Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » ELM VƏ TEXNOLOGİYA

İstanbul Texniki Universitetinin rektoruna AzMİU-nun fəxri doktoru adı verilib

24 Aprel 2019, 12:54 (GMT +4)

Bakı, 24 aprel, SalamNews.Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) elmi şurasının qərarına əsasən, Türkiyənin nüfuzlu İstanbul Texniki Universitetinin (İTU) rektoru, professor Mehmet Karacaya universitetin fəxri doktoru adı verilib.

AzMİU-dan SalamNews-a bildirilib ki, şuranın növbədənkənar iclasında AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova doktor Mehmet Karacanın elm və təhsil sahəsində tanınmış bir alim, təhsil təşkilatçısı olduğunu vurğulayıb, İTU ilə AzMİU arasında əməkdaşlığın inkişaf etdirilməsində xidmətlərini yüksək qiymətləndirib.

Professor Mehmet Karaca çıxışında qeyd edib ki, bu adı almaq onun üçün böyük qürurdur. O, AzMİU-da olmaqdan və universitetin akademik heyəti ilə görüşməkdən böyük şərəf hissi keçirdiyini bildirib. AzMİU-nun fəxri doktoru adı verilməsinin böyük əhəmiyyət kəsb etdiyini söyləyən İTU rektoru bu adın “bir millət, iki dövlət” devizi ilə yaşayan xalqlarımız arasında dostluq və əməkdaşlığın rəmzi olacağını xüsusi vurğulayıb.

Tədbirin sonunda AzMİU-nun rektoru Gülçöhrə Məmmədova İTU rektoru Mehmet Karacaya fəxri doktor diplomunu təqdim edib.

Qeyd edək ki, AzMİU-nun fəxri doktorları arasında yer almış Türkiyənin IX Prezidenti Süleyman Dəmirəl də İTU-nun məzunu olub.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Təhsil naziri İstanbul Texniki Universitetinin rektoru ilə görüşüb

AzMİU ilə İstanbul Texniki Universiteti arasında Niyyət Protokolu imzalanıb

16 Oktyabr 2019, 18:00 (GMT +4)
Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 30% azalıb

16 Oktyabr 2019, 17:45 (GMT +4)
Çavuşoğlu: Türkiyə ABŞ sanksiyalarına cavab verəcək

16 Oktyabr 2019, 17:43 (GMT +4)
MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının 71-ci iclası Minskdə keçirilir

16 Oktyabr 2019, 17:35 (GMT +4)
İradə İbrahimova: Aksiyalara başladıq ki, balıqları məhv edənlər bilsin və qorxsun

16 Oktyabr 2019, 17:33 (GMT +4)
Ərdoğan görüşməyi rədd etsə də Mayk Pens Ankaraya gələcək - Ağ Ev

16 Oktyabr 2019, 17:10 (GMT +4)
Suriya ordusunun açdığı atəş nəticəsində iki əsgər şəhid olub - Ərdoğan

16 Oktyabr 2019, 17:10 (GMT +4)
Avropa öhdəliklərini yerinə yetirə bilmir, İranın səbri tükənir - Cavad Zərif

16 Oktyabr 2019, 17:01 (GMT +4)
Rektor tələbələrə yaradılan şərait və imkanlardan maksimum yararlanmağı məsləhət görüb

16 Oktyabr 2019, 16:56 (GMT +4)
Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib

16 Oktyabr 2019, 16:52 (GMT +4)
Prezidentin fərmanı ilə Azərbaycanda yeni Agentlik yaradılıb

16 Oktyabr 2019, 16:35 (GMT +4)
Azərbaycanda təbii qazla təmin olunan abonentlərin sayı 2,2 milyonu keçib

16 Oktyabr 2019, 16:30 (GMT +4)
Kreml Türkiyənin Suriyadakı əməliyyatının miqyasını dəyərləndirib

16 Oktyabr 2019, 16:06 (GMT +4)
"Azərsun Holdinq" mükafata layiq görülüb

16 Oktyabr 2019, 16:05 (GMT +4)
SOCAR: Bu il 53 quyu qazılaraq mədənçilərə təhvil verilib

16 Oktyabr 2019, 15:59 (GMT +4)
Suriya Ordusu kürdlərin nəzarətindəki ən böyük şəhərə daxil olub

16 Oktyabr 2019, 15:57 (GMT +4)
ATƏT MQ həmsədri: Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti görüşü Slovakiyada baş tuta bilər

16 Oktyabr 2019, 15:48 (GMT +4)
Baş Prokurorluq işçi qəbulu elan edib

16 Oktyabr 2019, 15:27 (GMT +4)
Əməliyyat təhlükəsizlik zonası terrorçulardan təmizlənənə qədər davam edəcək - Ərdoğan

16 Oktyabr 2019, 15:20 (GMT +4)
Prezident İlham Əliyev: Son 16 ildə Azərbaycan iqtisadiyyatı üç dəfədən çox artıb

16 Oktyabr 2019, 15:02 (GMT +4)
Azərbaycan elektrik enerjisinin ixracını bu il 14% artırıb

16 Oktyabr 2019, 14:57 (GMT +4)
Mülki vətəndaşların soyqırımını görmək istəyənlər Dağlıq Qarabağı xatırlasın - Ərdoğan

16 Oktyabr 2019, 14:47 (GMT +4)
Neft gəmisinə hücum edənlərə peşman edici cavab verəcəyik - İran

16 Oktyabr 2019, 14:35 (GMT +4)
Azərbaycanda indiyədək kəşf olunan neft-qaz yataqların sayı açıqlanıb

16 Oktyabr 2019, 14:28 (GMT +4)
FSB: Rusiyada 2019-cu ildə 39 terror aktının qarşısı alınıb

16 Oktyabr 2019, 14:14 (GMT +4)
Bu ilin doqquz ayında DMX-yə 60 mindən çox əcnəbi və vətəndaşlığı olmayan şəxs müraciət edib

16 Oktyabr 2019, 14:06 (GMT +4)
İran prezidentinin məhkum edilmiş qardaşı həbsxanaya göndərilib

16 Oktyabr 2019, 14:04 (GMT +4)
NATO admiralı Azərbaycana təşəkkür edib

16 Oktyabr 2019, 14:00 (GMT +4)
Kərbəla zəvvarların möhtəşəm Ərbəin yürüşü (FOTOLAR)

16 Oktyabr 2019, 13:45 (GMT +4)
Kataloniyada etirazlar zamanı 70-dən çox insan xəsarət alıb 

16 Oktyabr 2019, 13:44 (GMT +4)
Xətai rayonunda Səməd bəy Mehmandarov küçəsi yenidən qurulub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66