Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Milli Məclisin deputatı Avropa Şurasını Ermənistana təzyiq göstərməməkdə ittiham edib

13 Aprel 2019, 16:31 (GMT +4)

Bakı, 13 aprel, SalamNews. Milli Məclisin deputatı Qənirə Paşayeva AŞPA-da sərbəst müzakirələrdə Ermənistanı Avropa Məhkəməsinin “Çıraqov və başqaları Ermənistana qarşı” adlı qərarını, AŞPA-nın 1416 saylı qətnaməsini və Sərsəng su anbarı ilə bağlı qətnaməsini yerinə yetirməməkdə və Avropa Şurasını Ermənistana təzyiq göstərməməkdə ittiham edib.

SalamNews AZƏRTAC-a istiandla xəbər verir ki, deputat deyib ki, Cənubi Qafqaz bölgəsində baş verən bəzi proseslər, Avropa Məhkəməsinin icra olunmayan qərarları və AŞPA-nın uzun illərdir həyata keçirilməyən qətnamələri hamını narahat etməlidir. Avropa Məhkəməsinin qərarları üzv ölkələrdə icra olunmalıdır. Amma Ermənistanın keçmiş rəhbərliyi Avropa İnsan Haqları Məhkəməsinin “Çıraqov və başqaları Ermənistana qarşı” adlı qərarını yerinə yetirməkdən imtina etdi. Doğma yurduna qayıda bilməyən qaçqın və məcburi köçkünlərin Avropa Məhkəməsinə müraciəti əsasında qəbul edilmiş bu qərarın yerinə yetirilməsi üçün Avropa Şurası qurumları da ciddi addımlar atmır və qərarın yerinə yetirilməsi üçün Ermənistanın sabiq rəhbərliyinə heç bir təzyiq göstərmir. Təəssüf olsun ki, Ermənistanın yeni rəhbərliyi də bu qərarı yerinə yetirmək üçün heç bir ciddi addım atmır. Bu məsələ Avropa Şurası Parlament Assambleyasını ciddi narahat etməlidir.

Qənirə Paşayeva bildirib ki, “Çıraqov və başqaları Ermənistana qarşı” adlı qərarın qəbulundan uzun zaman keçir, onun yerinə yetirilməsi üçün AŞPA, Avropa Şurası təsisatları Ermənistana ciddi təsir və təzyiqlər göstərməlidir. Bu məsələlərə yanaşmada ikili standartlar olmamalıdır. Doğma evinə qayıda bilməyən qaçqın və məcburi köçkünlər AŞPA-nı bu məsələlərdə daha həssas olmağa çağırır. Onlar AŞPA-nın qəbul etdiyi 1416 saylı qətnamənin yerinə yetirilməsi istiqamətində də Ermənistana təzyiq göstərməyə çağırırlar. Bu qətnamənin qəbulundan 10 ildən çox zaman keçir, amma Ermənistan hələ də həmin qətnaməni yerinə yetirməkdən imtina edir və evlərindən didərgin düşən azərbaycanlıların doğma yurdlarına qayıtmasına imkan vermir.

Azərbaycanlı deputat parlamentariləri AŞPA-nın Sərsəng su anbarı ilə bağlı 2085 saylı qətnaməsindən, həmin qətnamədə Ermənistandan su ehtiyatlarından siyasi təsir və təzyiq kimi istifadə etməyə son qoymasının tələb olunmasından söz açıb. Qeyd edib ki, Ermənistan bu qətnamənin həyata keçirilməsi üçün heç bir addım atmır və on minlərlə azərbaycanlı, əhalinin sıx yaşadığı bir neçə rayon bundan ciddi əziyyət çəkir. O, Assambleyanı bu məsələyə də diqqət yetirməyə və qəbul etdiyi qətnamənin yerinə yetirilməsi istiqamətində daha sərt mexanizmlərə əl atmağa və onun yerinə yetirilməsi istiqamətində Ermənistana təzyiq etməyə çağırıb.

“Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti və Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəliyi yaz sessiyasi çərçivəsində işğal altında olan Azərbaycan torpaqlarında vəziyyətlə bağlı tədbir keçirib və dəhşətli faktları fotolarla təqdim edib. Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində tarixi-mədəni, dini abidələrin, qəbiristanlıqların dağıdılmasına AŞPA biganə qalmamalıdır, etiraz səsini ucaltmalı və bu dəhşətli vəziyyətə son qoymaq üçün Ermənistana təzyiq etməlidir. Aprelin 2-də Azərbaycanın böyük bölgələrindən biri olan Kəlbəcərin işğalından 26 il keçdi. Mayın 8-i isə qədim Şuşa şəhərinin işğalının 27-ci ili tamam olacaq. 27 ildir evlərinə qayıda bilməyən bütün azərbaycanlı köçkünlər onların pozulan haqlarının müdafiəsi istiqamətində sizdən daha fəal mövqe tutmağı, bu istiqamətdə səylərinizi daha da artırmağınızı gözləyirlər. İnsan haqlarının müdafiəsi dəyərlərinin qorunması prinsipləri üzərində qurulan AŞPA o insanların səsini dinləməli və onların öz evlərinə dönə bilməsinə dəstək olmalıdır", - deyə Q.Paşayeva bildirib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Qənirə Paşayeva Əndican şəhərində ermənilərin törətdiyi dəhşətli cinayətlərdən danışıb

Qənirə Paşayeva Qovlar qəsəbəsinin problemləri ilə maraqlanıb

Qənirə Paşayeva AŞPA-da işğalçı Ermənistanın qətlə yetirdiyi azərbaycanlı uşaqlardan danışıb

Millət vəkili Qənirə Paşayeva uşaq bağçalarını ziyarət edib

Millət vəkili Qənirə Paşayevanın kitablarının imza günü olub (FOTO)

Qənirə Paşayeva mükafata layiq görülüb (VİDEO)

Qənirə Paşayeva Türkiyədə özəl ödülə layiq görülüb (VİDEO)

Qənirə Paşayeva polisin yubiley medalı ilə təltif edilib (FOTO)

Qənirə Paşayeva: İnsanlarımızın tibbi maarifləndirilməsini gücləndirməliyik

Millət vəkili Qənirə Paşayeva Alpaqut Federasiyasının rəsmiləri ilə görüşüb (FOTOLENT)

Qənirə Paşayeva AŞPA Prezident Komitəsində təkliflərlə çıxış edib

Qənirə Paşayevanın Düzcə vilayətində Azərbaycan küçəsi və Qarabağ parkı təklifi dəstəklənib

Dağlıq Qarabağ münaqişəsi bütöv türk dünyası üçün problemdir - Qənirə Paşayeva

Türkiyənin baş naziri Qənirə Paşayevaya Kırşehirin Fəxri Vətəndaşlığını təqdim edib

Qənirə Paşayeva Kırşehir Kitab Fuarının açılışında iştirak edib (FOTOLAR)

Deputat Qənirə Paşayeva Mətbuat Muzeyi ilə tanış olub (FOTOLAR)

Qənirə Paşayevaya Aksaray və Kapadokyanın Fəxri Vətəndaşlığı verilib

Millət vəkili Qənirə Paşayeva Makedoniyanın prezidenti və birinci xanımı ilə Alxanlı faciəsini müzakirə edib

Qənirə Paşayeva ön cəbhədə sakinlərin Ramazan bayramını təbrik edib

Qənirə Paşayeva gənc qızın həyatına son qoyan 14 yaşlı oğlanla bağlı məlumatlara münasibət bildirib

11 Dekabr 2019, 17:51 (GMT +4)
Azercell rəqəmsal Yeni İl kampaniyasına start verib

11 Dekabr 2019, 17:43 (GMT +4)
AB Rusiyaya qarşı sanksiyaların müddətinin uzadılması ilə bağlı qərar verəcək

11 Dekabr 2019, 17:30 (GMT +4)
Bu il Azərbaycana gələn xarici vətəndaşların sayı 11,1 faiz artıb

11 Dekabr 2019, 17:20 (GMT +4)
Suriya ilə bağlı Astana-14 toplantısı yekun bəyanat verib

11 Dekabr 2019, 17:15 (GMT +4)
Nobel mükafatı mənasını itirdi - Ərdoğan

11 Dekabr 2019, 16:54 (GMT +4)
Ankara ABŞ-ı Rusiyadan qırıcı təyyarə almaqla təhdid edib

11 Dekabr 2019, 16:45 (GMT +4)
Prezident İlham Əliyev “Azərsu” ASC-ə 5 milyon manat ayırıb

11 Dekabr 2019, 16:37 (GMT +4)
Əli Əhmədov: YAP vaxtı çatanda öz siyahısını elan edəcək

11 Dekabr 2019, 16:28 (GMT +4)
Çin XİN ABŞ-ı qlobal təhlükəsizliyə ən böyük təhdid adlandırıb

11 Dekabr 2019, 16:10 (GMT +4)
İsrail parlamenti özünü buraxmağa hazırlaşır

11 Dekabr 2019, 16:02 (GMT +4)
SOCAR və STP arasında anlaşma memorandumu imzalanıb

11 Dekabr 2019, 15:50 (GMT +4)
Putin və Ərdoğan İstanbul görüşündə Suriya ilə bağlı sammiti müzakirə edə bilər

11 Dekabr 2019, 15:46 (GMT +4)
Azərbaycanlı tələbə erməni rəqibini 10:0 məğlub edib

11 Dekabr 2019, 15:35 (GMT +4)
Təhsil Nazirliyi 1280-dən çox video dərslər hazırlayıb

11 Dekabr 2019, 15:34 (GMT +4)
Suriya Ordusu beynəlxalq Hələb-Həsəka yolunu tam nəzarətə götürüb

11 Dekabr 2019, 15:30 (GMT +4)
BANM “Baker Hughes” şirkəti ilə proqram təminatı lisenziyaları barədə saziş imzalayıb

11 Dekabr 2019, 15:28 (GMT +4)
Məktəblilərimiz tarixi uğura imza atıblar

11 Dekabr 2019, 15:20 (GMT +4)
“AmCham Azərbaycan” üzvləri üçün DMX rəisi ilə görüş təşkil edilib

11 Dekabr 2019, 15:20 (GMT +4)
Peskov Paris sammitinin "qalibi" haqqında söhbətləri yersiz adlandırıb 

11 Dekabr 2019, 14:49 (GMT +4)
Ötən gün yol qəzalarında 4 nəfər ölüb

11 Dekabr 2019, 14:44 (GMT +4)
Xəlifə Haftarın Ordusu Liviyada türk gəmilərinin vurulacağı haqda xəbərdarlıq edib

11 Dekabr 2019, 14:41 (GMT +4)
Kreml Trampın Lavrovla görüşünə münasibət bildirib

11 Dekabr 2019, 14:15 (GMT +4)
Katalon polisi Barselona - Real Madrid matçının keçirilməsinə qarşı çıxır

11 Dekabr 2019, 14:13 (GMT +4)
Yol Polisi piyadalarla bağlı təsirli tədbirlərin görülməsinə başlayıb

11 Dekabr 2019, 13:51 (GMT +4)
Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Abşeronda vətəndaşlarla görüşüb

11 Dekabr 2019, 13:50 (GMT +4)
Nyu Cersidə bir neçə saat davam edən atışmada 6 nəfər ölüb

11 Dekabr 2019, 13:43 (GMT +4)
Təhsil Nazirliyi Biləsuvar və Masallı rayonlarına mediatur təşkil edib

11 Dekabr 2019, 13:39 (GMT +4)
İran körfəz ərəb dövlətlərinin zirvə toplantısının bəyanatını tənqid edib

11 Dekabr 2019, 13:29 (GMT +4)
Sabah Bakıda 11 dərəcə isti gözlənilir

11 Dekabr 2019, 13:16 (GMT +4)
AQTA əməkdaşları Bərdədə əkin sahələrində monitorinqlər aparıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66