Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Milli Məclisin insan hüquqları komitəsinin iclası keçirilib

13 Mart 2019, 17:40 (GMT +4)

Bakı, 13 mart, SalamNews.Martın 13-də Milli Məclisin insan hüquqları komitəsinin iclası keçirilib.

SalamNews  xəbər verir ki, Milli Məclis sədrinin müavini, insan hüquqları komitəsinin sədri Bahar Muradova Azərbaycanın son illər dinamik inkişaf yolunda olduğunu deyib.

Həyata keçirilən islahatların insanların sosial vəziyyətinin daha da yaxşılaşdırılmasına yönəldildiyini bildirən Bahar Muradova qeyd edib ki, Azərbaycanın hərtərəfli inkişafı nəzərdə tutulan əsas məqsəddir. Bu məqsəd də vətəndaşların daha yaxşı yaşamasına, onların təhlükəsizliyinin təmin olunmasına istiqamətlənib.

Sonra gündəlikdəki məsələlərə baxılıb.

Bahar Muradova “Ekoloji təhlükəsizlik haqqında”, “Su təchizatı və tullantı suları haqqında”, “Avtomobil yolları haqqında”, “Ətraf mühitə dair informasiya almaq haqqında”, “Aviasiya haqqında” və “İnformasiya əldə etmək haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini birinci oxunuşda təqdim edib. Bildirib ki, dəyişikliklər “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Qanunun icrası məqsədilə edilir.

Azərbaycanda çox böyük iqtisadi layihələrin reallaşdırıldığını deyən B.Muradova qeyd edib ki, görülən işlər nəticəsində böyük yol qovşaqları, körpülər tikilir, müxtəlif infrastruktur, enerji layihələri icra edilir. “Bu fəaliyyət nəticəsində ətraf mühitə müsbət və mənfi təsirlər olur ki, bu da nəzərə alınmalı, onların qarşısının alınması və müsbət təsirlərinin genişləndirilməsi nəzərdə tutulmalıdır. Bu məqsədlə bir sıra qanunlara dəyişikliklər etmək nəzərdə tutulub”,- deyə komitə sədri vurğulayıb.

Parlament Aparatının iqtisadi qanunvericilik şöbəsinin müdiri Məhəmməd Bazıqov “Ekoloji təhlükəsizlik haqqında” Qanuna təklif olunan dəyişikliyin mahiyyəti barədə məlumat verərək qeyd edib ki, müəyyən fəaliyyətlər həyata keçirilərkən mütləq şəkildə “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Qanunda müəyyən olunmuş məhdudiyyətlər nəzərə alınmalıdır.

Bildirilib ki, “Su təchizatı və tullantı suları haqqında” Qanunda təklif olunan dəyişikliklər böyük şəhərlərin su təchizatı və kanalizasiya sistemlərinin layihələndirilməsi zamanı mütləq ekoloji qiymətləndirmənin aparılmasını nəzərdə tutur.

Sonra “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Azərbaycan Respublikasında dövlət dili haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda təqdim edilib.

Parlament Aparatının sosial qanunvericilik şöbəsinin əmək qanunvericiliyi sektorunun müdiri Adil Vəliyev bu qanunlara təklif olunan dəyişikliklər barədə məlumat verib.

Sonra “Kommersiya sirri haqqında”, “Banklar haqqında”, “Mühasibat uçotu haqqında”, “İctimai televiziya və radio yayımı haqqında”, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”, “Qiymətli metallar və qiymətli daşlar haqqında”, “İnformasiya əldə etmək haqqında”, “Daxili audit haqqında” və “Auditorun peşə məsuliyyətinin icbari sığortası haqqında” qanunlarda dəyişiklik edilməsi haqqında qanun layihəsi müzakirəyə çıxarılıb.

Milli Məclis Aparatının iqtisadi qanunvericilik şöbəsinin müdiri Məhəmməd Bazıqov təklif olunan dəyişikliklər barədə məlumat verib.

Müzakirə edilən bütün qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə edilib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Milli Məclisə seçkilərdə YAP-ın səlahiyyətli nümayəndələrinin adları açıqlanıb

Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar seçkiqabağı təşviqatın aparılacağı müddət müəyyənləşib

Milli Məclisin deputatı Yevda Abramov vəfat edib

Milli Məclisin qərarının mətni açıqlanıb

Milli Məclis Vergi Məcəlləsinə dəyişiklikləri qəbul edib

Bu gün Milli Məclis Azərbaycanın yeni ombudsmanını seçəcək

YAP-ın iclasında Milli Məclisin buraxılması barədə qərar qəbul edilib

Milli Məclisdə büdcə müzakirələri başlayıb

Milli Məclisin sədri Yaponiyaya səfərə gedib

Milli Məclis Əli Əsədovun Baş nazir vəzifəsinə təyin olunmasına razılıq verib

Milli Məclisin plenar iclası başlayıb

Milli Məclisin payız sessiyası başlayıb

Milli Məclisin sədri sabah Almaniyaya gedir

Milli Məclisin deputatı Latviyaya gedəcək

Milli Məclisin deputatları Türkiyəyə səfər edəcəklər

Milli Məclisin deputatları “DOST” mərkəzi ilə tanış olublar

Milli Məclisin deputatları beynəlxalq tədbirlərdə iştirak edəcəklər

Milli Məclisin deputatı iftar süfrələri təşkil edib (FOTO)

Milli Məclisin növbəti plenar iclası keçirilir

Milli Məclisin deputatı Avropa Şurasını Ermənistana təzyiq göstərməməkdə ittiham edib

12 Dekabr 2019, 10:56 (GMT +4)
Ukrayna tərəfinin danışıqlara yanaşması dəyişib - Zaxarova

12 Dekabr 2019, 10:55 (GMT +4)
Son həftədə ikinci dəfə olaraq Bağdad hava limanı ətrafına raket atılıb

12 Dekabr 2019, 10:52 (GMT +4)
Dövlət Agentliyi xüsusi mükafata layiq görülüb

12 Dekabr 2019, 10:42 (GMT +4)
Mehriban Əliyeva: “Ümummilli lider Heydər Əliyevin unudulmaz xatirəsini ehtiramla yad edirəm”

12 Dekabr 2019, 10:32 (GMT +4)
Əlcəzairdə bu gün prezident seçkiləri keçirilir

12 Dekabr 2019, 10:18 (GMT +4)
Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

12 Dekabr 2019, 10:17 (GMT +4)
Ankara ABŞ-da Türkiyə əleyhinə sanksiyaların hazırlanmasını pisləyib

12 Dekabr 2019, 10:02 (GMT +4)
ABŞ İranın bir neçə nəqliyyat şirkətinə sanksiya tətbiq edib

12 Dekabr 2019, 10:00 (GMT +4)
Milli Məclisə seçkilərdə YAP-ın səlahiyyətli nümayəndələrinin adları açıqlanıb

12 Dekabr 2019, 09:43 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 22 dəfə pozub

12 Dekabr 2019, 09:40 (GMT +4)
Nigerdə terror hücumu nəticəsində 70 hərbçi ölüb

12 Dekabr 2019, 09:29 (GMT +4)
İsrail parlamenti özünü buraxıb, ölkədə 1 ilə üçüncü dəfə olaraq seçki keçiriləcək

12 Dekabr 2019, 09:24 (GMT +4)
Azərbaycana 5 kq narkotik keçirilməsinin qarşısı alınıb

12 Dekabr 2019, 09:12 (GMT +4)
Ərdoğan və Putin Suriyanı müzakirə edib

12 Dekabr 2019, 07:00 (GMT +4)
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının ildönümüdür

11 Dekabr 2019, 17:51 (GMT +4)
Azercell rəqəmsal Yeni İl kampaniyasına start verib

11 Dekabr 2019, 17:43 (GMT +4)
AB Rusiyaya qarşı sanksiyaların müddətinin uzadılması ilə bağlı qərar verəcək

11 Dekabr 2019, 17:30 (GMT +4)
Bu il Azərbaycana gələn xarici vətəndaşların sayı 11,1 faiz artıb

11 Dekabr 2019, 17:20 (GMT +4)
Suriya ilə bağlı Astana-14 toplantısı yekun bəyanat verib

11 Dekabr 2019, 17:15 (GMT +4)
Nobel mükafatı mənasını itirdi - Ərdoğan

11 Dekabr 2019, 16:54 (GMT +4)
Ankara ABŞ-ı Rusiyadan qırıcı təyyarə almaqla təhdid edib

11 Dekabr 2019, 16:45 (GMT +4)
Prezident İlham Əliyev “Azərsu” ASC-ə 5 milyon manat ayırıb

11 Dekabr 2019, 16:37 (GMT +4)
Əli Əhmədov: YAP vaxtı çatanda öz siyahısını elan edəcək

11 Dekabr 2019, 16:28 (GMT +4)
Çin XİN ABŞ-ı qlobal təhlükəsizliyə ən böyük təhdid adlandırıb

11 Dekabr 2019, 16:10 (GMT +4)
İsrail parlamenti özünü buraxmağa hazırlaşır

11 Dekabr 2019, 16:02 (GMT +4)
SOCAR və STP arasında anlaşma memorandumu imzalanıb

11 Dekabr 2019, 15:50 (GMT +4)
Putin və Ərdoğan İstanbul görüşündə Suriya ilə bağlı sammiti müzakirə edə bilər

11 Dekabr 2019, 15:46 (GMT +4)
Azərbaycanlı tələbə erməni rəqibini 10:0 məğlub edib

11 Dekabr 2019, 15:35 (GMT +4)
Təhsil Nazirliyi 1280-dən çox video dərslər hazırlayıb

11 Dekabr 2019, 15:34 (GMT +4)
Suriya Ordusu beynəlxalq Hələb-Həsəka yolunu tam nəzarətə götürüb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66