Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MƏDƏNİYYƏT

Dövlət Turizm Agentliyinin sədri rusiyalı turistləri Azərbaycana dəvət edib 

24 Aprel 2019, 16:13 (GMT +4)

Bakı, 24 aprel, SalamNews. Azərbaycana turistləri cəlb etmək üçün tək Rusiyanın mərkəzində deyil, həmçinin regionlarında da aktiv iş aparılması vacibdir.

SalamNews xəbər verir ki, bu barədə Sverdlovsk vilayətinin İnvestisiya və İnkişaf Nazirliyinin təşkilatçılığı ilə 25-26 aprel tarixlərində Yekatirinburq şəhərində keçirilən “Bolşoy Ural-2019” VII beynəlxalq turizm forumu çərçivəsində təşkil olunan mətbuat konfransında çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib.

O qeyd edib ki, Rusiya Azərbaycan turizmi üçün ən əsas bazarlardan biridir və burada aktiv təbliğat işləri aparılır. İlin əvvəlindən başlayaraq Azərbaycan artıq Rusiyada bir neçə beynəlxalq və regional əhəmiyyətli tədbirlərdə, həmçinin “MİTT 2019” – “Moskva Beynəlxalq Turizm Sərgisi”də iştirak edib, turizm şirkətləri ilə işgüzar görüşlər keçirilib. 2018-ci ilin dekabrından etibarən isə Moskvada ölkəmizin rəsmi turizm nümayəndəliyi fəaliyyətə başlayıb.

Azərbaycanın geniş turizm potensialından danışan Agentlik sədri çıxışında ötən il Azərbaycana Rusiyadan 870 mindən çox, bu ilin ilk 3 ayı ərzində isə 167 mindən çox rusiyalı ziyarətçinin gəldiyi haqqında məlumat verib.

Rusiyanın Azərbaycan turizm bazarının əsas iştirakçılarından biri olduğunu, rusiyalı turistlər üçün dil baryerinin olmaması, tolerantlıq, təhlükəsizlik səbəbindən Azərbaycanın daha rahat səyahət ölkəsi olduğunu, rusiyalı turistlərin ölkəmizin mədəni-tarixi irsinə maraq göstərdiyini, əylənmək və dincəlmək üçün geniş seçim imkanlarının mövcudluğunu vurğulayıb. O bildirib ki, rusiyalı turistlər tək istirahət üçün deyil, həmçinin Azərbaycanda keçirilən “Formula 1”, UEFA Avropa Liqasının final oyunu kimi beynəlxalq yarışlara xüsusi maraq göstərirlər, şərab festivallarında iştirak edirlər.

Fuad Nağıyev qeyd edib ki, Rusiyadan Azərbaycana turistlərin cəlb edilməsi üçün tək mərkəzdə - Sankt-Peterburq və Moskva şəhərlərində deyil, həmçinin bütün regionlarında işləmək lazımdır. Ötən dövr ərzində Şimali Qafqaz regionu, Həştərxan vilayəti, Altay diyarı ilə turizm əlaqələri intensivləşdirilib, Sverdlovsk vilayəti, həmçinin Yekatirinburq şəhəri ilə də turizm əlaqələrinin artırılması istiqamətində işlər görülür.

O xatırladıb ki, Azərbaycan ötən il “Bolşoy Ural” forumunun rəsmi tərəfdaşı kimi çıxış edib, bu il isə tədbirdə nümayəndə heyəti ilə təmsil olunması Azərbaycan tərəfindən bu regiona olan diqqətdən xəbər verir. 2019-cu ildə Azərbaycanın turizm imkanlarının Rusiyada təbliği işlərinin intensivləşdirilməsi istiqamətində tədbirlərin keçirilməsi planlaşdırılır.

Məlumat üçün bildirək ki, Sverdlovsk vilayətinin mərkəzi Yekatirinburq şəhərində Azərbaycan Respublikasının Baş konsulluğu fəaliyyət göstərir və konsulluğun akkreditasiya ərazisinə Ural, Sibir və Uzaq Şərq regionu daxildir. Sverdlovsk və Rusiyanın digər vilayətləri ilə turizm imkanlarının təbliğatı işində Baş konsulluq fəal iştirak edir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Şəki və Lahıcdakı muzeylər Dövlət Turizm Agentliyinin tabeliyinə verilib

Dövlət Turizm Agentliyi: "Şəki Xan Sarayında son tamamlanma işləri həyata keçirilir"

Tarix İnstitutu Dövlət Turizm Agentliyi ilə əməkdaşlıq edəcək

Dövlət Turizm Agentliyi “Yanardağ” qoruğuna mediatur təşkil edib

AZAL və Dövlət Turizm Agentliyi əməkdaşlıq edəcək

Dövlət Turizm Agentliyi Aparatının işçilərinin say həddi müəyyənləşib

Dövlət Turizm Agentliyinin dəstəyi ilə beynəlxalq layihəyə start verilib  

Dövlət Turizm Agentliyi əlaqələrini genişləndirir

Dövlət Turizm Agentliyinə sədr təyin olunub

21 Yanvar 2020, 15:07 (GMT +4)
Nazirlik: Şagirdlərin yerdəyişməsi müvəqqəti dayandırılır

21 Yanvar 2020, 14:58 (GMT +4)
Bioloji Təbabət klinikasında Bioloji Təbabət muzeyinin açılışı olub

21 Yanvar 2020, 14:50 (GMT +4)
Ərəblərə qalib gəldik, indi əsas hədəfimiz İrana qalib gəlməkdir - Netanyahu

21 Yanvar 2020, 14:50 (GMT +4)
ÜST Çində yayılan yeni koronavirus səbəbiylə təcili iclas keçirəcək

21 Yanvar 2020, 14:25 (GMT +4)
İnterpolun keçmiş rəhbəri 13,5 illik həbs cəzasına məhkum edilib

21 Yanvar 2020, 14:13 (GMT +4)
İŞİD-in «neft-qaz naziri» öldürülüb

21 Yanvar 2020, 13:31 (GMT +4)
Bakı Ali Neft Məktəbinin yeddi tələbəsi İspaniyada təhsil alacaq

21 Yanvar 2020, 13:18 (GMT +4)
Pompeo: ABŞ Venesuelada hakimiyyəti dəyişdirməyə çalışır

21 Yanvar 2020, 13:06 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

21 Yanvar 2020, 12:51 (GMT +4)
Ağ Ev Donald Trampın Davos görüşləri barədə məlumat yayıb

21 Yanvar 2020, 12:42 (GMT +4)
Şəmkir gəncləri “Könüllü qonaq” təşəbbüsünə qoşulublar

21 Yanvar 2020, 12:42 (GMT +4)
ABŞ-ın təzyiqlərindən sonra Cənubi-Koreya da Hörmüzə hərbi gəmi göndərir

21 Yanvar 2020, 12:22 (GMT +4)
Quterreş BMT Təhlükəsizlik Şurasına Liviya  konfransının nəticəsi barədə məlumat verəcək

21 Yanvar 2020, 12:12 (GMT +4)
“Azərsun Holdinq”in kollektivi Şəhidlər Xiyabanını ziyarət edib

21 Yanvar 2020, 12:09 (GMT +4)
Azərbaycanın Müdafiə nazirinin Gürcüstana səfəri başlayıb

21 Yanvar 2020, 11:57 (GMT +4)
Fransada hücum hazırlamaqda şübhəli bilinən 7 nəfər saxlanılıb

21 Yanvar 2020, 11:40 (GMT +4)
Husilər 116 hərbçinin ölümünə səbəb olan raket hücumunun məsuliyyətini qəbul etməyiblər

21 Yanvar 2020, 11:32 (GMT +4)
DİM yeni model əsasında sınaq imtahanı keçirəcək

21 Yanvar 2020, 11:22 (GMT +4)
Sudanda partlayış nəticəsində 7 nəfər ölüb

21 Yanvar 2020, 10:54 (GMT +4)
Süleymaninin xələfi: Generalı namərdcəsinə vurdular, amma biz üzbəüz vuracağıq

21 Yanvar 2020, 10:53 (GMT +4)
20 Yanvar faciəsi qurbanlarının xatirəsi Sofiyada da anılıb

21 Yanvar 2020, 10:51 (GMT +4)
Çində sətəlcənim yeni növündən ölənlərin sayı 4-ə çatıb 

21 Yanvar 2020, 10:40 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 22 dəfə pozub

21 Yanvar 2020, 10:27 (GMT +4)
Netanyahu Hizbullahı «terrorçu» kimi tanıdıqlarına görə Kolumbiya və Hondurasa təşəkkür edib

21 Yanvar 2020, 10:19 (GMT +4)
Putin Konstitusiyaya dəyişiklik qanun layihəsini Dövlət Dumasına təqdim edib

21 Yanvar 2020, 10:01 (GMT +4)
ABŞ-ın Azərbaycandakı səfiri 20 Yanvar qurbanlarının xatirəsini anıb

21 Yanvar 2020, 09:58 (GMT +4)
Rusiyada yaşayış binasında baş verən yanğında 11 nəfər ölüb

21 Yanvar 2020, 09:53 (GMT +4)
Prezident “CISCO” şirkətinin icraçı vitse-prezidenti və baş maliyyə direktoru ilə görüşüb

21 Yanvar 2020, 09:53 (GMT +4)
Tunisdə yeni baş nazirə hökumətin təşkili barədə göstəriş verilib

21 Yanvar 2020, 09:42 (GMT +4)
Xəzərdə suyun səviyyəsi niyə azalır? (MÜSAHİBƏ)

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66