Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Azərbaycanda aprel ayına olan hava proqnozu açıqlanıb

29 Mart 2019, 11:51 (GMT +4)

Bakı, 29 mart, SalamNews. Aprel ayına olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SalamNews-a verilən məlumata görə, aprel ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi günlərdə isə normadan bir qədər yüksək olacağı gözlənilir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, əsasən dağlıq və dağətəyi rayonlarda bir qədər çox olacağı ehtimal olunur.

Bakıda və Abşeron yarımadasında

Orta aylıq temperaturun 11-14 dərəcə isti (gecələr 7-12, gündüzlər 13-18, bəzi günlərdə 21-26 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı(norma 23-33 mm) gözlənilir.

Naxçıvan Muxtar Respublikasında

Orta aylıq temperaturun 12-16 dərəcə isti (gecələr 7-12, gündüzlər 13-18, bəzi günlərdə 23-28 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 34-59 mm) gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında

Orta aylıq temperaturun 6-10 dərəcə isti (gecələr 5-10 dərəcə isti, bəzi günlərdə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüzlər 10-15, bəzi günlərdə 18-22 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 54-83 mm) gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında

Orta aylıq temperaturun 12-15 dərəcə isti (gecələr 7-12, bəzi günlərdə 0-4, gündüzlər 12-17, bəzi günlərdə 20-25 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (31-54 mm) gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında

Orta aylıq temperaturun 10-14 dərəcə isti (gecələr 5-10 dərəcə isti, bəzi günlərdə 3-8 dərəcə şaxta, gündüzlər 10-15, bəzi günlərdə 19-24 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 29-126 mm) gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında

Orta aylıq temperaturun 13-16 dərəcə isti (gecələr 7-12, gündüzlər 13-18, bəzi günlərdə 23-28 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 30-49 mm) gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında

Orta aylıq temperaturun 10-14 dərəcə isti (gecələr 6-11 dərəcə isti, bəzi günlərdə dağlarda 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüzlər 11-16, bəzi günlərdə 20-25 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 41-72 mm) gözlənilir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

21 Avqust 2019, 17:17 (GMT +4)
DYP Sabunçuda maarifləndirici tədbirlər keçirib (FOTO)

21 Avqust 2019, 17:10 (GMT +4)
Rusiya və Ukrayna dənizçilərin və məhbusların mübadiləsinə hazırlaşır

21 Avqust 2019, 17:05 (GMT +4)
Milli valyutada olan əmanətlər 24,7 faiz artıb

21 Avqust 2019, 17:02 (GMT +4)
Yəməndə vurulan hərbi pilotsuz təyyarənin ABŞ ordusuna məxsus olduğu təsdiqlənib

21 Avqust 2019, 16:51 (GMT +4)
Füzulidə daha bir mərmi tapılıb

21 Avqust 2019, 16:34 (GMT +4)
Direktorların işə qəbulu üzrə müsahibə mərhələsi başlayıb

21 Avqust 2019, 16:26 (GMT +4)
Zaxarova Rusiyanın G8-ə qayıdış ehtimalını şərh edib

21 Avqust 2019, 16:24 (GMT +4)
Poroşenko Ukraynanı tərk edib

21 Avqust 2019, 16:15 (GMT +4)
Fələstin hərəkatları əl-Əqsa məscidinin yandırılması ildönümündə müsəlmanlara çağırış ediblər

21 Avqust 2019, 16:03 (GMT +4)
ETSN: Sürücülərə maarifləndirici məlumatlar verilir

21 Avqust 2019, 15:57 (GMT +4)
Maduro Putinə ismarıc göndərib

21 Avqust 2019, 15:45 (GMT +4)
Azərbaycan gömrükçüləri şokoladın içində narkotik aşkarlayıblar (FOTO)

21 Avqust 2019, 15:32 (GMT +4)
KOBİA-nın dəstəyi ilə Abşeronda kombi istehsalı zavodu fəaliyyətə başlayıb

21 Avqust 2019, 15:30 (GMT +4)
"Roskomnadzor" Rusiyanın himnini təhqir edən iki saytı blok edib

21 Avqust 2019, 15:22 (GMT +4)
Ayətullah Xamenei Hindistanın Kəşmirlə bağlı siyasətinə münasibət bildirib

21 Avqust 2019, 15:01 (GMT +4)
Dəmiryolçular üçün sağlam və təhlükəsiz iş mühiti mövzusunda treninqlərə start verilib

21 Avqust 2019, 14:59 (GMT +4)
Maduro Venesuelanın ABŞ-la danışıqlar apardığını təsdiqləyib

21 Avqust 2019, 14:46 (GMT +4)
Şoyqu Rusiyanın qərb sərhəddinin gücləndirildiyini açıqlayıb

21 Avqust 2019, 14:38 (GMT +4)
Ərəb ölkələri milyardlarla dollarlıq qərb silahı ilə təhlükəsizliyi təmin edə bilməyəcək - Cavad Zərif

21 Avqust 2019, 14:30 (GMT +4)
Bakıda yeni liftlərin quraşdırılması davam edir

21 Avqust 2019, 14:10 (GMT +4)
MN: Təmas xəttində monitorinq insidentsiz başa çatıb

21 Avqust 2019, 13:59 (GMT +4)
İsmayıllı sakinindən tüfəng götürülüb

21 Avqust 2019, 13:50 (GMT +4)
Tramp "Apple"ı Çini tərk etməyə çağırıb

21 Avqust 2019, 13:33 (GMT +4)
Dəmir yollarında yeni yoldəyişənlər quraşdırılır

21 Avqust 2019, 13:22 (GMT +4)
PAŞA Sığorta «Zərif Əllərin Gücü» sosial layihəsini uğurla reallaşdırıb

21 Avqust 2019, 13:18 (GMT +4)
İran parlamenti ölkənin milli pulunun denominasiyası və sıfırların götürülməsini müzakirəyə çıxarır

21 Avqust 2019, 13:13 (GMT +4)
Taylandın cənubunda silsilə partlayışlar baş verib

21 Avqust 2019, 12:50 (GMT +4)
Sabah Azərbaycanda havanın temperaturu 42 dərəcəyə yüksələcək

21 Avqust 2019, 12:28 (GMT +4)
Kabildə toyda baş verən partlayış nəticəsində ölənlərin sayı 80-ə çatıb

21 Avqust 2019, 12:28 (GMT +4)
ƏƏSMN elektron məlumat mübadiləsinə başlayır

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66
12