Bakıda yerləşən idman qurğuları hazır vəziyyətə gətirilib - Azad Rəhimov06 May 2019, 10:33 (GMT +4) Bakı, 6 may, SalamNews, K.Orxan. Möhtəşəm tədbirə 76 gün qalıb. İyulun 21-də Bakıda 15-ci Avropa Gənclər Yay Olimpiya Festivalı start götürəcək. Bu Avropa gənclərinin oyunlarıdır. Bu tədbir tək Azərbaycan üçün yox, bütün Avropa idmanı üçün vacibdir. Burada növbəti illərdə dünya, Avropa çempionları, olimpiya oyunlarında iştirak edəcək gənclər sınaqdan keçirilir. Onlar bir araya yığışaraq peşəkarlıqlarını göstərəcəklər.
SalamNews xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Gənclər və idman naziri Azad Rəhimov deyib.
Nazir bildirib ki, hazırda 12-dən artıq Bakıda yerləşən idman qurğuları hazır vəziyyətdədirlər. "Atletlər kəndində idmançıların qalması üçün yataqxanalar olacaq. İstərdik ki, bu tək idman yox, Avropa gənclərinin dostluq festivalı olsun, bir-birləri ilə tanış olsunlar, mədəniyyətlərin, tarixlərini göstərə bilsinlər. Düşünürük ki, 4 mindən artıq gələcək idmançılar və nümayəndə heyətləri üçün bu tədbir yüksək səviyyədə keçiriləcək. Bütün qonaqlar Azərbaycandan öz ölkələrinə tam razı qayıdacaqlar", nazir bildirib.
|