II Abdullah ilə işçi nahar edib

10 Dekabr 2019, 15:20 (GMT +4)
Azərbaycan Prezidentinin İordaniya Kralı ilə təkbətək görüşü olub 

10 Dekabr 2019, 15:16 (GMT +4)
KOBİA Gənclər Fondu və "Gənc Sahibkarlar Şəbəkəsi" İctimai Birliyi ilə əməkdaşlıq edəcək

10 Dekabr 2019, 15:02 (GMT +4)
Çex Respublikasında xəstəxanaya hücum edən şəxs intihar edib 

10 Dekabr 2019, 14:47 (GMT +4)
İordaniyanın Kralı II Abdullahın Bakıda rəsmi qarşılanma mərasimi olub

10 Dekabr 2019, 14:44 (GMT +4)
İran ABŞ-la məhbusların hərtərəfli mübadiləsinə hazır olduğunu bildirib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66