Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » ELM VƏ TEXNOLOGİYA

ADU-da akademik Ramiz Mehdiyevin kitabının müzakirəsi keçirilib

01 May 2019, 11:47 (GMT +4)

Bakı, 1 may, SalamNews. Azərbaycan Dillər Universitetində (ADU) Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında” kitabının müzakirəsi keçirilib.

SalamNews xəbər verir ki, tədbiri giriş sözü ilə açan ADU-nun rektoru, akademik Kamal Abdullayev müzakirəsi keçirilən kitabın müəllifin uzun zamandan etibarən elmi araşdırmalarının nəticəsi kimi işıq üzü gördüyünü bildirib: “Akademik Ramiz Mehdiyev tariximizin, ictimai-siyasi fikrimizin xüsusi əhəmiyyət daşıyan nöqtələrinə nüfuz edib. Bu kitab bir daha göstərir ki, Azərbaycan tarixinin çox vacib mənbələri olan sənədlərdən doğru-düzgün, məqsədəuyğun, konseptual şəkildə istifadə olunarsa, biz hansı perspektivlərə, üfüqlərə çıxa bilərik. Bu üfüqlərdən biri tariximizi bugünümüz qədər dərk etmək və müasir dövrdə ondan mənalı şəkildə istifadə etməkdir”.

Akademik Kamal Abdulla qeyd edib ki, 22 orijinal sənədin daxil edildiyi topluda akademik Ramiz Mehdiyev xanlıqlar dövrünün bir sıra mühüm problemlərinə, hadisə və şəxsiyyətlərə faktlar və etibarlı elmi mənbələr, arxiv sənədləri əsasında münasibət bildirir, həmin tarixi mərhələyə obyektiv qiymət verməyə mane olan məsələlərə aydınlıq gətirir. Bu kitab Azərbaycan tarixi və mənəvi düşüncəsini irəli aparmaq amalına xidmət edir.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının əməkdaşı Eldar Əmirov “Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında” kitabının xüsusən geniş elmi ictimaiyyət tərəfindən böyük maraqla qarşılandığını və bunun təsadüfi olmadığını bildirib. Qeyd edib ki, Azərbaycan tarixşünaslığında xanlıqlar dövrünə baxış konseptual nöqteyi-nəzərdən indiyə qədər natamam vəziyyətdə olub. Xanlıqlar dövrü haqqında kifayət qədər əsər yazılsa da, bunlar ayrı-ayrı xanlıqların tarixinə aid olub. Akademik Ramiz Mehdiyev bu kitabında Azərbaycan tarixşünaslığında olan boşluqları və onların yaranma səbəblərini göstərməklə yanaşı, problemlərin aradan qaldırılmasına dair öz baxışlarını da ortaya qoyur. Müəllif xanlıqlar dövrünün Azərbaycan tarixindəki rolunu, xanların yol verdikləri səhvləri təhlil edərək, dövrün obyektiv siyasi mənzərəsini canlandırır. Akademik Ramiz Mehdiyevin fikrincə, tarixçilərimiz, filosoflarımız, ədəbiyyatşünaslarımız, mədəniyyətşünaslarımız onu da unutmamalıdırlar ki, keçmişin irsindən qorxmağa, yaxud ehtiyatlanmağa lüzum yoxdur: “Onu olduğu kimi qəbul edib öyrənmək, müsbət tərəflərini və qüsurlarını obyektiv şəkildə göstərmək və ədalətli qiymətləndirmə əsasında ictimaiyyətə ötürmək lazımdır. Tarixi mirasla işləyərkən, əslində, tamam başqa bir məsələdən – hansısa siyasi-ideoloji səbəblərdən, yaxud təəssübkeşlik ucbatından ört-basdır etməyə çalışdığımız və ya mahiyyətini təhrif edərək çatdırdığımız faktların sonradan aşkara çıxarıldığı zaman xalqda, cəmiyyətdə yaradacağı məyusluqdan, ruh düşkünlüyündən və psixoloji sarsıntıdan ehtiyatlanmaq lazımdır!”

Eldar Əmirov bildirib ki, kitabda xanlıqlar dövrünə dair hadisə və şəxsiyyətlərin geniş kütləyə çatdırılmasında ədəbiyyatın və kinonun rolu xüsusilə vurğulanıb. Belə ki, oxunaqlı dildə qələmə alınmış ədəbi əsərlər sırf elmi tədqiqatlarla müqayisədə daha böyük insan kütləsinə xitab etmək iqtidarında olur. Yüksək ədəbi nümunələr emosional təsirə malik olduğu üçün peşəsindən asılı olmayaraq, yazıb-oxumağı bacaran hər bir insanda maraq doğurur. Ona görə də ədəbiyyatın təsir imkanlarından və yayılma miqyasından milli şüurumuzun formalaşdırılması, tarixi yaddaşımızın sağlamlaşdırılması naminə mütləq istifadə edilməlidir. Tariximizin ən zəruri hadisələrinə və görkəmli şəxsiyyətlərinə dair qələmə alınan dəyərli əsərlər, öz növbəsində, ekranlaşdırılaraq həmişəlik insanların şüuruna və yaddaşına həkk edilməlidir.

Qeyd edilib ki, daha əvvəl Nadir şah Əfşar, yeni kitabında isə Ağa Məhəmməd şah Qacar şəxsiyyətinə sənədlər işığında nəzər salan akademik Ramiz Mehdiyev onların və ümumən türksoylu əfşarlar və qacarlar sülalələrinin xalqımızın taleyində oynadığı rola aydınlıq gətirir və Ağa Məhəmməd şah Qacarı “Qacarlar dövlətinin banisi, görkəmli dövlət xadimi və sərkərdə” kimi təqdim edir.

Tədbirdə ADU-nun Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, AMEA-nı folklor İnstitutunun direktoru akademik Muxtar İmanov, ADU-nun sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, dosent Tamam Cəfərova, azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının aparıcı elmi işçisi, professor Solmaz Rüstəmova-Tohidi, həmin laboratoriyanın baş elmi işçisi, professor Niyazi Mehdi, elmi işlər üzrə prorektor, dosent Sevinc Zeynalova çıxış ediblər.

Çıxışlarda nəşrin konseptual mövqeyi, tarixi və ideoloji yanaşmaları, xanlıqların İran, Rusiya və bir-biriləri ilə münasibətləri məsələlərinə toxunulub. Bildirilib ki, kitab tarixçilər və mütəxəssislər, həmçinin tarixlə maraqlanan şəxslər üçün dəyərli tədqiqat əsəri, metodik nöqteyi-nəzərdən istiqamətləndirici vəsaitdir. Kitabın istinad mənbələri haqqında danışan mütəxəssislər əsərin Azərbaycan elminə dəyərli töhfə olduğunu deyiblər.

Kitabda təqdim edilən sənədlər arasında Qacar şahlarının Azərbaycan xanlarına ünvanladıqları məktublar, həmçinin xanların o dövrdə Rusiya komandanlığı ilə yazışmaları xüsusilə böyük tarixi əhəmiyyətə malikdir. Həmin sənədlər Azərbaycan xanlarında mərkəzdənqaçma meylinin nə qədər güclü olduğunu açıq-aşkar göstərən inkaredilməz sübutdur. Topluda əksini tapmış materiallar xanlıqlar dövrünə aid bir çox yanlış yanaşma və şərhləri aradan qaldırmağa imkan verəcək, eyni zamanda, Azərbaycan tarixşünaslığında, ictimai fikrində məsələyə münasibətdə daha sistemli və ədalətli baxışın formalaşmasına kömək edəcək.

Çıxışlarda “Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında” kitabının tarixçilər, mənbəşünaslar, ədəbiyyatşünaslar üçün bir yol xəritəsi olduğu vurğulanıb. Bu kitabın ADU-da fənn proqramlarına, təqvim planlarına bir mötəbər mənbə kimi daxil etmək təklifi irəli sürülüb. Əsərin Azərbaycan elminə və təhsilinə dəyərli töhfə olduğu bildirilib, alimlərimizin, tədqiqatçılarımızın, tələbələrin stolüstü kitabına çevriləcəyinə əminlik ifadə edilib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Tramp təsadüfən Amerika hərbi peykinin varlığını açıqlayıb

Suriya Ordusu Xavin qəsəbəsini «Əcnadul-Qafqaz» radikal qruplaşmasından geri alıb

ADU-nun Əlavə təhsil və təcrübə fakültəsinə qəbulun vaxtı uzadılıb

Maduro Putinə ismarıc göndərib

Maduro Venesuelanın ABŞ-la danışıqlar apardığını təsdiqləyib

Olimpiadanın gümüş medalçısı imtahan vermədən ADU-ya qəbul olunub

ADU-da “CLS Azərbaycan dili” proqramı uğurla yekunlaşıb

ABŞ Maduro gedənə qədər sakitləşməyəcək - Con Bolton

SalamNews-un əməkdaşı ADU tərəfindən mükafatlandırılıb (FOTOLAR)

ADU-da media nümayəndələri mükafatlandırılıb

Maduro müxalifətlə danışıqlar prosesinin başladığını açıqlayıb

Quaydo Maduro ilə dialoqa, Rusiya ilə isə əməkdaşlığa hazır olduğunu elan edib

Ayətullah Xameneinin dəftərxanası Fitr bayramının böyük ehtimalla ayın 5-ə təsadüf edəcəyini bildirib

Maduro Venesuelada növbədənkənar parlament seçkiləri keçirməyə çağırıb

ADU-da "Heydər Əliyev və Çin" kitabının təqdimatı keçirilib 

Maduro: Venesueladakı dövlət çevrilişinə cəhdin arxasında Vaşinqton dayanıb

Nicolas Maduronun tərəfdarları Karakasda yürüş təşkil edib

Maduro: Çevriliş cəhdində iştirak edənlər cəzalandırılacaq

Tramp Maduroya dəstək verən Kubanı sanksiyalarla hədələyib

Pompeo: Ruslar Maduronu Venesuelanı tərk etmək fikrindən daşındırıb

17 Sentyabr 2019, 18:10 (GMT +4)
Novruz Məmmədov Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri ilə görüşüb

17 Sentyabr 2019, 18:01 (GMT +4)
ETSN-də bərpa olunan enerji mənbələrinin inkişafı müzakirə olunub

17 Sentyabr 2019, 17:53 (GMT +4)
Azərbaycanda külək enerjisi istehsalı 3 dəfə artıb

17 Sentyabr 2019, 17:48 (GMT +4)
Gömrükçülər 2 milyon manat dəyərində dərman preparatları aşkar edib (FOTO)

17 Sentyabr 2019, 17:41 (GMT +4)
Yaxın Şərqdə sabitlik üçün nüvə sazişinə qayıtmaq lazımdır - Angela Merkel

17 Sentyabr 2019, 17:38 (GMT +4)
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

17 Sentyabr 2019, 17:20 (GMT +4)
AtaBank-ın “VİZA göstər, VİSA Al” kampaniyası davam edir

17 Sentyabr 2019, 17:12 (GMT +4)
Energetika Nazirliyində “Beynəlxalq Sülh Günü” ilə bağlı tədbir keçirilib

17 Sentyabr 2019, 17:05 (GMT +4)
Bakı Uşaq Teatrı yeni mövsümə start verir

17 Sentyabr 2019, 16:59 (GMT +4)
Kommunal xidmətlərin inkişafına dair Strateji Yol Xəritəsi müzakirə olunub

17 Sentyabr 2019, 16:52 (GMT +4)
42 ümumi təhsil müəssisəsində STEAM layihəsinin tətbiqinə başlanılıb

17 Sentyabr 2019, 16:45 (GMT +4)
Azərbaycan alimləri iri çaplı pulemyotlar üçün yeni stend yaradıblar

17 Sentyabr 2019, 16:25 (GMT +4)
Səudiyyə kralı ölkə neft təsisatlarına hücum edən qüvvələrə xəbərdarlıq edib

17 Sentyabr 2019, 16:25 (GMT +4)
“İrəli” Azərbaycanı beynəlxalq layihədə təmsil edib

17 Sentyabr 2019, 16:19 (GMT +4)
"Rəqəmsal bacarıqlar" layihəsi çərçivəsində "Kod saatı" keçiriləcək

17 Sentyabr 2019, 16:13 (GMT +4)
“Bakı Səyahətlər Bazarı” 20 ölkənin nümayəndələrini bir araya gətirib

17 Sentyabr 2019, 15:59 (GMT +4)
Sosial sığorta haqlarının yığımı sahəsində görülmüş işlər müzakirə edilib

17 Sentyabr 2019, 15:57 (GMT +4)
Azərbaycanla Qazaxıstan arasında Xəzər dənizi üzrə məsləhətləşmələr keçirilib

17 Sentyabr 2019, 15:36 (GMT +4)
Mosulun «Mona Lizası»nın iki il sonra yeni fotoları yayımlanıb (FOTO)

17 Sentyabr 2019, 15:32 (GMT +4)
Azərbaycan Parisdə “Çay şəhərciyi”ndə təmsil olunacaq

17 Sentyabr 2019, 15:16 (GMT +4)
AMEA-nın daha iki institutuna və muzeyinə direktor seçilib

17 Sentyabr 2019, 15:07 (GMT +4)
Talibanın nümayəndə heyəti danışıqlar məqsədilə Tehrana gedib

17 Sentyabr 2019, 14:57 (GMT +4)
Azərbaycanda iri dövlət şirkətlərinə dair vahid məlumat bazası formalaşdırılır

17 Sentyabr 2019, 14:48 (GMT +4)
Böyük Britaniya Azərbaycana yeni hərbi attaşe təyin edib

17 Sentyabr 2019, 14:26 (GMT +4)
Bakı Marionet teatrı Beynəlxalq Festivalda səhnə alacaq

17 Sentyabr 2019, 14:02 (GMT +4)
Çempionlar Liqasında qrup mərhələsi start götürür

17 Sentyabr 2019, 13:50 (GMT +4)
Əfqanıstanda seçki kompaniyası toplantısı zamanı partlayış törədilib - Azı 25 ölü var

17 Sentyabr 2019, 13:49 (GMT +4)
Qəbələdə 37 km uzunluğa malik 2 avtomobil yolu yenidən qurulub

17 Sentyabr 2019, 13:38 (GMT +4)
Yeddi ay ərzində Azərbaycanda 80 minə yaxın körpə doğulub

17 Sentyabr 2019, 13:20 (GMT +4)
Prezident İlham Əliyev Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf nazirini qəbul edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66