"Türk axını" ilin sonuna qədər istifadəyə veriləcək11 May 2019, 15:10 (GMT +4) Bakı, 11 may, SalamNews. "Türk axını" təbii qaz boru kəməri planlaşdırıldığı kimi 2019-cu ilin sonuna kimi istismara veriləcək. SalamNews-un "Anadolu"ya istinadən verdiyi xəbərə görə, bunu "Türk axını" konsorsiumunun Berlindəki nümayəndəsi Aslı Esen bildirib.
Konsorsiumun nümayəndəsinin verdiyi məlumata görə, layihə ildə təxminən 31,5 milyard kubmetr həcmində qazın tədarükü üçün nəzərdə tutulan iki qanadın tikintisini nəzərdə tutur.
O həmçinin bildirib ki, boru xəttinin dəniz hissəsinin tikintisi tamamlanıb, sabitlik və təhlükəsizlik testlərinə start verilib.
Onun sözlərinə görə, Rusiyada qaz kəmərinin torpaq hissəsinin tikintisi tamamlanıb.
|