Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » ELM VƏ TEXNOLOGİYA

Təhsil nazirinin müavini Bişkek şəhərində səfərdədir

16 Mart 2019, 12:31 (GMT +4)

Bakı, 16 mart, SalamNews.Azərbaycanın təhsil nazirinin müavini Məhəbbət Vəliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti Qırğızıstanda səfərdədir.

Təhsil Nazirliyindən SalamNews-a bildiriblər ki, səfərdə məqsəd martın 14-dən 15-dək Bişkek şəhərində keçirilən Türk Dövlətləri Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv dövlətlərin təhsil nazirlərinin V iclasında iştirak etməkdir.

İclasda Qırğız Respublikasının təhsil və elm naziri Gulmira Kudaiberdiyeva, Türkiyənin milli təhsil nazirinin müavini Mustafa Safran, Qazaxıstanın təhsil və elm nazirinin müavini Rüstəm Bigari və Türk Akademiyasının prezidenti Darkhan Kydyrali iştirak ediblər. Macarıstanın İnsan Resursları Nazirliyinin təhsil üzrə dövlət katibi Jozsef Bodisin iclasa müşahidəçi qismində qatılıb.

İclasda Türk Universitetləri Birliyinin fəaliyyəti, o cümlədən bu qurumun “Orxun” mübadilə proqramı, universitetlərin 2-ci idman yarışları, yeni universitetlərin birliyə qəbulu və Macarıstan hökuməti tərəfindən təqdim edilən təqaüd proqramları, eləcə də Türk Şurasına üzv dövlətlərin məktəblilərinin 3-cü mübadilə proqramının həyata keçirilməsi və orta məktəblər arasında “Qardaşlaşmış məktəblər” layihəsinə dair məsələlər müzakirə edilib.

Tədbirdə çıxış edən təhsil nazirinin müavini Məhəbbət Vəliyeva Türk Şurasının digər beynəlxalq təşkilatlarla müqayisədə gənc təşkilat olduğunu, lakin qısa müddətdə öz fəaliyyətini genişləndirdiyini vurğulayıb. M.Vəliyeva deyib ki, bunun əsas səbəbi üzv dövlətlərin ortaq tarix və mədəniyyətə malik olmasıdır. TDƏŞ çərçivəsində həyata keçirilən tədbirlərin ölkələrimiz arasında təhsil sahəsində əlaqələrin daha yüksək mərhələyə çatmasında əhəmiyyətini diqqətə çatdıran nazir müavini ortaq türk dəyərlərinin gənclərimiz tərəfindən dərk edilməsinə verdiyi töhfə üçün Türk Şurasına və Beynəlxalq Türk Akademiyasına minnətdarlığını ifadə edib.

Nazir müavini səfər çərçivəsində martın 15-də Bişkekdə keçirilən Türk Akademiyası Elmi Şurasının II iclasında iştirak edib. 2014-cü il noyabrın 28-də təhsil nazirlərinin Bakı görüşündə “Türk Akademiyasının Elmi Şurası”nın yaradılmasına dair qəbul edilmiş qərara əsasən, Elmi Şuranın üzvləri üzv ölkələrin təhsil nazirləridir. Elmi Şuranın iclasında ortaq türk tarixi, coğrafiyası və ədəbiyyat dərslikləri, “Türk dünyasının 100 dahi insanı” və “Türk dünyasının müqəddəs torpaqları” layihələri, eyni zamanda, 2019-cu ildə türk dünyası təhsili üçün önəmli olan hadisələrin qeyd edilməsi məsələləri müzakirə olunub.

TDƏŞ-ə üzv dövlətlərin təhsil nazirlərinin VI iclasının əlifba sırasına uyğun olaraq 2020-ci ildə Türkiyədə keçirilməsi nəzərdə tutulub.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Həsən Ruhani Bişkekdə Vladimir Putinlə görüşüb

Şanxay Əməkdaşlıq Təşkilatının Bişkek zirvə toplantısı işinə başlayıb

Bişkekdə KTMT xarici işlər nazirlərinin toplantısı keçirilir

Milli Məclisin üzvləri TÜRKPA-nın Bişkekdə keçirilən iclasında iştirak edəcək

Bişkekdə DYƏT-in Nazirlər Müşavirəsinin 46-cı sessiyası keçirilib

Bişkekdə MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının 68-ci iclası keçirilib

Bişkekdə görkəmli mütəfəkkiri Mir Cəlalın yubiley gecəsi keçirilib

Əli Həsənovun "Xocalı soyqırımı" kitabı Bişkekdə qırğız və rus dillərində çap olunub

Bişkekdə Qara Qarayevin 100 illiyi qeyd olunacaq

Azərbaycan nümayəndə heyəti Bişkekdə keçiriləcək “Müasir dünyəvi dövlətdə İslam” adlı beynəlxalq konfransa dəvət edilib

Bakı-Astana-Bişkek-Minsk arasında Ramazan ayı ilə bağlı videokörpü keçirilib

Ramazan ayının başlanması ilə bağlı Minsk-Astana-Bakı-Bişkek videokörpüsü keçiriləcək

Bişkek yaxınlığında qəzaya uğrayan təyyarənin ikinci "qara qutu"su tapılıb

Bişkek ətrafında qəzaya uğrayan təyyarənin “qara qutu”su aşkarlanıb

Qırğızıstan prezidenti Bişkekdə baş verən təyyarə qəzası ilə əlaqədar matəm elan edib 

MDB dövlət başçıları Bişkek sammitində bəyan edilən bütün sənədləri imzalayıblar

Prezident İlham Əliyev Bişkekdə MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edir (FOTOLAR)

Bişkekdə MDB dövlət başçılarının yubiley sammiti işə başlayıb

Bişkekdə keçirilən MDB dövlət başçılarının toplantısı Putinin gecikməsi ilə əlaqədar 2 saatlıq təxirə salınıb

Bişkekdə MDB-yə üzv dövlətlərin terrorizmlə mübarizə üzrə əməkdaşlıq proqramı təsdiqlənib

19 Oktyabr 2019, 10:35 (GMT +4)
Bakı-Tbilisi-Ərzurum kəməri ilə cari ildə 7,4 milyard kubmetrdən çox təbii qaz göndərilib

19 Oktyabr 2019, 10:23 (GMT +4)
Məktəb yaxınlığında enerji içkilərinin satışına qadağa qoyulur

19 Oktyabr 2019, 10:18 (GMT +4)
NATO ABŞ və Türkiyə arasındakı razılaşmanı alqışlayır

19 Oktyabr 2019, 10:05 (GMT +4)
Metrodan istifadə edənlərin sayı artıb

19 Oktyabr 2019, 09:42 (GMT +4)
Bu gün İslam dünyasında hüznlü Ərbəin günüdür

18 Oktyabr 2019, 18:04 (GMT +4)
Azərbaycanda dövlət sifarişi ilə təhsil alanlara ayrılan vəsait artırılıb

18 Oktyabr 2019, 18:02 (GMT +4)
Ərdoğan Trampın ədəbsiz məktubunu unutmadığını açıqlayıb

18 Oktyabr 2019, 17:58 (GMT +4)
Dövlət Neft Fondu Milandakı daşınmaz əmlakını satıb

18 Oktyabr 2019, 17:52 (GMT +4)
Azərbaycanda ictimai iaşə dövriyyəsi 5%-dən çox artıb

18 Oktyabr 2019, 17:48 (GMT +4)
Əfqanıstanda məsciddə törədilən partlayışlar nəticəsində ölənlərin sayı 62 nəfərə çatıb

18 Oktyabr 2019, 17:44 (GMT +4)
Bəşər Əsəd Türkiyə və ABŞ qüvvələrinin Suriyadan dərhal çıxmasını tələb edib

18 Oktyabr 2019, 17:33 (GMT +4)
Nazir Azad Rəhimov vətəndaşlarla görüşüb

18 Oktyabr 2019, 17:15 (GMT +4)
Şamaxıda “ASAN xidmət” mərkəzinin tikintisinə 20 milyon 355 min manat ayrılıb

18 Oktyabr 2019, 17:07 (GMT +4)
Masallıda 30-dan çox uşaq günərzi xidmətlərlə təmin edilir

18 Oktyabr 2019, 16:55 (GMT +4)
Ərdoğan Putinlə görüşü “Suriya üzrə razılaşmaların həyata keçirilməsi mərhələsi" adlandırıb

18 Oktyabr 2019, 16:44 (GMT +4)
Əfqanıstanda cümə namazı zamanı məsciddə partlayış törədilib - Azı 25 şəhid var

18 Oktyabr 2019, 16:31 (GMT +4)
Modul tipli məktəblərin sayı artırılır

18 Oktyabr 2019, 16:28 (GMT +4)
Mingəçevir Dövlət Universitetində struktur islahatlarına başlanılıb

18 Oktyabr 2019, 16:25 (GMT +4)
Körpüüstü reklam üçün haqq müəyyənləşib

18 Oktyabr 2019, 16:08 (GMT +4)
Kataloniyanın keçmiş rəhbəri Karles Puçdemon könüllü olaraq Belçika hökumətinə təslim olub 

18 Oktyabr 2019, 16:06 (GMT +4)
Bakıda vətəndaşların mobil telefonunu ələ keçirən şəxs saxlanlılıb

18 Oktyabr 2019, 15:58 (GMT +4)
İraq Ərbəin ziyarətinə görə ölkəyə daxil olan xarici zəvvarların sayını açıqlayıb (FOTO)

18 Oktyabr 2019, 15:52 (GMT +4)
Azərbaycanda əmtəəlik təbii qaz hasilatı 29% artıb

18 Oktyabr 2019, 15:32 (GMT +4)
Nobel Oil Services Türkiyədə qaz anbarının genişləndirilməsi layihəsinə başlayır

18 Oktyabr 2019, 15:32 (GMT +4)
Terrorçuların geri çəkilməsi üçün 120 saat vaxt var - Ərdoğan

18 Oktyabr 2019, 15:24 (GMT +4)
Yusif Babanlı:Dövlət başçısının müşavirədəki gənc kadrlarla bağlı tapşırığı hamıya nümunə olmalıdır

18 Oktyabr 2019, 15:13 (GMT +4)
Salonikidə ABŞ konsulluğunun yaxınlığında kürdlərin lehinə etiraz aksiyaları keçirilib

18 Oktyabr 2019, 15:10 (GMT +4)
Metropolitendə cibgirlik edən şəxs saxlanılıb

18 Oktyabr 2019, 15:02 (GMT +4)
Azərbaycanda “Yol Polisinə dəstək” qrupları yaradılıb (FOTO)

18 Oktyabr 2019, 14:59 (GMT +4)
Livanda WhatsApp-a görə başlayan etiraz aksiyaları hökumətin istefasını tələb edir

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66