Zelenski Konstitusiyaya uyğun olaraq dil haqqında qanunun təhlil ediləcəyinə söz verib25 Aprel 2019, 16:34 (GMT +4) Bakı, 25 aprel, SalamNews. Ali Rada tərəfindən qəbul edilən dövlət dili haqqında qanun layihəsi Ukrayna Konstitusiyasına uyğun olaraq təhlil ediləcək.
SalamNew RT-ə istinadən xəbər verir ki, bunu ölkənin seçilmiş prezidenti Vladimir Zelenski açıqlayıb.
"Prezidentlik vəzifəmin icrasına başladıqdan sonra Ukrayna vətəndaşlarının bütün konstitusiya hüquq və maraqlarının nəzərə alındığından əmin olmaq üçün bu qanun hərtərəfli təhlili ediləcək", Zelenski bildirib.
|