Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Hikmət Hacıyev Almaniyada səfərdə olub

19 Mart 2019, 13:25 (GMT +4)

Bakı, 19 mart, SalamNews. Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyanın paytaxtı Berlinə işgüzar səfərdə olub.

SalamNews-un məlumatına görə, o, səfər çərçivəsində Federal Kanslerin xarici və təhlükəsizlik siyasəti üzrə müşaviri Yan Heker, Federal Prezident Administrasiyasının Xarici siyasət idarəsinin rəisi Tomas Baqqer və Almaniyanın Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə müvəkkili, səfir Mixael Zibertlə görüşlər keçirib.

H.Hacıyev eyni zamanda Almaniyanın xarici siyasət üzrə akademik dairələri ilə keçirilən "dəyirmi masa"da iştirak edib, həmçinin Almaniya Bundestaqının nəzdindəki Alman Parlament Cəmiyyətində Xocalı soyqırımının ildönümü ilə bağlı təşkil olunan 7-ci "Cənubi Qafqazda sabitlik və təhlükəsizlik. Almaniya-Azərbaycan əməkdaşlığının perspektivləri" simpoziumuna qatılıb.

Görüşlərdə Azərbaycanın xarici siyasəti, Almaniya və Avropa İttifaqı ilə münasibətləri, regional məsələlər, o cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə geniş fikir mübadiləsi aparılıb.

H.Hacıyev Azərbaycanın mürəkkəb geosiyasi regionda yerləşməsinə baxmayaraq, müstəqil və milli maraqlara söykənən siyasət yürütdüyünü, işğalçı Ermənistan istisna olmaqla, öz qonşuları ilə mehriban qonşuluq münasibətləri yaratdığını, regionda beynəlxalq əməkdaşlığın əsasını qoyduğunu vurğulayıb, ölkəmizin Avropa İttifaqının enerji təhlükəsizliyində rolu, həyata keçirdiyi nəhəng regional layihələr, o cümlədən Cənub Qaz Dəhlizinin icrası, Şimal-Cənub və Qərb-Şərq nəqliyyat dəhlizlərinin inkişafına xidmət edən layihələr, eləcə də bu layihələrin və Azərbaycanın çoxvektorlu xarici siyasətinin regionda sülh, sabitlik, inkişaf və əməkdaşlığa verdiyi töhfələr barədə məlumat verib. O, həmçinin Ermənistanın hərbi təcavüzünün nəticələri, münaqişənin sülh yolu ilə həlli prosesinin gedişatı, eləcə də Ermənistanın yeni rəhbərliyindən olan gözləntilərimizi həmsöhbətlərinin diqqətinə çatdırıb.

Görüşlərdə Azərbaycan və Almaniya arasında müxtəlif sahələrdə mövcud olan qarşılıqlı maraqlara söykənən konstruktiv əməkdaşlıq məsələləri, Almaniyanın federal kansleri Anqela Merkelin ötən ilin avqustunda Azərbaycana səfərinin ikitərəfli münasibətlərdə yaratdığı yeni dinamika, Almaniyanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair tutduğu ədalətli mövqe və münaqişənin həlli prosesinə dəstək imkanları, eləcə də ölkələrimiz arasında əlaqələrin daha da genişləndirilməsi üçün potensial imkanlar barədə ətraflı söhbət aparılıb. Almaniya rəsmiləri Azərbaycanı Almaniyanın regiondakı etibarlı tərəfdaşı, o cümlədən əsas iqtisadi tərəfdaşı adlandırıb, ölkəmizdə hökm sürən multikulturalizm və dini tolerantlıq mühitini yüksək qiymətləndirib və Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən islahatları alqışlayıblar.

H.Hacıyevin Berlində keçirdiyi görüşlərdə, həmçinin Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov və səfirliyin əməkdaşı Vüqar Qafarov iştirak ediblər.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Hikmət Hacıyev: Yoluxanlarla sağalanlar arasında cüzi fərq nisbəti var

Hikmət Hacıyev: Paşinyan təxribatçı açıqlamaları ilə danışıqların formatını və mahiyyətini dağıdır

Hikmət Hacıyev: Ermənistan danışıqlar prosesindən geri çəkilir

Hikmət Hacıyev: Ermənistan xarici işlər nazirinin destruktiv açıqlaması danışıqlar prosesinə ciddi zərbədir

Hikmət Hacıyev: Karantin rejiminin uzadılması ilə əlaqədar lazımi tədbirlər görüləcək

Hikmət Hacıyev: Rusiyadan Azərbaycana cənazələrin gətirilməsi təşkil edilib

Hikmət Hacıyev: AŞPA məruzəçiləri manipulyasiya və saxtakarlıqla məşğuldurlar

Hikmət Hacıyev: Azərbaycan regiondakı bütün dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlıq qurub (VIDEO)

Hikmət Hacıyev: Aİ ilə yeni tərəfdaşlıq sazişi üzrə danışıqlar prosesini başlatmışıq (MÜSAHİBƏ)

Hikmət Hacıyev Fransada ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib

Hikmət Hacıyev Azərbaycan Prezidentinin köməkçisi təyin edilib

Hikmət Hacıyev: Avropa İttifaqının tələsik bəyanatı həqiqəti əks etdirmir

Hikmət Hacıyev: Azərbaycan və Rusiya prezidentlərinin Soçi görüşü mühüm əhəmiyyətə malikdir

Hikmət Hacıyev Nikol Paşinyanın BMT Baş Assambleyasında çıxışına münasibət bildirib

Hikmət Hacıyev: Futbol siyasiləşdirilməməlidir

Hikmət Hacıyev: "Bir kəmər, bir yol" Azərbaycan-Çin əməkdaşlığı üçün böyük imkanlar yaradır

Hikmət Hacıyev: Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərindəki təbii resursları riyakarcasına talan edir

Hikmət Hacıyev Cenevrədə beynəlxalq konfransda iştirak edib

Hikmət Hacıyev: Vyana görüşü Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində danışıqlara yeni impuls verdi

Ermənistanın işğalçılıq siyasəti - regionda sülh və sabitlik üçün təhlükədir - Hikmət Hacıyev

13 İyul 2020, 15:45 (GMT +4)
Türkiyə Liviyada siyasi danışıqların başlaması üçün şərtləri açıqlayıb

13 İyul 2020, 15:41 (GMT +4)
Gədəbəydə əmisini qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub

13 İyul 2020, 15:24 (GMT +4)
ABŞ Şimali Koreyanın hərbi aktivliyini izləmək üçün Yaponiyaya kəşfiyyat təyyarəsi göndərib

13 İyul 2020, 15:12 (GMT +4)
Azərbaycan və Rusiya XİN başçıları arasında telefon danışığı olub

13 İyul 2020, 15:00 (GMT +4)
Qida təhlükəsizliyinin təmin edilməsinə dair Dövlət Proqramının monitorinq və qiymətləndirilməsi aparılıb

13 İyul 2020, 14:56 (GMT +4)
Rusiya XİN: Ermənistan-Azərbaycan sərhədində eskalasiya yolverilməzdir

13 İyul 2020, 14:35 (GMT +4)
Dövlət Xidməti: Çoxlu sayda gənc döyüşə getmək üçün müraciət edib

13 İyul 2020, 14:31 (GMT +4)
İranda koronavirusdan ölənlərin sayı 13 mini ötüb

13 İyul 2020, 14:29 (GMT +4)
Rusiyada son sutkada 6,5 mindən çox insan koronavirusa yoluxub

13 İyul 2020, 14:14 (GMT +4)
Vaqif Dərgahlı: Azərbaycan tərəfi heç bir ərazi itkisi verməyib

13 İyul 2020, 13:57 (GMT +4)
Braziliyada COVID-19-dan ölənlərin sayı 72 mini keçib

13 İyul 2020, 13:50 (GMT +4)
Prezident: Həlak olan hərbçilərimizin qisası alındı və onların qanı yerdə qalmayıb və qalmayacaq

13 İyul 2020, 13:40 (GMT +4)
Husilər Səudiyyə Ərəbistanı ərazisini ballistik raketlər və PUA-larla hədəfə aldıqlarını bildiriblər

13 İyul 2020, 13:27 (GMT +4)
Forbes "Amazon" rəhbərinin keçmiş həyat yoldaşını ABŞ-ın ən varlı qadını adlandırıb

13 İyul 2020, 13:10 (GMT +4)
Gömrük Akademiyasında yay imtahan sessiyası sona çatıb

13 İyul 2020, 12:55 (GMT +4)
Əfqanıstanın şimalında şiddətli partlayış törədilib, Onlarla ölən və yaralı var (VİDEO)

13 İyul 2020, 12:49 (GMT +4)
Putin Rusiyada koronavirusdan ölüm hallarının digər ölkələrə nisbətən daha az olduğunu açıqlayıb

13 İyul 2020, 12:40 (GMT +4)
Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib

13 İyul 2020, 12:23 (GMT +4)
Çində təxminən 38 milyon insan seldən zərər görüb

13 İyul 2020, 12:10 (GMT +4)
Yevlaxda karantin qaydalarını pozan idman zalı aşkarlanıb

13 İyul 2020, 11:50 (GMT +4)
Türkiyə XİN: Azərbaycanın yanındayıq

13 İyul 2020, 11:40 (GMT +4)
İran Azərbaycan və Ermənistan orduları arasında baş verən son qarşıdurmaya münasibət bildirib

13 İyul 2020, 11:40 (GMT +4)
Şəhid Vüqar Sadıqov Ağstafada torpağa tapşırılıb

13 İyul 2020, 11:31 (GMT +4)
Şəhid hərbi qulluqçu Elşad Məmmədov Tovuzda dəfn olunub

13 İyul 2020, 11:21 (GMT +4)
Azərbaycanda gəminin heyət üzvləri koronavirusa yoluxub

13 İyul 2020, 11:20 (GMT +4)
Suriyada Hmeymim bazasına hücumun qarşısı alınıb

13 İyul 2020, 11:20 (GMT +4)
Macarıstan Rusiya üçün sərhədləri açan ilk Aİ ölkəsidir

13 İyul 2020, 11:02 (GMT +4)
Azərbaycanda elektrik enerjisi istehsalı artıb

13 İyul 2020, 10:45 (GMT +4)
Türkiyədə Azərbaycana dəstək həşteqi yaradılıb 

13 İyul 2020, 10:34 (GMT +4)
Azərbaycan Ordusunun şəhid olan hərbçisi İsmayıllıda dəfn edilib (FOTOLAR)

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66