Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Azərbaycan və Koreya statistika qurumları arasında əməkdaşlıq genişləndirilir

08 May 2019, 17:51 (GMT +4)

Bakı, 8 may, SalamNews.Mayın 8-də Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi və Koreya Statistika Komitəsi (KOSTAT) arasında əməkdaşlıq məsələlərinə həsr olunan geniş tərkibli görüş keçirilib.

SalamNews xəbər verir ki, görüşdə “Azərbaycan Respublikasında Statistik Kadr Potensialının Gücləndirilməsi” layihəsinin hazırlıq məsələləri müzakirə olunub. Layihənin əsas məqsədi modul tipli milli təlim proqramlarının hazırlanması, müasir statistik təlim proqramlarının və innovativ texnologiyaların tətbiqi ilə sosial, iqtisadi statistika və ev təsərrüfatları arasında seçmə statistik müayinələrin aparılması sahəsində kadrların peşəkarlıq səviyyəsinin artırılması, kadr potensialının gücləndirilməsinə dəstək vermək üçün Dövlət Statistika Komitəsinin maddi texniki bazasının möhkəmləndirilməsi, Azərbaycanda həyata keçirilən islahatlara və bununla da ölkənin milli inkişaf məqsədlərinə nail olmasına töhfə verilməsi, Koreya Respublikası və Azərbaycan Respublikası arasındakı qarşılıqlı dostluq əlaqələrinin daha da genişləndirilməsidir.

Qonaqları salamlayan Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov qeyd edib ki, ötən il “Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Koreya Statistika Komitəsi arasında “Azərbaycan Respublikasında Statistik Potensialın Gücləndirilməsi” layihəsinin tətbiqinə dair Anlaşma Memorandumu” uğurla icra olunaraq başa çatdırılıb. Anlaşma Memorandumunda nəzərdə tutulmuş bütün fəaliyyətlər təmin edilib, eyni zamanda rəsmi statistika məlumatlarının yayımı sahəsində beynəlxalq səviyyədə tətbiq olunan standartlara uyğun üslubda, istifadəçi yönümlü “Azərbaycanın Statistik İnformasiya Xidməti – ASİS” statistik məlumatların yayım sistemi hazırlanaraq istifadəçilərin ixtiyarına verilib. Hazırda Koreya Statistika Komitəsi ilə birgə yeni - “Azərbaycan Respublikasında Statistik Kadr Potensialının Gücləndirilməsi” layihəsi üzrə hazırlıq tədbirlərinə başlanılıb.

Koreyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kim Tong Op səmimi görüşə görə minnətdarlığını ifadə edib. Qeyd edib ki, Dövlət Statistika Komitəsi ilə ötən ilki əməkdaşlıq bu sahədə yeni perspektivlər yaradıb və statistika qurumlarının birgə səyi nəticəsində cari ildə də nəzərdə tutulan fəaliyyətlərin uğurla başa çatdırılacağına ümid edir.

Sonra KOSTAT-ın təmsilçisi, layihənin icraçı direktoru Charlie Seo proqrama dair ümumi məlumat və fəaliyyətlərə həsr olunan təqdimatla çıxış edib. Bildirilib ki, layihənin icrası nəticəsində statistika sahəsində modul tipli milli təlim proqramları hazırlanacaq, təlimlər təşkil ediləcək, statistik təlimlərin keçirilməsi üçün zəruri avadanlıqlarla təchiz olunmuş təlim otağı yaradılacaq.

Görüşdə tərəfləri maraqlandıran suallar cavablandırılıb, qarşlıqlı müzakirələr aparılıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

06 İyul 2020, 09:00 (GMT +4)
Gömrükdə mobil telefonlar, siqaretlər və dərman preparatları aşkarlanıb

04 İyul 2020, 17:05 (GMT +4)
AQTA: Daha 78 obyektdə qanun pozuntuları aşkarlanıb

04 İyul 2020, 17:00 (GMT +4)
Lənkəran sakinindən 11 kq-dan çox narkotik vasitə götürülüb

04 İyul 2020, 16:47 (GMT +4)
Tacikistanda 5 bal gücündə zəlzələ baş verib

04 İyul 2020, 16:33 (GMT +4)
İsrail qüvvələri fələstinlilərin aksiyasına müdaxilə edib, 23 nəfər xəsarət alıb

04 İyul 2020, 16:27 (GMT +4)
Əflatun Amaşov: KİV-lərin ümumrespublika konfransı keçiriləcək

04 İyul 2020, 16:19 (GMT +4)
NYT: ABŞ kəşfiyyatı Rusiyanın Talibanla əlaqələrinə dair dəlil olmadığını iddia edir

04 İyul 2020, 16:08 (GMT +4)
“İcazələrin Alınması və Monitorinqi Sistemi”ndə bir sıra yeniliklər tətbiq edilib

04 İyul 2020, 15:50 (GMT +4)
AMEA-nın şöbə müdiri vəfat edib

04 İyul 2020, 15:47 (GMT +4)
"Mançester Siti" Messinin yeni klubu ola bilər

04 İyul 2020, 15:29 (GMT +4)
İranda koronavirusa yoluxanlardan 198 mini sağalıb

04 İyul 2020, 15:29 (GMT +4)
Qazaxda nişan mərasimi etmək istəyən şəxslər saxlanılıb

04 İyul 2020, 15:18 (GMT +4)
Ermənistanda son sutkada 580 nəfər COVID-19-a yoluxub, 8 nəfər ölüb

04 İyul 2020, 15:07 (GMT +4)
Abşeronda qanunsuz işləyən dərzi sexi aşkarlanıb, 56 nəfər cərimələnib

04 İyul 2020, 14:51 (GMT +4)
Türkiyə Kaşıqçının işi üzrə şəffaflığı təmin edib

04 İyul 2020, 14:34 (GMT +4)
Əlcəzair Fransaya qarşı mübarizə aparmış şəhid cənazələrini Paris muzeyindən ölkəyə gətirib (FOTO)

04 İyul 2020, 14:34 (GMT +4)
Qanunsuz yollarla Bakıdan Qəbələyə gələn şəxslər cəzalandırılıblar

04 İyul 2020, 14:30 (GMT +4)
Sahibkarlara hüquqi xidmətlərin göstərilməsi müzakirə edilib

04 İyul 2020, 14:20 (GMT +4)
Yenilənmiş Rusiya Konstitusiyasının mətni dərc edilib

04 İyul 2020, 14:06 (GMT +4)
Bakıda alternativ qaz xətləri yaradılır

04 İyul 2020, 13:49 (GMT +4)
Bostonda baş verən atışma ilə bağlı iki nəfər saxlanılıb

04 İyul 2020, 13:46 (GMT +4)
İranda dolların qiyməti rekord həddə bahalaşıb

04 İyul 2020, 13:40 (GMT +4)
Şamaxıda ictimai iaşə və ərzaq satışı müəssisələrində reydlər keçirilir (FOTO)

04 İyul 2020, 13:20 (GMT +4)
KİV: Hindistanın şimal-şərqində sel nəticəsində təxminən 60 nəfər ölüb

04 İyul 2020, 13:13 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

04 İyul 2020, 13:00 (GMT +4)
Bakıda geniş miqyaslı dezinfeksiya işləri aparılır 

04 İyul 2020, 12:50 (GMT +4)
ABŞ, Taliban və hökumət Əfqanıstandaxili sülh danışıqlarının zamanını təyin edə bilməyiblər

04 İyul 2020, 12:44 (GMT +4)
Rusiyada son sutkada koronavirusa yoluxanların sayı 6 632 nəfər artıb

04 İyul 2020, 12:41 (GMT +4)
DYP: 2 491 hərəkət iştirakçısı karantin qaydalarını pozub

04 İyul 2020, 12:25 (GMT +4)
Forbes: İlon Maskın sərvəti bir həftədə $5 milyard artıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66