Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » DİN

Azərbaycan dindarları Yeni Zelandiyadakı terror aktı ilə bağlı müraciət yayıblar

16 Mart 2019, 13:20 (GMT +4)

Bakı, 16 mart, SalamNews. Azərbaycan dindarları Yeni Zelandiyanın Kraystçerç şəhərində məscidlərə silahlı hücum nəticəsində törədilmiş, çoxsaylı insan tələfatı ilə nəticələnmiş terror aktı ilə bağlı müraciət yayıb.

Qafqaz Müsəlmanları İdarəsindən SalamNews-a daxil olan müraciət mətnində deyilir:

"O Bir Olan Yaradanın adı ilə!

Yeni Zelandiyanın Kraystçerç şəhərində məscidlərə silahlı hücum nəticəsində törədilmiş, çoxsaylı insan tələfatı ilə nəticələnmiş terror aktı haqqında xəbər biz, Azərbaycan dindarlarını hədsiz sarsıtdı. Bu dəhşətli terror hadisəsi ilə əlaqədar həlak olanların ailələrinə, yaxınlarına dərin hüznlə başsağlığı verir, terror hadisəsinin qurbanlarına Allahdan rəhmət diləyir, yaralılara şəfa, bütün dünya müsəlmanlarına səbr və dəyanət arzulayırıq.

Müsəlmanlara qarşı reallaşdırılan qətllərin dini mənsubiyyətə görə həyata keçirilməsini islamofobiyanın bariz nümunəsi kimi qiymətləndirir, belə faşist mahiyyətli əməllərin qətiyyən yolverilməz olduğunu bəyan edirik. Hansı məqsəd və niyyət, hədəf və məramla həyata keçirilməsindən asılı olmayaraq insanların milli, dini, irqi mənsubiyyətə görə məhv edilməsi ksenofobiya təzahürü olmaqla insanlıq adına ləkə, mənəvi böhrandır.

Müqəddəs dəyər olan insan həyatına qəsd edən, Allaha xoş getməyən əməllər törədənlərin mənfur niyyətlərindən, bu amansız terror əməlindən son dərəcə hiddətlənir, terrorizmin bütün forma və təzahürlərini kəskin şəkildə qınayırıq. Biz dünya ictimaiyyətini belə barbarlıq hallarına, islamofobiya, dini ayrıseçkiliyin müdhiş nümunəsinə sərt və birmənalı münasibət bildirməyə çağırırıq. Müsəlmanlar üçün müqəddəs olan Cümə gününü qara cüməyə çevirmək, Yaradana ibadət edən dinc insanları qətl etməyi qəhrəmanlıq kimi zənn edən islamofob bir düşüncə sahibinin iyrənc hərəkətləri insanlıq adına həqarətdir. Terrorun dini, terrorçunun dini mənsubiyyəti olmur. Lakin xəstə, zəhərlənmiş təfəkkürlə törədilmiş bu hadisə bütün bəşəri bu reallıq barədə bir daha, daha dərindən düşünməyə və daha effektiv addımlar atmağa vadar edir.

Yeni Zelandiyada baş verən bu amansız terror aktı əslində bütün dinlərə, bütövlükdə bəşəriyyətə qarşı yönəlmiş cinayətdir. Bu gün dünyamızın müxtəlif nöqtələrində dini və milli zəmində radikalizm və ekstremizmin tüğyan etməsi, dinlər, məzhəblər arasında toqquşmalar, terrorizm, separatizm, ksenofobiya, İslamofobiya, antisemitizm, din adından sui-istifadə edərək insanların qətl edilməsi kimi çox təhlükəli təzahürlər yaşandığı bir dövrdə bu təhdidlərdən bəşər ailəsi yalnız səylərini birləşdirməklə, müxtəlif dinlər və mədəniyyətlər arasında əməkdaşlıq sayəsində xilas ola bilər. Belə faciəli hadisələr, müqəddəs məkanlarda - məsciddə, kilsədə, sinaqoqda törədilən qeyri-insani aktlar narahat dünyamızda müxtəlif din ardıcıllarının səy və qüvvələrinin birləşdirilməsinin nə qədər önəmli olduğunu bir daha sübut edir.

XXI əsrdə qloballaşma proseslərinin sürətləndiyi dövrdə terrorizm, ksenofobiya, antisemitizm, islamofobiya, ekstremizm və radikalizmin qarşısının alınmasında, dünyada sabitlik və əmniyyətin bərqərarı üçün dövlət rəhbərlərinin, ictimai və dini liderlərin birgə, davamlı əməkdaşlığı vacibdir. Yeni Zelandiyada baş verən dəhşətli terror aktına dünyanın bir çox liderlərinin, beynəlxalq təşkilatların operativ və prinsipial mövqe nümayiş etdirməsi, heç şübhəsiz ki, təqdirəlayiqdir.

Dünya ictimaiyyətinin haqlı qınağına səbəb olmuş Yeni Zelandiyadakı hadisə bir daha sübut edir ki, dünyamızın əmin-amanlığı üçün dinlərarası dialoq və mədəniyyətlərarası əməkdaşlıq prioritet olmalı, dinc birgəyaşayışın önəmli şərti olaraq multikulturalizm və dinlərarası tolerantlıq ideyaları əsas götürülməlidir. Belə faciələrin təkrarlanmaması naminə dünya ictimaiyyəti ksenofobiyanın istənilən təzahürlərinin, o cümlədən islamofobiyanın qarşısının alınması üçün əlindən gələni əsirgəməməlidir.

Bu gün dünyada milli, irqi, dini ekstremizmi önləyə biləcək ən təsirli vasitə nümunəvi qarşılıqlı anlaşma mədəniyyətinin - multikultural həyat tərzinin qloballaşan dünyada təşviq edilməsidir. Azərbaycan dövləti məhz bu humanist məramları bəyan edir, təkcə İslam dünyası daxilində deyil, bütün səmavi dinlər arasında dostluq və qardaşlığın vacibliyini təlqin edir. Azərbaycanın bütün dünyada insan həmrəyliyinə xidmət edən qlobal təşəbbüsləri daha çox dəstək və ardıcıllara malik olarsa, bəşər belə faciələr yaşanmaz.

Biz, Azərbaycanın din xadimləri, bir daha Yeni Zelandiyanın Kraystçerç şəhərində məscidlərə silahlı hücum aktını qətiyyətlə pisləyir, milyonlarla insanın iradəsini ifadə edərək, dünya ictimaiyyətinə müraciət edir, Ulu Yaradanın buyurduqlarına zidd olan, sivil cəmiyyətlərə başucalığı gətirməyən belə halların bir daha təkrarlanmaması üçün bütün zəruri tədbirləri görməyə, dünya ictimaiyyətini öz səylərini daha sıx birləşdirməyə, əlindən gələni əsirgəməməyə çağırırıq. O Bir Olan Yaradanımızdan terror qurbanlarına rəhmət diləyirik.

Uca Rəbbimiz dünyamızı hifz etsin!"

Müraciəti Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Bakı və Azərbaycan Arxiyepiskopu Aleksandr və Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melih Yevdayev imzalayıblar.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

QMİ sədri Gürcüstan səfiri ilə II İliyanın Keşikçidağla bağlı məktubunu müzakirə edib

QMİ sədri: Azərbaycanda Aşura günü ənənəsi hələ də yaşadılır

QMİ sədri Allahşükür Paşazadə Səudiyyə kralı ilə görüşüb (FOTO)

QMİ Məhərrəm ayının başlanması ilə bağlı fətva verib

QMİ rəsmisi: Qurban bayramının xüsusiyyətlərindən biri din ayrı-seçkiliyinə yol verilməməsidir

AQTA və QMİ-dən Qurban bayramı ilə bağlı mühüm tövsiyələr

QMİ qurban kəsimi ilə bağlı tövsiyələrini açıqlayıb

QMİ sədri Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

QMİ sədri İslam dünyasına töhfələrinə görə Qahirədə mükafata layiq görülüb

QMİ sədri Allahşükür Paşazadə BƏƏ-yə gedib

QMİ sədri Moskvanın və bütün Rusiyanın Patriarxı ilə görüşüb

QMİ 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar bəyanat yayıb

QMİ dini nikahla bağlı qaydaları pozan din xadimləri barədə cəza tədbirləri görəcək

QMİ-də ulu öndər Heydər Əliyevin anım günü əlaqədar tədbir keçirilib

QMİ Məhərrəm ayının başlanması ilə bağlı fətva verib

Həcc ziyarətinə­ gedən zəvvarların he­ç bir çətinlikləri yo­xdur - QMİ sədri

QMİ sədrinin 1-ci müavini Misirin səfirini qəbul edib

QMİ sədri KAİCİİD Dialoq Mərkəzinin Direktorlar Şurasının 18-ci sessiyasında iştirak edib

AQTA və QMİ arasında razılıq əldə olunub

QMİ sədri Dağıstana səfər edib

20 Fevral 2020, 18:33 (GMT +4)
İsmayıl Vəliyev Neftçala RİH başçısı vəzifəsindən azad edilib

20 Fevral 2020, 18:08 (GMT +4)
AzTU ilə Sumqayıt Texnologiyalar Data Mərkəzi əməkdaşlıq müqaviləsi imzalayıb

20 Fevral 2020, 17:47 (GMT +4)
Təhsil Nazirliyi və Baş Prokurorluq birgə məlumat yayıb

20 Fevral 2020, 17:43 (GMT +4)
“Könüllü Başlanan Uğurlu Yol” layihəsi başa çatıb

20 Fevral 2020, 17:41 (GMT +4)
Türkiyə Almaniyada baş vermiş terror aktını pisləyib

20 Fevral 2020, 17:25 (GMT +4)
TƏBİB-in İdarə Heyətinin sədri Elmi-Tədqiqat İnstitutlarının rəhbərləri ilə görüşüb

20 Fevral 2020, 17:20 (GMT +4)
Türkiyə Ordusu İdlibdə Suriya Ordusunun mövqelərinə hücuma keçib

20 Fevral 2020, 17:10 (GMT +4)
Ərdoğan: Türkiyə Almaniyadakı terror hücumunun araşdırılmasını yaxından izləyir

20 Fevral 2020, 17:08 (GMT +4)
Gömrük əməkdaşları daha bir uğurlu əməliyyat keçirib (VİDEO)

20 Fevral 2020, 16:52 (GMT +4)
Azərbaycanda bir neçə qida əlavəsinin satışı və istifadəsi qadağan edilib (SİYAHI)

20 Fevral 2020, 16:51 (GMT +4)
Türkiyə AB-nin altı ölkəsinin vətəndaşları üçün viza rejimini sadələşdirib

20 Fevral 2020, 16:45 (GMT +4)
ATU daha bir əməkdaşlığa imza atıb

20 Fevral 2020, 16:38 (GMT +4)
İsrail Ermənistanın bu ölkədə səfirlik açmaq planını alqışlayıb

20 Fevral 2020, 16:38 (GMT +4)
Avstraliyada sərnişin qatarı relsdən çıxıb

20 Fevral 2020, 16:30 (GMT +4)
Bakıda yerli şirkətlərin məhsullarından ibarət sərgi keçirilir

20 Fevral 2020, 16:24 (GMT +4)
Azərbaycan taekvondoçusu Helsinqborqda qızıl medal qazanıb

20 Fevral 2020, 16:05 (GMT +4)
Merkel Hanaudakı atışma səbəbiylə Halleyə ziyarətini ləğv edib

20 Fevral 2020, 16:02 (GMT +4)
Bakı metrosu koronavirusa görə dezinfeksiya ediləcək

20 Fevral 2020, 15:54 (GMT +4)
Azərbaycanda 4-cü dəfə Satış Forum keçirilib (FOTOLAR)

20 Fevral 2020, 15:51 (GMT +4)
Türkiyə-Azərbaycan oyunu Alanyadakı Oba stadionunda keçiriləcək

20 Fevral 2020, 15:40 (GMT +4)
Avstraliya Çindən gələnlərin ölkəyə giriş qadağasını uzadıb

20 Fevral 2020, 15:26 (GMT +4)
“Azərişıq” ASC-nin sədri Şamaxıda vətəndaşları qəbul edəcək

20 Fevral 2020, 15:20 (GMT +4)
Mayk Pompeo bölgəyə səfəri çərçivəsində Səudiyyə kralı ilə görüşüb

20 Fevral 2020, 15:18 (GMT +4)
Maduro ABŞ-ın sanksiyaları səbəbiylə milli neft sənayesində fövqəladə vəziyyət elan edib

20 Fevral 2020, 15:17 (GMT +4)
Azərbaycan və İtaliya Prezidentlərinin geniş tərkibdə görüşü olub

20 Fevral 2020, 15:11 (GMT +4)
Memarlıq və İnşaat Universitetində Karyera sərgisi təşkil olunub

20 Fevral 2020, 15:00 (GMT +4)
DTX Neftçalada keçirilən əməliyyatla bağlı açıqlama yayıb

20 Fevral 2020, 14:57 (GMT +4)
Bakıda maliyyə və texnologiyalar sərgisi keçiriləcək

20 Fevral 2020, 14:43 (GMT +4)
Azərbaycanda aqrar məsləhət xidmətlərinin gücləndirilməsinə dair layihənin təqdimatı keçirilib

20 Fevral 2020, 14:32 (GMT +4)
ABŞ-da Azərbaycan İnnovasiyalar Evinin açılış mərasimi keçirilib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66