Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Nazirlik: Azərbaycan əhalisinin sabit artım tempi sosial-iqtisadi inkişaf prosesinin müsbət demoqrafik təzahürüdür

08 Aprel 2019, 11:10 (GMT +4)

Bakı, 8 aprel, SalamNewsƏhalisinin sayı hər il sabit şəkildə artaraq 10 milyona çatan ölkəmizdə dayanıqlı sosial-iqtisadi tərəqqi, sosial siyasət davamlı xarakter almaqla demoqrafik inkişafa təkan verir. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən SalamNews-a daxil olan açıqlamada bildirilib ki, dünyanın bir çox ölkəsində əhali sayında azalma müşahidə edildiyi halda, Azərbaycanda əhalinin artımı davam edir: "Prezident İlham Əliyevin sosial-iqtisadi inkişaf strategiyası nəticəsində bütün sahələrdə mühüm tarixi nailiyyətlərə imza atan, iqtisadi qüdrətini artıran, sabitlik, təhlükəsizlik, əmin-amanlıq məkanı olan ölkəmizdə sosial rifah səviyyəsinin də davamlı olaraq yaxşılaşması özünü göstərir. Bu amillər isə demoqrafik inkişaf üçün vacib şərtlər sırasındadır.

2003-cü ilin əvvəlindən ölkə əhalisinin sayı 18 faizdən çox və ya 1 milyon 731 min nəfər artıb. Azərbaycanda hər il doğulanların sayı artır, misal üçün 2018-ci ildə ölkədə 139 min doğulmuş körpə qeydə alınıb. Ölkəmizdə doğulanların sayı ölənlərin sayını 2-2,5 dəfə üstələyir. Müsbət miqrasiya saldosu davam edir. 2018-ci ildə daimi yaşamaq üçün ölkəmizə gələnlərin sayı gedənlərin sayından iki dəfədən çox olub. 2003-cü ildə ölkədə doğulanda gözlənilən ömür uzunluğu 72,3 yaş (o cümlədən kişilər arasında 69,5 yaş, qadınlar arasında 75,1 yaş) idisə, 2018-ci ildə bu göstərici 75,6 yaşa (o cümlədən kişilər arasında 73,1 yaşa və qadınlar arasında 77,8 yaşa) çatıb.

Əhalinin artımı qarşısında genişmiqyaslı tədbirlər görülür, yeni uşaq bağçaları və məktəblər, müalicə müəssisələri, idman kompleksləri istifadəyə verilir. Dövlət başçısı Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransda bildirib: “Əhali nə qədər çox olarsa, ölkəmiz də o qədər sürətlə inkişaf edər. Ancaq, əlbəttə, biz bundan sonra da işimizi elə görməliyik ki, iqtisadi inkişaf, iş yerlərinin yaradılması əhalinin artımından daha da sürətli getsin, artan əhali işlə təmin olunsun”.

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli 800 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsaslanmaqla, ölkəmizdə davamlı demoqrafik inkişafın təmin edilməsi üçün əhali sakinliyi və demoqrafik inkişaf sahəsində yeni Dövlət Proqramı layihəsi hazırlanıb ki, layihədə ailə institutunun möhkəmləndirilməsi və ailə dəyərlərinin təbliği, ailələrə, xüsusilə gənc ailələrə sosial-iqtisadi dəstəyin gücləndirilməsi, əhalinin reproduktiv sağlamlığının, habelə ana və uşaqların mühafizəsinin gücləndirilməsi, həyat şəraitinin təhlükəsizliyinin yüksəldilməsi, miqrasiya proseslərinin tənzimlənməsinin təkmilləşdirilməsi kimi prioritet istiqamətlər müəyyən olunub.

Bununla yanaşı, dövlət başçısının 2018-ci il 30 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası” da mövcud demoqrafik meyillərə və inkişaf perspektivlərinə, ölkənin müəyyən olunmuş iqtisadi prioritetlərinə əsaslanmaqla səmərəli məşğulluğun təmin edilməsinə yönəldilmiş uzunmüddətli dövlət məşğulluq siyasətini müəyyən edir".

Hazırda ölkədə demoqrafik vəziyyətin qiymətləndirilməsi və təkmil proqnozlaşdırma metodologiyasının yaradılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi BMT-nin Əhali Fondu ilə birgə işlər aparılır.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

28 May 2020, 19:27 (GMT +4)
Azərbaycanda daha 191 nəfərdə koronavirus aşkarlanıb, 2 nəfər vəfat edib

28 May 2020, 16:50 (GMT +4)
Nigeriyada terror hücumu nəticəsində azı 60 nəfər həyatını itirib

28 May 2020, 16:43 (GMT +4)
Mərakeş Kralı Prezident İlham Əliyevi təbrik edib

28 May 2020, 16:16 (GMT +4)
İranda son sutkada koronavirusdan 63 nəfərin ölümü qeydə alınıb

28 May 2020, 16:11 (GMT +4)
Mövlud Çavuşoğlu Azərbaycanı təbrik edib

28 May 2020, 15:54 (GMT +4)
İraq Prezidenti Azərbaycan Prezidentinə təbrik ünvanlayıb

28 May 2020, 15:39 (GMT +4)
ABŞ-ın təhdidlərinə baxmayaraq, İranın 4-cü neft tankeri də Venesuela sularına daxil olub

28 May 2020, 15:31 (GMT +4)
XDMX-nin geyimindən istifadə edərək karantini pozan şəxs ifşa olunub

28 May 2020, 15:17 (GMT +4)
İtaliya hökuməti İlham Əliyev və Mehriban Əliyevaya təşəkkür edib

28 May 2020, 14:58 (GMT +4)
Abşeronda it döyüşləri təşkil edənlər saxlanılıb

28 May 2020, 14:42 (GMT +4)
Ukrayna XİN Azərbaycanı Respublika Günü münasibətilə təbrik edib

28 May 2020, 14:29 (GMT +4)
Qüdsdə əl-Əqsa məscidi iki ay fasilədən sonra bu həftə açılır

28 May 2020, 14:15 (GMT +4)
Göyçayda narkotik bitkilər yetişdirən bərbər tutulub

28 May 2020, 14:01 (GMT +4)
Mayın 30-dan Bakıda şimal-qərb küləyi güclənəcək

28 May 2020, 13:45 (GMT +4)
İlham Əliyev və Mehriban Əliyeva “Qobu Park-3” yaşayış kompleksinin açılışını edib

28 May 2020, 13:40 (GMT +4)
ABŞ-da koronavirusdan ölənlərin sayı 100 mini ötüb

28 May 2020, 13:30 (GMT +4)
Azərbaycanda imtahanların keçirilməsinə hazırlıq işləri müzakirə olunub

28 May 2020, 13:06 (GMT +4)
Türkiyədə sərnişin qatarlarının əyalətlərarası hərəkəti bərpa edilib

28 May 2020, 13:01 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanılıb

28 May 2020, 12:45 (GMT +4)
Şəmkirdə sərxoş halda avtomobil qaçıran şəxs saxlanılıb

28 May 2020, 12:23 (GMT +4)
İran Parlamentinin sabiq sədri Əli Laricani Ayətullah Xameneinin müşaviri təyin edilib

28 May 2020, 12:20 (GMT +4)
“Xəzər regionunda COVID-19: Səhiyyə siyasətinə təsir” adlı onlayn konfrans keçirilib

28 May 2020, 12:00 (GMT +4)
ABŞ-ın daha 4 şəhərində “Azərbaycan Milli Günü” elan edilib

28 May 2020, 11:47 (GMT +4)
Azərbaycan nefti ucuzlaşıb

28 May 2020, 11:32 (GMT +4)
ABŞ-ın Minnesota ştatında etirazlar və polislə qarşıdurmalar davam edir (VİDEO)

28 May 2020, 11:31 (GMT +4)
Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarət edib

28 May 2020, 11:00 (GMT +4)
DİM: Bəzi ixtisaslara qabiliyyət imtahanları keçirilməyəcək

28 May 2020, 10:58 (GMT +4)
Tramp Administrasiyası Səudiyyə ilə yeni silah müqaviləsi imzalamağı planlaşdırır

28 May 2020, 10:45 (GMT +4)
Azərbaycanda buraxılış imtahanlarının keçirilməsinə başlanılır

28 May 2020, 10:30 (GMT +4)
Zakir Həsənov Baş Klinik Hospitalın yeni korpusunun açılışında iştirak edib (FOTOLAR)

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66