Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

DSMF-nin Gədəbəy rayon şöbəsində aparılmış auditin nəticələri açıqlanıb

30 Mart 2019, 15:02 (GMT +4)

Bakı, 30 mart, SalamNews.Hesablama Palatasının kollegiya iclasında 2017-ci il yanvarın 1-dən 2018-ci il oktyabrın 1-dək olan dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Gədəbəy rayon şöbəsi üzrə gəlir və xərclərin, həmçinin şöbənin saxlanılması xərclərinin icrasına dair auditin nəticələri müzakirə edilib.

Palatanın mətbuat xidmətindən SalamNews-a bildirilib ki, müzakirə zamanı auditi həyata keçirmiş qrupun məlumatı dinlənilib və fəaliyyət istiqaməti üzrə müvafiq auditorun hesabatı təsdiqlənib.

Təqdim edilmiş məlumatlara əsasən, Gədəbəy rayonu üzrə məcburi dövlət sosial sığorta haqları üzrə proqnozların tərtibində əsaslı yanaşma tətbiq edilməyib, təsdiq olunmuş proqnozlar aşağı səviyyədə icra olunub.

Pensiya təyinatının aparılması və ödənilməsi üzrə bir sıra hallarda ailə başçısını itirməyə görə əmək pensiyası təyinatı aparılarkən əmək qabiliyyətsiz ailə üzvlərinə pensiya təyin olunub-olunmaması, qulluq göstərilmə ilə əlaqədar staj müəyyən olunarkən qulluq göstərilənin qulluğa ehtiyacının olub-olmaması, faktiki qulluq göstərilməsi halları, eləcə də güzəştli iş stajı tam dəqiqləşdirilmədən və bir sıra zəruri sənədlər olmadan, həmçinin mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslərin həmin torpaq sahəsinə görə qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqları ödənilmədən pensiya təyinatı aparılıb, bir sıra hallarda dövlət qulluqçularının pensiya hesablanması üçün dövlət məvacibi düzgün hesablanmayıb.

Bundan əlavə, vəfat etmiş şəxslər barədə məlumatlar tam əldə edilməmiş, bir sıra hallarda vəfat etmiş pensiyaçılara vəfat tarixindən sonra da pensiya ödənişləri həyata keçirilərək artıq ödənişlərə yol verilib, eyni uşağa görə hər iki valideynin pensiyasının üzərinə, habelə sosial müavinət alan uşağa görə də əlavələr hesablanıb, yaşa görə pensiyaya keçməsinə baxmayaraq, əlilliyə görə əvvəlki pensiya ödənişi bir müddət davam etdirilib.

Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi (VEMTAS) vasitəsilə təyin edilmiş ünvanlı dövlət sosial yardımı işləri üzrə ailələrin maddi-məişət şəraitinin qiymətləndirilməsi məqsədilə auditin gedişində rayonun yerli icra hakimiyyəti orqanlarının nümayəndələrinin iştirakı ilə seçmə qaydada monitorinqlər təşkil edilib, nəticədə ailə tərkibi haqqında düzgün məlumat verilməməsi, pay torpağından, yardımçı təsərrüfatdan gəlirlərin nəzərə alınmaması, ailənin istifadəsində avtomobilin olmasının VEMTAS tərəfindən aşkar edilməməsi, ailənin ərizə-bəyannamədə göstərilən ünvanda yaşamaması və ya göstərilən ünvanların mövcud olmadığı, eləcə də qeyd edilən ünvanda digər ailənin yaşaması kimi nöqsanlara rast gəlinib.

Hesablama Palatasının kollegiyası Dövlət Sosial Müdafiə Fondunun Gədəbəy rayon şöbəsi tərəfindən yol verilmiş nöqsanların qısa müddət ərzində aradan qaldırılması, həmçinin nöqsanlara yol vermiş vəzifəli şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edib, icra olunması və həyata keçirilmiş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Dövlət Sosial Müdafiə Fondunun Gədəbəy rayon şöbəsinə kollegiya qərarının surəti göndərilib.

Auditin nəticələri ilə bağlı Milli Məclisə məlumat verilib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Dövlət Sosial Müdafiə Fondunun üç qurumu ləğv edilib

Bu il Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 27,7 faiz artıb

Dövlət Sosial Müdafiə Fondunun müasir Qəbul Mərkəzi açılıb (FOTO)

Dövlət Sosial Müdafiə Fondunun gəlirləri artıb

Dövlət Sosial Müdafiə Fondunun binasında yanğın olub

Dövlət Sosial Müdafiə Fondunun vəzifəli şəxsləri cəzalandırılıb

SOCAR Dövlət Sosial Müdafiə Fonduna ödənişləri artırıb

Bu ilin yanvar-iyul aylarında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 9,1 faiz artıb

Yanvar-mart aylarında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri ötən illə müqayisədə çoxalıb

ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fonduna yeni direktor təyin edilib

01 İyun 2020, 09:15 (GMT +4)
Rusiya səfirliyi Dövlət Departamentinə etiraz notası göndərib

01 İyun 2020, 09:03 (GMT +4)
Tramp Ağ Evdə yeraltı sığınacağa aparılıb - New-York Times

31 May 2020, 22:05 (GMT +4)
Quranın ən qədim təfsirlərindən biri Azərbaycan dilinə tərcümə olunub

31 May 2020, 19:52 (GMT +4)
ABŞ-ın İndianapolis şəhərində etirazlar və toqquşmalarda 4 nəfər güllə yarasından ölüb

31 May 2020, 19:42 (GMT +4)
Corc Floydun qətli ilə bağlı Londonda etiraz aksiyası keçirilib

31 May 2020, 19:40 (GMT +4)
ABŞ-ın Almaniyadakı səfirliyinin qarşısında aksiya keçirilib

31 May 2020, 17:43 (GMT +4)
ABŞ-ın daha 15 şəhərində komendant saatı tətbiq edilib (VİDEO)

31 May 2020, 17:26 (GMT +4)
Azərbaycanda hərbi xidmətə növbəti çağırış başa çatıb

31 May 2020, 17:25 (GMT +4)
Təhsil Nazirliyi məktəblilərlə bağlı daha bir dəyişiklik edib

31 May 2020, 17:17 (GMT +4)
Azərbaycanda gələn aya gözlənilən hava proqnozu açıqlanıb

31 May 2020, 17:12 (GMT +4)
Qüdsdə əl-Əqsa və Mədinədə Peyğəmbər məscidi iki aydan sonra yenidən açılıb (VİDEO)

31 May 2020, 17:11 (GMT +4)
Operativ Qərargah: İndiyədək 5494 nəfər koronavirusa yoluxub

31 May 2020, 17:08 (GMT +4)
Azərbaycanda daha 248 nəfər koronavirusa yoluxub, 2 nəfər vəfat edib

30 May 2020, 17:44 (GMT +4)
Azərbaycanda daha 257 nəfər koronavirusa yoluxub, 3 nəfər vəfat edib

30 May 2020, 17:00 (GMT +4)
Azərbaycan nefti bahalaşıb

30 May 2020, 16:50 (GMT +4)
Bakıda iki marşrutun hərəkət istiqaməti dəyişdiriləcək

30 May 2020, 16:43 (GMT +4)
Moskvada sərnişin təyyarəsi hava limanına enişdən sonra alovlanıb

30 May 2020, 16:41 (GMT +4)
“Fəvvarələr meydanı”nda fleşmob keçirənlər saxlanılıb

30 May 2020, 16:30 (GMT +4)
Azərbaycan bu il dezinfeksiyaedici vasitələrin idxalını 3 dəfəyə qədər artırıb

30 May 2020, 16:24 (GMT +4)
Rusiyada koronavirusa qarşı peyvənd hazırlanıb

30 May 2020, 16:20 (GMT +4)
"Şərq Tərəfdaşlığı" ölkələrinin XİN başçılarının videokonfrans formatında keçiriləcək görüşünün vaxtı məlum olub

30 May 2020, 16:10 (GMT +4)
Bakıda daha bir marşrut xətti “BakuBus”un ixtiyarına verilib

30 May 2020, 16:01 (GMT +4)
“Peşə təhsili pilləsində təhsilalanların attestasiyasının aparılmasının müvəqqəti Qaydası” təsdiq edilib

30 May 2020, 15:49 (GMT +4)
Özbəkistanda karantin rejimi iyunun 15-dək uzadılıb

30 May 2020, 15:44 (GMT +4)
Bakıda istixanada narkotik bitkiləri əkib-becərən şəxs saxlanılıb

30 May 2020, 15:30 (GMT +4)
Milli Məclisin son iclasının gündəliyinə dəyişiklik edilib

30 May 2020, 15:21 (GMT +4)
Baydenin fikrincə ABŞ polisinin iş prinsipləri dəyişdirilməlidir

30 May 2020, 15:10 (GMT +4)
DİN: AXCP üzvü polisə tabe olmadığına görə həbs edilib

30 May 2020, 14:54 (GMT +4)
Rusiyada son sutka ərzində daha 8 952 nəfər koronavirusa yoluxub

30 May 2020, 14:30 (GMT +4)
Tibbi maskalardan istifadə edilməməsinə görə cərimələr müəyyənləşib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66