Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

“Azərxalça” ASC-nin Qobustan filialının açılışı olub

07 May 2019, 13:10 (GMT +4)

Bakı, 7 may, SalamNews. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 7-də “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Qobustan filialının açılışında iştirak ediblər.

SalamNews xəbər verir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva XIX əsrdə və XX əsrin əvvəllərində Azərbaycan xalçaçılıq məktəbinə aid nadir xalçalara baxdılar.

Sonra dövlətimizin başçısı müəssisənin rəmzi açılışını bildirən lenti kəsdi.

“Azərxalça” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Vidadi Muradov görülən işlərlə bağlı dövlətimizin başçısına və birinci xanıma məlumat verdi.

Bildirildi ki, “Azərxalça” ASC-nin Qobustan filialının binasının ümumi sahəsi 1300 kvadratmetrə yaxındır. Dövlətimizin başçısının 2018-ci ildə imzaladığı Sərəncama əsasən Qobustan xalça istehsalı emalatxanasının tikintisi və təchizatına dövlət büdcəsindən 2 milyon manat vəsait ayrılıb. Qobustan şəhərinin mərkəzində yerləşən binada tikinti işləri yüksək keyfiyyətlə aparılıb. Burada 150 toxucu və 14 inzibati-təsərrüfat işçisinin çalışması nəzərdə tutulub.

Qeyd olundu ki, bina toxuculuq emalatxanası, rəssam otağı, anbar, yeməkxana, tibb otağı, xalça satışı salonu, konfrans zalı və digər bölmələrdən ibarətdir. Emalatxanada müxtəlif ölçülü 43 dəzgahda Azərbaycan xalçaları toxunacaq. Əsasən Ağdaş, Ağsu, Göyçay, Hacıqabul, İsmayıllı, Kürdəmir, Qax, Qəbələ, Qobustan, Oğuz, Salyan, Şamaxı, Şəki, Ucar, Zaqatala və Zərdab rayonlarının kəndlərində toxunan orijinal xalça çeşnilərinə üstünlük veriləcək. Bu çeşnilər dünya muzeylərində, şəxsi kolleksiyalarda mühafizə olunan, həmçinin respublikamızın ayrı-ayrı bölgələrindən toplanılan qədim və orijinal xalçalar əsasında “Azərxalça”nın rəssamları tərəfindən hazırlanıb. Toxucular Qobustan şəhərinin və rayonun digər yaşayış məntəqələrinin sakinləridir. Onlar bir neçə ay ərzində “Azərxalça” ASC-nin burada təşkil olunmuş hazırlıq-tədris kurslarında iştirak edib, xalçaçılıq üzrə bacarıq və vərdişlərini təkmilləşdiriblər. Tədris-hazırlıq kursu filial fəaliyyətə başladıqdan sonra da işini davam etdirəcək. Bu kursun məzunları “Azərxalça” ASC-nin tədris sertifikatını alacaqlar.

Buradakı xalça-satış salonunda “Azərxalça” ASC-də toxunmuş xalça və xalça məmulatlarının sərgisi və satışı həyata keçiriləcək.

Müəssisə ilə tanışlıqdan sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva xalçaçılarla görüşdülər.

Dövlətimizin başçısı görüşdə çıxış etdi.

Sonda xatirə şəkli çəkdirildi.

X X X

Daha sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Qobustan regional yun və boyaq bitkilərinin tədarükü məntəqəsinin fəaliyyəti ilə tanış oldular.

Məlumat verildi ki, ümumi sahəsi 1770 kvadratmetr olan məntəqə istehsalat və inzibati bölmədən ibarətdir. Dövlətimizin başçısının tapşırığı ilə “Azərxalça” ASC-nin filiallarının, ölkəmizdə fəaliyyət göstərən özəl xalçaçılıq müəssisələrinin yun ipliklə təmin olunması üçün mühüm tədbirlər görülür. Bu istiqamətdə həyata keçirilən layihələrdən biri Sumqayıt Kimya Sənaye Parkında “Azərxalça” ASC-nin yunəyirici-boyaq fabrikinin inşasıdır. Hazırda fabrikin tikintisi sürətlə davam etdirilir. Bu fabrikin xammalla təminatı məqsədilə Naxçıvan şəhərində, Bərdə, Qobustan, Şabran və Sabirabad rayonlarında regional yun və boyaq bitkilərinin tədarükü məntəqələri yaradılıb. Son illər bu sahənin inkişafına göstərilən diqqət, ölkəmizin müxtəlif bölgələrində emalatxanaların fəaliyyətə başlaması xalça toxunması üçün xammal bazasının yaradılması zərurətini meydana çıxarıb. Bu baxımdan yunəyirici-boyaq fabrikinin və regional yun və boyaq bitkilərinin tədarükü məntəqələrinin yaradılması idxaldan asılılığı tamamilə aradan qaldıracaq. Tədarük məntəqələri heyvandarlığın inkişafına da öz təsirini göstərəcək. Bu, qoyunçuluq təsərrüfatlarının, fermerlərin yun satışı probleminin həllinə imkan verəcək.

Bildirildi ki, regional tədarük məntəqələrində ildə 1500 ton yun qəbul olunacaq. Hər tədarük məntəqəsində 300 ton yun qəbulu nəzərdə tutulub. Qobustandakı tədarük məntəqəsi 14 rayonu əhatə edəcək. Bu məntəqənin imkanlarından Qobustan, Şamaxı, İsmayıllı, Ağsu, Göyçay, Qəbələ, Oğuz, Qax, Zaqatala, Balakən, Ağdaş, Zərdab rayonlarının, Şəki şəhərinin və Bakının Qaradağ rayonunun sakinləri yararlanacaqlar. Bu işin yüksək səviyyədə təşkili məqsədilə maarifləndirici tədbirlər də keçirilib. Bu məntəqədə növbəti ildən boyaq bitkiləri də qəbul olunacaq.

Məlumat verildi ki, Qobustanın ərazisi boyaq bitkiləri ilə zəngindir. İnsanlar onları toplayıb tədarük məntəqəsinə təhvil verməklə həm də əlavə qazanc əldə edəcəklər. Həm yun, həm də boyaq bitkiləri il boyu qəbul ediləcək.

Diqqətə çatdırıldı ki, regional məntəqəyə gətirilən məhsul rənginə və ölçüsünə görə çeşidlənəcək. Yun çeşidləndikdən sonra kipləşdiriləcək, onların üzərinə xüsusi yarlıqlar vurulacaq. Həmin yarlıqda yunun rəngi, qəbul tarixi, hansı rayondan alındığı, çəkisi, növü, qaba və incəliyi, nəmliyi barədə məlumatlar əksini tapacaq. Məntəqədə kipləşdirilmiş yun Sumqayıtdakı yunəyirici-boyaq fabrikinə təhvil veriləcək.

Bildirildi ki, Qobustan regional yun və boyaq bitkilərinin tədarükü məntəqəsində 25 nəfər daimi işlə təmin olunub.

Dövlətimizin başçısı müəssisənin işçiləri ilə söhbət etdi.

Sonda xatirə şəkli çəkdirildi.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

“Azərxalça” ASC-nin Kürdəmir filialının açılışı olub

Prezident İlham Əliyev “Azərxalça” ASC-nin Qəbələ filialının açılış mərasimində iştirak edib

“Azərxalça” 2018-ci ili uğurla başa vurur

“Azərxalça” ASC-nin Ağdam filialının açılışı olub

“Azərxalça” ASC-nin Lənkəran filialı açılıb

“Azərxalça”nın Şəmkir filialında 200-cü xalça kəsilib

“Azərxalça” 18 ədəd “Hyundai” markalı avtobus alıb

“Azərxalça” yeni fabrik və emalatxanaların tikintisini davam etdirir

“Azərxalça” daha bir qədim xalçanı aşkara çıxarıb

Prezident “Azərxalça” ASC-nin Quba filialının açılışında iştirak edib

Prezident İlham Əliyev “Azərxalça” ASC-nin Şəmkir filialının açılışında iştirak edib (FOTO)

Cocuq Mərcanlı toxucuları “Azərxalça”da daimi iş yerləri ilə təmin olunacaqlar

“Azərxalça”nın Şəmkir filialı martın sonunda fəaliyyətə başlayacaq (FOTO)

"Halı" jurnalı “Azərxalça” ilə əməkdaşlıq edəcək

“Azərxalça” ASC-nin səhmlərinin ilkin buraxılışı qeydiyyata alınıb

Füzulidə “Azərxalça” ASC-nin ilk filialının - xalça kombinatının açılışı olub (FOTO)

"Azərxalça" Açıq Səhmdar Cəmiyyəti yaradılır

06 İyul 2020, 10:17 (GMT +4)
Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, ölən və yaralananlar var

06 İyul 2020, 10:17 (GMT +4)
Əməkdar artist Tofiq Hüseynov vəfat edib

06 İyul 2020, 09:54 (GMT +4)
İranın Nətənz nüvə obyektinə edilən hücum daxildən həyata keçirilib - KİV

06 İyul 2020, 09:53 (GMT +4)
DİN "Fairmont"dakı əməliyyatla bağlı məlumat yayıb

06 İyul 2020, 09:40 (GMT +4)
Rusiyada helikopterin sərt enişi zamanı bir nəfər ölüb

06 İyul 2020, 09:22 (GMT +4)
Bu gündən magistraturaya qəbul olunanların qeydiyyatı başlayır

06 İyul 2020, 09:18 (GMT +4)
Liviyada Türkiyə zabitlərinin olduğu bazaya aviazərbələr endirilib, ölənlər var (VİDEO)

06 İyul 2020, 09:11 (GMT +4)
Tramp ABŞ-da koronavirusdan ölənlərin sayının azaldığını açıqlayıb

06 İyul 2020, 09:00 (GMT +4)
Gömrükdə mobil telefonlar, siqaretlər və dərman preparatları aşkarlanıb

04 İyul 2020, 17:05 (GMT +4)
AQTA: Daha 78 obyektdə qanun pozuntuları aşkarlanıb

04 İyul 2020, 17:00 (GMT +4)
Lənkəran sakinindən 11 kq-dan çox narkotik vasitə götürülüb

04 İyul 2020, 16:47 (GMT +4)
Tacikistanda 5 bal gücündə zəlzələ baş verib

04 İyul 2020, 16:33 (GMT +4)
İsrail qüvvələri fələstinlilərin aksiyasına müdaxilə edib, 23 nəfər xəsarət alıb

04 İyul 2020, 16:27 (GMT +4)
Əflatun Amaşov: KİV-lərin ümumrespublika konfransı keçiriləcək

04 İyul 2020, 16:19 (GMT +4)
NYT: ABŞ kəşfiyyatı Rusiyanın Talibanla əlaqələrinə dair dəlil olmadığını iddia edir

04 İyul 2020, 16:08 (GMT +4)
“İcazələrin Alınması və Monitorinqi Sistemi”ndə bir sıra yeniliklər tətbiq edilib

04 İyul 2020, 15:50 (GMT +4)
AMEA-nın şöbə müdiri vəfat edib

04 İyul 2020, 15:47 (GMT +4)
"Mançester Siti" Messinin yeni klubu ola bilər

04 İyul 2020, 15:29 (GMT +4)
İranda koronavirusa yoluxanlardan 198 mini sağalıb

04 İyul 2020, 15:29 (GMT +4)
Qazaxda nişan mərasimi etmək istəyən şəxslər saxlanılıb

04 İyul 2020, 15:18 (GMT +4)
Ermənistanda son sutkada 580 nəfər COVID-19-a yoluxub, 8 nəfər ölüb

04 İyul 2020, 15:07 (GMT +4)
Abşeronda qanunsuz işləyən dərzi sexi aşkarlanıb, 56 nəfər cərimələnib

04 İyul 2020, 14:51 (GMT +4)
Türkiyə Kaşıqçının işi üzrə şəffaflığı təmin edib

04 İyul 2020, 14:34 (GMT +4)
Əlcəzair Fransaya qarşı mübarizə aparmış şəhid cənazələrini Paris muzeyindən ölkəyə gətirib (FOTO)

04 İyul 2020, 14:34 (GMT +4)
Qanunsuz yollarla Bakıdan Qəbələyə gələn şəxslər cəzalandırılıblar

04 İyul 2020, 14:30 (GMT +4)
Sahibkarlara hüquqi xidmətlərin göstərilməsi müzakirə edilib

04 İyul 2020, 14:20 (GMT +4)
Yenilənmiş Rusiya Konstitusiyasının mətni dərc edilib

04 İyul 2020, 14:06 (GMT +4)
Bakıda alternativ qaz xətləri yaradılır

04 İyul 2020, 13:49 (GMT +4)
Bostonda baş verən atışma ilə bağlı iki nəfər saxlanılıb

04 İyul 2020, 13:46 (GMT +4)
İranda dolların qiyməti rekord həddə bahalaşıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66