Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

ƏƏSMN ilə “Bakı Metropoliteni” QSC arasında Anlaşma Memorandumu imzalanıb

14 Mart 2019, 17:21 (GMT +4)

Bakı, 14 mart, SalamNews, S.Vaqifoğlu. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

SalamNews xəbər verir ki, sənədin imzalanması tədbirində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əlilliyi olan şəxslərin xüsusi qayğısı nəticəsində həmin şəxslərin tibbi-sosial reabilitasiya və cəmiyyətə inteqrasiya imkanlarının ildən-ilə genişləndiyini vurğulayıb. Nazir müavini bu istiqamətdə BMT-nin “Əlilliyi olan şəxslərin hüquqlarına dair Konvensiya”sından irəli gələn öhdəliklər də nəzərə alınmaqla məqsədyönlü işlərin aparıldığını qeyd edib. O, eyni zamanda, sosial infrastrukturun əlilliyi olan şəxslər üçün müyəssərliyinin təmin edilməsinin diqqətdə saxlandığını, hazırda imzalanan Memorandumda da bununla bağlı əməkdaşlıq istiqamətlərinin əksini tapdığını deyib.

A.Əliyev sosial mövzularda geniş ictimai məlumatlandırma, təşviqat işlərinin aparılmasında da birgə layihələrin nəzərdə tutulduğunu diqqətə çatdırıb.

«Bakı Metropoliteni» QSC-nin sədr müavini Hidayət Məmmədov Bakı şəhərinin nəqliyyat sisteminin mühüm bir hissəsini təşkil edən metronun inkişafı, metro infrastrukturunun genişləndirilməsi, sərnişinlərə xidmət səviyyəsinin yüksəldilməsi üçün ardıcıl işlər aparıldığını qeyd edib. H.Məmmədov bu işlərdə metro infrastrukturun əlilliyi olan şəxslər üçün müyəssərliyinin təmin edilməsi məsələsinin ön planda saxlandığını bildirib. O, imzalanan Memorandumun bu sahədə və sosial mövzularda əhalinin məlumatlandırılması prosesində “Bakı Metropoliteni” QSC və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında əməkdaşlığa əsas yaratdığını qeyd edib.

Sonra A.Əliyev və H.Məmmədov Memorandumu imzalayıblar.

Memorandumda Metropolitenin əlilliyi olan şəxslərlə bağlı həyata keçirəcəyi “Müyəssər Metro” adlı sosial xarakterli layihənin icrası, əlilliyi olan şəxslərin metrodan rahat və maneəsiz istifadəsi ilə bağlı digər layihələrin hazırlanması və həyata keçirilməsi, Nazirliyin hazırladığı sosial xarakterli reklam və təşviqat materiallarının Metropoliten ərazisində əvəzsiz olaraq yayımlanması kimi əməkdaşlıq istiqamətləri əksini tapıb.

Gələcəkdə həyata keçirilə biləcək layihələrin müəyyən edilməsi üçün müştərək işçi qrupunun yaradılması da sənəddə nəzərdə tutulub.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

02 Aprel 2020, 21:30 (GMT +4)
Ülvi Mehdiyev: Vətəndaşlar SMS sisteminə bilərəkdən yanlış məlumatlar verməməlidir

02 Aprel 2020, 21:01 (GMT +4)
Qərargah: Yalan məlumat verib küçəyə çıxanlar cəzalandırılacaq

02 Aprel 2020, 20:17 (GMT +4)
Aprelin 5-dən Azərbaycanda hərəkətə məhdudiyyət qoyulur

02 Aprel 2020, 19:00 (GMT +4)
Nazirlik: Evlərində sosial xidmətlərlə təmin olunanların sayı 12 minə çatıb

02 Aprel 2020, 18:30 (GMT +4)
Bakıda ticarət mərkəzləri və bazarlar dezinfeksiya edilir (FOTOLAR)

02 Aprel 2020, 18:15 (GMT +4)
Sabiq icra başçısı yeni vəzifəyə təyin edilib

02 Aprel 2020, 18:00 (GMT +4)
Bəhram Bağırzadənin təqdimatında müsabiqə keçiriləcək

02 Aprel 2020, 17:51 (GMT +4)
Vüsal Kərimli: Dövlətin məqsədi vətəndaşı maksimum təhlükədən qorumaqdır

02 Aprel 2020, 17:50 (GMT +4)
Sobyanin karantinin pozulmasına görə cərimələrin məbləğini təsdiqləyib

02 Aprel 2020, 17:44 (GMT +4)
“Regional İnkişaf” İctimai Birliyi və BDU birgə sosial aksiya keçirib

02 Aprel 2020, 17:38 (GMT +4)
Liviyada bir hərbi təyyarə vurulub, pilotlar ölüb

02 Aprel 2020, 17:36 (GMT +4)
Təhsil Nazirliyinin saytı ən çox ziyarət olunan sayt olub

02 Aprel 2020, 17:21 (GMT +4)
Taylandda at vəbası yayılıb

02 Aprel 2020, 17:19 (GMT +4)
“AtaBank” koronavirusla mübarizəyə dəstək olub

02 Aprel 2020, 17:19 (GMT +4)
DİM: Təxirə salınan imtahanların qrafiki Operativ Qərargahın qərarlarına uyğun olaraq müəyyən ediləcək

02 Aprel 2020, 17:00 (GMT +4)
Neftçalanın icra başçısı şəhidlərin məzarını ziyarət edib

02 Aprel 2020, 16:55 (GMT +4)
2020-ci ilin I rübündə Texniki Şuralara 519 müraciət daxil olub

02 Aprel 2020, 16:55 (GMT +4)
Səudiyyə Ərəbistanı Məkkə və Mədinədə komendant saatı tətbiq edib

02 Aprel 2020, 16:54 (GMT +4)
Baş nazir: İtaliya hələ karantinin zəiflədilməsi barədə danışa bilməz

02 Aprel 2020, 16:48 (GMT +4)
DİN: “WhatsApp”da əhalini təşvişə salan məlumatlar yayan şəxs həbs edilib

02 Aprel 2020, 16:24 (GMT +4)
İsrailin Baş naziri karantinə yerləşdirilib

02 Aprel 2020, 16:20 (GMT +4)
TƏBİB: Maska məsələsi ən çox bizi narahat edir

02 Aprel 2020, 16:00 (GMT +4)
Oğuzda qanunsuz ağac kəsən şəxsin işi prokurorluğa göndərilib

02 Aprel 2020, 15:44 (GMT +4)
Putin Rusiya xalqına müraciət edəcək

02 Aprel 2020, 15:32 (GMT +4)
Qasim Süleymaninin xələfi Bağdada ilk səfərini edib - KİV

02 Aprel 2020, 15:26 (GMT +4)
Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri artıb

02 Aprel 2020, 15:00 (GMT +4)
AMADA-nın rəhbəri daha bir vəzifəyə seçilib

02 Aprel 2020, 14:58 (GMT +4)
Azərbaycan vətəndaşlarının bir qismi Yekaterinburqdan xüsusi reyslə gətiriləcək

02 Aprel 2020, 14:45 (GMT +4)
BDYPİ: Karantin qaydalarını pozan 1243 nəfər cərimələnib

02 Aprel 2020, 14:30 (GMT +4)
Türkiyə turizm mövsümünün başlanğıc tarixini təxirə sala bilər

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66