“Qala Həyat” daha bir tenderin qalibi olub20 Aprel 2019, 14:10 (GMT +4) Bakı, 20 aprel, SalamNews. Azərbaycanın həyat sığortası bazarının aparıcı şirklətindən olan “Qala Həyat Sığorta Şirkəti” ASC işçilərin icbari sığortası üzrə daha bir tenderin qalibi olub.
SalamNews xəbər verir ki, “Aqrolizinq” ASC-nin Mərkəzi aparatı, təchizat bazaları, regional nümayəndəlikləri və onların rayon bölmələrinin ştatına daxil olan işçilərinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasının satınalınması üzrə keçirdiyi kotirovka sorğusunun nəticəsini elan edib.
Tenderdə qalib gəlmiş “QALA Həyat Sığorta Şirkəti” ASC ilə müvafiq müqavilə bağlanılıb.
|