Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

ETSN: Xəzər dənizini çirkləndirənlərə qarşı vəsatət qaldırılacaq

07 May 2019, 16:00 (GMT +4)

Bakı, 7 may, SalamNews. Xəzər dənizinin şirkət, müəssisə, təşkilat və obyektlər tərəfindən çirkləndirilməsi davam edərsə onların fəaliyyətinin dayandırılması ilə bağlı tərəfimizdən aidiyyəti üzrə vəsatət qaldırılacaq. Çünki, bunun digər alternativi yoxdur. Tərəfimizdən dəfələrlə edilmiş xəbərdarlıqlara, bildirişlərə və ünvanlanmış məktublara əhəmiyyət verməyənlərə qarşı artıq bu addımı atmaq məcburiyyətində qalacağıq.

SalamNews xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisi Mirsalam Qənbərov bildirib.

Xəzər dənizinin şimaldan-cənubadək sahil zolağında, xüsusən də Abşeron yarımadasında aparılan monitorinq və təhlillərin nəticəsi göstərir ki, ətraf mühiti, su hövzələrini, o cümlədən Xəzər dənizini ən çox quruda neft hasilatını həyata keçirən əməliyyat şirkətləri, müəssisə və obyektlər çirkləndirir.

"Birmənalı olaraq bildiririk ki, Xəzərin şirkət, müəssisə, təşkilat və obyektlər tərəfindən çirkləndirilməsi davam edərsə tərəfimizdən onların fəaliyyətinin dayandırılması ilə bağlı aidiyyəti üzrə vəsatət qaldırılacaq.  Keçirilən monitorinqlərin və aparılan analizlərin nəticəsi bunu deməyə əsas verir ki, su hövzələrinə axıdılan axarlardan götürülən nümunələrdə neft məhsullarının qatılığı, bağırsaq çöpləri və şərti patogen xəstəlik törədən bakteriyaların miqdarı normadan dəfələrlə çoxdur, ekotoksikoloji baxımdan kəskin zəhərlidir".

ETSN rəsmisi bildirib ki, Xəzər dənizinin ekosisteminə mənfi təsirlər aradan qaldırılmazsa, bu gələcəkdə ağır nəticələrə gətirib çıxaracaq.

Artıq çimərlik mövsümü yaxınlaşır. Lay sularının təmizlənmədən dənizə axıdılması və insanların belə mühitlə təmasda olması çox təhlükəlidir. Ötən illərdə olduğu kimi, bu il də ekoloji gərgin vəziyyət yaranmasın deyə rayon icra hakimiyyəti orqanları və bələdiyyələr çirklənmə mənbələrinin qarşısının alınması üçün aidiyyəti qurumlarla birgə bütün qüvvələrini səfərbər etməli, zəruri tədbirlərin görülməsi üçün konkret hərəkətə keçməlidirlər.

Tullantı sularının təmizlənmədən su hövzələrinə axıdılmaması üçün müəssisə və təşkilatların rəhbərlərinə təmizləyici qurğuların quraşdırılması məqsədilə bir daha çağırış edir, qısa vaxt ərzində verilmiş tapşırıqların icrası istiqamətində təxirəsalınmaz tədbirlərin görülməsini tələb edirik. Tez bir zamanda lazımi işlərə başlanılmasa çirkləndiricilər barəsində ciddi tədbirlər görüləcək və toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndəriləcək.

Bu gün Nazirliyin əsas fəaliyyət hədəflərindən biri Xəzər dənizinin çirklənməsinin qarşısını almağa yönəlib. Tərəfimizdən mümkün olan bütün vasitələrdən istifadə olunur ki, Xəzər ekoloji inkişaf və ekoloji sabitlik zonasına çevrilsin.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

ETSN Sumqayıtda kəskin iy-qoxu ilə bağlı araşdırma aparır

ETSN: Şikayət yerində araşdırılıb

ETSN güclü küləklə bağlı xəbərdarlıq edib

ETSN-də Xorvatiyanın Azərbaycandakı səfiri ilə görüş keçirilib

ETSN ictimai-iaşə obyektlərinə xəbərdarlıq edib

ETSN ağac əkən şəxslərə müraciət edib

ETSN-də Almaniyanın Azərbaycandakı səfiri ilə görüş keçirilib

ETSN balıqçıları sivil balıq tutmağa səsləyən maraqlı təşəbbüslə çıxış edib (FOTOLAR)

ETSN: Nərimanov rayonunda ağacları kəsən şirkət cərimələnib

ETSN ölkədə müşahidə olunan küləkli hava ilə bağlı məlumat yayıb

ETSN: Milli Parkların inkişafı üzrə Dövlət proqramı hazırlanacaq

ETSN-nin elan etdiyi müsabiqə başa çatıb

ETSN: Bakının iki ərazisi tullantılardan təmizlənib

ETSN: Xəzərdə dalğanın hündürlüyü 2,3 metrə çatıb

ETSN-də bərpa olunan enerji mənbələrinin inkişafı müzakirə olunub

ETSN dənizi çirkləndirən 23 obyektin bağlanmasını istəyir

ETSN: Ağac kəsən şəxs cəzalanıb

ETSN: Sürücülərə maarifləndirici məlumatlar verilir

ETSN: Hirkan Milli Parkında yanğının ətrafa yayılmasının qarşısı alınıb

ETSN: “Zeytunluq” adlanan ərazidə ağacların kəsilməsi faktı yoxdur, park və istirahət mərkəzi salınır

10 Dekabr 2019, 13:54 (GMT +4)
Əfqanıstanın iki əyalətində həyata keçirilən hücumda 11 əsgər həyatını itirib

10 Dekabr 2019, 13:54 (GMT +4)
Azərbaycanda Fəal Yaşlanma İndeksi hazırlanır

10 Dekabr 2019, 13:35 (GMT +4)
Venesuela öz rəsmilərinə qarşı yeni ABŞ sanksiyalarını qınayıb

10 Dekabr 2019, 13:34 (GMT +4)
Moskvanın keçmiş meri Yuri Lujkov vəfat edib

10 Dekabr 2019, 13:26 (GMT +4)
ARDNF-nin Müşahidə Şurasının yeni tərkibi təsdiqlənib

10 Dekabr 2019, 13:06 (GMT +4)
FHN ticarət mərkəzində baş verən yanğınla bağlı yeni məlumat yayıb

10 Dekabr 2019, 13:03 (GMT +4)
Türkiyə Rusiya və ABŞ ilə əməkdaşlığın nəticələrindən narazıdır

10 Dekabr 2019, 12:53 (GMT +4)
Rusiyalı bir qrup iş adamı Azərbaycanda işgüzar səfərdə olub

10 Dekabr 2019, 12:38 (GMT +4)
Putin WADA-nın Rusiya ilə bağlı qərarını şərh edib

10 Dekabr 2019, 12:24 (GMT +4)
İraqda İŞİD-ə qarşı zəfərin ildönümü qeyd edilir

10 Dekabr 2019, 12:24 (GMT +4)
Nur-Sultanda Suriya ilə bağlı danışıqlar başlayır

10 Dekabr 2019, 12:22 (GMT +4)
Bakıya yeni ikimərtəbəli qatarlar gətirilib

10 Dekabr 2019, 12:08 (GMT +4)
Xalq artisti Yalçın Əfəndiyev vəfat edib

10 Dekabr 2019, 11:59 (GMT +4)
Qətərin əmiri körfəz ərəb dövlətlərinin zirvə toplantısına qatılmayıb

10 Dekabr 2019, 11:49 (GMT +4)
AQTA əməkdaşları Sabirabadda sahibkarlarla görüşüb

10 Dekabr 2019, 11:40 (GMT +4)
“S-400” sistemindən imtina etməyəcəyik, o səhifə bağlandı - Ərdoğan

10 Dekabr 2019, 11:38 (GMT +4)
“EuroHome”dakı yanğınla bağlı hadisə yerinə 4 həkim briqadası göndərilib

10 Dekabr 2019, 11:35 (GMT +4)
Qusarda Azərbaycan Könüllülərinin II Həmrəylik Düşərgəsi keçirilib (FOTOLAR)

10 Dekabr 2019, 11:32 (GMT +4)
Mahmud Abbas İordan vadisinin İsrailə əlavə edilməsilə bağlı xəbərdarlıq edib

10 Dekabr 2019, 11:11 (GMT +4)
Səhiyyə Nazirliyi “EuroHome”-da baş verən yanğınla bağlı əlavə məlumat yayıb

10 Dekabr 2019, 11:06 (GMT +4)
Körfəz ərəb ölkələrinin dövlət başçıları bu gün Səudiyyədə bir araya gələcəklər

10 Dekabr 2019, 11:04 (GMT +4)
Bakı bazarındakı yanğının söndürülməsi üçün FHN helikopterləri və Be-200 amfibiya təyyarələri cəlb edilib 

10 Dekabr 2019, 11:02 (GMT +4)
Çili Hava Qüvvələrinə məxsus təyyarə Antarktidaya gedən radarlardan itib

10 Dekabr 2019, 10:48 (GMT +4)
Bu il “ASAN Xidmət” vasitəsilə dövlət büdcəsinə daxil olan vəsaitin həcmi açıqlanıb

10 Dekabr 2019, 10:45 (GMT +4)
Türkiyə Əfqanıstana dəstəyini davam etdirəcək - Çavuşoğlu

10 Dekabr 2019, 10:16 (GMT +4)
Twitter Suriya prezidenti Bəşər Əsədin səhifəsini bağlayıb

10 Dekabr 2019, 10:12 (GMT +4)
Zelenski Krım və Donbassla mövzusunda güzəştə getməyi qeyri-mümkün adlandırıb 

10 Dekabr 2019, 09:52 (GMT +4)
“Bir əsrlik Nəsimi araşdırmaları” kitabının təqdimatı keçiriləcək

10 Dekabr 2019, 09:52 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 20 dəfə pozub

10 Dekabr 2019, 09:44 (GMT +4)
Türkiyə Əfqanıstanın təhlükəsizliyinə önəmli töhfə verib- Əfqanıstan prezidenti

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66