Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MEDİA

Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

07 Mart 2019, 12:52 (GMT +4)

Bakı, 7 mart, SalamNews. Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib. Toplantını açan komissiya sədri, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli gündəlikdə duran məsələlər barədə məlumat verib. 

SalamNews xəbər verir ki,Azərbaycan Respublikası Milli Məclisinin deputatı Elmira Axundovanın “criminal.az” saytına qarşı şikayətini araşdıran komissiya üzvləri bildiriblər ki, Mətbuat Şurası KİV-də yayımlanmış materiallar üzrə şikayətləri, eyni məsələnin məhkəmə müstəvisinə çıxmasına qədər olan mərhələdə qəbul edir. Hazırda şikayət doğuran məsələ məhkəmə araşdırması mərhələsində olduğu üçün baxılmamış saxlanılır. 

İsmayıllı rayon sakini Ürbabə Mahmudovanın  “a news.az” xəbər portalına  qarşı şikayətini araşdıran komissiya üzvləri müəyyən ediblər ki, sayt əməkdaşları şikayət doğuran materialı hazırlayarkən, geniş araşdırma aparıb, tənqidi ruhlu məqaləni sənədlərlə isbatlamağa çalışıblar. Bununla yanaşı, materialda adları epizodik olaraq keçən şəxslər də var ki, onlar əsas hədəf, tənqid obyekti deyillər. Məqalədən şikayət verən Ürbabə Mahmudova da orada adı epizodik keçən şəxslərdən biridir. Komissiya üzvləri yaranmış anlaşmazlığın aradan qaldırılması üçün tövsiyə ediblər ki, xəbər portalı Mahmudovaya izahedici fikirlərini yayımlamaq üçün şərait yaratsın.  

Bakı şəhəri Suraxanı rayonu 275 saylı orta məktəbin bir qrup əməkdaşının “deryaz.az” saytına  qarşı şikayətini araşdırarkən müəyyən edilib ki, xəbər saytı şikayət doğuran materialı konkret müraciətlər əsasında hazırlayıb. Eyni zamanda, Peşə Davranış Qaydalarının balans prinsipini qorumağa çalışıb, qarşı tərəfin də mövqeyini öyrənib. Şikayətçilərə və sayt təmsilçilərinə dərc olunmuş materialdan kənar mübahisələrini hüquq-mühafizə orqanlarına müraciət ünvanlayaraq aydınlaşdırsınlar. 

Masallı Rayon Təhsil Şöbəsinin müdiri Tariyel Əkbərovun “tehsil-press.az” saytına qarşı şikayəti saytın təkzib verməsi səbəbindən gündəlikdən çıxarılıb. 

İclasda “Best-beef” kolbasa sexinin sahibkarı Malik Tahirovun “heqiqet.az” saytına qarşı şikayəti də müzakirə edilib. Müəyyən olunub ki, şikayət doğuran materialda AJPDQ-nin prinsipləri pozulub. Sayt əməkdaşları yol verdikləri qüsurlara haqq qazandıracaq ifadələr təqdim etməyiblər. Məsələ geniş araşdırılmaq üçün MŞ-nin “Reket jurnaistika”ya qarşı mübarizə Komissiyasına yönləndirilib. 

AMEA-nın elmi işçilərinin “qaynarinfo.az” saytına qarşı şikayətini araşdıran komissiya üzvləri müəyyən ediblər ki, xəbər saytı şikayət doğuran materialı konkret müraciətlər əsasında hazırlayıb. Həmçinin Peşə Davranış Qaydalarının balans prinsipini qorumağa çalışıb, qarşı tərəfin mövqeyini öyrənib. Həmçinin şikayətçilərin narahatlığını nəzərə alaraq, təkzib xarakterli materiallar da yayıblayıb. Şikayətçilər isə bildiriblər ki, təkzib materialı yayılarkən, bəzi bəndlər ixtisar edilib, məzmuna xələl gəlib. Komissiya sayta tövsiyə edib ki, təqdim edilmiş təkzib materialını qarşı tərəflə razılaşdırılmış formada yenidən yayımlasın.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Mətbuat Şurası jurnalistlərə müraciət edib

Mətbuat Şurasının İdarə Heyətinin üzvü ATƏT-in tədbirində iştirak edib

Mətbuat Şurasının sədri AVH təmsilçilərini qəbul edib

Mətbuat Şurası jurnalistlərə müraciət edib

Mətbuat Şurası həftəsonu məhdudiyyətlərlə bağlı jurnalistlərə müraciət edib

Bu gün Mətbuat Şurasının Sədri Əflatun Amaşovun doğum günüdür

Mətbuat Şurası jurnalistlərin siyahısını Operativ Qərargaha təqdim edib

Mətbuat Şurası onlayn konfrans keçirib (FOTOLAR)

Mətbuat Şurası və DİN jurnalistlərlə bağlı monitorinq qrupu yaradıb

Mətbuat Şurası KİV-ə tövsiyələr verib

Mətbuat Şurası KİV-ləri rəsmi mənbəyi olmayan bilgilərin təqdimatından uzaq durmağa çağırır

Türkiyənin Azərbaycandakı Səfiri Mətbuat Şurasında olub

Qətərin Azərbaycana yeni təyin olunmuş səfiri Mətbuat Şurasında olub

Mətbuat Şurası Rusiya Jurnalistlər İttifaqına müraciət ünvanlayıb

Mətbuat Şurasının sədri Fuad Abbasovla görüşüb

Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

Beynəlxalq Qəzetçilər Cəmiyyətinin baş direktoru Mətbuat Şurasında olub

Beynəlxalq Qəzetçilər Cəmiyyətinin baş direktoru Mətbuat Şurasında olub

Mətbuat Şurası Avropa Liqasının final oyunu ilə bağlı bəyanata cavab hazırlayır

Mətbuat Şurası təhqir olunan jurnalistin müdafiəsi ilə bağlı çağırış edib 

03 Avqust 2020, 18:10 (GMT +4)
Yaqut Qarayeva: Yeni laboratoriyaalrın açılması və aparılan testlərin artırılıması gözlənilir

03 Avqust 2020, 17:55 (GMT +4)
Operativ Qərargah çimərliklərdən istifadə qaydasını açıqlayıb

03 Avqust 2020, 17:46 (GMT +4)
İmişlidəki göllərdən Baş Muğan kanalına su vurulmasına başlanılıb

03 Avqust 2020, 17:44 (GMT +4)
Livanın yeni xarici işlər nazirinin kimliyi müəyyənləşib

03 Avqust 2020, 17:41 (GMT +4)
İndoneziyada 22,5 mindən çox insan daşqınların yaratdığı fəsadlardan əziyyət çəkir

03 Avqust 2020, 17:40 (GMT +4)
Hikmət Hacıyev: Avqustun 5-dən etibarən müvafiq qrafik əsasında imtahanlar təşkil olunacaq

03 Avqust 2020, 17:23 (GMT +4)
KİV: Dünyanın ən zəngin ölkələri kütləvi şəkildə COVID-19 peyvəndi alır

03 Avqust 2020, 17:15 (GMT +4)
Azərbaycanda daha 241 nəfər koronavirusa yoluxub, 647 nəfər sağalıb

03 Avqust 2020, 16:58 (GMT +4)
Kolumbiyada koronavirusa yoluxmada rekord artım qeydə alınıb

03 Avqust 2020, 16:50 (GMT +4)
Azərbaycanda avqustun 31-dək qüvvədə olan məhdudiyyətlər açıqlanıb

03 Avqust 2020, 16:43 (GMT +4)
Operativ Qərargah rayonlara gediş-gəliş qadağası ilə bağlı qərar verib

03 Avqust 2020, 16:28 (GMT +4)
Xüsusi karantin rejimi 13 şəhər və rayonda tətbiq olunacaq

03 Avqust 2020, 16:26 (GMT +4)
Əfqanıstanda həbsxanaya hücumda ölənlərin sayı 30-u keçib, doqquz İŞİD-çi məhv edilib

03 Avqust 2020, 16:24 (GMT +4)
DİN sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib

03 Avqust 2020, 16:18 (GMT +4)
KİV: Somalinin paytaxtında partlayış baş verib

03 Avqust 2020, 15:58 (GMT +4)
Kiyevdə naməlum şəxs iş mərkəzini partlatmaqla hədələyir

03 Avqust 2020, 15:53 (GMT +4)
General Polad Həşimov haqqında kitab nəşr olunub

03 Avqust 2020, 15:32 (GMT +4)
El Pais: Bolton Trampı "mənəviyyatsız" prezident hesab edir

03 Avqust 2020, 15:26 (GMT +4)
MN: Ermənilər Azərbaycanın Müdafiə Nazirliyi adına saxta "twitter" hesabı açıb

03 Avqust 2020, 15:15 (GMT +4)
İranda koronavirusdan ölənlərin sayı 17 mini ötüb

03 Avqust 2020, 15:10 (GMT +4)
Milli Məclisin növbəti iclasının gündəliyi məlum olub

03 Avqust 2020, 14:58 (GMT +4)
Braziliyada koronavirusa yoluxanların sayı 2,7 milyonu keçib

03 Avqust 2020, 14:45 (GMT +4)
İraqda növbədənkənar parlament seçkilərinin zamanı açıqlanıb

03 Avqust 2020, 14:40 (GMT +4)
BDYPİ: 688 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib

03 Avqust 2020, 14:18 (GMT +4)
Çin ABŞ-ı milli təhlükəsizlik bəhanəsilə xarici şirkətlərə təzyiq göstərməməyə çağırıb

03 Avqust 2020, 13:57 (GMT +4)
Lukaşenko xalqa və Parlamentə müraciət ünvanlayacaq

03 Avqust 2020, 13:51 (GMT +4)
Polis ictimai nəqliyyatda nəzarət tədbirlərini davam etdirir

03 Avqust 2020, 13:46 (GMT +4)
Suriya Hərbi Hava Qüvvələri İdlibdə «Ən-Nusra»nın böyük silah anbarını hədəfə alıb

03 Avqust 2020, 13:25 (GMT +4)
ABŞ Rusiya əleyhinə sanksiyaların ləğvi üçün şərtlərini açıqlayıb

03 Avqust 2020, 13:20 (GMT +4)
DİM abituriyentlərə müraciət edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66