Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

“Digital HUB” proqramı çərçivəsində AzerTelecom və China Telecom Strateji Memorandum imzalayıb

25 Aprel 2019, 12:17 (GMT +4)

Bakı, 25 aprel, SalamNews. Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayderi “AzerTelecom” şirkəti Azərbaycanın Regional Rəqəmsal Mərkəzə çevrilməsi üçün həyata keçirdiyi “Azerbaijan Digital HUB” proqramı çərçivəsində Çinin informasiya və kommunikasiya texnologiyaları sahəsində qabaqcıl şirkəti olan “China Telecom”ilə Starteji Anlaşma Memorandumu imzalayıb.

Şirkətdən SalamNews-a verilən məlumata görə, Çinin İKT sahəsində fəaliyyət göstərən qlobal şirkəti olan “China Telecom”la “AzerTelecom” şirkəti arasında Starteji Anlaşma Memorandumunun imzalanması Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində keçirilən və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirak etdiyi“Bir kəmər, bir yol” 2-ci beynəlxalq forumu çərçivəsində baş tutub.

Forum çərçivəsində Azərbaycan Respublikası və Çin Xalq Respublikasını təmsil edən müxtəlif şirkətlər arasında sənədlərin imzalanması mərasimi keçirilib.

Starteji Anlaşma Memorandumunu “AzerTelecom” şirkəti tərəfdən Baş icraçı direktor, “Azerbaijan Digital HUB” proqramının müəllifi və rəhbəri Fuad Allahverdiyev, “China Telecom” tərəfdən isə bu şirkətin vitse-prezidenti Dong Zi Yu imzalayıb.

“Azərbaycanın beynəlxalq səviyyədə tanınan telekommunikasiya operatoru, Azərbaycanın Rəqəmsal Mərkəzə çevrilməsi üçün “Azerbaijan Digital HUB” proqramını icra edən “AzerTelecom” ilə Çinin iri texnologiya şirkəti olan “China Telecom” arasında Starteji Anlaşma Memorandumunun imzalanması mühüm əhəmiyyətə malikdir. Belə ki, bu sənəd iki ölkəni təmsil edən iri telekommunikasiya şirkətləri arasında “Digital HUB” proqramı çərçivəsində Asiya-Avropa telekommunikasiya dəhlizinin (Rəqəmsal İpək Yolu) yaradılması istiqamətində qarşılıqlı anlaşmanı və əməkdaşlığı özündə əks etdirir”- deyə “AzerTelecom” şirkətinin Baş icraçı direktoru Fuad Allahverdiyev qeyd edib.

Fuad Allahverdiyevin bildirdiyinə əsasən, Strateji Anlaşma Memorandumu Çinin internet trafikinin daşıyıcısı - qlobal tranzit şirkəti olan “China Telecom” şirkətinin internet trafikinin “Digital HUB” proqramı çərçivəsində qurulan Asiya-Avropa arasında yenirəqəmsal telekommunikasiya dəhlizi üzrə Azərbaycan üzərindən daşınması istiqamətində qarşılıqlı əməkdaşlıq və tərəfdaşlıq üçün imkanlar açır.

Qeyd edək ki, 25-27 Aprel tarixlərində Çin Xalq Respublikasının paytaxtı Pekində “Bir Kəmər, Bir Yol” strategiyası çərçivəsində ikinci beynəlxalq əməkdaşlıq forumu keçirilir. Forum dövlət və hökumət başçılarını, müxtəlif dövlət rəsmilərini, özəl sektorutəmsil edən iri şirkətləri, sərmayədarları, müxtəlif beynəlxalq təşkilatların nümayəndələrini bir araya toplayıb.
“AzerTelecom” şirkəti Azərbaycanın ilk mobil operatoruvə ən sürətli mobil internet provayderi Bakcell şirkətinin törəmə müəssisəsidir və2008-ci ildə təsis edilib.

Şirkət telekommunikasiya sektorunda yerli və xarici şirkətlərə müxtləlif qabaqcıl xidmətlər təqdim edir. “AzerTelecom” hazırda Azərbaycanın sahib olduğu Enerji və Nəqliyyat Mərkəzi statuslarına əlavə olaraq ölkənin Regional Rəqəmsal Mərkəzə çevrilməsi üçün “Azerbaijan Digital HUB” proqramını icra edir.

“Digital HUB” proqramının məqsədi ölkəni Qafqaz, MDB, Orta və Cənubi Asiya, Yaxın Şərq və ətraf regionlar üçün Rəqəmsal Mərkəzə çevirməkdir.“Digital HUB” proqramı nəticəsində Azərbaycanın Regionun Rəqəmsal Mərkəzinə çevrilməsi hazırda Çin Hökumətinin təşəbbüskarı olduğu “Bir Kəmər, Bir Yol” layihəsində Azərbaycanın da iştirakına töhfə verəcək. Proqramın icrası ilə Azərbaycan “Bir Kəmər, Bir Yol” layihəsinin telekommunikasiya dəhlizinə çevriləcək.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

AzerTelecom Davosda Dünya İqtisadi Forumunda təmsil olunub

AzerTelecom və Alibaba Group arasında əməkdaşlıq imkanları müzakirə olunub

AzerTelecom və KOBİA əməkdaşlıq edəcək

“AzerTelecom” “Bakutel” sərgisində “Azerbaijan Digital Hub” proqramını təqdim edir

KOBİA “AzerTelecom”la əməkdaşlıq edəcək

AzerTelecom-un iştirakı ilə TransCaspian Fiber Optic layihəsi üzrə tədbir keçirilib

“AzerTelecom” Dövlət-Özəl sektor Tərəfdaşlığı Konsorsiumunda

AzerTelecom İlin Telekommunikasiya şirkəti adına layiq görülüb

“AzerTelecom” “Caspian Energy Forum Baku-2019”-a tərəfdaş qismində dəstək verir

AzerTelecom Türkmənistanda Xəzər İnnovasiya Texnologiyaları sərgisində iştirak edib

AzerTelecom Microsoft şirkətinin rəsmi tərəfdaşı olub

AzerTelecom-un rəhbəri İsveçrədə Biznes Forumda “Azerbaijan Digital HUB” proqramından danışıb

AzerTelecom-un rəhbəri Aİ-Azərbaycan Biznes Forumunda çıxış edib

AzerTelecom şirkətinin Digital HUB proqramının gənclər üçün yaradacağı imkanlar müzakirə olunub

AzerTelecom Transxəzər magistralı layihəsinin icrasına başlayıb

AzerTelecom kibertəhlükəsizlik sahəsində qlobal şirkətlərin rəsmi tərəfdaşı olub

AzerTelecom ADA Universitetində Karyera sərgisində iştirak edib

AzerTelecom-un iştirakı ilə Beynəlxalq Təhlükəsiz İnternet Gününə həsr olunan tədbir keçirilib

AzerTelecom "BakuTel" sərgisində qabaqcıl telekommunikasiya xidmətlərini təqdim edir

“AzerTelecom” 6-ci Karyera sərgisində iştirak edib

26 Fevral 2020, 18:10 (GMT +4)
Bakıda saxta kərə yağı istehsal edən müəssisənin fəaliyyəti məhdudlaşdırılıb

26 Fevral 2020, 18:05 (GMT +4)
“Azərişıq” ASC-də Xocalı faciəsinin ildönümü ilə bağlı tədbir keçirilib

26 Fevral 2020, 18:00 (GMT +4)
DSX: Türkiyə-Naxçıvan sərhədi açılıb

26 Fevral 2020, 17:54 (GMT +4)
Məşğulluqla bağlı 2020-ci il üçün Tədbirlər Planı təsdiqlənib

26 Fevral 2020, 17:48 (GMT +4)
Məcburi köçkünlər üçün yeni binalar tikiləcək

26 Fevral 2020, 17:47 (GMT +4)
Putin Ərdoğanı ad günü münasibətilə təbrik edib

26 Fevral 2020, 17:34 (GMT +4)
Vyanada İran nüvə sazişilə bağlı 4+1 formatında toplantı işinə başlayıb

26 Fevral 2020, 17:11 (GMT +4)
“E-sosial”ın aktiv istifadəçi sayı 153,6 minə çatıb

26 Fevral 2020, 17:10 (GMT +4)
Kiyevdə Xocalı soyqırımı haqqında məlumatlandırıcı bilbordlar qurulub

26 Fevral 2020, 17:01 (GMT +4)
Moldovada Xocalı soyqırımı ilə bağlı yürüş keçirilib

26 Fevral 2020, 17:00 (GMT +4)
Tanrıverdi Mustafayev: Güclü külək iri gövdəli ağacları elektrik xətlərinin üzərinə aşırıb

26 Fevral 2020, 16:54 (GMT +4)
2 saylı DOST mərkəzinə iki ayda 5 minə yaxın müraciət daxil olub

26 Fevral 2020, 16:45 (GMT +4)
İran ABŞ-a koronavirusdan sui-istifadə etməyə imkan verməyəcək - Həsən Ruhani

26 Fevral 2020, 16:45 (GMT +4)
ÜST ekspertləri koronavirusla bağlı vəziyyətə görə İrana səfər edəcək 

26 Fevral 2020, 16:30 (GMT +4)
İtaliyada koronavirusa görə "Mission Impossible" filminin çəkilişi dayandırılıb

26 Fevral 2020, 16:17 (GMT +4)
Azercell ADA Universitetinin təqaüd proqramına dəstək olur

26 Fevral 2020, 16:15 (GMT +4)
Nyu-Delhidə qarşıdurmalar zamanı ölənlərin sayı 20-yə çatıb

26 Fevral 2020, 16:05 (GMT +4)
MN: Azərbaycan Ordusunda koronavirusa qarşı ciddi tədbirlər həyata keçirilir

26 Fevral 2020, 15:55 (GMT +4)
ABŞ-da prezidentliyə namizəd səfirliyi Qüdsdən Təl-Əvivə qaytaracağını bildirib

26 Fevral 2020, 15:51 (GMT +4)
Aprel şəhidi Nəcməddin Savalanov yaşasaydı bu gün 35 yaşı olacaqdı

26 Fevral 2020, 15:44 (GMT +4)
Xocalı ilə bağlı bəyanat Belarus XİN-ə və ölkədəki səfirliklərə təqdim edilib

26 Fevral 2020, 15:24 (GMT +4)
MSK: Ümumilikdə 328 seçki məntəqəsində nəticələr ləğv edilib

26 Fevral 2020, 15:11 (GMT +4)
Cənubi Koreyada koronavirusa yoluxanların sayı artıb 

26 Fevral 2020, 15:00 (GMT +4)
Dövlət Gömrük Komitəsinin sədri vətəndaşları qəbul edəcək

26 Fevral 2020, 14:59 (GMT +4)
İraqın Səlahəddin əyalətində əməliyyat zamanı 39 İŞİD-çi zərərsizləşdirilib

26 Fevral 2020, 14:52 (GMT +4)
Bu gün Cəlilabad xəstəxanasına koronavirusa görə 29 nəfər daxil olub (RƏSMİ)

26 Fevral 2020, 14:48 (GMT +4)
Türkiyə İdlib məsələsində güzəştə getməyəcək - Ərdoğan

26 Fevral 2020, 14:40 (GMT +4)
ABŞ Dövlət Departamenti Xocalı faciəsi ilə bağlı bəyanat verib

26 Fevral 2020, 14:27 (GMT +4)
Külli miqdarda xarici valyutanın ölkədən çıxmasının qarşısı alınıb

26 Fevral 2020, 13:54 (GMT +4)
Çoxistifadəli ekopaketlər polietilen torbaların istifadəsini azalda bilər

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66