Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

“BP Azərbaycan”ın kadrları yüksək beynəlxalq vəzifələrə təyin olunub

29 Mart 2019, 10:30 (GMT +4)

Bakı, 29 mart, SalamNews. “BP Azərbaycan” şirkətinin kadrları yüksək beynəlxalq vəzifələrə təyin olunublar.

Şirkətdən SalamNews-a verilən məlumata görə, hazırda əməyin təhlükəsizliyi və əməliyyat riskləri üzrə vitse-prezidenti olan Orxan Quliyev, bu ilin 1 iyun tarixindən BP-nin Rumaila bölümündə baş menecer vəzifəsinə təyin olunur.

Bu yeni vəzifədə O.Quliyev BP-nin İraqdakı Upstream biznes bölümünə rəhbərlik edəcək. O, Yaxın Şərq üzrə rəhbərlik qrupunun üzvü və qlobal əməliyyatlar təşkilatının geniş tərkibli rəhbərlik qrupunun üzvü olacaq.

BP-də işlədiyi ötən 23 il ərzində O.Quliyev AGT regionunda və Londonda "Bakı-Tbilisi-Ceyhan", "Cənubi Qafqaz Boru Kəməri" və “Azəri-Çıraq-Günəşli” layihələri çərçivəsində dənizdə, layihələrin mühəndislik təminatı və layihələrin idarə olunması sahələrində əməliyyatlara aid rəhbər vəzifələr tutmaqla əməliyyatlar və əsas layihələr ilə əlaqədar böyük təcrübə qazanmışdır.

O.Quliyev Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu inşaat mühəndisi ixtisası ilə magistr dərəcəsi və Azərbaycan Neft Akademiyasını qaz axınlarının dinamikası üzrə doktorluq dərəcəsi ilə bitirib.

“BP Azərbaycan” şirkəti həmçinin bu ilin aprelin 1-dən Rəhman Rəhmanov Upstream, qlobal layihələr təşkilatında layihələrin idarə olunması üzrə vitse-prezident vəzifəsinə təyin olunur.

Yeni vəzifəsində R.Rəhmanov layihələrin həyata keçirilməsinə dəstək olaraq layihələrin idarə olunması, layihə xidmətləri, keyfiyyət, risklər, tikinti və istismara təhvil vermə ilə əlaqədar ixtisaslaşma sahələri və funksional bölmələr üzrə gündəlikdə duran məsələlərin həll edilməsinə cavabdeh olacaq. O, qlobal layihələr təşkilatının texniki funksiyalar üzrə rəhbərlik qrupunun üzvü olacaq və layihələrin idarə olunması çərçivəsində ixtisaslaşma sahələri üzrə bacarıqların artırılması forumuna, eləcə də layihələrin idarə olunması şəbəkəsinə rəhbərlik edəcək.

R. Rəhmanovun bu vəzifə ilə əlaqədar 19 ildən çox təcrübəsi var. O, BP-də 2003-cü ildən işləyir və karyerası ərzində bir sıra layihələrdə rəhbər vəzifələr, o cümlədən “Dərinsulu Günəşli” layihəsində sazlama üzrə menecer, !"Çıraq" neft layihəsində qazma işlərinin təhvili üzrə menecer və "Şahdəniz 2" layihəsində üst modulların təhvili üzrə layihə meneceri vəzifələrini tutmuşdur. R.Rəhmanovun ən son vəzifəsi AGT regionunda midstream layihələri üzrə baş menecer olmuşdur.

R.Rəhmanov Azərbaycan Elmi-Tədqiqat Energetika İnstitutu tərəfindən mühəndislik üzrə doktorluq dərəcəsinə layiq görülmüşdür.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Cons bildirib ki, O.Quliyev və R.Rəhmanov BP-nin regiondakı biznesinin uğuruna böyük töhfələr veriblər, bunun üçün onlara çox təşəkkür edib: “Peşəkar azərbaycanlı kadrların belə yüksək beynəlxalq vəzifəyə təyin olunması çox sevindirici haldır. Orxana və Rəhmana BP-dəki davamlı karyerasında yeni uğurlar diləyirik”.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Prezident İlham Əliyev BP qrupunun baş icraçı direktorunu qəbul edib

BP AzTU tələbələrinə iş təklif edəcək

Pərviz Şahbazov: BP şirkəti enerji sahəsində Azərbaycanın əsas tərəfdaşıdır

BP rəhbəri Bob Dadli istefaya gedir

BŞBPİ-nin mətbuat katibinin ölümlə hədələnməsi faktı ilə bağlı cinayət işi başlanıb 

BP birinci beynəlxalq “Hədəfdə STEM” konfransını dəstəkləyir

BP Nəsiminin 650 illik yubileyi ilə bağlı kitab təqdim edib

BP və tərəfdaşları əlilliyi və xüsusi qayğıya ehtiyacı olan insanlar üçün iki layihəyə başlayıb

BP ƏMSSTQ sənədinin layihə variantını müzakirə etmək üçün ictimaiyyətlə görüş keçirəcək

BDU ilə BP arasında əməkdaşlıq sazişi imzalanıb

BP ətraf mühitə və sosial-iqtisadi sahəyə təsirin qiymətləndirilməsi sənədini təqdim edib

BP-nin bir neft gəmisi Hörmüz boğazından keçməyə qorxduğuna görə dayanıb - KİV

BP-də işləyən azərbaycanlıların sayı açıqlanıb

Cari ildə BP Azərbaycanda dənizdə və quruda 3 kəşfiyyat quyusu qazacaq

BP və tərəfdaşları strateji idarəetmə üzrə beynəlxalq təcrübəni Azərbaycana gətirir

ADNSU, BP və “British Council” arasında müqavilə imzalanıb

BP Xəzərdə qazma və mühəndis-layihələndirmə işləri üzrə müqavilənin müddətini uzadıb

BP Azərbaycan para cüdo üzrə Bakı Qran-Prisinin rəsmi tərəfdaşı olacaq

BP-nin dəstəyi ilə "Yeni Fikir" startap müsabiqəsi keçirilir

BP Azərbaycan şirkəti AzMİU-da seminar keçirib

15 Dekabr 2019, 12:00 (GMT +4)
Xalq rəssamı Səttar Bəhlulzadənin anadan olmasının 110 illiyi tamam olur

15 Dekabr 2019, 11:41 (GMT +4)
Avtomobildə gizlədilən kosmetik vasitələr aşkarlanıb

15 Dekabr 2019, 11:30 (GMT +4)
“Şahdəniz” yatağından hasilata başlanmasından 13 il keçir

15 Dekabr 2019, 11:07 (GMT +4)
Akademik Həsən Əliyevin doğum günüdür

15 Dekabr 2019, 11:00 (GMT +4)
Azərbaycanın lider mobil operatoru 23 yaşını qeyd edir

15 Dekabr 2019, 09:02 (GMT +4)
Nazirlər Kabineti Aqrar Sığorta Fondunun Nizamnaməsini təsdiqləyib

14 Dekabr 2019, 18:30 (GMT +4)
Bakıda “3-cü mikrorayon bazarındakı” yanğın söndürülüb

14 Dekabr 2019, 18:22 (GMT +4)
3-cü mikrorayon dairəsi istiqamətində avtomobillərin hərəkəti tam məhdudlaşdırılıb

14 Dekabr 2019, 18:17 (GMT +4)
Bakıda "3-cü mikrorayon bazarı" yanır (FOTO)

14 Dekabr 2019, 17:00 (GMT +4)
“Heydər Əliyev: vətəndaşlıq və dövlətçilik” mövzusunda görüş keçirilib

14 Dekabr 2019, 16:51 (GMT +4)
Prezident İlham Əliyev Qazaxıstanın dövlət başçısını təbrik edib

14 Dekabr 2019, 16:50 (GMT +4)
Yeni Zelandiyada vulkan püskürməsi nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb

14 Dekabr 2019, 16:46 (GMT +4)
Regionlarda 760 fərdi evə təbii qaz verilib

14 Dekabr 2019, 16:35 (GMT +4)
Türkiyə ABŞ-dan "Patriot" raketdən müdafiə sistemi almağı təklif edib

14 Dekabr 2019, 16:24 (GMT +4)
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması 751 avroparlamentariyə məktub göndərib

14 Dekabr 2019, 16:15 (GMT +4)
Ərbəin mərasimi UNESCO-nun dünya mədəni irsi siyahısına daxil olub (VİDEO)

14 Dekabr 2019, 16:15 (GMT +4)
Tayvanın cənubunda baş verən yanğında 7 nəfər ölüb

14 Dekabr 2019, 16:12 (GMT +4)
Britaniyalı mütəxəssis İdman Jurnalistikası Magistr tələbələrinə intensiv tədris sessiyası keçib

14 Dekabr 2019, 16:00 (GMT +4)
Təhsil Nazirliyi ağacəkmə aksiyası keçirib (FOTOLAR)

14 Dekabr 2019, 15:40 (GMT +4)
Malayziyanın Baş naziri Mahathir Mohamad 2030-cu ilə qədər  hakimiyyətdə qalmaq niyyətindədir

14 Dekabr 2019, 15:36 (GMT +4)
FHN-nin əməkdaşı dünya çempionu olub (FOTO)

14 Dekabr 2019, 15:16 (GMT +4)
Səudiyyə hücumu dayandırmayıb, atəşkəs danşıqlarından xəbər yoxdur - Husi mənbələri

14 Dekabr 2019, 15:13 (GMT +4)
“Şahdağ” Turizm Mərkəzində xizək mövsümünə start verilib

14 Dekabr 2019, 15:05 (GMT +4)
Fransanın "Total" neft emalı zavodunda yanğın baş verib

14 Dekabr 2019, 15:00 (GMT +4)
Elvin İsayev Ukraynadan Azərbaycana deportasiya edilib

14 Dekabr 2019, 14:33 (GMT +4)
Ərdoğan Trampa Türkiyənin S-400-dən imtina etməsinin mümkün olmadığını izah edib

14 Dekabr 2019, 14:27 (GMT +4)
Sudanın sabiq diktatoru Ömər əl-Bəşir iki il azadlıqdan məhrum edilib

14 Dekabr 2019, 14:23 (GMT +4)
Azercell öz instaqram səhifəsində yarış keçirir

14 Dekabr 2019, 14:10 (GMT +4)
Cənubi Koreyada ağır yol qəzasında altı nəfər ölüb

14 Dekabr 2019, 14:05 (GMT +4)
Məcburi köçkünlər arasında futbol turniri keçiriləcək

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66