Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İDMAN

“Bakı Marafonu – 2019”da tələbə və korporativ iştirakçılar üçün xüsusi mükafat olacaq

20 Aprel 2019, 13:35 (GMT +4)

Bakı, 19 aprel, SalamNews.“Bakı Marafonu – 2019”da tələbə və korporativ iştirakçılar üçün xüsusi mükafat olacaq.

SalamNews layihənin rəsmi saytına istinadən xəbər verir ki, finiş xəttini ilk keçən korporativ iştirakçılar (qadın və kişi kateqoriyası üzrə) şirkətlərini İstanbul Marafonunda təmsil edəcəklər. Türk Hava Yolları tərəfindən təqdim olunacaq mükafat paketinə - gediş-dönüş bileti və İstanbul Marafonuna qeydiyyat daxildir. Digər xərclər isə qaliblərin özləri tərəfindən qarşılanmalıdır.

Hər il marafonda qeydiyyatdan keçən iştirakçıların böyük hissəsinin tələbələr olduğunu nəzərə alaraq, bu il Təşkilat Komitəsi onlar üçün də xüsusi mükafat təsis edib. Finiş xəttini ilk keçən tələbələr (qadın və kişi kateqoriyası üzrə) Parisdəki “Disneylend”də unudulmaz tətil yaşayacaqlar. “Azercell”in “GəncOl” paketi adından təqdim olunacaq mükafata 5 günlük səyahət, oteldə qalma xərcləri, eləcə də “Disneylend”ə giriş daxildir. Türk Hava Yolları isə qaliblərə gediş-dönüş biletini hədiyyə edəcək. Viza üçün müraciət və digər xərclər iştirakçıların özləri tərəfindən qarşılanmalıdır.

Bilet hədiyyə olunan iştirakçılar gediş-dönüş vaxtlarını özləri təyin edə bilərlər. Bilet hədiyyəsi 1 il müddətinə qədər keçərlidir.

Qeyd edək ki, yarışda iştirak etmək istəyənlər mayın 1-dək Bakı şəhərinin ticarət mərkəzlərindəki (“28 Mall”, “Gənclik Mall”, “Port Baku Mall”) qeydiyyat məntəqələrinə və ya “Bakı Marafonu-2019”un saytına (www.baku.marathon.az) müraciət edə bilərlər. Qeydiyyat zamanı müvafiq anket formasını doldurmaq, şəxsiyyət vəsiqəsinin surətini (tələbələr eyni zamanda tələbə vəsiqəsinin surətini) təqdim etmək və iştirak üçün müəyyən olunmuş vəsaiti ödəmək lazımdır. Fiziki şəxslər üçün ödəniş məbləği 20 manatdır.

Mayın 5-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Bakı Marafonu-2019” keçiriləcək. Layihənin məqsədi idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah amallar ətrafında bir araya gətirməkdir. “Küləyə qalib gəl” şüarı altında artıq dördüncü ildir təşkil olunan Bakı marafonu Dövlət Bayrağı Meydanından start götürərək Bakı Olimpiya Stadionuna qədər 21 kilometr məsafəni əhatə edəcək.

“Bakı Marafonu-2019”un mükafatlandırması bir neçə kateqoriyada olacaq. Marafonun kişi və qadın iştirakçıları qaçış zolağında ilk 3 yer uğrunda mübarizə aparacaqlar. Kişi və qadın kateqoriyalarının hər birində 1-ci yerlər 3 min, 2-ci yerlər 2 min, 3-cü yerlər isə min manat məbləğində mükafat və hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif olunacaqlar.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

30 Mart 2020, 20:48 (GMT +4)
Xüsusi karantin rejimində KİV-in fəaliyyətinə icazə verilib

30 Mart 2020, 20:39 (GMT +4)
Nazirlər Kabineti: İnsanlar yalnız yaxın market və apteklərə gedə bilər

30 Mart 2020, 20:30 (GMT +4)
Azərbaycanda vətəndaşlara küçəyə çıxmaq qadağan olunub

30 Mart 2020, 17:56 (GMT +4)
Üç şəhər və rayonda əlillərə reabilitasiya vasitələri evlərinə aparılacaq

30 Mart 2020, 17:50 (GMT +4)
Maduro: Kolumbiya və ABŞ Venesuela siyasətçilərinə qarşı addım atsa peşman olacaq

30 Mart 2020, 17:45 (GMT +4)
“Dərs vaxtı” proqramının sabaha nəzərdə tutulan cədvəli açıqlanıb

30 Mart 2020, 17:31 (GMT +4)
Milli Məclisin Toponomiya komissiyasının yeni tərkibi müəyyənləşib

30 Mart 2020, 17:23 (GMT +4)
İndoneziya paytaxtında koronavirusun yayılması səbəbiylə karantin tətbiq ediləcək

30 Mart 2020, 17:15 (GMT +4)
Netanyahu və onun bir neçə naziri koronavirusa görə karantində qalacaqlar

30 Mart 2020, 17:15 (GMT +4)
Deputat: Böyük şirkətlər dövlətlə bərabər məsuliyyəti bölüşməlidir

30 Mart 2020, 17:06 (GMT +4)
Operativ Qərargah: Koronavirusa görə 30 minə yaxın insanda test aparılıb

30 Mart 2020, 17:02 (GMT +4)
Azərbaycan Banklar Assosiasiyasının yaranmasının 30 illik yubileyidir

30 Mart 2020, 16:55 (GMT +4)
Azərbaycan "Quru limanları haqqında" Hökumətlərarası Sazişə qoşulub

30 Mart 2020, 16:43 (GMT +4)
Avropa Komissiyası Azərbaycana yardım paketi ayırıb

30 Mart 2020, 16:42 (GMT +4)
Yaponiya bir neçə ölkə vətəndaşının gəlişinə qadağa qoyub

30 Mart 2020, 16:34 (GMT +4)
Azərbaycanda koronavirusa yoluxanların sayı 273-ə çatıb

30 Mart 2020, 16:25 (GMT +4)
ETSN: Ağac kəsən şəxs cəzalanıb

30 Mart 2020, 16:12 (GMT +4)
Tramp ABŞ-da COVID-19-dan bərpanın iyunun 1-dən başlayacağına ümid edir

30 Mart 2020, 16:04 (GMT +4)
Səudiyyə təyyarələri Yəmən paytaxtına şiddətli aviazərbələr endirib, ölənlər var

30 Mart 2020, 15:53 (GMT +4)
DİM onlayn sınaq imtahanlarını ödənişsiz edib

30 Mart 2020, 15:41 (GMT +4)
Moskvada daha bir koronavirus xəstəsi ölüb

30 Mart 2020, 15:30 (GMT +4)
Marneulidə 12 nəfər koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilib

30 Mart 2020, 15:10 (GMT +4)
BŞİH: Bakıda bina və həyətlərdə dezinfeksiya işləri pulsuzdur

30 Mart 2020, 15:07 (GMT +4)
ABŞ Nineva əyalətində hərbi qərargahı İraq Ordusuna təhvil verib

30 Mart 2020, 14:52 (GMT +4)
Rusiyada son sutka ərzində 302 koronavirusa yoluxma halı qeydə alınıb

30 Mart 2020, 14:40 (GMT +4)
DİM vətəndaşlara müraciət edib

30 Mart 2020, 14:20 (GMT +4)
AB Rusiyanı pandemiya fonunda "yalan məlumatlar yaymaqda" ittiham edir

30 Mart 2020, 14:12 (GMT +4)
İranda koronavirusa yoluxanların sayı 40 mini keçib, 2757 ölü var

30 Mart 2020, 14:00 (GMT +4)
FHN Bakının müxtəlif ərazilərində dezinfeksiya işləri aparır (FOTO)

30 Mart 2020, 13:35 (GMT +4)
Daşınmaz əmlakın qeydiyyat xidmətləri xüsusi rejimdə aparılacaq

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66