Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » ELM VƏ TEXNOLOGİYA

Varşava Universitetində Azərbaycan tarixi tədris edilir

16 Aprel 2019, 14:50 (GMT +4)

Bakı, 16 aprel, SalamNews.“Asiya və Afrikada ənənələr və müasirlik: birgəyaşayış və ya konflikt?” mövzusunda şərqşünasların V Ümumpolşa konfransında Azərbaycan tarixinə dair məruzələr dinlənilib.

Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutundan SalamNews-a bildirilib ki, Polşadakı Azərbaycanşünaslıq Mərkəzinin rəhbəri Nərgiz Axundova konfransda “Şərqdə diplomatik missiyalar (Hülakülər, Qaraqoyunlu və Səfəvilər dövrü)” mövzusunda məruzə ilə çıxış edib.

Daha sonra Varşavanın Lazarski Universitetində “Azərbaycan – Qafqazın incisi” adlı tədbir keçirilib. Tədbirdə Azərbaycanşünaslıq Mərkəzi universitetin tələbə və müəllim heyətini Azərbaycan xalqının tarixi, mədəniyyəti və adət-ənənələri ilə tanış edib. Mərkəzin rəhbəri Nərgiz Axundova “Azərbaycan: dünən və bu gün” adlı təqdimat edərək, xalqımızın tarixi kökləri, abidələrimiz, müasir Azərbaycanın inkişafı və onun beynəlxalq arenadakı yerindən danışıb. Lazarski Universitetinin tələbələri isə Bakı şəhərinin görməli yerləri barədə qısametrajlı film təqdim ediblər.

Azərbaycanşünaslıq Mərkəzinin rəhbərliyi ilə Varşava Universitetində Azərbaycan tarixi 4 istiqamətdə (qədimdən Səlcuqlar dövrünədək, orta əsrlər tarixi, Azərbaycanın çar və sovet Rusiyası tərəfindən işğalı və Azərbaycan Respublikasının xarici siyasəti) tədris edilir. Polyak və xarici tələbələr tariximizə böyük maraq göstərirlər. Tələbələr Azərbaycan tarixi barədə təqdimatlar hazırlayır və məqalələr yazırlar. Bundan əlavə, Varşava Universitetində Azərbaycan mədəniyyətinə dair dərslər keçirilir və Azərbaycan dili tədris olunur.

Qeyd edək ki, Tarix İnstitutu dünyanın müxtəlif ölkələrində Azərbaycanşünaslıq mərkəzləri yaradır. Polşadakı Azərbaycanşünaslıq Mərkəzi 2018-ci ildə fəaliyyətə başlayıb. Yaxın zamanlarda Misirin Qahirə Universitetində də Azərbaycanşünaslıq Mərkəzinin yaradılacağı gözlənilir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Varşava Universitetində “Azərbaycan dili” dərsliyinin təqdimatı keçirilib

19 Oktyabr 2019, 10:53 (GMT +4)
Tramp və Ərdoğan Suriyanı müzakirə edib

19 Oktyabr 2019, 10:40 (GMT +4)
Kərbəlaya Ərbəin ziyarətinə gedən xarici zəvvarların sayı 3.5 milyonu keçib

19 Oktyabr 2019, 10:35 (GMT +4)
Bakı-Tbilisi-Ərzurum kəməri ilə cari ildə 7,4 milyard kubmetrdən çox təbii qaz göndərilib

19 Oktyabr 2019, 10:23 (GMT +4)
Məktəb yaxınlığında enerji içkilərinin satışına qadağa qoyulur

19 Oktyabr 2019, 10:18 (GMT +4)
NATO ABŞ və Türkiyə arasındakı razılaşmanı alqışlayır

19 Oktyabr 2019, 10:05 (GMT +4)
Metrodan istifadə edənlərin sayı artıb

19 Oktyabr 2019, 09:42 (GMT +4)
Bu gün İslam dünyasında hüznlü Ərbəin günüdür

18 Oktyabr 2019, 18:04 (GMT +4)
Azərbaycanda dövlət sifarişi ilə təhsil alanlara ayrılan vəsait artırılıb

18 Oktyabr 2019, 18:02 (GMT +4)
Ərdoğan Trampın ədəbsiz məktubunu unutmadığını açıqlayıb

18 Oktyabr 2019, 17:58 (GMT +4)
Dövlət Neft Fondu Milandakı daşınmaz əmlakını satıb

18 Oktyabr 2019, 17:52 (GMT +4)
Azərbaycanda ictimai iaşə dövriyyəsi 5%-dən çox artıb

18 Oktyabr 2019, 17:48 (GMT +4)
Əfqanıstanda məsciddə törədilən partlayışlar nəticəsində ölənlərin sayı 62 nəfərə çatıb

18 Oktyabr 2019, 17:44 (GMT +4)
Bəşər Əsəd Türkiyə və ABŞ qüvvələrinin Suriyadan dərhal çıxmasını tələb edib

18 Oktyabr 2019, 17:33 (GMT +4)
Nazir Azad Rəhimov vətəndaşlarla görüşüb

18 Oktyabr 2019, 17:15 (GMT +4)
Şamaxıda “ASAN xidmət” mərkəzinin tikintisinə 20 milyon 355 min manat ayrılıb

18 Oktyabr 2019, 17:07 (GMT +4)
Masallıda 30-dan çox uşaq günərzi xidmətlərlə təmin edilir

18 Oktyabr 2019, 16:55 (GMT +4)
Ərdoğan Putinlə görüşü “Suriya üzrə razılaşmaların həyata keçirilməsi mərhələsi" adlandırıb

18 Oktyabr 2019, 16:44 (GMT +4)
Əfqanıstanda cümə namazı zamanı məsciddə partlayış törədilib - Azı 25 şəhid var

18 Oktyabr 2019, 16:31 (GMT +4)
Modul tipli məktəblərin sayı artırılır

18 Oktyabr 2019, 16:28 (GMT +4)
Mingəçevir Dövlət Universitetində struktur islahatlarına başlanılıb

18 Oktyabr 2019, 16:25 (GMT +4)
Körpüüstü reklam üçün haqq müəyyənləşib

18 Oktyabr 2019, 16:08 (GMT +4)
Kataloniyanın keçmiş rəhbəri Karles Puçdemon könüllü olaraq Belçika hökumətinə təslim olub 

18 Oktyabr 2019, 16:06 (GMT +4)
Bakıda vətəndaşların mobil telefonunu ələ keçirən şəxs saxlanlılıb

18 Oktyabr 2019, 15:58 (GMT +4)
İraq Ərbəin ziyarətinə görə ölkəyə daxil olan xarici zəvvarların sayını açıqlayıb (FOTO)

18 Oktyabr 2019, 15:52 (GMT +4)
Azərbaycanda əmtəəlik təbii qaz hasilatı 29% artıb

18 Oktyabr 2019, 15:32 (GMT +4)
Nobel Oil Services Türkiyədə qaz anbarının genişləndirilməsi layihəsinə başlayır

18 Oktyabr 2019, 15:32 (GMT +4)
Terrorçuların geri çəkilməsi üçün 120 saat vaxt var - Ərdoğan

18 Oktyabr 2019, 15:24 (GMT +4)
Yusif Babanlı:Dövlət başçısının müşavirədəki gənc kadrlarla bağlı tapşırığı hamıya nümunə olmalıdır

18 Oktyabr 2019, 15:13 (GMT +4)
Salonikidə ABŞ konsulluğunun yaxınlığında kürdlərin lehinə etiraz aksiyaları keçirilib

18 Oktyabr 2019, 15:10 (GMT +4)
Metropolitendə cibgirlik edən şəxs saxlanılıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66