Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

“Heydər Əliyev və azərbaycançılıq” mövzusunda tədbir keçirilib

07 May 2019, 17:26 (GMT +4)

Bakı, 7 may, SalamNews.Paytaxtdakı 295 nömrəli tam orta məktəbdə ümummilli lider, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş tədbir keçirilib.

SalamNews xəbər verir ki, tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Rəşad Tağıyev, millət vəkili Sona Əliyeva, YAP Respublika Qadınlar Şurasının İdarə Heyətinin üzvü Zərifə Quliyeva, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, İdarənin struktur bölmə rəhbərləri və məktəb direktorları iştirak ediblər.

Tədbirdən öncə İdarə müdiri Rəşad Tağıyev və qonaqlar məktəblə yaxından tanış olub, tədris prosesinin gedişini izləyiblər.

“Heydər Əliyev və azərbaycançılıq” adlı tədbirdə Dövlət himni səsləndirildikdən sonra ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə şagirdlər dahi şəxsiyyət Heydər Əliyevə həsr olunmuş şeirlər söyləyib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər. Həmçinin məktəblilərin milli musiqi alətlərində ifaları və vətənpərvərlik mövzusunda səsləndirdikləri mahnılar maraqla qarşılanıb.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Dilarə Cəbrayılova qonaqları salamlayaraq ulu öndərin xatirəsinin nəsillərin yaddaşında hər zaman yaşadığını bildirib. Məktəb direktoru dahi şəxsiyyət Heydər Əliyevin ölkənin təhsil sisteminə göstərdiyi diqqət və qayğısından danışıb.

Tədbirdə çıxış edən BŞTİ-nin müdiri Rəşad Tağıyev müasir Azərbaycanın memarı Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən, Vətən və xalq qarşısındakı misilsiz xidmətlərindən bəhs edib. R.Tağıyev bildirib ki, dahi lider Heydər Əliyevin müdrikliyi, siyasi iradəsi, uzaqgörənliyi nəticəsində digər istiqamətlərdə olduğu kimi təhsil sahəsində də böyük nailiyyətlər əldə olunub.

Ulu öndər Heydər Əliyevin təhsilə daim böyük önəm verdiyini deyən İdarə müdiri ümummilli liderin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini diqqətə çatdırıb.

R.Tağıyev həmçinin ümummilli liderin dövlətçilik siyasəti və azərbaycançılıq məfkurəsinin öyrənilməsinin, onun zəngin irsinin tədqiqi və təbliğinin şagirdlərin müvafiq biliklərinin zənginləşdirilməsinə zəmin yaratdığını bildirib.

Daha sonra çıxış edən YAP Respublika Qadınlar Şurasının İdarə Heyətinin üzvü Zərifə Quliyeva, millət vəkili Sona Əliyeva və digər qonaqlar ulu öndər Heydər Əliyevin Azərbaycan tarixindəki xilaskarlıq missiyasından bəhs edib, təməlini qoyduğu sosial-iqtisadi inkişaf strategiyasının bu gün də uğurla davam etdirildiyini diqqətə çatdırıblar.

Tədbirdə həmçinin müxtəlif müsabiqələrdə qalib olmuş məktəb şagirdləri təltif olunublar.

Sonda Azərbaycan xalqının dahi oğlu, qüdrətli dövlət xadimi və müdrik siyasətçi, müstəqil Azərbaycanın memarı Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

24 Yanvar 2020, 21:11 (GMT +4)
Bakı və Moskva arasında mədəni əməkdaşlıq haqqında protokol imzalanıb

24 Yanvar 2020, 18:00 (GMT +4)
Sahibkarlar üçün biznes tərəfdaşlığına dair təlim keçirilib

24 Yanvar 2020, 17:45 (GMT +4)
Böyük Çin Səddi turistlər üçün bağlanıb

24 Yanvar 2020, 17:42 (GMT +4)
"Gənclər Paytaxtı 2020" müsabiqəsinin ilkin mərhələsi yekunlaşıb

24 Yanvar 2020, 17:26 (GMT +4)
Biləsuvar gəncləri “Könüllü qonaq” təşəbbüsü çərçivəsində növbəti ailəyə baş çəkiblər

24 Yanvar 2020, 17:20 (GMT +4)
XİN koronavirusla bağlı Azərbaycan vətəndaşlarına xəbərdarlıq edib

24 Yanvar 2020, 17:18 (GMT +4)
Texasda binada partlayış baş verib

24 Yanvar 2020, 17:13 (GMT +4)
CinemaPlus-da “Pis oğlanlar” nümayiş olunub

24 Yanvar 2020, 17:08 (GMT +4)
Təhsil naziri Salyan məktəbində olub

24 Yanvar 2020, 16:43 (GMT +4)
Kreml: Rusiya "beşlik" liderlərinə ətraflı təkliflər göndərəcək

24 Yanvar 2020, 16:17 (GMT +4)
Parisdə Eyfel Qülləsi bağlanıb

24 Yanvar 2020, 16:01 (GMT +4)
Bərdədə ingilis dilli Resurs və Təlim Mərkəzinin açılışı olub

24 Yanvar 2020, 15:43 (GMT +4)
Qırx əsgərinin ölümündən sonra Suriya Ordusu İdlibdə əks hücuma keçib

24 Yanvar 2020, 15:40 (GMT +4)
Prezident İlham Əliyevin Davosda İsveçrənin Montrö şəhərinin meri ilə görüşü olub

24 Yanvar 2020, 15:37 (GMT +4)
AzTU-da müdir təyinatı olub

24 Yanvar 2020, 15:36 (GMT +4)
Peskov: Putin və Zelenski istənilən vaxt görüş təşkil edə bilər

24 Yanvar 2020, 15:34 (GMT +4)
M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının nümayəndələri ilə görüş olub

24 Yanvar 2020, 15:30 (GMT +4)
Xızıda keçmiş məhkumun evində silah-sursat aşkarlanıb

24 Yanvar 2020, 15:05 (GMT +4)
Ərdoğan Liviyada Suriyadakı səhvi təkrarlamamağa çağırıb

24 Yanvar 2020, 15:00 (GMT +4)
“Bir” Tələbə-Könüllü proqramının 23 mindən çox üzvü var

24 Yanvar 2020, 14:51 (GMT +4)
Səudiyyənin Ümumdünya İslam Liqasının sədri Holokost qurbanlarına namaz qılıb (VİDEO)

24 Yanvar 2020, 14:43 (GMT +4)
Təhsil Nazirliyinin əməkdaşları qəzaya düşən məktəblilərə baş çəkib

24 Yanvar 2020, 14:32 (GMT +4)
AK və AB Şurasının rəhbərləri Böyük Britaniyanın AB-dən çıxması ilə bağlı saziş imzalayıblar

24 Yanvar 2020, 14:18 (GMT +4)
ADRA 2020-ci ildə bir sıra yeniliklər tədbiq edəcək

24 Yanvar 2020, 14:12 (GMT +4)
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib

24 Yanvar 2020, 14:00 (GMT +4)
“Azercell”in 4G şəbəkəsi ölkənin ən yüksəkkeyfiyyətli şəbəkəsi olaraq tanınıb

24 Yanvar 2020, 13:58 (GMT +4)
Türkiyədə keçmiş baş qərərgah rəisi ömürlük həbs cəzasına məhkum edilib

24 Yanvar 2020, 13:51 (GMT +4)
Putin Medinski və Oreşkini özünə köməkçi təyin edib

24 Yanvar 2020, 13:37 (GMT +4)
Maliyyə Nazirliyi QHT-lərə xəbərdarlıq edib

24 Yanvar 2020, 13:35 (GMT +4)
Qadın sahibkarlar üçün "Scale Up” akselerator proqramı fəaliyyətə başlayıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66