Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İDMAN

Azər Əliyev pauerliftinq üzrə paralimpiya milli komandasının üzvləri ilə görüşüb

02 May 2019, 16:38 (GMT +4)

Bakı, 2 may, SalamNews.Milli Olimpiya Komitəsinin Baş katibinin müavini, Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti Azər Əliyev pauerliftinq üzrə paralimpiya milli komandasının üzvləri ilə görüşüb.

SalamNews xəbər verir ki, Azərbaycan Milli Olimpiya Komitəsinin ofisində baş tutan görüşdə Azərbaycan Milli Paralimpiya Komitəsinin (MPK) prezidenti İlqar Rəhimov, birinci vitse-prezident Natiq Qasımov, baş katib Kamal Məmmədov, pauerliftinq komandasının baş məşqçisi İlqar İbişov, komandanın kapitanı Elşən Hüseynov, komandanın üzvləri Pərvin Məmmədov, Şamo Aslanov və Nurlan Babacanov iştirak ediblər.

Azər Əliyev pauerliftinq üzrə paralimpiya yığmasının Macarıstanın Eger şəhərində keçirilən Dünya Kubokundakı çıxışını yüksək qiymətləndirib. O, üç qızıl, bir bürünc medalla komandanın kişilər arasında birinci yerə layiq görüldüyünü xatırladıb.

Pauerliftinqin olduqca ağır idman növü olduğunu qeyd edən Azər Əliyev, bu idman növündə əzmli məşqlərin önəmli olduğunu bildirib. O, komandaya uğurlar arzu edib və əsas hədəfin gələn il Tokioda keçiriləcək yay paralimpiya oyunları olduğunu vurğulayıb.

Daha sonra MPK prezidenti İlqar Rəhimov paralimpiyaçılara göstərdiyi dəstəyə görə Azər Əliyevə minnətdarlığını bildirib. Onun sözlərinə görə, bu artıq pauerliftinqçilər ilə ikinci görüşdür: “Bundan öncə siz Milli Paralimpiya Komitəsinin ofisində pauerliftinq üzrə paralimpiya milli komandasının üzvləri ilə görüşdünüz. Bu görüş idmançılarımız üçün böyük stimul oldu. Onlar daim sizin dəstəyinizi öz üzərlərində hiss edirlər. Fürsətdən istifadə edərək komitə adından paralimpiyaçılarımızın dostu hörmətli Prezidentimiz cənab İlham Əliyevə göstərdiyi bütün diqqət və qayğıya görə minnətdarlığımızı bildiririk”.

Rəhimovun sözlərinə görə, idmançıların Macarıstanda keçirilən Dünya Kubokunda çıxışı tarixi hadisədir: “İlk dəfədir ki, böyük kollektiv ilə belə mötəbər beynəlxalq yarışda çıxış edən komanda üç üzvü qızıl, bir bürünc medalla qayıdırlar”.

Daha sonra İlqar Rəhimov 13-14 may tarixlərində Bakıda keçiriləcək para cüdo üzrə beynəlxalq qran-pri yarışının medallarının suverini Azər Əliyevə təqdim edib.

Pauerliftinq üzrə paralimpiya milli komandanın baş məşqçisi İlqar İbişov və komandanın kapitanı Elşən Hüseynov da öz çıxışında göstərdiyi dəstəyə görə Azər Əliyevə minnətdarlığını bildiriblər.

Qeyd edək ki, Macarıstanın Eger şəhərində keçirilən Dünya Kubokunda Pərvin Məmmədov (49 kq), Elşən Hüseynov (107 kq) və Şamo Aslanov (107 + kq) qızıl, Nurlan Babacanov (96 kq) isə bürünc medal qazanıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Azər Əliyev Beynəlxalq Komissiyanın iclasında iştirak edir

Azər Əliyev EYOF Komissiyasının üzvü seçilib

23 Yanvar 2020, 17:52 (GMT +4)
Daha 2 rayonda Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəlikləri açılıb

23 Yanvar 2020, 17:47 (GMT +4)
KİV: Tramp Twitter-dəki yazılarının sayına görə rekordunu yeniləyib

23 Yanvar 2020, 17:45 (GMT +4)
Dövlət Komitəsində kollegiya iclası keçirilib

23 Yanvar 2020, 17:28 (GMT +4)
Türkiyə C-400-ün NATO-nun müdafiə sisteminə daxil edilməsi təklif edib

23 Yanvar 2020, 17:12 (GMT +4)
Azərbaycanda 83 əcnəbi dövlət tərəfindən verilmiş qaçqın statusu əsasında yaşayır

23 Yanvar 2020, 17:12 (GMT +4)
Putinin İsrail rəsmilərilə görüşləri Qüds şəhərində baş tutub (FOTO)

23 Yanvar 2020, 16:58 (GMT +4)
“Azərişıq” ASC-nin sədri Siyəzəndə vətəndaşların müraciətlərini dinləyib

23 Yanvar 2020, 16:51 (GMT +4)
İrəvanın mərkəzində atışma baş verib

23 Yanvar 2020, 16:41 (GMT +4)
Daxili İşlər Nazirliyi xidmətə qəbulla əlaqədar müsabiqə elan edir

23 Yanvar 2020, 16:24 (GMT +4)
Azərbaycanın kənd təsərrüfatı məhsulları Dubayda sərgilənir

23 Yanvar 2020, 16:20 (GMT +4)
Almaniyada məktəb avtobusu qəzaya uğrayıb, xəsarət alanlar var

23 Yanvar 2020, 16:12 (GMT +4)
Bakı Beynəlxalq Avtovağzalında “LIBRAFF”ın oxu məntəqələri yaradılıb

23 Yanvar 2020, 16:06 (GMT +4)
ABAD” “food truck”-ı Şahdağ Qış-Yay Turizm Kompleksində fəaliyyətə başlayıb

23 Yanvar 2020, 15:57 (GMT +4)
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib

23 Yanvar 2020, 15:56 (GMT +4)
Pentaqon mənbələri İraqda havadan müdafiə sistemlərin yerləşdiriləcəyini bildiriblər

23 Yanvar 2020, 15:49 (GMT +4)
Füzulidə məcburi köçkün qadınlar üçün biznes sahələri yaradılıb

23 Yanvar 2020, 15:43 (GMT +4)
Türkiyə Gürcüstanın NATO-ya daxil olmasının tərəfdarıdır

23 Yanvar 2020, 15:30 (GMT +4)
Doktoranturaya və dissertanturaya xarici dil üzrə imtahan verəcək namizədlərin sayı açıqlanıb

23 Yanvar 2020, 15:20 (GMT +4)
Pompeo Rusiya və Kubanı tənqid edib

23 Yanvar 2020, 15:12 (GMT +4)
“Mastercard” yeni platforma yaradıb

23 Yanvar 2020, 15:08 (GMT +4)
Bakı Şəhər Mədəniyyət Baş İdarəsində görüş keçirilib

23 Yanvar 2020, 15:06 (GMT +4)
Suriyada partlayış nəticəsində bir neçə türk əsgəri həlak olub və yaralanıb

23 Yanvar 2020, 14:54 (GMT +4)
“Procter and Gamble Europe” şirkəti regional mərkəzini Bakıda yaradacaq

23 Yanvar 2020, 14:48 (GMT +4)
BDU-da imtahanlara ictimai baxış keçirilib

23 Yanvar 2020, 14:46 (GMT +4)
Çində yeni koronavirusa yoluxanların sayı 610-u keçib

23 Yanvar 2020, 14:32 (GMT +4)
Təhsil naziri Salyanda vətəndaşları qəbul edib

23 Yanvar 2020, 14:06 (GMT +4)
El Mundo: İspaniyada fırtına nəticəsində on nəfər ölüb

23 Yanvar 2020, 14:02 (GMT +4)
Səudiyyə Yəmənin Nəhim bölgəsinə şiddətli hava zərbələri endirib, ölənlər var

23 Yanvar 2020, 13:50 (GMT +4)
Şəhid Cavanşir İbrahimovun təltif olunduğu medal oğluna təqdim edilib

23 Yanvar 2020, 13:43 (GMT +4)
Davosda AÇQ yataqlar blokunun işlənilməsi üzrə yeni layihəyə dair müzakirələr aparılıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66