Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Səhiyyə Nazirliyi hemofiliya xəstələrinin sayını açıqlayıb

18 Aprel 2019, 14:47 (GMT +4)

Bakı, 18 aprel, SalamNews. Azərbaycanda hazırda 1633 nəfər qeydiyyata alınmış hemofiliya xəstəsi var, onların 80 faizindən çoxu yaşı 15-dən yuxarı olanlardır.

Səhiyyə Nazirliyindən SalamNews-a verilən məlumata görə, 2005-ci ildə ölkəmizdə 980 nəfər hemofiliya xəstəsi qeydiyyata alınıb. 2009-cu ildə 360, 2017-ci ildə 271 xəstə stasionar müalicə alıb. 2012-ci ildə 31, 2013-cü ildə 36, 2014-cü ildə 37, 2015-ci ildə 28, 2016-cı ildə 27, 2017-ci ildə 30 xəstə üzərində böyük cərrahiyyə əməliyyatı aparılıb.

Qeyd edək ki, hemofiliya qanın laxtalanması prosesinin pozulması ilə əlaqədar olan irsi xəstəlikdir. Xəstəliyin əlamətləri demək olar ki, bütün hallarda erkən uşaqlıq dövründə, çox vaxt körpənin həyatının 4-5-ci gününə qədər özünü göstərir. Xəstəlik zamanı oynaqlara, əzələlərə və daxili orqanlara öz-özünə zədə və ya cərrahi müdaxilə nəticəsində qanaxma baş verir. Hətta xırda zədələr nəticəsində hemofiliyalı xəstələrin beyninə və ya digər orqanlarına qan axmasının ölümlə nəticələnməsi ehtimalı yüksəkdir. Bəzi məlumatlara görə, hazırda dünyada hemofiliya xəstələrinin sayı 400 min nəfərə çatır.

Dünya Səhiyyə Təşkilatının və Dünya Hemofiliya Federasiyasının təşəbbüsü ilə aprelin 17-si Dünya Hemofiliya Günü elan edilib. Həmin tarixin seçilməsi Dünya Hemofiliya Federasiyasını yaratmış Frenk Şnaybelin doğum günü ilə əlaqədardır. Onun təsis edilməsinin və qeyd olunmasının məqsədi qanın laxtalanması prosesinin pozulması ilə əlaqədar irsi xəstəlik olan hemofiliyadan əziyyət çəkən insanların hər gün üzləşdiyi problemlərə dünya ictimaiyyətinin, siyasətçilərin və səhiyyə işçilərinin diqqətini cəlb etmək, bu barədə onların məlumatını artırmaqdır.

Hemofiliyanın müalicəsi yoxdur, lakin xəstənin orqanizmində çatışmayan qanın laxtalanması amilinin inyeksiya edilməsi yolu ilə bu xəstəliyin gedişinə tamamilə və uğurlu şəkildə nəzarət edilir. Bu məqsədlə istifadə edilən laxtalanma amili əksər hallarda donor qanından götürülür. Kifayət qədər dərman vasitələri ilə təmin ediləndə hemofiliyalı xəstələri normal həyat yaşaya - oxuya, işləyə, ailə qura, yəni cəmiyyətin tamhüquqlu üzvü ola və öz ölkəsinə xeyir verə bilərlər. Lakin xəstəlik əleyhinə preparatların yetərli qədər olmaması ilk növbədə hemofiliyadan əzab çəkən uşaq və gənclərin erkən əlilliyinə səbəb olur.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Azərbaycanda 1633 hemofiliya xəstəsi qeydiyyata alınıb

Mərkəzi Bankın əməkdaşları hemofiliyalı və talassemiyalı xəstələr üçün qan veriblər

Hemofiliyalı xəstələr ilk dəfə Respublika Velotrekində qonaq olublar

Hemofiliyalı xəstələrin stomatoloji problemlərinə dair ilk dəfə maarifləndirici tədbir keçirilib

Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası tərəfindən simpozium keçirilib

Ötən 10 ildə hemofiliyalı xəstələr üçün alınan dərman vasitələrinin sayı 2 dəfə artıb - direktor

Elmira Qədimova: "Səhiyyə Nazirliyində 1 542 hemofiliyalı xəstə dispanser qeydiyyatdadır"

Çingiz Əsədov: "Azərbaycanda hemofiliya xəstəliyi ilə mübarizə sahəsində inqilabi dəyişikliklər olub"

Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası xəstə uşaqlar üçün tədbir təşkil edib

“2016-2020-ci illər üçün hemofiliya xəstəliyi üzrə Tədbirlər Proqramı” təsdiq edilib

Hemofiliyalı xəstələrin respublika Assosiasiyası hesabat toplantısı keçirib

Hemofiliyalı xəstələr diqqət mərkəzindədir (FOTOLENT)

Azərbaycanda ildə 200 hemofiliyalı, 300 nəfər də talassemiyalı uşaq doğulur - deputat

24 May 2020, 21:16 (GMT +4)
ABŞ-ın təhdidlərinə baxmayaraq İranın neft tankerləri Venesuela sahillərinə yaxınlaşır

24 May 2020, 21:01 (GMT +4)
“Aşıq Şəmşir” Mədəniyyət Ocağı aztəminatlı ailələrə bayram sovqatı çatdırıb

24 May 2020, 16:26 (GMT +4)
Koronavirus Azərbaycanda: Daha 140 nəfərdə yoluxma aşkarlanıb, 101 nəfər sağalıb

24 May 2020, 10:16 (GMT +4)
Birinci vitse-prezident Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

24 May 2020, 10:00 (GMT +4)
"Ramazan - Vəhdət və Mərhəmət Bayramı" adlı onlayn konfrans keçirilib

23 May 2020, 22:18 (GMT +4)
Azərbaycanda müqəddəs Ramazan bayramı qeyd olunur

23 May 2020, 17:00 (GMT +4)
Mingəçevirdə civə satan şəxs saxlanılıb

23 May 2020, 16:26 (GMT +4)
İctimai işlərə cəlb olunan şəxslərin əməkhaqqı kartları ilə bağlı yoxlamalar başlayıb

23 May 2020, 15:59 (GMT +4)
Azərbaycanda daha 127 nəfərdə koronavirus aşkarlanıb, 107 nəfər sağalıb

23 May 2020, 13:41 (GMT +4)
Ramazan bayramı günündə Bakının hava proqnozu açıqlanıb

23 May 2020, 13:35 (GMT +4)
Gənclər və İdman Nazirliyi veteran idmançılara dəstək olub

23 May 2020, 13:15 (GMT +4)
Güclü külək elektrik enerjisi təsərrüfatına ciddi ziyan vurub (FOTO)

23 May 2020, 12:38 (GMT +4)
İranın Bakıdakı səfiri Respublika Günü münasibətilə Azərbaycan dövləti və xalqını təbrik edib

23 May 2020, 12:32 (GMT +4)
Millət vəkili həkimlərin həyat sığortasının tətbiqi üçün AMB və TƏBİB-ə müraciət edib

23 May 2020, 12:17 (GMT +4)
Azərbaycanda dəmir yolu ilə yük və sərinişin daşımaları artıb

23 May 2020, 11:30 (GMT +4)
XİN: Almaniya Dağlıq Qarabağdakı separatçı rejimi tanımır

23 May 2020, 11:19 (GMT +4)
Bakıda Ramazan yarmarkası keçirilir (FOTO)

23 May 2020, 10:34 (GMT +4)
Azərbaycan və Oklahomanın Kənd Təsərrüfatı nazirləri arasında onlayn görüş keçirilib

23 May 2020, 09:20 (GMT +4)
Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramıdır

23 May 2020, 00:45 (GMT +4)
Hacı İlqar İbrahimoğlu: Beynəlxalq Qüds günü İslam ümmətinin əhyasıdır (VİDEO)

23 May 2020, 00:05 (GMT +4)
İlin müstəsna mənəvi fürsəti bitməkdədir - Ramazanın 29-cu gününün duası

22 May 2020, 22:41 (GMT +4)
Qazax rayonuna dolu düşüb

22 May 2020, 18:01 (GMT +4)
Eastnews.org saytının əməkdaşı beynəlxalq telemitinqdə ölkəmizi təmsil edib

22 May 2020, 17:42 (GMT +4)
Corc Soros: Koronavirus pandemiyası AB-nin qurtuluşu üçün təhlükədir

22 May 2020, 17:27 (GMT +4)
Azərbaycanda daha 106 nəfər koronavirusa yoluxub, 59 nəfər sağalıb

22 May 2020, 17:24 (GMT +4)
Yaponiya Olimpiya Oyunlarını 2021-ci ildə keçirməyi planlaşdırır

22 May 2020, 17:00 (GMT +4)
Azərbaycanlı alimlərin elmi məqaləsi nüfuzlu beynəlxalq nəşriyyatın hazırladığı kitabda dərc olunub

22 May 2020, 16:58 (GMT +4)
Putin Rusiyada koronavirusla bağlı vəziyyətin stabilləşdiyini açıqlayıb

22 May 2020, 16:54 (GMT +4)
Dövlət Gömrük Komitəsi gücləndirilmiş iş rejimində çalışacaq

22 May 2020, 16:48 (GMT +4)
Fələstin Polisi İsrail qüvvələrinin olduğu bəzi qəsəbələri tərk edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66