Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Asiya İnkişaf Bankı ilə ƏƏSMN arasında fikir mübadiləsi aparılıb

08 May 2019, 12:58 (GMT +4)

Bakı, 8 may, SalamNews. 2014-2018-ci illər üzrə “Ölkə tərəfdaşlıq strategiyası” çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Asiya İnkişaf Bankı arasında müvafiq sahələr üzrə formalaşan müsbət əməkdaşlıq təcrübəsi yeni birgə iş sahələrinin müəyyən olunmasına imkan verir. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev AİB-in Bakı ofisinin rəhbəri Nəriman Mannapbekov ilə nazirlikdə keçirilən görüşdə bildirib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən SalamNews-a verilən məlumata görə,  S.Babayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sosial sahə ilə bağlı islahatlar proqramının nailiyyətləri barədə məlumat verib. O, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində atılan mühüm addımları, sosial cəhətdən həssas qrupların etibarlı sosial müdafiəsinin təmin edilməsi üçün aparılan işləri diqqətə çatdırıb.

Nazir yaxın günlərdə açılışı nəzərdə tutulan ilk “DOST” (Dayanıqlı və Operativ Sosial Təminat) mərkəzi, DOST layihəsinin dövlət sosial xidmətlərinə gətirəcəyi innovativ yeniliklər barədə məlumat verib. Əmək, məşğulluq, sosial müdafiə sahələrində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi üçün aparılan işləri qeyd edib. S.Babayev ölkəmizdə ilk proaktiv xidmət kimi cari ilin əvvəlindən pensiyaların avtomatlaşdırılmış təyinatı sisteminə keçildiyini, bu təcrübənin sosial təminat sisteminin bütün sahələri üzrə tətbiq ediləcəyini deyib. Yeni yaradılan “e-sosial” internet portalının, “Məşğulluq” altsisteminin və s. üstünlükləri diqqətə çatdırılıb. S.Babayev AİB-lə əməkdaşlığın əhatə etdiyi istiqamətlərdə aparılan işlərin əhəmiyyətini vurğulayıb.

N.Mannapbekov təmsil etdiyi Təşkilatın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə səmərəli əməkdaşlıqdan məmnunluğunu qeyd edib. O, birgə layihələrin müsbət nəticələrinin olduğunu, əməkdaşlığın gələcəkdə də uğurla davam edəcəyinə əminliyini ifadə edib.

Görüşdə “Ölkə tərəfdaşlıq strategiyası” çərçivəsində icra olunan “Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün sosial müdafiə sahəsində Asiya İnkişaf Bankının dəstəyinin gücləndirilməsi” layihəsinin, eləcə də məşğulluq siyasəti və əmək bazarını əhatə edən araşdırmaların nəticələri nəzərdən keçirilib. Gələcək əməkdaşlıq istiqamətlərinə, sosial müavinətlərin unifikasiyasına, dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsinə, pensiya sistemində islahatlara dair fikir mübadiləsi aparılıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

ƏƏSMN: Ötən il 30 mindən çox vətəndaş fərdi qaydada qəbul edilib

ƏƏSMN-nin tabeliyində yeni agentliklər və fond yaradılıb

Övladlığagötürmə sahəsində ƏƏSMN-ə yeni səlahiyyətlər verilib

ƏƏSMN: Bu il 107,7 min vətəndaşa peşəyönümü məsləhət xidməti göstərilib

ƏƏSMN 6 yeni “e-arayış” xidmətini təqdim edib

ƏƏSMN: 9 rayonda şəhid ailələri və Qarabağ əlillərinə ev verilib

Asiya İnkişaf Bankının “Texniki dəstək” layihəsinin təqdimetmə mərasimi keçirilib

ƏƏSMN daha bir yenilik edib

ƏƏSMN daha 50 avtomobili müharibə əlilliyi olan vətəndaşlara təqdim edib (FOTO)

ƏƏSMN bu həftədən etibarən canlı yayıma başlayır

ƏƏSMN-də Dünya Bankının missiyası ilə görüş olub

ƏƏSMN: 8 minədək uşaq sosial xidmətlərlə təmin olunur

Asiya İnkişaf Bankının Baş Auditor Ofisinin nümayəndələri Naxçıvanda səfərdə olub

ƏƏSMN-də Nazirliyində Kollegiya iclası keçirilib

ƏƏSMN-də İsveçrə səfiri ilə görüş olub

ƏƏSMN elektron məlumat mübadiləsinə başlayır

ƏƏSMN: Daha 109 şəhidin 185 vərəsəsinə birdəfəlik ödəmə verilib

ƏƏSMN Özünüməşğulluq Proqramı çərçivəsində inək və qoyun aldığı eyni şirkətlə müqavilə bağlayıb

ƏƏSMN: 12268 şəhidin vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyən edilib

Beynəlxalq konfransda ƏƏSMN-nin fəaliyyətində ictimai iştirakçılıqla bağlı təqdimat olub (FOTO)

28 Yanvar 2020, 18:00 (GMT +4)
“Azərenerji” ilə “TEPSCO” şirkətinin əməkdaşlığının mövcud vəziyyəti müzakirə edilib

28 Yanvar 2020, 17:54 (GMT +4)
Ağ Ev "green card"ın verilmə qaydalarını sərtləşdirmək hüququ əldə edib

28 Yanvar 2020, 17:49 (GMT +4)
Fələstin Trampın “Əsrin sazişi” planına görə ərəb dövlətlərini təcili toplantıya çağırıb

28 Yanvar 2020, 17:33 (GMT +4)
Bərdədə antisanitar şəraitdə fəaliyyət göstərən qənd sexi aşkarlanıb

28 Yanvar 2020, 17:22 (GMT +4)
AB bəzi rusiyalı məmurlara qarşı sanksiya tətbiq edə bilər

28 Yanvar 2020, 17:00 (GMT +4)
Azərbaycan yığması Şimali Makedoniyaya yenə qalib gəlib

28 Yanvar 2020, 16:35 (GMT +4)
Peskov mayın 9-da Moskvaya dəvət olunan qonaqlarla bağlı məlumat verib

28 Yanvar 2020, 16:30 (GMT +4)
Xeyrəddin Qocanın 70 illiyi qeyd ediləcək

28 Yanvar 2020, 16:29 (GMT +4)
Suriya Ordusu strateji Məarrat-Numan qəsəbəsini mühasirəyə alıb

28 Yanvar 2020, 16:13 (GMT +4)
Quş qripinə qarşı keçirilən epizootoloji monitorinqlərin nəticələri açıqlanıb

28 Yanvar 2020, 15:58 (GMT +4)
Prezident İlham Əliyev koronavirusla bağlı tapşırıq verib

28 Yanvar 2020, 15:51 (GMT +4)
Ötən il hazır metal məmulatlarının istehsalı artıb

28 Yanvar 2020, 15:44 (GMT +4)
Türkiyədə 5.1 bal gücündə zəlzələ baş verib

28 Yanvar 2020, 15:32 (GMT +4)
İndiyədək "ASAN Viza" vasitəsilə 1 milyon 877 min 835 viza verilib

28 Yanvar 2020, 15:16 (GMT +4)
Lənkəranda general Həzi Aslanovun 110 illik yubileyi qeyd edilib

28 Yanvar 2020, 15:04 (GMT +4)
Azərbaycanın Baş naziri Qazaxıstana səfər edəcək

28 Yanvar 2020, 15:02 (GMT +4)
Əlcəzairdə Su-30 hərbi təyyarəsi qəzaya uğrayıb, iki pilot həlak olub

28 Yanvar 2020, 14:59 (GMT +4)
Azərbaycanda taksi xidməti ilə bağlı baza yaradılacaq

28 Yanvar 2020, 14:33 (GMT +4)
Lavrov: İdlibdəki terrorçulara mərhəmət göstərilməyəcək

28 Yanvar 2020, 14:33 (GMT +4)
Azərbaycanda tələbələrin köçürülməsinə başlanılır

28 Yanvar 2020, 14:21 (GMT +4)
Bakıdan qaçırılan avtomobil Göyçayda tapılıb

28 Yanvar 2020, 14:02 (GMT +4)
Fələstinli hərəkatlar Trampın planı haqda çağırış ediblər

28 Yanvar 2020, 14:00 (GMT +4)
Mingəçevirdə avtobusda içərisində 2180 manat olan çanta oğurlanıb

28 Yanvar 2020, 13:41 (GMT +4)
Dünya Bankının nümayəndə heyəti Ali Məhkəmədə olub

28 Yanvar 2020, 13:25 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

28 Yanvar 2020, 13:15 (GMT +4)
Braziliyanın cənub-şərqində leysan yağışları 47 nəfərin ölümünə səbəb olub

28 Yanvar 2020, 13:11 (GMT +4)
Husilər Səudiyyə Ərəbistanın bir pilotsuz təyyarəsini vuraraq salıblar

28 Yanvar 2020, 13:08 (GMT +4)
Çingiz Abdullayevin iştirakı ilə ilk CEO Brunch Baku təşkil olunub

28 Yanvar 2020, 12:51 (GMT +4)
Səhiyyə naziri koronavirusla bağlı əmr imzalayıb

28 Yanvar 2020, 12:48 (GMT +4)
Türkiyədə koronavirusla bağlı 12 nəfər xəstəxanaya yerləşdirilib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66