Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

"Qaçqınkom" sosial şəbəkədə yayılanlara rəsmi aydınlıq gətirib

28 Mart 2019, 09:49 (GMT +4)

Bakı, 28 mart, SalamNews. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri Dövlət Komitəsinin Mətbuat xidməti martın 27-də sosial şəbəkələrdə Abşeron rayonu ərazisindəki 1000 ailəlik yeni qəsəbədən sosial şəbəkə vasitəsi ilə yayımlanan videogörüntülərlə bağlı açıqlama yayıb.

SalamNews Dövlət Komitəsinin yaydığı məlumata istinadla xəbər verir ki, yeni yaşayış məhəlləsində yerləşdirilən məcburi köçkünlərdən bəzilərinin mənzillərdə mətbəx mebeli, isti su və qaz təchizatının olmaması, həmçinin sərnişin nəqliyyatının işindəki çatışmazlıq barədə müraciətləri Dövlət Komitəsinin səlahiyyətli şəxsləri tərəfindən yerində araşdırılımışdır. Bu zaman məcburi köçkünlərin diqqətinə çatdırılmışdır ki, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən tikintisi həyata keçirilən digər yaşayış məhəllələrindəki kimi bu kompleksdə də tam təmir edilmiş mənzillərin mətbəxi qaz plitəsi, dolab və tumba ilə təchiz olunub. Son vaxtlar məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə sahibkarlıq və biznes strukturları tərəfindən inşa edilmiş bir neçə yaşayış kompleksində məhz həmin strukturların təşəbbüsü ilə xeyriyyəçilik aksiyası kimi yüngül mətbəx mebeli və digər avadanlıqlar sakinlərin istifadəsinə verilib.

Abşeron rayonunun ərazisindəki 1000 ailəlik yeni yaşayış kompleksindəki mənzillərin isti su və təbii qazla təminatının olmaması isə mövcud binalarda məcburi köçkünlərin yerləşdirilməsinin hələ tam başa çatmaması ilə əlaqədardır. Belə ki, binalar tam məskunlaşdırıldıqdan sonra bu məsələ öz həllini tapacaqdır.

Məcburi köçkünləri sərnişindaşıma ilə bağlı istəyi isə kompleksdən təkcə Sumqayıt şəhərinə deyil, Bakıya və digər yaşayış məntəqələrinə birbaşa gediş-gəliş imkanının yaradılması barədədir ki, Dövlət Komitəsi bu məsələnin də həlli üçün müvafiq qurumlara müraciət edib və həmin müraciətə müsbət cavab veriləcəyi gözlənilir.

Qeyd edək ki, gün ərzində qəsəbədən Sumqayıta gediş-gəliş 12A nömrəli avtobusvasitəsi ilə həyata keçirilir.

Xatırladaq ki, kompeksdə məcburi köçkünlərin yerləşdirilməsinə bu ilin fevral ayından başlanılıb və proses davam etdirilir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

"Qaçqınkom": Avropa Məhkəməsi Ermənistana qarşı təsirli tədbirlər görməlidir

“Qaçqınkom”un iki sektor müdiri cəzalandırılıb

"Qaçqınkom"da Ağdamın işğal günü ilə bağlı tədbir keçirilib

"Qaçqınkom" bəzi KİV-lərdə yayılan məlumatlara rəsmi aydınlıq gətirib

"Qaçqınkom"un sədri məcburi köçkünləri qəbul edib

"Qaçqınkom" Cocuq Mərcanlıda şagirdlərə məktəbli forması paylayıb

Polis “Qaçqınkom”un qarşısında yolu kəsmək istəyən şəxsi saxlayıb

"Qaçqınkom"da məcburi köçkünlərin qəbulu keçirilib

"Qaçqınkom"da məcburi köçkünlərin qəbulu keçirilib

"Qaçqınkom"da Şuşanın işğalının 26-cı ildönümü ilə bağlı tədbir keçirilib

"Qaçqınkom"un yeni sədri kollektivə təqdim olunub

Rövşən Rzayev “Qaçqınkom”a sədr təyin olunub

21 Sentyabr 2019, 17:00 (GMT +4)
Xələf Xələfov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib

21 Sentyabr 2019, 16:53 (GMT +4)
Rusiyada azərbaycanlılarla ermənilər arasında kütləvi dava baş verib (VİDEO)

21 Sentyabr 2019, 16:52 (GMT +4)
Azərbaycanın Müdafiə naziri Belarus Təhlükəsizlik Şurasının dövlət katibi ilə görüşüb

21 Sentyabr 2019, 16:32 (GMT +4)
Ekoloji sənədlərin verilməsi prosesi daha da asanlaşdırılacaq

21 Sentyabr 2019, 16:15 (GMT +4)
"Sarıjiletlilər" Parisdə yenidən etiraza başlayıblar - Azı 100 etirazçı saxlanılıb (VİDEO)

21 Sentyabr 2019, 16:06 (GMT +4)
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik edib

21 Sentyabr 2019, 15:48 (GMT +4)
BNA sürücülərə və sərnişinlərə güclü küləklə bağlı xəbərdarlıq edib

21 Sentyabr 2019, 15:25 (GMT +4)
İran Rusiya və Çinlə birgə Oman dənizində hərbi təlimlər keçirəcək

21 Sentyabr 2019, 15:23 (GMT +4)
Dövlət Komitəsinin sədri Ağdamda məcburi köçkünləri qəbul edib

21 Sentyabr 2019, 15:03 (GMT +4)
Sabah Bakıda və Abşeron yarımadasında yağış yağacağı gözlənilir

21 Sentyabr 2019, 14:38 (GMT +4)
Suriya Ordusu İsrailin bir PUA-sını vuraraq salıb

21 Sentyabr 2019, 14:27 (GMT +4)
Azərbaycan ilə Bolqarıstan arasında idman sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

21 Sentyabr 2019, 14:11 (GMT +4)
“Nar”-ın baş sponsorluğu ilə ən baxımlı intellektual yarış start götürür

21 Sentyabr 2019, 14:01 (GMT +4)
İran prezidenti Həsən Ruhani ABŞ-a səfər edəcək

21 Sentyabr 2019, 13:56 (GMT +4)
Musa Şəkiliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

21 Sentyabr 2019, 13:51 (GMT +4)
Novruz Məmmədov Çin parlamentinin sədri ilə görüşüb

21 Sentyabr 2019, 13:35 (GMT +4)
Xəzərdə üzən bütün gəmilərə xəbərdarlıq göndərilib

21 Sentyabr 2019, 13:18 (GMT +4)
ETSN: Xəzərdə dalğanın hündürlüyü 2,3 metrə çatıb

21 Sentyabr 2019, 12:51 (GMT +4)
Leyla Əliyeva Dənizkənarı Milli Parkda “Bir günəş altında” adlı fotosərgidə iştirak edib

21 Sentyabr 2019, 12:35 (GMT +4)
Sepah komandanı İrana qarşı hərbi addım haqda ABŞ və müttəfiqlərinə ciddi xəbərdarlıq edib

21 Sentyabr 2019, 12:34 (GMT +4)
Müdafiə naziri cəbhəboyu zonada tikintisi davam edən hərbi hissələrdə olub (FOTOLAR)

21 Sentyabr 2019, 12:02 (GMT +4)
Nazir Azad Rəhimov Abşeron sakinləri ilə görüşüb

21 Sentyabr 2019, 11:57 (GMT +4)
Aramco-nun vurulmasından sonra ABŞ Səudiyyəyə yeni hərbi qüvvələr göndərəcəyini bildirib

21 Sentyabr 2019, 11:42 (GMT +4)
Erməni tərəfi Qazax istiqamətində təxribat törədib

21 Sentyabr 2019, 11:34 (GMT +4)
Nizami Cəfərov "Şöhrət" ordeni ilə təltif edilib

21 Sentyabr 2019, 11:25 (GMT +4)
Misirdə prezident Əbdül-Fəttah Sisiyə qarşı kütləvi etiraz aksiyaları baş qaldırıb (VİDEO)

21 Sentyabr 2019, 11:24 (GMT +4)
Bu gündən müəllimlərin müddətli müqavilə ilə işə qəbulunun II turu başlayır

21 Sentyabr 2019, 11:21 (GMT +4)
Bakıda 40 min manatlıq dələduzluq edən şəxs tutulub

21 Sentyabr 2019, 11:06 (GMT +4)
“Azəriqaz”: Cari ildə 209 bina üzrə 13 min 274 mənzilə təbii qaz verilib

21 Sentyabr 2019, 11:03 (GMT +4)
Aramco-nun vurulmasından sonra husilər Səudiyyəyə hərtərəfli atəşkəs təklif ediblər

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66