Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » ELM VƏ TEXNOLOGİYA

BŞTİ müdiri işə qəbul imtahanının gedişini izləyib

08 May 2019, 16:37 (GMT +4)

Bakı, 8 may, SalamNews. Mayın 8-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin keçirdiyi işə qəbul üzrə müsabiqə çərçivəsində imtahan mərkəzinə mediatur təşkil edilib.

SalamNews Təhsil Nazirliyinə istinadən xəbər verir ki, mediaturda BŞTİ-nin müdiri Rəşad Tağıyev, İdarənin struktur bölmə rəhbərləri və KİV nümayəndələri iştirak ediblər.

İmtahanların gedişi prosesi ilə tanış olan BŞTİ-nin müdiri Rəşad Tağıyev KİV nümayəndələri ilə görüşüb. İdarə müdiri imtahanlara hazırlıq işinin təşkili, namizədlər üçün yaradılan şərait və şəffaflığın təmin edilməsi istiqamətində atılan addımlar barədə geniş məlumat verib. R.Tağıyev BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), gənclərin çağırışaqədərki hazırlığı rəhbəri, psixoloq, uşaq birliyi təşkilatı rəhbəri, laborant və kitabxanaçı vəzifələri üzrə işə qəbulun 5 ildir müsabiqə qaydasında həyata keçirildiyini bildirib. BŞTİ-nin müdiri qeyd edilən vəzifələr üzrə işə qəbul olmaq istəyən 2 647 namizədin http://musabiqe.baku.edu.az/ portalı vasitəsilə qeydiyyatdan keçdiyini və müsabiqənin növbəti (test imtahanı) mərhələsinə buraxıldığını nəzərə çatdırıb.

Media təmsilçiləri imtahanın gedişini yaxından izləyib, bu proseslə bağlı fikir mübadiləsi aparıblar.                                

Qeyd edək ki, mayın 6-dan start verilən işə qəbul üzrə imtahanlar çərçivəsində laborant, kitabxanaçı və uşaq birliyi təşkilatı rəhbəri vəzifələri üzrə müsabiqəyə qatılan şəxslərə 30 sualdan ibarət test tapşırığının cavablandırılması üçün 45 dəqiqə, təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), gənclərin çağırışaqədərki hazırlığı rəhbəri və psixoloq vəzifələri üzrə namizədlərə isə 40 sualdan ibarət test tapşırığının cavablandırılması üçün 60 dəqiqə vaxt ayrılır.

İmtahanın sonunda hər bir namizədin ilkin nəticəsi birbaşa kompüterin ekranında görünür. Şəffaflığın artırılması məqsədilə imtahan prosesinin videoçəkilişi aparılır.

Laborant və kitabxanaçı vəzifələri üzrə işə qəbul imtahanları artıq başa çatıb. Mayın 8-də uşaq birliyi təşkilatı rəhbəri, mayın 10-da  təlim-tərbiyə işləri üzrə direktor müavini, gənclərin çağırışaqədərki hazırlığı rəhbəri, mayın 11-də isə tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) və psixoloq vəzifələrinə işə qəbul üzrə müsabiqənin II (test imtahanı) mərhələsi keçiriləcək.

Aparılan təhlillər deməyə əsas verir ki, ötən ilə nisbətən bu il imtahanlarda iştirak üçün qeydiyyatdan keçənlərin sayı iki dəfədən çox artıb.

İmtahanların nəticələrinə əsasən, 400 nəfərdən çox namizəd qeyd olunan vəzifələr üzrə işlə təmin olunacaq.

Müsabiqə ilə bağlı hər hansı sual yaranarsa, namizədlər (012) 599-12-22 (daxili 60-22; 60-25; 60-28), mob: 055-336-36-39 nömrəli telefonlar vasitəsilə əlaqə saxlaya bilərlər.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

BŞTİ müdiri vətəndaşları qəbul edəcək

Ötən ay BŞTİ-yə 12 029 müraciət daxil olub

Ötən ay BŞTİ-yə 15 526 müraciət daxil olub

Avqust ayında BŞTİ-yə 8 040 müraciət daxil olub

BŞTİ: "Məktəbəqədər hazırlıq qruplarında uşaqların maksimum sayı 30 nəfər ola bilər"

BŞTİ vakansiya seçiminə start verib

BŞTİ: 1433 nəfər fərqlənmə attestatı alıb

İyun ayında BŞTİ-yə 4 014 müraciət daxil olub

BŞTİ müdiri vətəndaşları qəbul edib

BŞTİ-nin tabeliyindəki məktəblərin buraxılış siniflərini 49 833 şagird bitirəcək

Aprel ayında BŞTİ-yə 6 238 müraciət daxil olub

BŞTİ-də Moskva nümayəndə heyəti ilə görüş keçirilib

BŞTİ-nin tabeliyində apelyasiya komissiyası fəaliyyətə başlayır

BŞTİ: Birinci sinfə qəbul üzrə 36 min 289 sorğu yerləşdirilib

Ötən ay BŞTİ-yə 5 253 müraciət daxil olub

BŞTİ-nin əməkdaşları üçün maliyyə savadlılığına dair təlimlər təşkil edilib

Fevral ayında BŞTİ-yə 5 565 müraciət daxil olub

BŞTİ: İşə qəbul üzrə 2 923 nəfər qeydiyyatdan keçib

BŞTİ: İlin ilk ayında 4 419 müraciət daxil olub

BŞTİ: Ötən il 22 nəfər direktor vəzifəsinə işə qəbul olunub

18 Noyabr 2019, 18:00 (GMT +4)
Prezident İlham Əliyev: Əminəm ki, 2020-ci il də Naxçıvan üçün uğurlu olacaqdır

18 Noyabr 2019, 17:46 (GMT +4)
ƏƏSMN: 9 rayonda şəhid ailələri və Qarabağ əlillərinə ev verilib

18 Noyabr 2019, 17:36 (GMT +4)
Diktator Frankonun vəsiyyəti ilk dəfə dərc edilib

18 Noyabr 2019, 17:28 (GMT +4)
İraqda aksiyaçılar ölkənin ən böyük ixrac limanının yolunu bağlayıblar

18 Noyabr 2019, 17:17 (GMT +4)
Gənclər təşkilatı regionlarda maarifləndirmə kampaniyasına start verib

18 Noyabr 2019, 17:13 (GMT +4)
Cəlil Məmmədquluzadənin ev-muzeyinin əsaslı təmirdən sonra açılışı olub

18 Noyabr 2019, 17:11 (GMT +4)
Türkiyə bölgənin neft bölgüsündə iştirak etməkdən imtina edib -Ərdoğan

18 Noyabr 2019, 17:07 (GMT +4)
Gələn ay psixoloqların diaqnostik qiymətləndirilməsi keçiriləcək

18 Noyabr 2019, 16:52 (GMT +4)
Azərbaycan - Ukrayna matçının hakimləri açıqlanıb

18 Noyabr 2019, 16:44 (GMT +4)
Doqquz ayda Azərbaycanın xarici ticarət dövriyyəsi 24,8 milyard dollar olub

18 Noyabr 2019, 16:43 (GMT +4)
Hindistanda rusiyalı turist ölüb

18 Noyabr 2019, 16:39 (GMT +4)
Suriyanın Həma əyalətində bir helikopter qəzaya uğrayıb, ölənlər var

18 Noyabr 2019, 16:21 (GMT +4)
Prezident İlham Əliyev Naxçıvan Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib

18 Noyabr 2019, 16:19 (GMT +4)
Amil Hacıyevin rəhbərliyi ilə yeni internet portal fəaliyyətə başlayıb

18 Noyabr 2019, 16:10 (GMT +4)
“Elin Səsi” Milli-Mənəvi Dəyərlərimizin Qorunması İctimai Birliyinin hesabat verib

18 Noyabr 2019, 16:07 (GMT +4)
ABŞ İrandakı etiraz aksiyalarını dəstəkləyir

18 Noyabr 2019, 15:52 (GMT +4)
Polad Bülbüloğlu Füzuli Dövlət Dram Teatrında olub (FOTO)

18 Noyabr 2019, 15:47 (GMT +4)
İran İnqilabının Keşikçilər Korpusu bəyanat verib: İğtişaşçılarla bağlı ciddi tədbirlər görüləcək

18 Noyabr 2019, 15:40 (GMT +4)
Azərbaycanlı yazıçının Rusiyada çap etdiyi kitab erməniləri qəzəbləndirib

18 Noyabr 2019, 15:30 (GMT +4)
Xaricdə doktorantura pilləsi üzrə prioritet istiqamətlər açıqlanıb

18 Noyabr 2019, 15:12 (GMT +4)
Rusiya Kerç boğazında saxlanılan gəmiləri Ukraynaya təhvil verib

18 Noyabr 2019, 15:02 (GMT +4)
Tramp və Makron telefon danışığı zamanı İran və Suriyanı müzakirə edib

18 Noyabr 2019, 14:50 (GMT +4)
İranda iğtişaşlarda bir neçə namazxana və mədrəsə də yandırılıb (FOTO)

18 Noyabr 2019, 14:25 (GMT +4)
Türkiyə XİN İrandakı vəziyyətlə bağlı açıqlama verib

18 Noyabr 2019, 14:21 (GMT +4)
Zərdabda 30-dan çox uşağa günərzi qayğı xidmətləri göstərilir

18 Noyabr 2019, 13:52 (GMT +4)
“İncəsənət ilə məşğulolma həvəsinin artırılması üzrə konfransların təşkili” layihəsi çərçivəsində I konrfrans keçirilib

18 Noyabr 2019, 13:31 (GMT +4)
Rəsmi Moskva İrandakı son gərginliyə münasibət bildirib

18 Noyabr 2019, 13:20 (GMT +4)
Hindistan S-400-ün tədarükü üçün Rusiyaya avans ödəyib

18 Noyabr 2019, 13:14 (GMT +4)
AERA: Hər hansı sahibkardan şikayət olsa, onun fəaliyyəti yoxlanılacaq

18 Noyabr 2019, 12:57 (GMT +4)
Məhəmməd peyğəmbərin (s) mövludu münasibətilə tədbir keçirilib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66