Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İDMAN

Yusif Babanlı: İşini mükəmməl bilən idman müəllimləri işə cəlb olunmalıdır

04 Mart 2019, 17:30 (GMT +4)

Bakı, 4 mart, SalamNews, K.Orxan. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 2005-ci il 4 mart tarixli sərəncamına əsasən hər il martın 5-i “Bədən tərbiyəsi və idman günü” kimi qeyd edilir. Bu əlamətdar gün münasibəti ilə xalqımızı, idman mütəxəssislərini, idman müəllimlərini, bu peşəyə sahib olan və idmanı sevən hər kəsi ürəkdən təbrik edirik, bundan sonrakı fəaliyyətlərində bol-bol uğurlar diləyirik".

SalamNews xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının İdman işləri üzrə prorektoru, professor Yusif Babanlı deyib.

O bildirib ki, Azərbaycan Respublikasında həyata keçirilən uğurlu, məqsədyönlü və davamlı ictimai-siyasi və sosial siyasət tələbə-gənclərin fiziki tərbiyəsində və ümumilikdə idmanın inkişafında da mühüm rol oynamışdır.

Bu sahədə müasir qanunvericilik bazasının yaradılması, effektiv idarəetmə sisteminin formalaşdırılması, maddi-texniki bazanın inkişafı istiqamətində dövlət tərəfindən həyata keçirilmiş islahatlar Azərbaycan idmanının beynəlxalq miqyasda uğurları üçün yol açmışdır. Bu gün dövlətimiz qarşısında duran əsas məsələlərdən biri də rəqabətədavamlı, hərtərəfli inkişaf etmiş, dövlətimizin nüfuzunu yüksəldən, mötəbər yarış arenalarında bayrağmızı qaldıran şəxsiyyətlər yetişdirməkdir. Bu missiyanın yerinə yetirilməsində təhsil və idman müəssisələrinin rolu böyükdür. Respublikamızda təhsillə bağlı qəbul edilən normativ hüquqi sənədlərdə tələbələrin şəxsiyyətinin formalaşdırılmasında fiziki tərbiyəyə xüsusi önəm verilir. Ulu öndər Heydər Əliyev demişdir ki, “Azərbaycanda da idmanın, fiziki tərbiyyənin kütləvi surətdə inkişaf etməsinə ciddi fikir verməliyik. Bu bizim vəzifəmizdir, borcumuzdur. Bu xalqımızın gələcəyidir, gələcək nəsillərin daha sağlam olmasının əsasıdır. Biz idmana, fiziki tərbiyəyə qayğı göstərərək millət, xalq, vətən qarşısında öz borcumuzu yerinə yetiririk...”Ulu öndərin haqlı olaraq vuğuladığı kimi biz, idman mütəxəssisləri, idman müəllimləri məktəblərdə fənnin tədrisinin və tələbə-gənclərin fiziki tərbiyəsinin keyfiyyətini artırmaq üçün vətən qarşısında öz borcumuzu yerinə yetirməliyik.

Təhsil sahəsindəki rəhbər sənədlərdə təhsil müəssisələrində fiziki tərbiyə işini daim təkmilləşdirmək, tədrisin səmərəliliyini yüksəltmək bu gün də, sabah da yenidən qurulması ciddi tələb olunur. Bu gün fəaliyyəti böyük bir sahəni əhatə edən bəzi ali təhsil müəssisələrində idman kafedraları deyil, idman klubları fəaliyyət göstərir. Belə ali təhsil müəssisələrində idman klublarının əvəzinə idman kafedralarının bərpası burada bədən tərbiyəsi və idman sahəsinin daha da inkişaf etməsinə kömək ola bilər. Yaradılan “Bədən tərbiyəsi və idman” kafedralarına idman mütəxəssisləri və işini mükəmməl bilən idman müəllimləri işə cəlb olunmalıdır.

Həmin kafedralarda fiziki tərbiyənin aşılanmasında yeni pedaqoji texnologiyalarla yanaşı dünya təcrübəsinə istinad edilərək tədris proqramları tətbiq olunmalı və ən əsası da, idman zalları, idman qurğuları müasir səviyyədə təşkil olunmalıdır.

Məhz bu qayğı və diqqətdən sonra, biz ali təhsil müəssisələrində bədən tərbiyəsi və idmanın sürətli inkişaf nail ola bilərik və ən əsası da, Azərbaycan idmanına öz layiqli tövhəmizi verə bilərik


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Yusif Babanlı:Dövlət başçısının müşavirədəki gənc kadrlarla bağlı tapşırığı hamıya nümunə olmalıdır

Professor Yusif Babanlıya böyük etimat göstərilib

Yusif Babanlı: Xocalı soyqırımı bütün bəşəriyyətə tarixi bir cinayətdir

Yusif Babanlı: Dövrümüzün mürəkkəb məsələlərindən biri də öz həllini tapdı

Yusif Babanlının yeni kitabı çapdan çıxıb

Ən gənc professor Yusif Babanlı Prezident İlham Əliyevə təşəkkür məktubu göndərib

12 Dekabr 2019, 10:32 (GMT +4)
Əlcəzairdə bu gün prezident seçkiləri keçirilir

12 Dekabr 2019, 10:18 (GMT +4)
Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

12 Dekabr 2019, 10:17 (GMT +4)
Ankara ABŞ-da Türkiyə əleyhinə sanksiyaların hazırlanmasını pisləyib

12 Dekabr 2019, 10:02 (GMT +4)
ABŞ İranın bir neçə nəqliyyat şirkətinə sanksiya tətbiq edib

12 Dekabr 2019, 10:00 (GMT +4)
Milli Məclisə seçkilərdə YAP-ın səlahiyyətli nümayəndələrinin adları açıqlanıb

12 Dekabr 2019, 09:43 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 22 dəfə pozub

12 Dekabr 2019, 09:40 (GMT +4)
Nigerdə terror hücumu nəticəsində 70 hərbçi ölüb

12 Dekabr 2019, 09:29 (GMT +4)
İsrail parlamenti özünü buraxıb, ölkədə 1 ilə üçüncü dəfə olaraq seçki keçiriləcək

12 Dekabr 2019, 09:24 (GMT +4)
Azərbaycana 5 kq narkotik keçirilməsinin qarşısı alınıb

12 Dekabr 2019, 09:12 (GMT +4)
Ərdoğan və Putin Suriyanı müzakirə edib

12 Dekabr 2019, 07:00 (GMT +4)
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının ildönümüdür

11 Dekabr 2019, 17:51 (GMT +4)
Azercell rəqəmsal Yeni İl kampaniyasına start verib

11 Dekabr 2019, 17:43 (GMT +4)
AB Rusiyaya qarşı sanksiyaların müddətinin uzadılması ilə bağlı qərar verəcək

11 Dekabr 2019, 17:30 (GMT +4)
Bu il Azərbaycana gələn xarici vətəndaşların sayı 11,1 faiz artıb

11 Dekabr 2019, 17:20 (GMT +4)
Suriya ilə bağlı Astana-14 toplantısı yekun bəyanat verib

11 Dekabr 2019, 17:15 (GMT +4)
Nobel mükafatı mənasını itirdi - Ərdoğan

11 Dekabr 2019, 16:54 (GMT +4)
Ankara ABŞ-ı Rusiyadan qırıcı təyyarə almaqla təhdid edib

11 Dekabr 2019, 16:45 (GMT +4)
Prezident İlham Əliyev “Azərsu” ASC-ə 5 milyon manat ayırıb

11 Dekabr 2019, 16:37 (GMT +4)
Əli Əhmədov: YAP vaxtı çatanda öz siyahısını elan edəcək

11 Dekabr 2019, 16:28 (GMT +4)
Çin XİN ABŞ-ı qlobal təhlükəsizliyə ən böyük təhdid adlandırıb

11 Dekabr 2019, 16:10 (GMT +4)
İsrail parlamenti özünü buraxmağa hazırlaşır

11 Dekabr 2019, 16:02 (GMT +4)
SOCAR və STP arasında anlaşma memorandumu imzalanıb

11 Dekabr 2019, 15:50 (GMT +4)
Putin və Ərdoğan İstanbul görüşündə Suriya ilə bağlı sammiti müzakirə edə bilər

11 Dekabr 2019, 15:46 (GMT +4)
Azərbaycanlı tələbə erməni rəqibini 10:0 məğlub edib

11 Dekabr 2019, 15:35 (GMT +4)
Təhsil Nazirliyi 1280-dən çox video dərslər hazırlayıb

11 Dekabr 2019, 15:34 (GMT +4)
Suriya Ordusu beynəlxalq Hələb-Həsəka yolunu tam nəzarətə götürüb

11 Dekabr 2019, 15:30 (GMT +4)
BANM “Baker Hughes” şirkəti ilə proqram təminatı lisenziyaları barədə saziş imzalayıb

11 Dekabr 2019, 15:28 (GMT +4)
Məktəblilərimiz tarixi uğura imza atıblar

11 Dekabr 2019, 15:20 (GMT +4)
“AmCham Azərbaycan” üzvləri üçün DMX rəisi ilə görüş təşkil edilib

11 Dekabr 2019, 15:20 (GMT +4)
Peskov Paris sammitinin "qalibi" haqqında söhbətləri yersiz adlandırıb 

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66