Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Hikmət Hacıyev Cenevrədə beynəlxalq konfransda iştirak edib

09 Aprel 2019, 13:41 (GMT +4)

Bakı, 9 aprel, SalamNewsAprelin 9-da BMT-nin Cenevrə Bölməsinin qərargahında Azərbaycan Respublikasının Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyi BMT-nin Sülh Universiteti ilə birgə “Münaqişə ərazilərində qeyri-qanuni iqtisadi fəaliyyətlərin insan hüquqlarına təsirləri” mövzusunda beynəlxalq konfrans təşkil edib.

SalamNews xəbər verir ki, konfransda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və tədbirin həmtəşkilatçısı olan BMT-nin Sülh Universitetinin rektoru Fransisko Roxas Aravena açılış nitqləri ediblər.

Fransisko Roxas Aravena çıxışında təmsil etdiyi ali təhsil ocağının humanizm, beynəlxalq hüquq və sülhün təbliği istiqamətində göstərdiyi akademik fəaliyyətə toxunub. O, davamlı inkişaf üçün sülhün ən vacib şərtlərdən biri olduğunu vurğulayıb.

Hikmət Hacıyev Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın qeyri-qanuni fəaliyyəti, eyni zamanda, işğal edilmiş ərazilərimizdə beynəlxalq təşkilatların qeyri-qanuni iqtisadi fəaliyyəti barədə danışıb.

Beynəlxalq konfrans işçi sessiyalarla davam edir. Birinci sessiyada münaqişə ərazilərində qeyri-qanuni iqtisadi fəaliyyətin və onun insan hüquqları üzərində təsirlərinin aradan qaldırılması ilə bağlı mövcud beynəlxalq hüquqi çərçivə müzakirə edilir. İkinci sessiyada isə münaqişə ərazilərində qeyri-qanuni iqtisadi fəaliyyətlə bağlı üçüncü tərəflərin öhdəliklərindən bəhs ediləcək və bu xüsusda Azərbaycanın, eləcə də bir sıra digər ölkələrin üzləşdiyi problemlər iştirakçıların diqqətinə çatdırılacaq.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

09 İyul 2020, 16:00 (GMT +4)
Neft Fondunun 2019-cu il üzrə illik hesabatı hazırlanıb

09 İyul 2020, 15:56 (GMT +4)
Pompeo Çini Hindistanla sərhəddə aqressiv davranmaqda ittiham edib

09 İyul 2020, 15:45 (GMT +4)
AzMİU-da onlayn “Məzun günü” keçirilib

09 İyul 2020, 15:26 (GMT +4)
Kadırov Avstriyada rusiyalının öldürülməsinə münasibət bildirib

09 İyul 2020, 15:13 (GMT +4)
Neftçalada koronavirusla mübarizə tədbirləri gücləndirilib

09 İyul 2020, 14:53 (GMT +4)
Moskvada küçədə məcburi maska taxmaq ​​rejimi iyulun 13-də ləğv edilir

09 İyul 2020, 14:45 (GMT +4)
Birinci vitse-prezidentin tapşırığı ilə Cavid Paşayevin səhhəti xüsusi nəzarətə götürülüb

09 İyul 2020, 14:43 (GMT +4)
İranda koronavirusa yoluxan 250 min xəstədən 212 mini sağalıb

09 İyul 2020, 14:25 (GMT +4)
DİN subsidiyaların mənimsənilməsi ilə bağlı əməliyyat keçirib

09 İyul 2020, 14:10 (GMT +4)
Rusiya "Norman Dördlüyü"nün yeni saamitininin keçirilməsini istisna edib  

09 İyul 2020, 14:01 (GMT +4)
DİM: Sabah 8370 nəfər abituriyent qəbul imtahanı verəcək

09 İyul 2020, 13:47 (GMT +4)
Dmitri Medvedev Putinlə münasibətlərindən danışıb

09 İyul 2020, 13:38 (GMT +4)
İran Yəmənə silah göndərmək və gəmisinin ələ keçməsilə bağlı iddianı təkzib edib

09 İyul 2020, 13:36 (GMT +4)
Qusarda evlərdən oğurluq edən usta tutulub

09 İyul 2020, 13:25 (GMT +4)
ABŞ Jurnalistləri Müdafiə Komitəsi Safronovun dərhal azadlığa buraxılmasını tələb edir

09 İyul 2020, 13:00 (GMT +4)
ATU: Koronavirusa yoluxmuş şöbə müdiri EKMO cihazına qoşulub

09 İyul 2020, 12:48 (GMT +4)
Moskvada aprelin 5-dən indiyə qədər ən az koronavirusa yoluxma sayı qeydə alınıb

09 İyul 2020, 12:46 (GMT +4)
İsrail qüvvələri işğal edilən ərazilərdə 14 fələstinlini həbs ediblər

09 İyul 2020, 12:30 (GMT +4)
Azərbaycanda diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramıdır

09 İyul 2020, 12:15 (GMT +4)
BMT TŞ Rusiyanın Suriya ilə bağlı qətnaməsini dəstəkləməyib

09 İyul 2020, 12:11 (GMT +4)
Professor Elton Məmmədov qızıl medalla təltif edilib

09 İyul 2020, 12:03 (GMT +4)
AZAL Berlinə xüsusi reyslər həyata keçirəcək

09 İyul 2020, 12:02 (GMT +4)
İranın paytaxtında 4,500 həkim və tibb işçisi koronavirusa yoluxub

09 İyul 2020, 11:50 (GMT +4)
Tramp ABŞ və Meksika arasındakı münasibətlərin "əla" olduğunu açıqlayıb 

09 İyul 2020, 11:34 (GMT +4)
DİN: Karantin qaydalarını pozan daha bir kafe aşkarlanıb

09 İyul 2020, 11:20 (GMT +4)
Prezident İlham Əliyev “8-ci km” yarımstansiyasının açılışında iştirak edib (FOTOLAR)

09 İyul 2020, 11:16 (GMT +4)
Rusiya «Cəbhətan-Nusra»nın yeni «kimyəvi hücum planı»ndan xəbər verib

09 İyul 2020, 11:14 (GMT +4)
Trüdo: Kanada koronavirusa qarşı ABŞ-dan daha effektiv mübarizə aparır

09 İyul 2020, 10:58 (GMT +4)
ABŞ Süleymaninin öldürülməsi ilə bağlı BMT ekspertinin məruzəsini qeyri-obyetktiv hesab edib

09 İyul 2020, 10:55 (GMT +4)
Bu ilin I yarısında Energetika Nazirliyi tərəfindən 119 icazə verilib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66