Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

DMX-nin yeni qəbulu şöbəsinin açılışı olub (FOTO)

06 Mart 2019, 15:27 (GMT +4)

Bakı, 6 mart, SalamNews.Martın 6-da Dövlət Miqrasiya Xidmətinin (DMX) Bakı şəhər regional miqrasiya idarəsinin vətəndaşların qəbulu şöbəsinin əsaslı yenidənqurmadan sonra açılışı olub.

DMX-dən SalamNews-a bildiriblər ki, Xidmət rəisi Vüsal Hüseynov regional idarədə yeni qəbul mərkəzinin əsaslı yenidənqurmadan sonra istifadəyə verilməsi münasibətilə qurumun əməkdaşlarını təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Xidmət rəisi bildirib ki, dövlətimizin başçısının tapşırıq və tövsiyələri rəhbər tutularaq vətəndaşlara göstərilən xidmətin şəffaf həyata keçirilməsi, vətəndaş məmnunluğunun təminatı prioritet istiqamət kimi daim diqqət mərkəzindədir. Miqrasiya sahəsində aparılan bir sıra islahatların nəticəsi olaraq yeni istifadəyə verilən qəbul şöbəsi Xidmətin keyfiyyətinin yüksəldilməsinə, vətəndaş məmnunluğunun və rahatlığının təmin olunmasına xidmət edir.

Vüsal Hüseynov söyləyib ki, qəbul mərkəzinin fəaliyyətində əsas məqsəd “ASAN indeks”in tələblərinə uyğun olaraq fəaliyyət göstərmək, şəffaflığın təminatı, innovativ texnologiyaların tətbiq edilməsi ilə xidmət keyfiyyətinin ən müasir şəkildə icrası, operativlik və şəffaflıq prinsiplərinin əsas meyar kimi qorunub saxlanılmasıdır.

Sonra tədbir iştirakçıları Bakı şəhər regional miqrasiya idarəsinin qəbul mərkəzində yaradılan şəraitlə yaxından tanış olublar.

DMX-nin fəaliyyət istiqamətlərinə uyğun olaraq, vətəndaşlara xidmət göstərən qəbul mərkəzində müasir informasiya texnologiyalarından geniş istifadə edilib. Müraciətlərin rahat və növbəli qəbulu üçün mərkəzdə məlumat stendi, elektron növbə sistemi, informativ monitorlar quraşdırlıb. Bundan başqa, vətəndaşların onlayn məlumat əldə edə bilmələri üçün elektron tablolar və özünəxidmət köşkü yerləşdirilib. Burada ana və uşaq otağı, o cümlədən əlil arabalarından istifadə və fiziki qüsurlu insanların rahat hərəkət etmələri üçün bütün tələblər nəzərə alınıb.

Bakı şəhər regional miqrasiya idarəsi Atatürk prospekti 189 ünvanında yerləşir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

DİN-in Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsində yeni şəxsiyyət vəsiqələrinin verilməsinə başlanılıb

DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi Qurban bayramı günlərində işləyəcək

Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi bayram günlərində də işləyəcək

Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin tabeliyində olan orqanlarda xidmətə qəbulla əlaqədar müsabiqə elan edilib

Belçikanın İmmiqrasiya İdarəsinin rəhbəri “ASAN xidmət”də olub

"Azəravtoyol" ASC-də Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən səyyar xidmət təşkil edilib 

Bayram günləri Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi adi rejimdə çalışacaq

Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi bayram günlərində də vətəndaşları qəbul edəcək

18 Sentyabr 2020, 18:00 (GMT +4)
Azərbaycanın valyuta ehtiyatlarının məbləği açıqlanıb

18 Sentyabr 2020, 17:58 (GMT +4)
Elman Paşayevin vəkillik statusu ləğv edilib 

18 Sentyabr 2020, 17:51 (GMT +4)
Azərbaycanda ilk dəfə “Peşəkar Boks Gecəsi" keçirilib

18 Sentyabr 2020, 17:46 (GMT +4)
Ankara Yunanıstanla istənilən səviyyədə danışıqlara hazırdır - Ərdoğan

18 Sentyabr 2020, 17:45 (GMT +4)
YAP İcra Katibliyində videokonfrans keçirilib

18 Sentyabr 2020, 17:41 (GMT +4)
Penitensiar Xidmət Tofiq Yaqublu ilə bağlı rəsmi açıqlama yayıb

18 Sentyabr 2020, 17:23 (GMT +4)
“Mənim Bakcellim” telekommunikasiya sahəsinin ən çox seçilən tətbiqidir

18 Sentyabr 2020, 17:14 (GMT +4)
Əvvəl-axır Haftar məğlub olacaq - Ərdoğan

18 Sentyabr 2020, 17:13 (GMT +4)
İsveçrədə Yəmən münaqişəsi tərəfləri arasında danışıqlar başlayıb

18 Sentyabr 2020, 17:07 (GMT +4)
ASA peşə fəaliyyəti ilə məşğul olanlara müraciət edib

18 Sentyabr 2020, 17:00 (GMT +4)
Nazirlikdə fındıq istehsalçıları ilə görüş keçirilib

18 Sentyabr 2020, 16:42 (GMT +4)
AMB bu il üçün inflyasiya proqnozunu yeniləyib

18 Sentyabr 2020, 16:30 (GMT +4)
Türkiyədə rusiyalıların olduğu avtobus aşıb

18 Sentyabr 2020, 16:25 (GMT +4)
Tofiq Yaqublu ev dustaqlığına buraxılıb

18 Sentyabr 2020, 16:23 (GMT +4)
Dövlət satınalmaları üzrə gözlənilən yeniliklər açıqlanıb

18 Sentyabr 2020, 16:20 (GMT +4)
Baş İdarə Musiqi Günü münasibətilə yeni videoçarxı təqdim edib (VİDEO)

18 Sentyabr 2020, 16:18 (GMT +4)
Dünyada koronavirusa yoluxanların sayı 30 milyonu keçib

18 Sentyabr 2020, 16:17 (GMT +4)
İsrail BƏƏ-dən Hayfa dəniz limanına gəmi nəqliyyatını bərpa edir

18 Sentyabr 2020, 16:15 (GMT +4)
Təhsil Nazirliyi vətəndaşlara müraciət edib

18 Sentyabr 2020, 16:02 (GMT +4)
Prezidentin köməkçisi sərhəddəki hərbi hissəyə gedib (FOTO)

18 Sentyabr 2020, 15:42 (GMT +4)
Azərbaycanda daha 117 yeni yoluxma qeydə alınıb

18 Sentyabr 2020, 15:40 (GMT +4)
Qarabağın azərbaycanlı icmasının sədri diplomatlarla görüşüb

18 Sentyabr 2020, 15:27 (GMT +4)
Lavrov: Rusiya-Gürcüstan münasibətləri bərpa olunacaq

18 Sentyabr 2020, 15:22 (GMT +4)
İsraildə bir günə koronavirusa 5,238 nəfər yoluxub

18 Sentyabr 2020, 15:02 (GMT +4)
Bakı Beynəlxalq Enerji Xartiyası Forumu keçiriləcək

18 Sentyabr 2020, 14:58 (GMT +4)
Rusiyada təxminən 6 min yeni COVID-19-a yoluxma aşkar edilib

18 Sentyabr 2020, 14:46 (GMT +4)
Mərkəzi Bank uçot dərəcəsini endirib

18 Sentyabr 2020, 14:39 (GMT +4)
İranda koronavirusa gündəlik yoluxmanın sayı yenidən üç mini keçib

18 Sentyabr 2020, 14:25 (GMT +4)
KİV: Çinli hakerlər İspaniyanın COVID-19 peyvəndi ilə bağlı məlumatları oğurlayıb

18 Sentyabr 2020, 14:20 (GMT +4)
Gömrük nəzarətindən gizlədilən külli miqdarda dərman preparatı aşkarlanıb 

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66