Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Ötən ay DMX-də 45 019 müraciət qeydə alınıb

15 May 2019, 09:08 (GMT +4)

Bakı, 15 may, SalamNews. Bu ilin aprel ayı ərzində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı ilə bağlı Dövlət Miqrasiya Xidmətinə (DMX) 45 min 019 müraciət qeydə alınıb.

DMX-dən SalamNews verilən məlumata görə, ay ərzində əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması, vətəndaşlığa qəbul, bərpa, vətəndaşlıqdan çıxma, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin alınması və mövcud iş icazələrinin müddətlərinin uzadılmasına görə isə 6 min 868 müraciət daxil olub.

Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan qanunvericiliyinin tələblərinə uyğun araşdırılıb və müvafiq qərarlar qəbul olunub.

DMX ay ərzində ölkə ərazisində keçirilən tədbirlər və aparılan araşdırmalar nəticəsində əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən respublikamızın miqrasiya sahəsində, o cümlədən inzibati qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar 1029 qərar qəbul edib.

Qərarlardan 569-u İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərinin pozulmasına görə ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmamaqla inzibati cərimə tətbiq edilməklə bağlı olub. Onlardan 381-i ölkəni tərk etmə, 188-i ölkə ərazisində yaşamalarını qanuniləşdirmə barədədir. Ölkə ərazisinə girişinə məhdudiyyət qoyulma ilə bağlı qəbul edilmiş 422 qərardan 97-si İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərini pozmasına görə respublikanın hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla inzibati cərimə tətbiq olunma, 325-i isə Miqrasiya Məcəlləsinin müvafiq maddələrinin tələblərinin pozulması ilə əlaqədar olub.

22 qərar müvəqqəti və daimi yaşamaq üçün sənədin yeni sənədlə əvəz olunması, 10-u əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə yaşayış sahəsi vermiş Azərbaycan vətəndaşları və ya respublikamızda yaşayan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş qaydada onların vaxtında olduğu yer üzrə qeydiyyata alınması və qeydiyyatdan çıxarılması üçün tədbirlərin görülməməsi ilə bağlıdır. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulması ilə bağlı 6 qərar qəbul edilib.

Ölkəmizdə miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, o cümlədən qanunsuz miqrasiyanın qarşısının alınması məqsədilə DMX tərəfindən həyata keçirilən tədbirlər davam etdirilir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

DMX-nin sabiq rəisi Firudin Nəbiyev dünyasını dəyişib

DMX əcnəbilərə müraciət edib

DMX: Azərbaycanda müvəqqəti yaşayan əcnəbilərin icazə müddəti 60 gün uzadılır

DMX-nin Çağrı mərkəzinə ötən ay 34.574 zəng daxil olub

DMX yanında Məşvərət Şurasının videokonfrans formatında iclası keçirilib

XDMX-nin geyimindən istifadə edərək karantini pozan şəxs ifşa olunub

DMX rəisi: Deportasiya prosesi dayandırılıb

DMX-nın Çağrı Mərkəzinə apreldə 52 min 848 zəng daxil olub

DMX bu ilin I rübü üzrə statistik məlumatları açıqlayıb

DMX-nın Çağrı Mərkəzinə 22320 zəng daxil olub

DMX: Sabahdan hərəkət məhdudiyyətləri əcnəbilərə də şamil ediləcək

DMX əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə müraciət edib

DMX Koronavirusla Mübarizəyə Dəstək Fonduna 200 min manat ianə ayırıb

DMX 2014-cü ildən bu günə qədər olan readmissiya sayını açıqlayıb

DMX-da 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı müzakirə edilib

DMX 12 şəhər və rayonda yarmarka keçirəcək

DMX: Qanunsuz Miqrantların Saxlanılması Mərkəzində 1237 əcnəbi saxlanılıb

“AmCham Azərbaycan” üzvləri üçün DMX rəisi ilə görüş təşkil edilib

Bu ilin doqquz ayında DMX-yə 60 mindən çox əcnəbi və vətəndaşlığı olmayan şəxs müraciət edib

DMX BMT QAK-ın İcraiyyə Komitəsinin 70-ci sessiyasında iştirak edir

07 Avqust 2020, 16:09 (GMT +4)
Livan prezidenti Beyrut partlayışının hücum olmasını istisna etməyib

07 Avqust 2020, 16:00 (GMT +4)
Azərbaycan İnvestisiya Holdinqi yaradılır

07 Avqust 2020, 15:35 (GMT +4)
Nazirlik: Koronavirusa yoluxmuş məhbusların hamısı sağalıb

07 Avqust 2020, 15:21 (GMT +4)
Prokurorluq orqanlarına sənəd qəbulu davam etdirilir

07 Avqust 2020, 15:04 (GMT +4)
Serbiya Prezidenti Aleksandr Vuçiç Prezident İlham Əliyevə zəng edib

07 Avqust 2020, 15:00 (GMT +4)
İran və Azərbaycan daha sıx əməkdaşlıq üçün böyük iqtisadi potensiala malikdirlər – Abbas Musəvi

07 Avqust 2020, 14:48 (GMT +4)
MİDA: Güzəştli mənzillərin növbəti satışı keçiriləcək

07 Avqust 2020, 14:32 (GMT +4)
“Birlikdəyik” layihəsi davam edir

07 Avqust 2020, 14:26 (GMT +4)
İranda koronavirusdan ölənlərin sayı 18 mini keçib

07 Avqust 2020, 14:10 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

07 Avqust 2020, 13:46 (GMT +4)
Sumqayıt Etilen-polietilen zavodunda yanğın olub

07 Avqust 2020, 13:41 (GMT +4)
Zərdabda qanunsuz odlu silah saxlayan şəxs saxlanılıb

07 Avqust 2020, 13:41 (GMT +4)
Rəsmi Tehran Trampın İran üzrə nümayəndəsinin istefa verməsinə münasibət bildirib

07 Avqust 2020, 13:20 (GMT +4)
Sahil Babayev: Bu il 53 min vətəndaşa pensiya təyin olunub

07 Avqust 2020, 13:06 (GMT +4)
Salyanda “Tut ağacı” kafesinin gizli fəaliyyət göstərdiyi aşkarlanıb (FOTO)

07 Avqust 2020, 12:44 (GMT +4)
Taliban üç gün ərzində danışıqlar masasına oturmağa hazırdır – Əfqanıstan prezidenti

07 Avqust 2020, 12:35 (GMT +4)
AzTU daha 2 yeni Erasmus+ KA2 layihəsinin icrasına başlayacaq

07 Avqust 2020, 12:23 (GMT +4)
Nazirlik rəsmisi Xəzərlə bağlı vətəndaşlara həyəcanlı çağırış edib

07 Avqust 2020, 11:50 (GMT +4)
Nazir: Yaxın günlərdə 13 şəhər və rayon üzrə 190 manat veriləcək

07 Avqust 2020, 11:45 (GMT +4)
Nəcəf şəhəri Qədir-Xum bayramına hazırlaşır (FOTO)

07 Avqust 2020, 11:27 (GMT +4)
Azərbaycan istehsalı olan ikinci tanker inşasının növbəti mərhələsi üçün suya salınıb (FOTO)

07 Avqust 2020, 11:10 (GMT +4)
Bakıda “40 pillə” restoranının qanunsuz faliyyət göstərdiyi məlum olub

07 Avqust 2020, 10:53 (GMT +4)
Əfqanıstanda sülh naminə tarixi toplantı keçirilir

07 Avqust 2020, 10:51 (GMT +4)
Rezidenturaya qəbulun birinci mərhələsinin nəticələri açıqlanıb

07 Avqust 2020, 10:45 (GMT +4)
Azərbaycanın bölgələri üzrə COVID-19-a yoluxma faizi açıqlanıb

07 Avqust 2020, 10:31 (GMT +4)
Gəncədə bir qrup şəhid ailəsi və Qarabağ müharibəsi əlilinə mənzillər verilib

07 Avqust 2020, 10:21 (GMT +4)
Braziliyada koronavirusdan ölənlərin sayı 100 minə yaxınlaşıb

07 Avqust 2020, 10:10 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 34 dəfə pozub

07 Avqust 2020, 09:49 (GMT +4)
MN: Ermənistana məxsus növbəti taktiki PUA məhv edilib

07 Avqust 2020, 09:38 (GMT +4)
Prezident: Təmiz işləyin ki, həm vicdanınız rahat olsun, həm də halal pul qazanın

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66