Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

DMX işçilərinin peşə bayramı günü münasibətilə təntənəli mərasim keçirilib

19 Mart 2019, 17:23 (GMT +4)

Bakı, 19 mart, SalamNews. Dövlət Miqrasiya Xidmətində qurumun yaradılmasının 12-ci ildönümü, 19 mart - Azərbaycan Respublikası miqrasiya orqan­ları işçilərinin peşə bayramı günü münasibətilə təntənəli mərasim keçirilib.

DMX-dən SalamNews-a verilən məlumata görə, mərasim iştirakçıları əvvəlcə Fəxri Xiyabana gələrək, xalqımızın Ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub.

Xidmət əməkdaşları həmçinin Şəhidlər xiyabanını ziyarət ediblər. Vətənimizin müstəqilliyi uğrunda canlarından keçmiş qəhrəman oğul və qızlarımızın unudulmaz xatirəsini yad edib, məzarları üzərinə tər qərənfillər düzüb, “Əbədi məşəl” abidəsi önünə əklil qoyublar.

Daha sonra Dövlət Miqrasiya Xidmətində qurumun yaradılmasının ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin V.Hüseynova III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsinin verilməsi haqqında və bir qrup miqrasiya orqanları əməkdaşının “Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə” medalı ilə təltif edilməsi barədə 16 mart 2019-cu il tarixdə imzaladığı Sərəncamlar elan edilib.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov miqrasiya orqanları əməkdaşlarına göstərdiyi diqqət və qayğıya görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə xidmətin kollektivi adından təşəkkürünü ifadə edib.

Xidmət rəisi Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 12-ci ildönümü və peşə bayramı günü münasibətilə əməkdaşları təbrik edib, onlara Xidməti fəaliyyətlərində uğurlar arzulayıb.

Möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatının inkişaf dinamikası, iqtisadi və sosial proqramların icrası, nəhəng transmilli enerji və nəqliyyat layihələrinin reallaşdırılması uğurla davam etdirildiyini vurğulayan Xidmət rəisi ölkəmizin beynəlxalq mövqeyinin daha da möhkəmlənməsini, milli təhlükəsizlik və sabitliyin təmin olunmasını qeyd edib.

Vüsal Hüseynov bildirib ki, ötən illər Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində mühüm yeniliklərlə yadda qalıb. Qabaqcıl dünya təcrübəsinə əsaslanaraq, milli miqrasiya qanunvericiliyi təkmilləşdirilib, DMX-nın fəaliyyətinin genişləndirilməsi sahəsində ciddi addımlar atılıb, Xidmətin fəaliyyətinin bütün istiqamətlərində şəffaflıq tam təmin edilib, müraciət edənlərin məmnunluğunun təmin edilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilib.

Xidmət rəisi əldə olunan nailiyyətlərdə miqrasiya orqanları əməkdaşlarının fəaliyyətini xüsusilə qeyd edib. Bildirib ki, miqrasiya orqanlarının hər bir əməkdaşı milli mənafelərimizin keşiyində ayıq-sayıq dayanır, ölkəyə təşrif buyuran hər bir əcnəbinin müraciəti diqqətlə araşdıraraq qanunamüvafiq qərarların qəbul olunmasında vicdanla çalışırlar.

Daha sonra bir qrup Xidmət əməkdaşı Dövlət Miqrasiya Xidmətinin rəhbərliyi tərəfindən mükafatlandırılıb. Dövlət Miqrasiya Xidməti rəisi tərəfindən 34 əməkdaşa xüsusi rütbə, 44 əməkdaşa fəxri fərman verilib, 2 əməkdaşın qulluqda yüksəlişi barədə əmr oxunub və 47 əməkdaşa təşəkkür elan olunub.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

DMX-nin sabiq rəisi Firudin Nəbiyev dünyasını dəyişib

DMX əcnəbilərə müraciət edib

DMX: Azərbaycanda müvəqqəti yaşayan əcnəbilərin icazə müddəti 60 gün uzadılır

DMX-nin Çağrı mərkəzinə ötən ay 34.574 zəng daxil olub

DMX yanında Məşvərət Şurasının videokonfrans formatında iclası keçirilib

XDMX-nin geyimindən istifadə edərək karantini pozan şəxs ifşa olunub

DMX rəisi: Deportasiya prosesi dayandırılıb

DMX-nın Çağrı Mərkəzinə apreldə 52 min 848 zəng daxil olub

DMX bu ilin I rübü üzrə statistik məlumatları açıqlayıb

DMX-nın Çağrı Mərkəzinə 22320 zəng daxil olub

DMX: Sabahdan hərəkət məhdudiyyətləri əcnəbilərə də şamil ediləcək

DMX əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə müraciət edib

DMX Koronavirusla Mübarizəyə Dəstək Fonduna 200 min manat ianə ayırıb

DMX 2014-cü ildən bu günə qədər olan readmissiya sayını açıqlayıb

DMX-da 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı müzakirə edilib

DMX 12 şəhər və rayonda yarmarka keçirəcək

DMX: Qanunsuz Miqrantların Saxlanılması Mərkəzində 1237 əcnəbi saxlanılıb

“AmCham Azərbaycan” üzvləri üçün DMX rəisi ilə görüş təşkil edilib

Bu ilin doqquz ayında DMX-yə 60 mindən çox əcnəbi və vətəndaşlığı olmayan şəxs müraciət edib

DMX BMT QAK-ın İcraiyyə Komitəsinin 70-ci sessiyasında iştirak edir

07 Avqust 2020, 15:35 (GMT +4)
Nazirlik: Koronavirusa yoluxmuş məhbusların hamısı sağalıb

07 Avqust 2020, 15:21 (GMT +4)
Prokurorluq orqanlarına sənəd qəbulu davam etdirilir

07 Avqust 2020, 15:04 (GMT +4)
Serbiya Prezidenti Aleksandr Vuçiç Prezident İlham Əliyevə zəng edib

07 Avqust 2020, 15:00 (GMT +4)
İran və Azərbaycan daha sıx əməkdaşlıq üçün böyük iqtisadi potensiala malikdirlər – Abbas Musəvi

07 Avqust 2020, 14:48 (GMT +4)
MİDA: Güzəştli mənzillərin növbəti satışı keçiriləcək

07 Avqust 2020, 14:32 (GMT +4)
“Birlikdəyik” layihəsi davam edir

07 Avqust 2020, 14:26 (GMT +4)
İranda koronavirusdan ölənlərin sayı 18 mini keçib

07 Avqust 2020, 14:10 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

07 Avqust 2020, 13:46 (GMT +4)
Sumqayıt Etilen-polietilen zavodunda yanğın olub

07 Avqust 2020, 13:41 (GMT +4)
Zərdabda qanunsuz odlu silah saxlayan şəxs saxlanılıb

07 Avqust 2020, 13:41 (GMT +4)
Rəsmi Tehran Trampın İran üzrə nümayəndəsinin istefa verməsinə münasibət bildirib

07 Avqust 2020, 13:20 (GMT +4)
Sahil Babayev: Bu il 53 min vətəndaşa pensiya təyin olunub

07 Avqust 2020, 13:06 (GMT +4)
Salyanda “Tut ağacı” kafesinin gizli fəaliyyət göstərdiyi aşkarlanıb (FOTO)

07 Avqust 2020, 12:44 (GMT +4)
Taliban üç gün ərzində danışıqlar masasına oturmağa hazırdır – Əfqanıstan prezidenti

07 Avqust 2020, 12:35 (GMT +4)
AzTU daha 2 yeni Erasmus+ KA2 layihəsinin icrasına başlayacaq

07 Avqust 2020, 12:23 (GMT +4)
Nazirlik rəsmisi Xəzərlə bağlı vətəndaşlara həyəcanlı çağırış edib

07 Avqust 2020, 11:50 (GMT +4)
Nazir: Yaxın günlərdə 13 şəhər və rayon üzrə 190 manat veriləcək

07 Avqust 2020, 11:45 (GMT +4)
Nəcəf şəhəri Qədir-Xum bayramına hazırlaşır (FOTO)

07 Avqust 2020, 11:27 (GMT +4)
Azərbaycan istehsalı olan ikinci tanker inşasının növbəti mərhələsi üçün suya salınıb (FOTO)

07 Avqust 2020, 11:10 (GMT +4)
Bakıda “40 pillə” restoranının qanunsuz faliyyət göstərdiyi məlum olub

07 Avqust 2020, 10:53 (GMT +4)
Əfqanıstanda sülh naminə tarixi toplantı keçirilir

07 Avqust 2020, 10:51 (GMT +4)
Rezidenturaya qəbulun birinci mərhələsinin nəticələri açıqlanıb

07 Avqust 2020, 10:45 (GMT +4)
Azərbaycanın bölgələri üzrə COVID-19-a yoluxma faizi açıqlanıb

07 Avqust 2020, 10:31 (GMT +4)
Gəncədə bir qrup şəhid ailəsi və Qarabağ müharibəsi əlilinə mənzillər verilib

07 Avqust 2020, 10:21 (GMT +4)
Braziliyada koronavirusdan ölənlərin sayı 100 minə yaxınlaşıb

07 Avqust 2020, 10:10 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 34 dəfə pozub

07 Avqust 2020, 09:49 (GMT +4)
MN: Ermənistana məxsus növbəti taktiki PUA məhv edilib

07 Avqust 2020, 09:38 (GMT +4)
Prezident: Təmiz işləyin ki, həm vicdanınız rahat olsun, həm də halal pul qazanın

07 Avqust 2020, 09:37 (GMT +4)
ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brayan Huk istefa verir

07 Avqust 2020, 09:23 (GMT +4)
Baş Prokurorluq: Vəzifəli şəxsin cinayət işi məhkəməyə göndərilib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66