Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » ELM VƏ TEXNOLOGİYA

Bu gün Azərbaycanda Elm Günüdür

27 Mart 2019, 11:31 (GMT +4)

Bakı, 27 mart, SalamNews. Son illər Azərbaycanda elm sahəsində aparılan uğurlu islahatlar, qəbul edilən fərman və sərəncamlar müsbət nəticələrə gətirib çıxarmış, Azərbaycan alimlərinin beynəlxalq aləmə inteqrasiyası istiqamətində mühüm nailiyyətlər əldə olunmuşdur.

Bu barədə SalamNews-a məlumat verən AMEA Rəyasət Heyəti aparatının Mətbuat və informasiya idarəsinin Elektron informasiya şöbəsinin rəis müavini, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, dissertant Nərgiz Qəhrəmanova bildirib ki, bu gün elm və təhsil sahəsində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, dünya elminin tələblərinə cavab verən multidissiplinar tədqiqatların aparılması, elmi-texniki potensialın qorunub saxlanılması, eləcə də yüksəkixtisaslı kadrların hazırlanması dövlət siyasətinin əsas istiqamətlərindəndir.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin cəmiyyətdə elmi işçilərin nüfuzunun artırılması sahəsində qəbul etdiyi mühüm qərarlar buna sübutdur. 14 iyun 2016-ci il tarixdə ölkə başçısının qəbul etdiyi “Elm haqqında” Azərbaycan Respublikasının Qanunu ilə ölkəmizdə vətəndaşların elmi səviyyəsinin yüksəldilməsi və yeni biliklərə yiyələnməsində elmin aparıcı rolu və vəzifələri müəyyənləşmişdir.

Qanunda elmi fəaliyyət sahəsində dövlət siyasətinin prinsipləri, məqsədləri və prioritetləri, elmi işçilərin hüquqları, elmi müəssisələrin və təşkilatların funksiyaları, ali məktəb və sahə elminin fəaliyyət istiqamətləri, elmi fəaliyyətin idarə olunması, elmdə sahibkarlıq və innovasiya fəaliyyətinin imkanları, beynəlxalq elmi əməkdaşlığın yolları və s. kimi məsələlər öz əksini tapmışdır.

9 aprel 2018-ci iltarixdə isə Prezident İlham Əliyev cəmiyyətin inkişafında elminəhəmiyyətini nəzərə alaraq Azərbaycan Respublikasında “Elm günü”nün təsis edilməsi haqqında Sərəncam imzalamışdır. Bu tarix ölkə üçün əlamətdar bir vaxta - AMEA-nın təsis olunduğu günə təsadüf etdiyi üçün xüsusi əhəmiyyət daşıyır. Şübhəsiz ki, belə bir günün təsis edilməsi və dövlət başçısının Azərbaycan elminin inkişafını hər zaman diqqət mərkəzində saxlaması Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) qarşısında daha ciddi vəzifələr qoyur.

Son illər AMEA-da elmin inkişaf etdirilməsi ilə bağlı geniş imkanlar açılmış, elmi müəssisə və təşkilatların maddi-texniki bazasının gücləndirilməsi istiqamətində məqsədyönlü işlər görülmüşdür. Bu da dünyanın nüfuzlu akademik qurumları ilə əməkdaşlığın təşkilinə, beynəlxalq əlaqələrin daha da genişləndirilməsinə şərait yaratmışdır.

Bu gün AMEA dövlət başçısının elm sahəsində qəbul etdiyi qərar, sərəncam və fərmanları rəhbər tutaraq yeni bir istiqamətdə inkişaf edir.Bu elm ocağında elmi fəaliyyətin səmərəliliyinin daha da artırılması, ölkənin digər elm müəssisələrində və ali məktəblərində aparılan fundamental və tətbiqi araşdırmaların əlaqələndirilməsi, alim və mütəxəssislərin əldə etdikləri mühüm nəticələrin dünyanın nüfuzlu jurnallarında işıq üzü görməsi məqsədilə ciddi tədbirlər həyata keçirilir.
Martın 27-də Azərbaycanda ilk dəfə olaraq Elm Günü təntənəli şəkildə qeyd olunacaq. Həm ölkəmiz, həm də AMEA tarixində ən əlamətdar hadisələrdən biri olan bu tədbir elmlə məşğul olar hər kəsin, bütövlükdə Azərbaycan elmi ictimaiyyətinin bayramına çevriləcək.

Elm Günü ilə əlaqədar olaraq AMEA-nın elmi müəssisə və təşkilatlarında, regional elmi mərkəzlərində silsilə tədbirlər keçiriləcək. Ən aktual, prioritet mövzularda məruzələri əhatə edən dəyirmi masa, seminar, eləcə də “açıq qapı” günləri və sərgilər təşkil olunacaq. Tədbir çərçivəsində, həmçinin elmi nailiyyətlərinə görə fərqlənən alimlərə AMEA-nın elmi bölmələrinin, elmi müəssisə və təşkilatlarının fəxri fərmanlarının təqdim olunması nəzərdə tutulur.

Elm Gününün hər il ölkəmizdə rəsmi olaraq qeyd olunması haqqında qərar böyük tarixi əhəmiyyətə malikdir. Bu, bütün ölkə üzrə elm sahəsində fəaliyyət göstərən alim və mütəxəssisləri bir araya gətirməklə yanaşı, həm də əldə olunan elmi nailiyyətləri ictimaiyyətə təqdim etməyə, Azərbaycan elmində olan çatışmazlıqları geniş şəkildə müzakirə etməyə, problemlərin həlli ətrafında birləşməyə imkan verəcək.

 


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşları təltif ediliblər (SİYAHI)

AMEA-nın daha iki institutuna və muzeyinə direktor seçilib

AMEA-da lisey yaradılacaq

AMEA-nın prezidenti elmi istiqamətlər üzrə elmi şuraların sədrləri ilə görüşüb (FOTO)

AMEA elmi tədqiqat mərkəzlərinin və laboratoriyaların reyestrini aparacaq

Gələn il AMEA 75 yaşını qeyd edəcək

“AMEA-nın professoru” adına seçki keçirilib

AMEA magistrlərinin “Məzun günü” keçirilib

AMEA-nın elmi tədqiqat müəssisələrinə direktorlar seçiləcək

SOCAR-ın vitse-prezidentləri AMEA YT Parkın məhsulları ilə tanış olublar

Akademik Rasim Əliquliyev AMEA-nın vitse-prezidenti seçilib

AMEA-nın Ümumi yığıncağı keçirilir

AMEA respublika müsabiqəsi elan edir

“Azərkosmos” və AMEA İnstitutları arasında əməkdaşlıq təklifləri müzakirə edilib

AMEA-nın Elm Tarixi İnstitutunun saytı istifadəyə verilib

ADNSU ilə AMEA-nın Yüksək Texnologiyalar Parkı əməkdaşlıq edəcək

“AMEA-nın professoru” adını almaq üçün müsabiqə elan olunub

AMEA-nın magistraturalarına qəbul imtahanının ikinci pilləsinə hazırlıq aparılır

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

AMEA-nın Yüksək Texnologiyalar Parkı “Elm həftəsi” keçirəcək

21 Oktyabr 2019, 18:01 (GMT +4)
Qüdrət Qurbanov “Şöhrət” ordeni ilə təltif edilib

21 Oktyabr 2019, 17:52 (GMT +4)
Bakıda “Yaşıl Planet” beynəlxalq tələbə məktəbi təşkil edilib

21 Oktyabr 2019, 17:43 (GMT +4)
“Qala Sığorta” növbəti sosial layihəsini həyata keçirib

21 Oktyabr 2019, 17:29 (GMT +4)
AFFA iki oyunçunu danışılmış oyunlara görə futboldan kənarlaşdırıb

21 Oktyabr 2019, 17:17 (GMT +4)
Livan hökuməti 6 günlük etirazlardan sonra iqtisadi vəziyyətin yaxşılaşdırılması haqda layihəni qəbul edib

21 Oktyabr 2019, 17:11 (GMT +4)
İsrail Livanın hava məkanını pozub

21 Oktyabr 2019, 17:02 (GMT +4)
Təhsil sisteminin göstəriciləri "Qlobal Rəqabətlilik İndeksi"ndə növbəti dəfə yaxşılaşıb

21 Oktyabr 2019, 16:57 (GMT +4)
İrandan Azərbaycana narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb

21 Oktyabr 2019, 16:45 (GMT +4)
Prezident İlham Əliyev Hacıbala Abutalıbovu qəbul edib

21 Oktyabr 2019, 16:45 (GMT +4)
İranın cənubunda 5.7 bal gücündə zəlzələ baş verib

21 Oktyabr 2019, 16:39 (GMT +4)
Prezident İlham Əliyev Əli Həsənovu qəbul edib

21 Oktyabr 2019, 16:37 (GMT +4)
Əli Həsənov Baş Nazirin müavini vəzifəsindən azad edilib

21 Oktyabr 2019, 16:36 (GMT +4)
Hacıbala Abutalıbov vəzifəsindən azad olunub

21 Oktyabr 2019, 16:32 (GMT +4)
Sumqayıtda yol tikintisinə 3.5 milyon manat ayrılıb

21 Oktyabr 2019, 16:30 (GMT +4)
ABŞ hərbiçilərinin bir hissəsini Suriyadakı neft yataqlarının yaxınlığında saxlayacaq

21 Oktyabr 2019, 16:25 (GMT +4)
Bəhreyndə İsrailin iştirakı ilə “Körfəzdə nəqliyyat təhlükəsizliyi” adlı konfrans keçirilir

21 Oktyabr 2019, 16:24 (GMT +4)
Pakistan Azərbaycanın idman təcrübəsindən yararlanmaq istəyir

21 Oktyabr 2019, 16:19 (GMT +4)
“Gilan Holding” inşaat məhsullarını “BakuBuild” sərgisində təqdim edəcək

21 Oktyabr 2019, 16:09 (GMT +4)
Bu il əmək yarmarkalarında 2634 nəfərə iş yerinə göndəriş verilib

21 Oktyabr 2019, 15:52 (GMT +4)
Lavrov: Türkiyə ilə Suriya arasındakı dialoq Adana razılaşmasına əsaslanmalıdır

21 Oktyabr 2019, 15:43 (GMT +4)
İxtilafların həlli üçün Səudiyyə Ərəbistanına getməyə hazıram - Cavad Zərif

21 Oktyabr 2019, 15:37 (GMT +4)
ANAMA Xocavənddə iki mərmi və bir mina aşkarlayıb

21 Oktyabr 2019, 15:30 (GMT +4)
Ərdoğan Suriya kürdləri ilə danışıqların mümkün olmadığını bəyan edib

21 Oktyabr 2019, 15:17 (GMT +4)
KOBİA: Elektron ticarətlə bağlı maarifləndirmə tədbirlərinə zərurət var

21 Oktyabr 2019, 15:10 (GMT +4)
Bakıda keçirimiş bal yarmarkasında 110 tona yaxın məhsul satılıb

21 Oktyabr 2019, 14:59 (GMT +4)
Şoyqu Rusiya, ABŞ və Türkiyəni Suriyadakı təhlükəsizliyi artırmağa çağırıb

21 Oktyabr 2019, 14:44 (GMT +4)
Azərbaycanda "Yaşıl Kart" beynəlxalq sığorta sistemi üzrə ödənişlər 23% artıb

21 Oktyabr 2019, 14:28 (GMT +4)
Tramp ABŞ qüvvələrindən 200-nü Suriyanın şimal-şərqində saxlamaq istəyir - KİV

21 Oktyabr 2019, 14:18 (GMT +4)
Çilidəki etiraz aksiyaları zamanı 1,5 min nəfər saxlanılıb

21 Oktyabr 2019, 14:10 (GMT +4)
Azərbaycanda aqrar sektora dövlət büdcəsindən ayrılan vəsait 10% artırılır

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66