Çeyz Keri 2019-cu ildə Formula 1-in prioritetlərini açıqlayıb07 Mart 2019, 11:50 (GMT +4) Bakı, 7 mart, SalamNews.“Liberty Media” şirkətinin rəhbəri Çeyz Keri qarşıdakı mövsümdə Formula 1-in prioritetləri ilə bağlı fikirlərini bölüşüb.
SalamNews xəbər verir ki, Kerinin sözlərinə görə, Formula 1 seriyasının texnologiyaların inkişafı üzrə strateji xətti davam etdiriləcək. O əlavə edib: “Başlıca prioritet təkcə texnologiyalar sahəsində liderliyi davam etdirmək yox, həm də bizim hibrid güc qurğularının inkişafı üzrə böyük səmərəliliyə nail olduğumuzu insanlara göstərməkdir. Atmosferə karbon qazı buraxılmasını azaltmaq üçün işləri də davam etdirəcəyik.
Bizim üçün ikinci prioritet isə Formula 1-in hamı üçün idman növü olmasını təbliğ etməkdir. Yəni, qadınların da həm trasda, həm də onun hüdudlarından kənarda aktiv fəaliyyət göstərmək imkanları mövcuddur. Bizim hədəfimiz Formula 1 yarışlarını dünyanın bütün guşələrində təşkil etməkdir. İstəyirik ki, çempionat öz sehrini və cazibəsini qoruyub saxlasın, eyni zamanda, daha açıq olsun”.
|