Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

DGKA tələbələri üçün maliyyə savadlılığı ilə bağlı seminar keçirilib

03 Aprel 2019, 12:10 (GMT +4)

Bakı, 3 aprel, SalamNews.  Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) “Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası” İctimai Birliyi, “İnvest-AZ İnvestisiya Şirkəti” QSC və Akademiyanın birgə təşkil etdiyi “Maliyyə bazarlarında praktik fəaliyyət” mövzusunda seminar keçirilib. 

DGKA-dan SalamNews-a verilən məlumata görə, seminarı giriş sözü ilə açan Akademiyanın rəisi Qulu Novruzov Dövlət Gömrük Komitəsinin Akademiyasının qeyri-hökumət təşkilatları ilə, ictimai təşkilatlarda maarifləndirmə, bu və ya digər sahədə peşəkarlığın artırılması ilə bağlı fəaliyyət göstərən bütün qurumlarla əməkdaşlığa açıq olduğunu bildirib.

Qulu Novruzov sözügedən qurumlarla qarşılıqlı fayda doğura biləcək sahələrdə əməkdaşlığın əhəmiyyətini vurğulayıb. O, Azərbaycanın bazar iqtisadiyyatı şəraitində inkişaf edən, qeyri-neft sektorunun inkişafını xüsusi prioritet seçən, gələcək perspektivlər üçün çox fərqli biznes sektorlarının inkişafında maraqlı ölkə olduğunu diqqətə çatdırıb.

Akademiya rəisi təhsil alan hər bir Azərbaycan gəncinin ölkəmizin iqtisadi həyatına töhfə vermək, Azərbaycanda əhalinin rifah halının yaxşılaşması üçün xidmət göstərmək üçün müasir rəqabət dünyasında bacarıq və biliklərə sahib olmasının vacibliyini qeyd edib.

Akademiyada tələbələr üçün yaradılan fürsətlərdən yararlanmağı tövsiyə edərək, seminarın işinə uğurlar arzulayıb və hər iki qurumla əməkdaşlığın davamlı olacağına əminliyini ifadə edib.
“Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası” İctimai Birliyinin baş mütəxəssisi Əli Hüseynli və İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Tədris üzrə meneceri Rövşən Məmmədov seminarın keçirilməsi ilə bağlı müraciətə müsbət münasibət göstərdiyinə görə Akademiya rəhbərliyinə təşəkkür ediblər.

Əli Hüseynli “Azərbaycan Maliyyə bazarları haqqında”, Rövşən Məmmədov “Maliyyə bazarlarında praktik fəaliyyət” mövzusunda təqdimatla çıxış ediblər.

Seminarda tələbələrə ümumilikdə maliyyə bazarları, o cümlədən birjanın növləri, iştirakçıları, birjada ticarətin motivləri haqqında məlumat verilib. Bununla yanaşı, maliyyə aktivlərinin alış və satışından mənfəət əldə etmək imkanı, marjinal ticarət, kredit çiyni, metatrader 4 proqram təminatı, analitik təhlil üsulları barədə danışılıb.

Seminarın sonunda tələbələrin sualları cavablandırılıb, mövzular ətrafında fikir mübadiləsi və müzakirə aparılıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

DGKA tələbələrinin məruzələri beynəlxalq konfransın proqramına daxil edilib

DGKA-da xidmətə hazırlıq təlimlərinin qiymətləndirmə mərhələsi keçirilib

DGKA-nın fəaliyyəti beynəlxalq standartlara uyğunlaşdırılır

DGKA-da yeni qəbul olunmuş əməkdaşlar üçün hazırlıq kursları başlayıb

DGKA-nın tələbəsi: Gömrük orqanlarında xidmət etmək şərəfdir (MÜSAHİBƏ)

13 Noyabr 2019, 13:41 (GMT +4)
Moskvada qanunsuz odlu silah gəzdirən azərbaycanlı tutulub

13 Noyabr 2019, 13:35 (GMT +4)
Nostrifikasiya ilə bağlı sənəd qəbulu müvəqqəti olaraq dayandırılır

13 Noyabr 2019, 13:24 (GMT +4)
Turagentliklər üçün yeni mexanizm hazırlanıb

13 Noyabr 2019, 13:19 (GMT +4)
İranın Fordo nüvə reaktoru uranı 20 faizlik zənginləşdirməyə hazır olduğunu bildirib

13 Noyabr 2019, 13:09 (GMT +4)
ABŞ-da "Google" layihəsinə qarşı istintaq başladılıb

13 Noyabr 2019, 13:02 (GMT +4)
Palata Ukrayna və Belarusun milli bankları ilə əməkdaşlıq edəcək

13 Noyabr 2019, 12:50 (GMT +4)
Bakıda sosial şəbəkələrdə narkotik satan dəstə üzvü saxlanılıb

13 Noyabr 2019, 12:24 (GMT +4)
"Sənədsiz məktəbli qalmasın” aksiyasına yenidən start verilib

13 Noyabr 2019, 12:22 (GMT +4)
ABŞ Boliviyadakı məmurları geri çağırır

13 Noyabr 2019, 12:17 (GMT +4)
Vergilər nazirinin müavini Ağcabədidə vətəndaşları qəbul edəcək

13 Noyabr 2019, 12:10 (GMT +4)
İsrailin Qəzzanı bombalaması nəticəsində ölənlərin sayı 15-ə çatıb (VİDEO)

13 Noyabr 2019, 12:03 (GMT +4)
Bakıda Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi açılıb

13 Noyabr 2019, 11:54 (GMT +4)
“Azəri-Çıraq-Günəşli”dən ümumi hasilat 3,6 milyard barreli ötüb

13 Noyabr 2019, 11:45 (GMT +4)
Boliviyada ordu prezidentin səlahiyyətlərini icra edən Janin Agnesə dəstək verib

13 Noyabr 2019, 11:36 (GMT +4)
Tunis, İran və İordaniya fələstinli hərəkat liderinin terror ediməsinə münasibət bildiriblər

13 Noyabr 2019, 11:32 (GMT +4)
Dövlət Komitəsinin nümayəndə heyətinin Avstriyaya səfəri başlayıb

13 Noyabr 2019, 11:16 (GMT +4)
Ərdoğan Vaşinqtonda dəyirmi masada iştirak edib

13 Noyabr 2019, 11:12 (GMT +4)
Dayanıqlı kənd təsərrüfatı üçün Niderland təcrübəsi öyrənilir

13 Noyabr 2019, 11:01 (GMT +4)
“Nar” Göyçayda keçirilən festivalı abunəçiləri ilə birgə qeyd edib

13 Noyabr 2019, 10:47 (GMT +4)
Livan prezidenti etirazçıları evlərinə dönməyə çağırıb

13 Noyabr 2019, 10:43 (GMT +4)
Səudiyyə Ərəbistanı şirkətinə aid təyyarə uşağı xilas etmək üçün Kanadaya təcili eniş enib

13 Noyabr 2019, 10:26 (GMT +4)
Azərbaycanda 496 əcnəbi barəsində ölkəni tərketmə haqqında qərar çıxarılıb

13 Noyabr 2019, 10:18 (GMT +4)
Tramp Ərdoğana 100 milyard dollar qarşılığında S-400-dən imtina etməyi təklif edib

13 Noyabr 2019, 10:10 (GMT +4)
Bakı metrosunda qatarların hərəkətində ləngimə olub

13 Noyabr 2019, 09:49 (GMT +4)
Kabildə minalanmış nəqliyyat vasitəsi partladılıb, ölənlər var (FOTO)

13 Noyabr 2019, 09:39 (GMT +4)
İraqın sabiq baş naziri növbədənkənar seçkilərin keçirilməsini istəyib

13 Noyabr 2019, 09:38 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 22 dəfə pozub

13 Noyabr 2019, 09:25 (GMT +4)
Rusiya səfirliyi ABŞ-a etiraz notası göndərib

13 Noyabr 2019, 09:18 (GMT +4)
İsrailin Qəzzaya hava zərbələri davam edir, ölənlərin sayı 10-u keçib

13 Noyabr 2019, 09:05 (GMT +4)
Prezident İlham Əliyev BƏƏ-nin İqtisadiyyat nazirini qəbul edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66