Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İDMAN

“Shamkir Chess 2019”: Azərbaycan şahmatçıları səkkizinci turu heç-heçə başa vurublar

09 Aprel 2019, 09:50 (GMT +4)

Bakı, 9 aprel, SalamNewsAzərbaycanın tanınmış şahmatçısı, qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2019” superturnirinin səkkizinci turunda – aprelin 8-də qalib müəyyənləşib.

SalamNews xəbər verir ki, norveçli dünya çempionu Maqnus Karlsen turnirin başa çatmasına bir tur qalmış “Shamkir Chess” superturnirinin dördüncü dəfə qalibi olub. O, səkkizinci turda rusiyalı Sergey Karyakini məğlub edərək xallarının sayını 6-ya çatdırıb.

Səkkizinci turun digər oyunlarında Azərbaycan təmsilçisi Teymur Rəcəbov keçmiş dünya çempionu, hindistanlı Vişvanatan Anand, Şəhriyar Məmmədyarov isə hollandiyalı Aniş Giri ilə heç-heçə ediblər. Rusiyalı Aleksandr Qrişuk çexiyalı David Navaraya qalib gəlib. Bolqarıstanlı Veselin Topalov isə çinli Dinq Lirenə məğlub olub.

Səkkiz turdan sonra Maqnus Karlsen 6 xalla çempionluğunu bayram edib. Aleksandr Qrişuk, Dinq Liren, Sergey Karyakin hərəyə 4,5 xal, Vişvanatan Anand, David Navara, Teymur Rəcəbov, Veselin Topalov isə 4 xal toplayıblar. Şəhriyar Məmmədyarovun 3, Aniş Girinin 2,5 xalı var.

Xatırladaq ki, 2014-cü, 2015-ci və 2018-ci illərdə də yarışın qalibi Maqnus Karlsen olub. 2016-cı və 2017-ci illərdə isə Şəhriyar Məmmədyarov çempion adını qazanıb.

Turnirə aprelin 9-da yekun vurulacaq.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

02 Aprel 2020, 11:16 (GMT +4)
BANM-in tələbəsi esse yazı müsabiqəsinin qalibi olub

02 Aprel 2020, 11:04 (GMT +4)
İraqda siyasi böhran davam edir, prezident parlamentdə sorğulanacaq

02 Aprel 2020, 10:55 (GMT +4)
DİM-in vəzifələri artırılıb

02 Aprel 2020, 10:45 (GMT +4)
Çex Respublikasında nazirlər maskasız brifinq keçirdikləri üçün cərimə ödəyəcəklər

02 Aprel 2020, 10:37 (GMT +4)
Qubada xüsusi karantin rejimini pozan şəxslər cərimələnib

02 Aprel 2020, 10:24 (GMT +4)
İsraildə koronavirusa yoluxanların sayı 6 mini keçib

02 Aprel 2020, 10:15 (GMT +4)
Ərdoğan və Zelenski koronavirusla mübarizədə əməkdaşlıq məsələlərini müzakirə edib

02 Aprel 2020, 10:04 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 24 dəfə pozub

02 Aprel 2020, 09:55 (GMT +4)
Azərbaycan Ordusunun aprel qələbəsindən 4 il ötür

02 Aprel 2020, 09:42 (GMT +4)
Bloomberg: Rusiya neft hasilatını artırmaqdan imtina edib

02 Aprel 2020, 09:37 (GMT +4)
Taliban nümayəndələri ilk dəfə olaraq Kabilə gedərək, hökumətlə danışıqlara başlayıblar

02 Aprel 2020, 09:29 (GMT +4)
Kəlbəcərin işğalından 27 il keçir

02 Aprel 2020, 09:20 (GMT +4)
ABŞ-da koronavirusdan ölənlərin sayı 5,1 min nəfəri keçib

02 Aprel 2020, 09:11 (GMT +4)
Tramp İraqdakı ABŞ qüvvələrinə hücumla bağlı İrana xəbərdarlıq edib

02 Aprel 2020, 09:00 (GMT +4)
Nazirlər Kabineti: Yeni ödəniş normativləri təbiətdən istifadə subyektlərinin məsuliyyətini artıracaq

01 Aprel 2020, 18:00 (GMT +4)
Bu il ARDNF-ə “Şahdəniz”dən 100 mln. ABŞ dollarınadək vəsait daxil olub

01 Aprel 2020, 17:51 (GMT +4)
Londonda koronavirusdan Somalinin sabiq baş naziri vəfat edib

01 Aprel 2020, 17:48 (GMT +4)
Sərhədyanı və dağlıq ərazilərdə yaşayan gənclərə güzəştli kreditlər veriləcək

01 Aprel 2020, 17:40 (GMT +4)
Gürcüstan hökuməti 3 ay ərzində vətəndaşların kommunal borclarını ödəyəcək

01 Aprel 2020, 17:34 (GMT +4)
Göygöldə subartezian quyularının qazılmasına 700 min manat ayrılıb

01 Aprel 2020, 17:27 (GMT +4)
Səudiyyə Ərəbistanında koronavirusa yoluxanların sayı 1720-ə çatıb

01 Aprel 2020, 17:23 (GMT +4)
Tramp koronavirus haqqında məlumatları gizlədiyini etiraf edib

01 Aprel 2020, 17:15 (GMT +4)
Təhsil Nazirliyi teledərslərin effektivliyini ölçmək üçün böyük qiymətləndirmə keçirəcək

01 Aprel 2020, 17:00 (GMT +4)
UNEC onlayn idarəetməyə keçib

01 Aprel 2020, 16:38 (GMT +4)
İraqda koronavirusa görə 600 məhbus azad edilib

01 Aprel 2020, 16:38 (GMT +4)
Rusiya alimləri COVID-19-u məhv etmək üçün üsul tapıb

01 Aprel 2020, 16:30 (GMT +4)
Nazirlik: Mənbəyi bəlli olmayan məlumatları sosial şəbəkələrədə bir-birinizə ötürməyin

01 Aprel 2020, 16:20 (GMT +4)
Tramp Rusiya və Səudiyyə Ərəbistanının neftlə bağlı danışıqlar keçirəcəyini açıqlayıb

01 Aprel 2020, 16:17 (GMT +4)
İsmayıllıda vətəndaşların dərmana olan ehtiyyacları təmin edilir

01 Aprel 2020, 16:11 (GMT +4)
“ASAN xidmət” vətəndaşlara pozitiv mesaj ötürüb (VİDEO)

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66